19
nkişaf etməkdə olan ölkələrdə ayrı bir xüsusiyyətə malik bəzi layihələr də
mövcuddur ki, bunların milli valyuta dəyərindən xərclərlə nisbətdə idxalat ehtiyacları
olduqca azdır. Bəlli şərtlər çərçivəsində Dünya Bankından kredit ala bilmək üçün ilk
növbədə tələblərə uyğun bir layihə hazırlanmalıdır. Amma Dünya Bankının
mütəxəssisləri birbaşa layihənin hazırlanmasında iştirak edə bilərlər. Dünya Bankı
maliyyə yardımı etməklə bərabər texniki köməkliklər də göstərir. Layihələrin
hazırlanmasında Dünya Bankı tərəfindən müəyyən edilmiş və icra edilməsi vacib
olan bəzi standartlar vardır.
Layihə krediti verilərkən Dünya Bankının mütəxəssisləri verilən layihələri
iqtisadi, maliyyə və texniki cəhətdən incələyirlər. Bu layihələr təkcə bir tərəfli
incələnmir. ncələnərkən həmin ölkənin həyata keçirdiyi iqtisadi və maliyyə
siyasətləridə diqqətə alınır. Kredit almaq üçün əsas amil, üzv olan ölkənin krediti
qaytara bilmə gücünə malik olmasıdır.
Qeyd etmək lazımdır ki, Dünya Bankının hər hansı bir ölkə haqqında etdiyi
incələmə təkcə öz verəcəyi kreditlər baxımından yox , həm də sənayeləşmiş ölkələr ,
özəl banklar , rayonlarda fəaliyyət göstərən banklar və ölkənin maliyyə strukturları
baxımından da vacib rol oynayır.
Ötən illərdə Dünya Bankı kredit verərkən qoyduğu yüksək faiz və verilən
kreditin azlığı inkişaf etməkdə olan ölkələr tərəfindən narazılığa səbəb olmuşdur. Bu
narazılığı ortadan qaldırmaq üçün Dünya Bankı öz siyasətində bəzi dəyişikliklər
etmişdir. Bu dəyişikliklər aşağıdakılardır:
- Dünya Bankı dövlət qurumlarına və sahibkarlara kreditlər verir, amma özəl
sektora kredit verərkən aid olduğu dövlətin, Mərkəzi Bankın ya da başqa səlahiyyətli
orqanın zaminliyini tələb edir. 1970-ci ildən sonra Dünya Bankının kredit siyasətində
mühim inkişaflar oldu. Bunlardan biri yuxarıda qeyd olunduğu kimi proqram
kreditlərinin verilməyə başlanmasıdır.
- 1982-ci ildə Dünya Bankı “struktur krediti” proqramını həyata keçirdməyə
başladı. Bu məqsədlə orta və uzun illər ərzində iqtisadi inkişaf və xarici investorlarla
20
ayaqlaşma siyasətini izləyir. Bu sahədə kənd təsərrüfatı, enerji, sənaye kimi sektorlar
və sub-sektorlar investisiyalarla təmin olunur.
1947-ci ildən etibarən Dünya Bankı hər il gəlir əldə etməkdədir. 2010-cü ildə
Dünya Bankının gəliri 3.1 mlrd ABŞ dolları olmuşdur. Əslində Dünya Bankının gəlir
ə
ldə edən bir təşkilat kimi fəaliyyət göstərməsi düzgün deyil, amma bu gəlirlər Dünya
Bankının daha da əlverişli şərtlərlə kredit verməsinə yol açır. Dünya Bankının
yuxarıda göstərildiyi kimi edilən maliyyə və texniki köməkliklərlə yanaşı , üzv
ölkələrin iqtisadi vəziyyətlərini incələyir və bu istiqamətdə lazımi tədbirləri görür .
Dünya Bankının krеdit siyasətindəki əsas yеri uzun müddətli krеditlər tutur ki,
bu krеditlər 20-25 illik müddətə vеrilir. Оrta müddətli krеditlər bankın krеditləri
arasında çоx az paya malikdir. Çünki krеditlərin çоxu investisiya qоyuluşu üçün
istifadə еdilir.
Dünya Bankı idarəetmə şurasının rəhbərliyi altında fəaliyyət göstərir. darəedici
ş
ura Bankın siyasətini müəyyən edən və qərar qəbul edən ali orqandır. Hər bir üzv
ölkə idarəedici şurada təmsil olunur və hər bir üzv dövlət adətən nazir səviyyəsində
hökumət rəsmisindən ibarət olan başçı təyin edir. Üzv olan ölkələrin icraçı
direktorları idarəetmədə öz payları olan aksionerlərdir. Hansı ki, son qərar qəbul
olunanda onların fikri nəzərə alınır. Hər üzv olan ölkə idarəçi və alternativ idarəçi
təyin edir ki , onlar da Baş darə Heyyətinin qərarlarını yerinə yetirir. darəçilər
hökumətin nümayəndələri ilə Dünya Bankının hər ilin payızında Vaşinqtonda
keçirilən iclasında görüşürlər. Onlar Dünya Bankının əsas fəaliyyət prinsipləri
haqqında qərarlar qəbul edir və ya üzvlükdən azad edir, ilkin kapital haqqqında
dəyişikliklər barədə qərar qəbul edirlər və Dünya Bankının gəlirlərinin bölünməsini,
büdcəni və maliyyə hesabatlarını təsdiqləyirlər. Göründüyü kimi hökumət
nümayəndələrinin görüşü ildə bir dəfə keçirilir. Əsas işi isə Direktorlar Şurası görür.
Dünya Bankının ştabında hər üzv ölkənin öz ştab kvartirası var. Onlar daimi
Vaşinqtonda fəaliyyət göstərirlər.
Beş iri aksionerin – ABŞ, Fransa, Almaniya, Yaponiya və ngiltərənin ayrılıqda
öz icraçı direktorları var. Qalan üzvlər isə 19 icraçı direktor təyin edirlər. Çin və ona
21
birləşən ölkələr bir; Rusiya və ona birləşən ölkələr bir; Səudiyyə Ərəbistanı və ona
birləşən ölkələr bir və beləliklə başqaları çoxsaylı şəkildə bir icraçı direktor təyin
edirlər. Beləliklə, 24 icraçı direktoru həftədə iki dəfə yığışıb Dünya Bankının
fəaliyyətinin bütün sahələrini müzakirə edir , məsələləri həll edirlər. Ənənəyə görə
Dünya Bankının prezidentliyinə 5 il müddətinə ən iri aksioner ölkənin–ABŞ-ın
vətəndaşı seçilir. O, Direktorlar Şurasına rəhbərlik edir və Dünya Bankının ümumi
fəaliyyətinə cavabdehdir.
Dünya Bankı inkişaf məqsədilə yardım göstərən dünyada ən iri maliyyə
mənbələrindən biri sayılır. Onun əsas məqsədi, əhalinin ən yoxsul təbəqələrinə və
eləcə də ən yoxsul ölkələrə yardım göstərməkdən ibarətdir.
Dünya Bank Qrupuna - Beynəlxalq Yenidənqurma və nkişaf Bankı,
Beynə lxalq Maliyyə Korporasiyası, Beynə lxalq
nkiş af Assosiasiyası,
nvestisiyaların Tə minatları üzrə Çoxtə rə fli Agentlik və Beynə lxalq nvestisiya
Konfliktə rinin Aradan Qaldırılması Mə rkə zi daxildir. Dünya Bank Qrupuna
daxil olan bu institutların ümumi məqsədi maliyyə və məşvərətçi (konsultativ)
yardım, kadrların hazırlığı üçün yardım göstərilməsi vasitəsilə daha az inkişaf edən
dövlətlərin iqtisadi və sosial inkişafına yardım göstərməkdir. Dünya Bankının
qarşısına qoyduğu məqsəd yoxsulluğu aradan qaldırmaq və həyat səviyyəsini
artırmaqla dayanıqlı inkişafa yardım göstərməkdir.
Beynə lxalq Yenidə nqurma və nkiş af Bankı - beynəlxalq investisiya təsisatı,
ə
n iri beynəlxalq maliyyə təşkilatlarından biridir. BMT-nin beynəlxalq valyuta-
maliyyə konfransının (Bretton-Vuds, 1944) qərarına əsasən Beynəlxalq Valyuta
Fondu (BVF) ilə eyni vaxtda təsis edilmişdir. Çox vaxt Dünya bankı adlanan BY B
hüquqi baxımdan BMT-nin ixtisaslaşdırılmış maliyyə təsisatıdır. Mənzil qərərgahı
Vaşinqtonda (ABŞ) yerləşir. 1946-cı ildən fəaliyyət göstərir. BY B-in üzvləri yalnız
BVF-ə daxil olmuş ölkələr ola bilər. BY B-in rəsmi məqsədləri bankın üzvləri olan
ölkələrə uzunmüddətli kreditlər və zəmanətlər verilməsi yolu ilə həmin ölkələrin
iqtisadiyyatının yenidən qurulmasına və inkişafına yardım və kömək etməkdir. BY B
həm hökumətlərə, həm də borcalan ölkələrin hökumətlərinin zəmanəti ilə borclar
Dostları ilə paylaş: |