43
görə yaxın 10-15 ildə Avropada qaza olan tələbatın iki dəfə
artacağı gözlənilir. Bu isə əlavə olaraq 240-260 milyard kub
metr təbii qaz həcmindədir. Avropanın ehtiyacında olacaq
qazın 200 milyard kubmetrini Rusiyadan, digər hissəsini isə
regionun qərbdəki yataqlarından almaq mümkündür. Elə bu
məqsədlə də Ukraynadan yan keçən Belarus-Polşa vasitəsilə
Avropa qaz şəbəkəsinə qoşulacaq yeni qaz kəməri Yamal-
Avropanın tikintisi sürətlənməkdədi. Rusiyada izafi qazı yaxın
perspektivdə nəzərdə tutulan Yamal-Koreya magistralı ilə
ötürülməsi də reallaşacaqdır. Qaz yataqlarının indiki
düzümünün mənzərəsi bizə əsas verir ki, Rusiya hələ uzun
müddət Qərbi Avropanı qazla təmin edəcəkdir. Bu aspekti
nəzərə alaraq Abş hələ soyuq müharibə illərində Rusiya-qərbi
Avropa qaz kəmərinin çəkilməsinə sistematik maneçilik
tərətmişdir. Bununla belə Rusiyanın Avropaya qazın
ötürülməsində digər rəqibləridə az deyildir. Bu ölkələr arasında
hazırda Norveç və Hollandiya daha çox rəqabət
qabiliyyətlidirlər. Qaz hasilatının dinamikası göstərir ki, yaxış
gələcəkdə bu ölkələrdə hasilat balansı dəyişəcək Norveçdə 2
dəfə artım, Hollandiyada isə eyni miqdarda azalma müşahidə
olunacaqdır. Qərbin geoiqtisadi və geosiyasi maraqları
şübhəsiz ki, Norveç qazı üçün daim əlverişli şəratit təmin
edəcəkdir. Rusiyanın qaz sektorunda bundan başqa Əlcəzair,
İran, Nigeriya və Qatar kimi rəqiblər də vardır. Yaxın
perspektiv üçün Əlcəzair hər il Avropaya 100 milyard kubmetr
qazın verilməsini nəzərdə tutur. İran da, Türkiyə və Ukrayna
vasitəsi ilə öz qaz sərvətlərini Avropaya çıxarmaq üçün
danışıqlar aparmaqdadı. Bu arada Türkmən qazının da İran,
Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxışı nəzərdə
tutulur. Bunun üçün iki paralel marşrutun çəkilməsi zəruri
sayılır. Ankara-Yapracıq marşrutu ilə İtaliyadan keçməklə
Fransaya hər il 5-15 milyard kubmetr qazın nəqli gözlənilir.
Son vaxtlar Nigeriya və Qatarda kəşf olunan iri qaz yataqlarına
istinadən bu lkələrdə sıxılmış qazın ixracatı məsələsi həll edilir.
44
Qaz ehtiyatlarından istifadənin perspektivində mühüm
amillərdən biri kimi hazırda qaz-hidrat ehtiyatlarından istifadə
nəzərdə tutula bilər. Elmi-texniki tərəqqinin inkişafı qaz
hasilatına və qaz sənayesinə güclü təsir etməkdədi. Artıq Şimal
dənizində, Meksika körfəzində Cənubi-Şərqi Asiya regionunda
sualtı qazyığım sistemləri tikilir ki, bu da 1970-ci illərdə
mümkün deyildi. Eyni zamanda Şimali Afrikada və İspaniyada
daha dərin sualtı qaznəqletmə şəbəkəsi layihələşdirirlir.
Avstraliyaya Koreya, Sinqapur, Yaponiya və digər Cənub-
Şərqi Asiya ölkələrindən keçməklə nəhəng sualtı qazötrücü
nəqletmə şəbəkəsinin yaradılması isə texniki və texnoloji
həllini gözələməkdədi. Təbii qazın kəşfiyyat metodlarının,
dəniz şelfində qaz yataqlarının mənimsənilməsi, habelə güclü
təzyiqli, iri diametrli borularla qazın nəqli, qazın sıxılmış halda
iri qazdaşıyıcı tankerlərlə daşınması təbii qazdan istifadənin
artımına yeni implus vermişdir. Tədqiqatlar göstərir ki,
planetimiz hələ kəşf olunmamış qaz yataqları ilə zəngindir.
Belə ki, yerin daha dərinliklərinə xüsusən 10-12 kilometrlərdə
böyük miqdarda qaz ehtiyatları vardır. Lakin qazma ilə bağlı
çətinliklər investisiya problemləri bu prosesi daha da
çətinləşdirir. Görünür ki, bu dərinliklərdən qazın çəxarılması
gələcək nəsillərin işidir.
Hər il dünyada 3,5 milyardx ton daş kömür, 1,5 milyard
ton qonur kömür hasil edilməkdədi. Daş kömür sənayesində
inkişaf tendensiyası ayrı-ayrı ölkələrdə müxtəlifdir. Əsrimizin
50-60-cı illərinə qədər daş kömür sənayesi Almaniya, Fransa,
İngiltərə, ABŞ və Yaponiyada sənayenin əsasını təşkil etmiş və
bu illərdə baş vermiş sahə strukturundakı böhranla, eyni
zamanda neft-qaz sənayesində hasilatın artması ilə əlaqədar öz
mövqeylərini itirmişdir. Hazırda inkişaf etmiş dövlətlərdə daş
kömür hasilatı yeni texnologiyaların hesabına aşıq tipli
karxanalarda və işçi qüvvəsinin ucuz olduğu ölkələrdə
qalmaqdadı. Dünyada ən çox daş kömür hasil edən ölkə Çindir.
Bu ölkədə illik hasilat 1,2 milyard ton təşkil edir. Son illərdə
45
Kolumbiya və İndoneziya daş kömrün hasilatını artıraraq onun
ixracına başlamışlar. 1960-cı illərdə dünyada daş kömür
hasilatında xüsusi çəkisi bir neçə faiz olan ÇAP, Avstraliya və
Kanada 1980-ci illərdə 10%-lik baryeri keçmiş, Avstraliya isə
ixracatda ABŞ ötərək birinci yerə çıxmışdır.
Müasir energetikanın inkişaf tendensiyasında təbii enerji
resurslarının payı yüksəlməkdədi. ABŞ, Almaniya, Fransa,
İngiltərə, İtaliya və Belçikada bu pay 40%, Yaponiya 50%,
inkişaf etmiş ölkələrdə isə 25 %-dən artıqdır. Hazırda dünyada
illik enerji istehsalı 12,5 trilyon kilovat saata çatıb. Hər il
dünyada 70-80 milyard kvt elektrik enerjisinə ekvivalent 10-11
milyard ton şərti yanacaq müxtəlif növ enerji növlərinə çevrilir.
Sənaye energetikası başlıca olaraq mineral yanacaq-neft, təbbi
qaz, daş kömür, nüvəenergetik xammal (əsasən uran) və bu
enerjisi bazasında inkişaf tapır. Aşağıdakı cədvəldə ilkin
enerjinin mənbələrinin sənayedə istehlakının strukturu
verilmişdir.
Cədvəldən göründüyü kimi dünyanın ən böyük
regionlarından əsas enerji mənbeyi neftdir və hər il onun xüsusi
çəkisi bu bölgüdə artmaqdadı. Belə dinamizm həm də hər il
yeni neft yataqlarının kəşfi ilə əlaqədardı.
Cədvəl 5
Enerji mənbələrinin sənayedə istehsalının strukturu
( faizlə
1991-ci il)
Enerjinin
mənbəyi
Bütün
dünya
Şimalı
Amerika
Qərbi
Avropa
Latın
Amerikası
Afrika
Avst
raliya
MDB
Neft
40,2 38,4 45,6 62,6 44,7
35,0
32,1
Daş kömür
28,0 23,3 21,8 6,1 36,0
44,9
19,4
Təbii qaz
22,7 26,2 17,7 20,9 15,1
18,6
42,8
Nüvə
enerjisi
6,6 8,7 12,4 0,9 1,1 4,2
Hidroenerji
2,5 2,4 2,5 9,5 3,1
1,5
1,5
Ümumi
100,0 100,0 100,0 100,0 100,0
100, 100,
Dostları ilə paylaş: |