6
GİRİŞ
Uzun illərin mübarizəsi, çəkişməsi və nəhayət tarixi şərait
Azərbaycanı istiqaliyyətə qovuşdurdu. İstiqlal Azərbaycana
müstəqil yanaşmağını təmin etmək, taleyinə sahib olmaq,
çağdaş dövlət yaratmaq imkanını bəxş etdi. Bu gün
respublikamız öz dövlət müstəqilliyini möhkəmləşdirmək və
dönməz etmək üçün bütün mümkün maddi və mənəvi
sərvətlərə malikdir. Onun hazırki mövcud potensial imkanları
müstəqilliyini yenicə əldə etmiş və yaxud keçid dövrünü
yaşayan digər oxşar ölkələrdən daha şanslı görünməkdədi.
Məhz elə buna görə də yaranmış tarixi fürsəti qədərincə
qiymətləndirib, mövcud ehtiyatları səfərbər edərək öhdəmizə
düşmüş quruculuq işində bu sərvətlərin milli mənafelər
baxımından səmərəli istifadəsini təşkil və təmin etməliyik. Bu
çətin və şərəgli işdə isə yalnız neft ehtiyatlarına istinad etmək
yetərli sayıla bilməz. Lakin indiki realıq, iqtisadidurum, sürətlə
dəyişən ictimai-siyasi proseslər, alternativ imkanaların zəifliyi
bu seçimdə neft amilindən fundamental istifadəni ön plana
çəkir və bu strategiyada, iqtisadi dirçəlişin təmin edilməsində
neft faktorundan səmərəli istifadə edilməsini qaçılmaz edir.
XX əsr sona yetir. Bu əsrdə dünyada çox mühüm
dəyişikliklər baş vermiş, bəşər cəmiyyəti yüksək iunkişaf və
tərəqqi yolu keçmişdir. 20-ci yüzillik Azərbaycanın da ən yeni
tarixində mühüm izlər buraxmış, güclü dinamik proseslərlə
müşayət olunmuşdur. Heç şübhəzis ki, bu dinamizm onun neft-
qaz resurslarının mənimsənilməsi, istismarı və istifadəsi ilə də
sıx əlaqədar olmuşdur. Məhz bu strateji aspekt yüz il öncə
Azərbaycanı daha çox iri dövlətlərin diqqət mərkəzinə, marağ
sahəsinə çuğlamış, neft olan ehtirac və azar əsəbləri
qıcıqlandırmışdır. Əsrin əvvəllərində dünyada kəşf olunmuş
neft və qaz ehtiyatlarının yarısının cəmləşdiyi Abşeron torpağı,
Bakı şəhəri qlobal prosseslərin o cümlədən beynəlxalq neft
siyasətini mühüm meydanlarından birinəçevrilmişdi. Əsrin
sonunda Sovetlər İttifaqının suqutundan sonra isə Azərbaycan
7
dünya siyasətinin orbitinə özünün zəngin neft ehtiyatları,
demokratiya və bazar prinsipləri ilə müstəqil statusda yenidən
daxil olmuşdur. Çox mürəkkəb coğrafi siyasi, ağır sosial-
iqtisadi əraitlə müşayiət olunan dövlət quruculuğu prossesi
inamla irəlləməkdə, iqtisadiyyatın strukturunda müstəqil
dəyişikliklər, yeni təsərrüfat sisteminə uyğun təsissatlar və
iqtisadi münasibətlər formalaşmaqdadı. Azərbaycan öz
müstəqilliyini bənzəri olmayan bir vəziyyətdə ərazisinin 20%-i
işğal altında, bir milyondan mox qaçqın və didərginlə,
«Qarabağ problemləri», bitməmiş müharibə, fəth edilməmiş
sülh, totalitar rejimindən miras qalmış tənəzzüllü istehsalla,
ağır sosial iqtisadişəraitdə möhkəmləndirir. Bütün bu proseslər
əsrin əvvələrində olduğu kimi, yenə də iri dövlətlərin maraq
müstəvisində, onun neft sərvətlərinin bölgüsü və Qafqaz
regionundakı strateji mövqeyi üzərində getməkdədi.
Respublikanın neft-qaz sərvətləri tarixən onun həyatının
bütün sahələrinə öz təsirini göstərimiş və indi də davam
etməkdədi. Neft-qaz sənayesinin inkişaf problemləri bu gün
gənc müstəqil Azərbaycanın dövlət siyasətinin ən həlledici
istiqamətlərindən birinə çevrilmiş, neftdən xalqın, dövlətin
mənafelərinə əsaslı xidmət üçün əlverişli, realşərait
yaranmışdır. Məhz buna görə də iqtisadiyyatımız aparıcı sahəsi
neft sənayesinin və bütünlükdə Yanacaq Energetika
Kompleksinin (YEK) müasir vəziyyətinin təhlili, onun
inkişafına təsir edən amillərin, meyllərin müəyyən olunması
müasir Azərbaycan elmində vacib və aktual vəzifə kimi qarşıda
durur.
Məlumdur ki, Sovetlər İttifaqının dağılması ərəfəsində
Azərbaycanın neft-qaz sənayesinə laqeydmünasibət bu mühüm
sahəni böhranlı məcraya salmışdır. Quyu fondunun, qurğuların,
avadanlıqların köhnəlməsi, texnoloji gerilik,təchizatla bağlı
problemlər sahənin maliyyə imkanaları sarsıtmış, tənəzzül
bütün strukturları əhatə etmiş neftqazçıxarma rentabelsiz bir
sahəyə çevrilmişdir. Lakin Xəzərin zəngin neft ehtiyatları, o
8
cümlədən hasilata əlaqədar regionda tarixən yaranmış əlverişli
infrastruktur respublikaya olana marağı yeni pilləyə
yüksəltmişdir. Azərbaycanda yüksək neft-qaz potensialının
olması, indiyə qədər quruda və dənizdə 69 neft-qaz yatağının
kəşf edilməsi və yataqlardan bu günə kimi 1,4 trilyon tona
qədər kondensatla birlikdə neftin 455 milyard kub metrdən
qazın hasil edilməsi xarici şirkətlərin nəzərindən qaçmamışdır.
Hazırda onun neft resurslarından istifadə məsələsi yenə də
beynəlxalq siyasətinin aparıcı istiqamətlərindən biri kimi
dünyəvi səciyyə daşımaqdadı. Bu işlərin nəticəsi kimi
Azərbaycanın neft sektorunda son 5-6 il ərzində «Əsrin
müqavilə»si də daxil olmaqla 14 ölkələnin 33-dən çox şirkətin
təmsil olunduğu 19 beynəlxalq neft kontraktı imzalanmış,
respublika iqtisadiyyatına 2,5 milyard ABŞ dollarfından çox
məbləğdə kapital qoyulmuş, yaxın 20-30 il ərzində
sərmayələrin miqdarının 50-60 milyard dollara çatacağı
gözlənilir. Neftlə bağlı infrastruktur yenidən qurulur. Artıq
neftin Qərb və Şimal marçrutları üzrə nəqli gerçəkləşmiş,
nəhəng neft magistralı Bakı-Ceyhan həyata vasitə almışdır.
Aşkarlanan nəhəng qaz yataqları respublikamızı yeni əsrdə
böyük qaz ixracarçısı olacağını ümudlü edir. Lakin bütün
bunlarla yanaşı Azərbaycanın neft-qaz sənayesində və
bütünlükdə YEK-də yeni iqtisadi sistemə keçidd çeşidli
problemlər həllini gözləməkdədi. Bu problemlər kəşfiyyat,
qazma, hasilat, istehsal emal, nəql, satış, təchizat, xidmət və
sosial sferanı əhatə etməklə geniş spektirlidi. Quruda
neftqazçıxarma sənayesində vəziyyət isə daha mürəkkəbdir.
Uzun müddət hər il milyonlarla ton neft əldə olunan bu mühüm
sahədə yaxın vaxtlarda hasilatın bir milyon tona qədər düşmə
ehtimalı yaranmışdır. Bir neçə yatağda istismar istisna olmaqla
bütün quru sahələrdə hasilat özünün sonuncu mərhələsini
yaşayır. Hazırda quruda mövcud olan 42 neft və qaz
yatağından 36-sında istismar davam edir. Neft hasilatı faktiki
olaraq 1,6 milyon ton, qaz hasilatı 240 milyon kubmetr
Dostları ilə paylaş: |