Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          29 

 

Beynəlxalq  nvestisiya  Mübahisələrinin    Nizamlanması    Mərkəzi  -  əsası 

1966-cı  ildə  qoyulmuşdur.  Başlıca  məqsədi,  investisiya  mübahisələrini  

nizamlamaqdan ibarətdir. 119-dan çox üzv dövləti öz sıralarında birləşdirir. 



 

 

1.3.  nkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrin sosial- iqtisadi 

inkişafında beynəlxalq maliyyə qurumlarının rolu. 

Ümumiyyətlə, cəmiyyətin ictimai-iqtisadi inkişafında maliyyə sisteminin düzgün 

qurulması, 

valyuta-kredit 

münasibətlərinin 

hərtərəfli 

inkişafı, 

maliyyə 


ehtiyyatlarından səmərəli istifadə olunması böyük əhəmiyyət kəsb edir. Əlbəttə bütün 

bunlar maliyyə institutlarının yaranmasını şərtləndirir. 

Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları şərti olaraq beynəlxalq maliyyə 

institutları  adlandırılırlar.  Beynəlxalq  maliyyə  institutlarının  məqsədi  dünya 

təsərrüfatının sabitləşməsinə, tamlığına və əməkdaşlığın inkişafına nail olmaqdır. 

Beynəlxalq  və  regional  valyuta-kredit  və  maliyyə  təşkilatları  çoxsaylı  olub  , 

ə

sasən aşağıdakı vəzifələri yerinə yetirir: valyuta-kredit və maliyyə münasibətlərinin 



tənzimlənməsi;  valyuta-kredit  və  maliyyə  siyasəti  sayəsində  tövsiyələrin 

hazırlanması;  valyuta-kredit  və  maliyyə  informasiyasının  yığılması  ,  aktual 

problemlər üzrə elmi-tədqiqat işlərinin nəşr edilməsi. 

Regional  valyuta-kredit  və  maliyyə  təşkilatlarının  yaranmasının  əsas  səbəbi  , 

EOÖ  -  in  dünya  təsərrüfatında  mühüm  yer  tutmağa  can  atması,  milli  iqtisadi 

problemlərin əməkdaşlıqla həll etməyin sərfəli olmasıdır. 

Qlobal  xarakterli  beynəlxalq  institutlar  sırasına  birinci  növbədə  BVF  aiddir. 

Qeyd  etdiyimiz  kimi  bu  təşkilat  beynəlxalq  valyuta  əməkdaşlığı  və  mübadilə 

stabilliyini təmin etmək, ödəmə balaslarında yaranan problemlərlə əlaqədar dövlətlərə 

müvəqqəti maliyyə yardımı etmək məqsədlərilə təsis edilmişdir. 1987-ci ildə fondun 

dünyada  fəaliyyətini  genişləndirmək  və  daha  səmərəli  etmək  üçün  genişləndirilmiş 

fond yaradıldı ki, onun əsas vəzifəsi BVF-ə üzv olan  EOÖ-ə daha güzəştli şərtlərlə 

kreditlərin verilməsindən ibarətdir.  nkişaf komitəsi isə bu sahədə fəaliyyəti daha da 



 

                                                                                                                                                                       

                                                                                                                                                          30 

 

gücləndirərək, 1996-cı ildə BVF/BY B proqramı hazırladı ki , həmin proqrama görə 



böyük xarici borca malik yoxsul ölkələr Fondun və Bankın maliyyə yardımlarından 

istifadə etmək imkanı qazanırdı. 

BVF  Dünya  Bankı  ilə  birgə  yoxsulluğun  azaldılmasına  yönəldilmiş  tədbirlər 

görür.  Belə  tədbirlərə  hər  şeydən  əvvəl  yoxsul  ölkələrin  borclarının  azaldılması 

daxildir. 2000-ci ildə dünyanın yoxsul 22 dövlətinin 20 milyard dollara yaxın borcu 

silinmişdir.  Yoxsul  ölkələrdə  iqtisadi  artımın  stimullaşdırılmasında  və  yoxsulluğun 

azaldılmasında  mühüm  rolu  onların  xarici  siyasəti  oynayır.  Lakin  son  20  il  ərzində 

dünya  ticarətində  yoxsul  ölkələrin  payı  azalmışdır.  Bunun  səbəbi  bir  neçə  amillərlə 

izah  olunur:  göstərilən  ölkələrin  iqtisadiyyatında  struktur  problemləri,  dövlət 

institutlarının  zəifliyi,  milli  ixracatçıların  dövlət  tərəfindən  dəstəklənməməsi, 

həmçinin  EÖ-in hökumətlərinin apardığı proteksionist siyasət. 

Yoxsul ölkələrin dünya ticarətinə aktiv cəlb olunması üçün onların hökumətləri 

bu  ölkələrdə  iqtisadi  və  siyasi  vəziyyətin  yaxşılaşdırılması  üçün  şərait  yaratmalı, 

həmçinin  investisiyalar  üçün  əlverişli  məkan  düzəltməlidir.  Digər  tərəfdən  EÖ  

EOÖ-in ixracına mane olan sədləri azaltmalı, mümkündürsə aradan qaldırmalıdırlar. 

Bu  sədlərə  EOÖ-də  milli  istehsalçılar  üçün  ayrılan  subsidiyalar  və  EÖ-in 

bazarlarına,  EOÖ-dən  gələn  əmtəə  və  xidmətlərə  qoyulan  məhdudiyyətlər  aiddir. 

Ə

ksər  sənayecə  inkişaf  etmiş  ölkələrdə  proteksionizm  siyasəti  xüsusilə  də  kənd 



təsərrüfatı  ,  tekstil  və  paltar  istehsalı  sahələrində  hələ  də  güclüdür.  Varlı  ölkələr  öz 

bazarlarını  EOÖ-in  KT  malları  üçün  açsalar  buradan  həm  gəlir  götürə,  həm  də 

yoxsulluğun  aradan  qaldırılmasına  yardımçı  ola  bilərlər.  Dünya  Bankının 

heablamalarına  görə  əgər  ABŞ,  Avropa  ttifaqı  ölkələri  və  həmçinin    Kanada  və 

Yaponiya öz bazarlarına 49  EOÖ-dən əmtəə və xidmətlərin çıxışına məhdudiyyətsiz 

şə

rait yaratsalar , sonuncuların ixracının həcmi 11% artardı. 



BVF üzv ölkələrə texniki yardımın göstərilməsində yaxından iştirak edir. 2001-

ci ildə   BVF  tərəfindən  Avropa 29%,  Afrika 27%,  Asiya  23%,  Yaxın və  Orta  Şərq 

11%,  Latın  Amerikası  və  Karib  hövzəsi  regionuna  10%  həcmində  texniki  yardım 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə