31
ünvanlanmışdır.
1
BVF-nin texniki yardım proqramı maliyyə böhranı yaşamış
ölkələrin makroiqtisadi sabitliyinin bərpa edilməsinə kömək edir. Texniki yardım və
təhsil proqramı həm BVF-in öz büdcəsindən, həm də donor ölkə və təşkilatlar
vasitəsilə malliyyələşdirilir. BVF tərəfindən hazırlanan tədris proqramları dünyanın
müxtəlif ölkələrində həyata keçirilir. Məsələn, Çin Milli Bankı ilə dövlət rəsmilərinin
təlimi proqramı həyata keçirilmişdir. BVF və Braziliya hökuməti ölkədə regional
tədris mərkəzinin açılışı haqqında razılaşma əldə etmişlər.
Dünya Bankı EOÖ-də demək olar ki, bütün sahələrdə 1800-ə yaxın layihəni
maliyyələşdirir. Maliyyələşdirilən layihələr müxtəlif sahələrə aiddir: mikrokreditlər
sisteminin inkişafından başlayaraq, A DS problemi haqqında məlumatların əhaliyə
çatdırılmasınadək. Bura həmçinin qız uşaqlarının təhsil alması , səhiyyə sahəsində
xidmətin keyfiyyətinin artırılması və s. aiddir. Bank 2002-ci ildə öz müştəri -
dövlətlərinə 19.5 milyard ABŞ dolları məbləğində istiqraz ayırmışdır. Bu gün Dünya
Bankı yüzdən artıq EOÖ - də fəaliyyət göstərir. Bank hər bir üzv ölkə ilə ayrılıqda
fəaliyyət strategiyası hazırlayır, həmin ölkənin dövlət orqanları, qeyri-hökumət
təşkilatları və özəl sektoru ilə əlaqələr qurur və əməkdaşlıq edir. Bank eyni zamanda
səhiyyənin, təhsilin və pensiya təminatının inkişafına xüsusi diqqət yetirir. Dünya
bankının üstünlük verdiyi yeni istiqamətlərə gender inkişafı, etnik xalqların
problemləri, yoxsul əhali üçün həyat əhəmiyyətli infrastrukturun yaradılması daxildir.
Dünya Bankı təhsilin maliyyələşdirilməsinin ən iri beynəlxalq mənbələrindən
biridir. Dünya Bankı təhsil sahəsini maliyyələşdirməyə hələ 1963-cü ildən etibarən
başlamışdır. Bu zaman təhsilə kredit və istiqraz formasında 31 milyard dollar
ayrılmışdır. Hal-hazırda Bank təhsil sahəsində 83 dövlətdə 158 layihə maliyyələşdirir.
Dünya Bankı təhsil səviyyəsinin artırılması üçün BMT ixtisaslaşmış qurumları, üzv
dövlətlərin hökumətləri, qeyri-hökumət təşkilatları və digər qurumlarla sıx
ə
məkdaşlıq edir. Əsas məqsəd ondan ibarətdir ki, 2015-ci ilə qədər bütün uşaqlar,
xüsusən də qızlar və aztəminatlı ailələrin uşaqları ibtidai təhsil alsınlar və təhsillərini
davam etmək üçün imkan əldə etsinlər. Məsələn, Hindistanda qız uşaqlarının
1
M.Məmmədov, E. badov “Beynəxalq qtisadi Münasibətlər” , Bakı 2008, səh. 62
32
savadsız böyüdülməsi böyük problemdir və bu problemi həll etmək üçün Dünya
Bankı orta məktəblərdə qızların təhsil alması üçün layihələr həyata keçirir.
ndiyənədək Hindistanın 29 ştatından 18-də 60 milyon şagird bu proqrama cəlb
edilmişdir. Anoloji layihələr Braziliyada, El salvador və Trinidad və Tobaqoda
həyata keçirilir.
Dünya Bankı A DS-lə mübarizədə də öz səylərini əsirgəmir. Dünyada hər gün
14000 insan A DS virusunun daşıyıcısına çevrilir,onların yarısını gənclər təşkil edir.
Bu xəstəlik EOÖ-in son 50 ildə sosial-iqtisadi inkişaf prosesində qazandıqları
uğurları yox edir. Problemlə mübarizə üçün BMT-nin UNA DS proqramı
çərçivəsində mübarizə aparılır. DB bu proqrama 1.7 milyard dollar ayırmışdır. DB
bütün dövlətləri nəmin etmişdir ki, hansı dövlət A DS-lə mübarizədə daha effektiv
strategiya hazırlasa bu layihə maliyyəsiz qalmayacaq. Təkcə 2002-ci ildə DB
tərəfindən Afrika ölkələrinə ayrılmış vəsaitin miqdarı 1milyard dollar təşkil etmişdir
və proqram əsasən xəstəliyin profilaktikası, müalicə edilməsi və xəstələrə qulluq
formasında həyata keçirilmişdir. Bundan savayı DB Karib hövzəsi ölkələrinə 155
milyon dollar ayırmışdır.
Dünya Bankı yoxsul əhali üçün elementar tibbi xidmətin və qidanın təmin
edilməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına və iqtisadi artıma yardım edir.
Baxmayarq ki, dövlətlər səhiyyə sahəsində son bir neçə onillik ərzində mühüm
uğurlar əldə etmişlər , bir sıra məsələlər hələ də öz həllini tapmamışdır. EOÖ-də hər
il ölən 11 milyon uşaqdan 70%-i infeksion xəstəliklərdən(pnevmoniya,
malyariya,diarreya, A DS) və aclıqdan ölür. Dünya Bankı hər il bu problemin həlli
üçün 1 milyard dollar vəsait ayırır. Ayrılan vəsaitlər hesabına 46 ölkədə malyariya ilə
mübarizə aparılır, 30 ölkədə isə vərəm xəstəliyinə qarşı tədbirlər görülür. Çində
ailələrin 90%-i yodlaşdırılmış duzla təmin edilmişdir, bu da yeni doğulan uşaqların
sağlam olmasına, vaxtından əvvəl doğuşların azaldılmasına səbəb olmuşdur.
Seneqalda Dünya Bankı uşaqların aclığı ilə mübarizə aparır və kompleks müalicə-
profilaktik tədbirlər həyata keçirir. Dünya Bankı yoxsul ölkələrin borclarının
azaldılması ilə bağlı tədbirlər görür. 1996-cı ildə bu təşəbbüslə Dünya Bankı və BVF