Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          33 

 

çıxış  etmişlər.  Hal-hazırda  26  ölkə  bu  proqramdan  yardım  alır.  Bu  təşəbbüs  



çərçivəsində  ölkələr  öz  büdcə  prioritetlərini  sosial  inkişafın  və  insan  resurslarının 

inkişafının  əsas  sahələrinə    yönəldirlər.  Məsələn,  Ruandada  məktəblərdə  uşaqların  

sayının artması  və müəllimlərin  bu işə cəlb edilməsi  xüsusi  göstəricilərlə müəyyən 

edilir. Hondurasda yoxsul əhali üçün elementar  tibbi  xidmətin təmin edilməsi, ana 

və körpə  uşaqların  sağlamlığının  qorunması  məqsədilə  proqram həyata keçirilməsi 

nəzərdə tutulur. Kamerunda  əhali  arasında  A DS  barəsində  maarifləndirmə işləri  

aparılır.  nsanlara xəstəlikdən  qorunmaq metodları çatdırılır. 

Dünya  Bankı  1988-ci  ildən  başlayaraq  ətraf  mühitin  qorunması  sahəsində 

tədbirlərə  qoşulub  və  bir  sıra  layihələr  həyata  keçirib.  Dünya  Bankı  Conservation 

nternational  təşkilatı,  Qlobal  Ekologiya  Fondu  və  Makartur  Fondu,  eləcə  də 

Yaponiya hökuməti ilə birgə yeni Ümumdünya Fondunun yaradılmasını planlaşdırır. 

Bu  fondun  ətraf  mühitin  daha  effektiv  qorunmasına    yardım    məqsədilə,  müxtəlif 

layihələri həyata keçirməsi nəzərdə tutulur. Ətraf Mühit problemlərinin həll olunması, 

Dünya Bankının  fəaliyyət  strategiyasının əsas və ayrılmaz hissəsidir. Hal-hazırda bu 

sahəyə qoyulacaq  vəsaitin məbləği  14 milyard dollar təşkil edir. 

Dünya  Bankı  beynəlxalq  miqyasda    korrupsiyaya  qarşı  mübarizə  aparır. 

Korrupsiya  inkişafa  mane  olan    əsas  problemlərdən    biridir:  o,  yoxsul  əhalinin  

vəziyyətini daha da ağırlaşdırır. 1996-cı ildən başlayaraq Dünya Bankı bu sahədə 600 

proqram  maliyyələşdirmişdir.  100  ölkədə  korrupsiyaya  qarşı  mübarizə    aparılır. 

Korrupsiya ilə mübarizə müxtəlif tədbirlər vasitəsilə aparılır: dövlət qulluqçuları  öz  

gəlirləri  və  mülkiyyətləri  haqqında  bəyannamə  doldurur  ,  hakimlər  və    jurnalistlər 

üçün  müxtəlif təlimlər keçirilir və s. Bu yeni layihələrin  dörddən biri dövlət xərcləri 

və  maliyyə  islahatlarına    həsr  olunmuşdur.  Bank  həmçinin  öz  maliyyələşdirdiyi 

layihələrdə  korrupsiya  hallarına    yol  verməmək    üçün      bir  sıra  addımlar    atmışdır. 

Son  illər  ərzində  Bank  ciddi    qaydalar  müəyyən    etmiş  anonim  “qaynar  xətt” 

yaratmışdır ki , bura korrupsiya faktları haqqında məlumat vermək olar. 

Dünya Bankının  fəaliyyətində vətəndaş cəmiyyəti  mühüm  rol  oynayır. Bank 

tərəfindən həyata keçirilən  layihələrin üçdə ikisi, qeyri-hökumət təşkilatlarının  aktiv 




 

                                                                                                                                                                       

                                                                                                                                                          34 

 

iştirakı  ilə  həyata  keçirilir.  Bu  gün  Bankın  70-dən  çox  regional  nümayəndəlikləri 



vardır.  Cənubi  Asiyada  bank  vətəndaş  cəmiyyəti  üçün  gendər    inkişafına    dair 

strategiya  hazırlayır,  Şərqi  Avropa  ölkələrində  silahlı  münaqişələrin  nəticələrinin 

aradan qaldırılması məqsədilə yardım göstərir və dövlət idarəetməsinin səmərəliliyini 

artırır, Latın Amerikasında sosial islahatların aparılması istiqamətində işlər görülür. 

Dünya  Bankı silahlı münaqişə  yaşamış  ölkələrə  yardım  edir. Hal-hazırda  Bank 

silahlı  münaqişədən   əziyyət  çəkmiş  40-a  yaxın  ölkədə  işləyir.  Bankın bu ölkələrdə 

gördüyü  işlər  sahəsində  iqtisadi  fəaliyyətin  bərpa  olunması,  həmin  regionlara 

investisiya qoyuluşu, hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun  bərpa 

olunması,  əhalinin  zərərçəkmiş    təbəqələrinə  yardım  və  s  vurğulamaq  olar.  Bundan 

savayı bank silahsızlaşdırma, demobilizasiya və reinteqrasiya üzrə işləri dəstəkləyir, 

eləcə də minaların tapılması və  zərərsizləşdirilməsi üzrə proqramlara yardım göstərir. 

Bank tərəfindən   maliyyələşdirilən daha genişmiqyaslı və daha keyfiyyətli layihələr 

arasında,  Əfqanistanda  infrastrukturun  bərpa  edilməsi,  Şərqi  Timorda  və  Haitidə 

dövlət qulluqçularının  təlim keçməsi və s. layihələr də var. 

Dünya  Bankının  əsas  məqsədi  özünün  maliyyə,  kadr  və  geniş  təcrübə 

imkanlarından  istifadə  etməklə  kasıb  ölkələrin  yoxsul  əhalisinə  yardım  etmək, 

ölkələrə yoxsulluğun aradan qaldırılması, iqtisadi artımın təmin olunması və əhalinin 

həyat səviyyəsinin yüksəldilməsi məqsədilə kömək etməkdir. 100-dən artıq  EOÖ-lə 

ə

məkdaşlıq etməklə Dünya Bankı həmin ölkələrdə səhiyyə və təhsil sistemini inkişaf 



etdirməyə,  korrupsiya  ilə  mübarizə  aparmağa,  kənd  təsərrüfatının  inkişaf 

etdirilməsinə, yol və limanlarn tikilməsinə və ətraf mühitin qorunmasına kömək edir. 

Dünya  Bankının  yoxsulluğun  azaldılması  strategiyasının  2  mühüm  prinsipi 

aşağıdakılardır:  əlverişli  investisiya  mühitinin  yaradılmasına  dəstək;  kasıb  əhaliyə 

səlahiyyətlərin verilməsi. 

Dünya  Bankı  onun  qarşısında  duran  başlıca  vəzifə  olan  yoxsulluğun  aradan 

qaldırılması  məsələsində,  konfliktlərin  aradan  qaldırıması  və  konfliktdən  sonrakı 

bərpanı  mərkəzi  element  kimi  götürür.  1997-ci  ildə  Dünya  Bankı  tərəfindən 

konfliktdən  əziyyət  çəkən  ölkələrə  iqtisadi  artım  və  problemlərin  həllinə  yeni 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə