9
həcmindədir. Köhnə dəniz yataqlarında da hasilat enməyə
meyllidi. Burada neft hasilatı 7,5 milyon, qaz hasilatı isə 5,5
milyard kubmetr səviyyəsinə düşsə də son 3-4 ildə enmənin
qarşısı müəyyən qədər alınmışdır. Elmi araşdırmalar sübut edir
ki, həm quruda, həm dənizdə, köhnə istismar sahələrində
vəziyyət çıxılmaz deyildir. Quru sahələrində hasilatın
artırılması, yeni iri neft-qaz yataqlarının kəşf imkanları hələ
tükənməmişdir. Bunu anlayan və nəzərə alan xarici investorlar
artıq quru sahələrini əhatə edən iri miqyaslı 4 neft kontraktı
imzalamış, çoxsaylı müştərək müəssisələr təşkil etmiş və
müvafiq layihələrin gerçəkləşməsini həyata keçirməkdədirlər.
Bununla belə energetik kompleksdə vəziyyətin ağırlığına digər
problemlərdə təsir etməkdədi. Belə ki, sahədə istehsal sikli,
idarəetmə bazar münasibətlərinə müvafiq olan iqtisadi
proseslərə tam tənzimlənmir. Qaz təchizatı və enerji
kompleksləri səhmdar cəmiyyətlərəçevrilsələr də burada bazar
prinsiplərinə uyğun səhmləşmə prosesi, əsaslı struktur
islahatları reallıqa çevrilməmişdir. Elektrik enerjisi
istehsalında, qaz emalında transformasiya prosesi ləngiməkdə,
enerji və qaz şəbəkəsinin reabilitasiyasında optimal ritm təmin
olunmamış qalmaqdadı. Yanacaq-energetika kompleksinin
digər mühüm sahələri emal zavodları və hazırki vəziyyətdə
müəyyən ölunmuş istehsal gücünün yarısı həcmindəməhsul
istehsal etmək zorunda qalmışlar. Digər yardımçı istehsal
sahələri də texnoloji cəhətdən köhnəlmiş, uzun illər həkmran
olduqları bazardakı mövqelərini itirmişlər. Sovet rejiminin
müəyyən etdiyi struktur, idarəetmə mexanizmi bu mühüm
strateji kompleksdə də hələ ömrünü başa vurmamışdır. 1999-cu
ilin Dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş
respublika müşavirəsində Azərbaycan prezidenti Heydər
Əliyev yekun niqtində demişdir: «Bizim hamımıza məlumdur
ki, işimizi həmin vərdişlərə aparılıq. Bunu inkar etmək olmaz.
Ancaq biz gerək o köhnə verdişlərdən tezliklə uzaqlaşaq»
1
.
1
Azərbaycan qəzəti 19 dekabr 1988-ci il.
10
Kompleksin yeni inkişaf zolağına çıxışı onun bazar
iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması,
sahəni bütünlükdə əhatə edən struktur islahatlarını istehsalın
geniş restruktizasiyasını tələb edir. Bütün bunların
gerçəkləşməsi ilk növbədə respublikanın iqtisadi doktrinasını
və müvafiq energetik konsepsiyanın tam formalaşdırılmasını
diktə edir. Bu proses dünya təsərrüfatının müasir vəziyyəti,
inteqrasiya, inkişaf meylləri ilə Azərbaycan iqtisadiyyatının,
onun neft sənayesinin yeni dünyəvi baxışlar sistemində
əlaqələndirilməsini zəruri edir. Yeni iqtisadi sistemə keçiddə
Azərbaycanın neft-qaz ehtiyatlarının işlənməsini texniki-
iqtisadi problemlərinin həlli onun hazırki vəziyyətinin geniş
təhlili, hasilatın, istehsalın artırılmasında xarici investisiyaların
məqsəd-yönlü istiqamətini optimal miqyasının
müəyyənləşdirilməsi və digər bu kimi aspektlər və vacibşərt
olaraq qarşıda durur. Neftin maya dəyərinin aşağı salınması,
istehsal xərclərinin azaldılması, səmərəliliyin və əmək
məhsuldarlığının arıtılrması, iqtisadfi artımın əldə edilməsi
bütün yanacaq sənayesini xarakterizə edən əsas texniki-iqtisadi
göstəricilərin korrelyativ təhlili bu mühüm işin tərkib hissəsini
təşkil edir. Nəhayət, bazar prinsiplərinə uyğun strukturun
müəyyən edilməsi, iqtisadi islahatların dərinləşməsi və digər bu
kimi mühüm iqtisadi tədbirlər də kompleksin inkişafında
başlıca istiqamətləri səciyyələndirir. Biz nə qədər neft-qaz
sərvətlərinə malikik və bu sərvətləri hansı templə, hansı
müddətə hasil etməliyik? Neftin iqtisadiyyatımızda yeri, çəkisi,
əhatə dairəsi nə qədərdir? İnvestision prosesdə xarici
sərmayədarlar və milli sahibkarlar hansı nisbətdə çıxış
etməlidirlər? Ekoloji tarazlığın pozulması riski nə qədərdir?
İqtisadi təhlükəsizliyin, iqtisadi dirçəlişin təmin olunmasında
neft-qaz resurslarının potensialı yetərlidirmi? Diqqətə gətirələn
bu və ya digər suallar konseptual struktur elementləri
kompleksdə strateji planlaşdırılmada geniş təhlil edilərək, əsas
prinsiplər kimi qəbul olunması qaçılmazdı.
11
Respublikanın yanacaq-energetika kompleksi
iqtisadiyyatımızın mühüm tərkib hissəsi kimi Azərbaycanın
tərəqqisinə onun ictimai-siyasi, sosial-iqtisadi həyatında baş
verən proseslərə öz təsirini göstərir. Ölkəmizin elmi-texniki,
sənaye istehsal potensialının bu kompleksiz təsəvvür etmək
mümkün deyildir. YEK həm də bu gün respublikamızda
inkişafının mühüm faktorudur. Məhz buna görə də
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi onun
qurulmasını və inkişafını mühüm obyektiv zərürətə çevirir.
Ötən əsrdən sürət götürən neft sənayesi paralel olaraq
sahəni əhatə edən elmlərin formalaşmasının da nüffuz etmişdir.
Ümumdünya neft elminin tərəqqisinə həmçinin keçmiş
Sovetlər İttifaqında neft sənayesi ilə bağlı elmlərin inkişafında
Azərbaycan alimlərinin də xidmətləri danılmazdır. Yataqların
geofiziki, geoloji axtarış və kəşfiyyatından, onun hasilatı,
istehsalı, emalı və sonuncu məhsul kimi istehlakçıya
çatdırmasında ümumiyyətlə bu silsilədə bütün qammanı əhatə
edən proseslərdə Azərbaycan alimlərinin fundamental elmi
töhfələrini görməmək mümkün deyildir. SSRİ məkanında
Bakının böyük sovet səltənətinin «Neft Akademiyası» titulunu
qazanmasında təkcə maddi neft faktoru deyil, həm də
Azərbaycanın fədakar elm adamlarının, alim və
mühəndislərinin xidmətləri durur. Tarixi hadisələrin təhlili
göstərir ki, Azərbaycanın
əsrin
əvvələrində milli
cümhuriyyətinin devrilməsi əsaslı dərəcədə neft amili ilə
bağlıolduğu kimi SSRİ-nin sonrakı inkişaf dövründə bizim
neftimiz bu böyük dövlətin iqtisadiyyatının qurulmasında,
onun nəhəng mühərrikinin hərəkətə gəlməsində əsas
faktorlardan olmuşdur. II Dünya müharibəsində SSRİ-nin
qələbəsinin bir hissəsinin də məhz bizim neftin hesabına əldə
olunması diqqətə az gətrilsə də «Kreml»də əyləşən ideoloq və
strateqlər də digərləri kimi bunu yaxşı anlamışlar.
Respublikanın neftçi alimlərinin və mühəndislərinin neft elmi
səlnaməsindəki nəzliyyətləri məkan və zaman etibarı ilə
Dostları ilə paylaş: |