19
bazarının iştirakçılarına bütün dünya üzrə 24 saat ərzində
əməliyyatların aparılmasını təmin edir. Burada xüsusi yeri
1977-ci ildən fəaliyyət göstərən ümumdünya banklarası
maliyyə telekommunikasiya şəbəkəsi SVİFT tutur. Onun
müasir xidmətlər şəbəkəsi 4000 minə həm də bank olmayan
təşkilatları-broker, diller, klirinq, sığorta və digər firmaları da
əhatə edir. Hazırda dünyada hər gün 1,5 trilyon dollar
həcmində valyuta dəyişimə əməliyyatları həyata keçirilir ki,
bunlarında 90% ticarət və maliyyə qoyuluşları ilə əlaqədar
deyildir.
Dünya maliyyə bazarı bütün birbaşa investisiyaların
təşkilatçısı
və
təminatçısı kimi dünya investisiya
strategiyasında aparıcı rol oynayır. Amerika ekspertləri dünya
ölkələrinin kredit qabiliyyətlilik reytinqə ilk 5-yerin İsveç,
Yaponiya, Almaniya, Sinqapur və ABŞ-a məxsusluğunu qeyd
edirlər. Lakin bu siyahı daha genişdir. Malaziya, Tailand kimi
Asiya ölkələri də yüksək kredit qabiliyyətli ölkələr sayılırlar.
Dünyada inflyasiya faizi göstəricilərinə gürə isə Danimarka,
Yaponiya, ABŞ syabil ölkələrdən sayılırlar. Yeni əsrdə 10-
güclü dövlətlərdən biri olmaq strategiyasını reallaşdıran
Türkiyəyədə isə inflyasiya olduqca yüksək həddli 60%-dən də
çoxdur. Dünya əmtəə bazarı təklifi təmin edən təchizarçıilə
istehlakı formalaşdıran tələblə qarşılıqlı münasibətləri əks
etdirir. Bu təsnifatda qrup və növlərə görə ayrıca bazarlar da
mövcuddur. Onlar da öz spesifikliyi, dinamiklilik, inhisarlaşma
səviyyəsi, qiymətlərin formalaşması, və digər xüsusiyyətləri ilə
fərqlənirlər. Bu xüsusda 1980-ci və 1990-cı illərin əvvəllərində
yüksək templə inkişaf etmiş (orta hesabla illik 3-9%), ümumi
həcmi 1995-ci ildə 5 trilyon ABŞ dollarına bərabər olan dünya
ticarəti diqqəti cəlb edir. Onun strukturunun əsas hissəsinin
sənaye malları-58%, xidmətlər-22%, kənd təsərrüfatı malları-
10%, xammal-10% təşkil edir. Ayrı-ayrı əmtəələrin strukturuna
baxdıqda görərik ki, burada neft, neft məhsulları, avtomobil,
avadanlıqlar başlıca yer tutur. Müasir mərhələdə dünya
20
ticarətinin strukturunda əsas xüsusiyyətlərdən biri beynəlxalq
mübadilədə aralıq məhsulun sürətli artımıdır ki,
(yarımfabrikatla, komplektləşdiricilər) bu da xarici
investisiyaların genişlənməsi və şirkətlədaxili beynəlxalq
əməkdaşlığın inkişafı ilə əlaqədardır. İnkişaf etməkdə olan
ölkələr enerji resurslarının təminatı və ucuz işçi qüvvəsinin
mövcudluğu ilə bir qrup təşkil edərək dünya bazarında resurs
və əməktutumlu məhsulların ixracını, o cümlədən müxtəlif
mineral xammal, kənd təsərrüfatı malları, toxuculuq, tekstil,
ayyaqabı və tikiş sənayesinin məhsullarını satırlar. Belə cəhət
bu ölkələrin iqtisadiyyatının xammalyönümlü olması ilə
şərtlənir və onları dünya liderlərindən daim geri salır. Xarici
ticarət dövriyyəsinin əksər hissəsi inkişaf etmiş ölkələrin
payına düşür. 1995-ci ilin statistik məlumatlarına görə
dünyanın nəhəng ixracatları aşağıdakı kimi təsnifləşir. ABŞ-
11%, AFR-10%, Yaponiya-9%, Fransa-6%, İngiltərə, İtaliya,
Kanada, MDB ölkələri, Hollandiya, Belçika, Çin, Honkonqda
birlikdə hər biri ayrılıqda-5%. Bu liderlər qrupuna Cənubi
Koreya, Sinqapur, Tailand da yaxınlaşmaqdadır. Xarici
ticarətin son zamanlar tənzimlənməsində başlıca meyl kimi
liberallaşdırma çıxış edir. Beynəlxalq ticarətin II dünya
müharibəsindən sonrakı dövrdə liberallaşmasına 1947-ci ildə
yaradılmnış Tarif və Ticarət üzrə Beynəlxalq Saziş (TTBS)
mühüm təsir etmişdir. Bu təşkilatda 1994-ci ilə kimi 123 ölkə
təmsil olunmuşdu. Ümumiyyətlə qurumun işində 170-dən çox
ölkə iştirak edir. 1 yanavar 1995-ci ildən Uruqvay raundundan
sonra TTBS-in əvəzinə Ümumdünya Ticarət Təşkilatı (UTT)
işə başlamışdır. UTT beynəlxalq ticarət rejimində və
beynəlxalq mübahisələrin həllinə daha güclü təsir mexanizmə
malikdir. Bununla belə TTBS UTT-in bölməsi olaraq qalır.
Lakin UTT-in səlahiyyətləri daha genişdir. Buraya intelektual
mülkiyyət hüququnun müdafiəsi, investisiya, xidmət-ticarəti,
bank, sığorta fəaliyyəti, o cümlədən nəqliyyat əməliyyatları da
daxil olmuşdur.
21
Ayrı-ayrı ölkələrin idxal və ixracatının əmtəə strukturu
istehsalın təminatı və müxətlifliyi amillərinin təsiri ilə
formalaşır. Ölkələr tarixi ənənyə, millimental xüsusiyyətlərə,
təbii ehtiyatların miqyasına görə istehsal və xidmət sahəsində
müəyyən üstünlüklərə malik olurlar. Məlum olduğu kimi Qərbi
Avropa, Yaponiya elmi personal, kapital təminatı ilə üstün
cəhətlərə malikdirlır və buna görə də onlar elmtutumlu və
kapitaltutumlu məhsullar ixrac edirlər. Bunun müqabilinə
həmin ölkələr istehsalı təmin etmək üçün dadırlar. Lakin
ölkələrin nisbi üstünlükləri, inkişaf prosesləri, rerqressiv
meyllər və ümumiyyətlə müxtəlif amillərin təsiri ilə
dəyişiliklərə məruz qalır.
Dünya təsərrüfatı müasir mərhələdə qlobalaşdırma və
regionlaşdırma müəyyənləşdirir. Hər iki proses dünya
bazarının çox geniş təsir edir. Dünya təsərrüfatı elementləri
arasında qarşılıqlı münasibətlərin ümumi əhatəetmə sisteminin
formalaşması qloballaşdırmada əks olunur. Bu ilk növbədə
TMK simasında dövlət sərhədlərinin, maliyyə funksiyalarınnı
qismən itirilməsində özünü biruzə verir. İqtisadiyyatın
qloballaşdırılması, istehsal kapitalının mobilliyinin artımında
və dünya rəsərrüfatının oliqopolizasiyasında görünür. Beləki,
xarici kapitalın himayəsində və nəzarətində dünya istehsalın
1973-cü ildə 13,2%-i 1988-ci ildə 16,5%-i olmuşdursa, 2000-ci
ildə bu göstəricinin 25%-ə yüksələcəyi gözlənilir.
Qloballaşmanın əsas formaları beynəlxalq kapital axının bir
başa investisiyalar formasında genişləndirilməsi, müəssisələrin
alınmasının və birləşməsinin sayının artırılması müxtəlif
formalarda, beynəlxalq əməkdaşlıq haqqında sazışlərin
bağlanması, beynəlxalq podrat sisteminin inkişafı, qlobal
nəqliyyat və kommunikasiyalar şəbəkəsinin yaranması və
sairdə əks olunur. Qloballaşma ölkələr arasında rəqabətin
güclənməsinə aparır. Bu rəqabət mübarizəsində nailiyyətin
təmin olunması ölkələr və TMK-lar arasındakı ittifaqın
nəticəsindən asılıdır. Bir başa investisiyaların dünya
Dostları ilə paylaş: |