12
məhdudlaşmamışdır.
Əsrin sonunda yeni geopolitik
vəziyyətdə, çətin iqtisadi situasiyada maliyyə, maddi-texniki
problemlərə baxmayaraq, Azərbaycan alimləri tənəzzül
meyllərini dəf edərək, elm axtarışlarını və tədqiqatlarını davam
etdirməklə
ənənəvi gərəkliyi bir daha
möhkəmləndirməkdədirlər.
Respublika neft-qaz sənayesi ilə bağlı elmin inkişafında
akdemik A.X.Mirzəcanzadənin tədqiqatları müstəsna yer tutur.
Alimin neftqazçıxarma istehsalın texnologiyası, neft-qaz
yataqlarının işlənməsinə dair çoxsaylı monoqrafiyalarında,
xüsusən də son dövrdəki tədqiqatlarında müasir dünyada neft
biznesi, respublikanın neft sənayesinin mümkün perspektivləri
ehtiyatlarından milli mənafelərə uyğun səmərəli istifadə aspekti
dərin elmi təhlil olunmuş, neft-qaz sənayesinin strateji
inkişafını təmin edəcək konseptual xarakterli tövsiyələr
verilmişdir. Bu əsrlərdə respublikanın gələcək inkişafında neft-
qaz sənayesinin rolu, onun tərəqqisinə təsir edən amillər
konkret faktlarla açıqlanmış və bizim tədqiqatımızda bütün
bunlardan müəyyən dərəcədə istifadə edilmiş, mənbə kimi əsas
götürülmüşdür. Dünyanın aparıcı elmi təşkilatlarının, iqtisadi
maliyyə mərkəzlərinin, mühüm siyasi iqtisadi qurumların, eyni
zamanda Azərbaycan Respublikası Elmlər Akademiyasının,
Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət
Neft Şirkətinin nəzdindəki elmi-tədqiqat institutlarında
yanacaq sənayesinin bütünlükdə energetik kompleksin inkişafı
ilə bağlı elmi araşdırılmalarından, məlumatlarından, internet
şəbəkəsinin müvafiq informasiyalarından, dünyanın mühüm
elm nəşrlərindən də bu və ya digər dərəcədə tədqiqatmızda
istifadə edilmişdir.
Respublikaya sənayesinin strukturu, yanacaq
kompleksinə investisiya qoyuluşu, yığım fondundan istifadə,
neft-qaz sənayesinin inkişafı və elmi-texnbiki tərəqqi
problemləri Z.Səmədzadə, A.Nadirov, F.Fərəcov, S.Hüseynov,
H.İsmayılov, B.Xıdırov, M.Axundov və G.Yüzbaşovanın
13
əsərlərində araşdırılmışdır.Yanacaq sənayesi xüsusəndə
neftqazçıxarmanın iqtisadiyyatı ilə bağlı problemlər iqtisadçı
alimlər A.Ağayeva, N.Vançakova, A.Əhmədov, N.Hacıyev,
N.Sultanova,
İ.Kərimov, M.Həsənova, M.Kərimov,
R.İmanzadə,
Ş.Muradova, A.Partnov, M.Atakişiyev,
Q.Səfərov, Ə.Ələkbərov və başqalarının əsərlərində öz əksini
tapmışdır. Bu əsərlərin əhəmiyyətini qeyd etməklə yanaşı
müəllif tam səmiyyətlə göstərir ki, mövcud tədqiqatlarda dünya
yanacaq energetik kompleksində gedən meyllər, iqtisadi
amillər, təsərrüfat mexanizmi məsələləri və Azərbaycanın
YEK-nin bu aspektdə regional və dünyaəvi inteqrasiyası, keçid
dövrünün və bazar münasibətləri prinsiplərinə uyğun iqtisadi
islahatlar prosesi konkret olaraq tədqiq edilməmiş, daha dəqiq
desək əsas obyekt kimi öyrənilməmişdir. Müəllif bu cəhəti
xüsusən vurğulayıer kı, Azərbaycan respubliikası dövlət
müstəqilliyin əldə etdikdən sonra onun yanacaq sənayesində
yeni iqtisadi ümansibətlərin qurulması, iqtisadi islahatların
ətraflı, sistemli şəkildə strategiyasının işlənib hazırlanması və
həyata keçirilməsi, kompleksdə geniş restruktizasiyası
prosesinin aparılması, hazilat tempinin müəyyən edilməsi, neft
biznesi, serviz işi, çevik maliyyə şəbəkəsinin təşkili çox ciddi
aktual və bu vaxtadək işlənməmiş elmi və əməli əhəmiyyət
kəsb edən bir məsələdir.
Keçid prosesinin prinsipial tələbləri ilə yeni əsrə daxil
olan respublikamızda islahatlar prossesi dərinləşməkdədi.
İqtisadiyyatın digər sahələrində olduğukimi YEK-də də
başlanan iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur.
Tədqiqat işində bu çoxsahəli mürəkkəb istehsalar
kompleksində islahatların yeni mərhələsinin strtaegiya və
taktikasında müvafiq konturları dünya təsərrüfatındakı
proseslər, tarixi faktorlar, beynəlxalq təcrübə, bazar
iqtisadiyyatının prinsipləri, hazırki gerçəkliklər və yaxın
perspektivlər rakursunda təhlilinə cəht edilmişdir. Müəllifin
fikrincə YEK-də istehsal münasibətlərinin bazar
14
iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulması, iqtisadi
artımın və davamlı inkişafının formalaşmasının təminatı
planetin energetik ehtiyatlarının bölgüsü, müvafiq istehsal və
infrastrukturun yerləşməsi, coğrafi, demoqrafik, tarixi, siyası
faktorlar, dünya neft biznesində liderlər, neft iqtisadiyyatında
toplanan təcrübə və potensial, sair bu kimi komponentlərin
öyrənilməsi, geniş təhsil edilməsi ilə uzlaşma yetərli səmərə
verə bilər.
15
I FƏSİL
DÜNYA YANACAQ ENERJİ KOMPLEKSİ MÜASİR
VƏZİYYƏT VƏ İNKİŞAF MEYLLƏRİ
1.1.Müasir dünya təsərrüfatı, qarşılıqlı maraqlar dairəsi və
inteqrasion proseslər
Başa çatmaqda olan XX əsr mühüm geosiyasi, coğrafi
iqtisadi proseslərə zəngin olmuş, sosialist təsərrüfat sistemi
dağılmış, soyuq müharibə sona yetmiş, beynəlxalq əmək
bölgüsü yeni keyfiyyət müstəvisinə keçmişdir. Biz bu
tədqiqatımızsa məhz yaranmış yeni iqtisadi-siyasi gerçəkliklərə
istinadən Yanacaq Energetika Kompleksinin iqtisadci
problemlərinin təhlilində dünya neft ehtiyatlarının bölgüsü,
istehsalın yerləşməsi, dünya təsərrüfatı, beynəlxalq əmək
bölgüsü, beynəlxalq bazarının müasir strukturu, qloballaşma və
regionalaşma proseslərinə diqqət yetirməyi məqbul hesab
edərək müəyyən araşdırmaları nəzərə gətiririk.
Ayrı-ayrı milli təsərrüfatların bir-bir ilə iqtisadi əlaqasi
dünya təsərrüfatında ehtiva olunur və onun inkişafısının əsas
xüsusiyyətləri, meylləri ictimai istehsalın fəaliyyətinin
obyektiv qanunauyğunluqları ilə müəyyənləşir. Bununla
əlaqədar istehsal həcminin daha da artırılması, buraxılan
məhsulun nomenklaturasının genişlənməsi inkişaf etmiş
ölkələrdə beynəlxalq
əmək bölgüsünü dərinləşdirir.
Ensiklopediya və iqtisadi lüğətlərdə dünya bazarı haqqında
müxtəlif təriflərə rast gəlinir. Sadəcə olaraq isə Dünya bazarı-
ticarət-iqtisadi münasibətlərlə bir-biri ilə bağlı olan ayrı-ayrı
ölkələrin milli bazarlarının məcmusu kimi qəbul olunur. Dünya
bazarı dünya təsərrüfatının subyektləri tərəfindən maddi
nemətlərin ümumi tələb və təklifin qlobal sistemi, əməyin
coğrafi bölgüsünün amilli və nəticəsidir. Lakin bununla belə
dünya bazarı nəzərdən keçirilən təriflərdən də daha geniş
Dostları ilə paylaş: |