_____________
Milli Kitabxana_____________
9
ĞILÇIDAN BAŞLAYIR!!!
Şərq aləmində nağılçı teatr kimi
sosial bir institutun əvəzləyicisidir.
Nağılçı Şərq məmləkət-
lərində nağıl dünyasının tanrısıdır, söz sənətinin qüdrətilə
nağılın bədii aləminin, onun zaman və məkanının ya-
radıcısıdır. Hind, çin, yapon, ərəb, fars, türk mədəniyyətlərin-
də teatr formalarının təbiətini, hüsnünü, quruluşunu nağılçı sə-
nəti müəyyənləşdirir. Müsəlman mədəniyyəti çərçivəsində isə
nağılçı öz inkişafının ən yüksək zirvəsinə çatır və həyat bəxş
etməyə qadir
SÖZÜN
materiallaşmış obrazına çevrilir: yəni öz
yaradıcı fakturasında sakral sözü və bu sakral sözün daşıyıcıla-
rını eyhamlaşdırır. Ona görə Yaxın
və Orta Şərq ölkələrində
SÖZ
insan həyatının, insan ömrünün meyarıdır. Löbətbaz, röv-
zəxan, hafiz, aşıq (x) nağılçının müxtəlif təzahür variantlarıdır.
Şərq teatrının özgürlüyünün, poetikasının, gözəllik və
kamillik prinsiplərinə
əsaslanan mövcudluq
xüsusiyyətlərinin, məna cövhərinin, estetikasının
anlaşılmasına doğru yol şəhərin, məbədgahların, ibadətin,
bazarın, məktubun, bağların xalqın mədəniyyət sistemində
gerçəkləşmə məntiqindən keçir. Doğu məmləkətlərinin
ənənəvi teatr formaları
məkan və onun təşkili
özünəməxsusluğu ilə sıx əlaqədardır. Bəlkə də elə bu
səbəbdəndir ki, Şərq teatrının unikal plastikaya malik aktyoru
öz batinindən gələn şövqün, ekstazın, yaşantının hesabına
məkan içrə jest və mimikaların memarı kimi çıxış edir. Bu
memarlıqda
“ovqatlar musiqisi” öz təcəsümünü tapır.
Şərq
teatr formalarının gözəgörünməz, qeyri-rəsmi “müəllifi”
mifologiyadır, dini təfəkkürdür, folklordur!!! Mən
heç də
təsadüfi söyləmirəm ki, Şərq teatrının formaları şəbəkəsində
zühur
edən hər səhnəyə yuxu timsalı demək mümkündür.
Odur ki, Şərq teatr sistemində məkan içrə görünən hər bir jest,
mimika və rəftarın, eşidilən səsin, sədanın əsas təsir hədəfi
insanın alt-şüurudur. Ona görə də “Şərq teatrı” anlamının
_____________
Milli Kitabxana_____________
10
çərçivəsinə nə daxildirsə, hamısı yuxunu, həddi-bülug, agahlıq
yuxusunu xatırladır.
ŞƏRQ TEATRI ÇOXÜZLÜ TANRI
ŞİVAYA BƏNZƏR.
Onun hər üzünə, hər görkəminə bir
dünyadurumu, bir ovqat həkk olunub.
Şərq məmləkətlələrində tamaşa
xarakterli təzahürlər
hüdudsuzdur. Müsəlman aləmində isə iki nəfərin bir-birilə
savaşması da, qoç, dəvə döyüşü də, itlərin boğuşması da, qətl
də, təziyə də tamaşadır. Odur ki, Şərq teatrının təyininə bir dəfə
müəyyənləşmiş konkret təriflə yanaşmaq, qısa bir cümlədə
onun təsvirini verib mahiyyətini açmaq çətin məsələdir. Çünki
Şərq teatrının hər bir təzahür formasının təkrasız keyfiyyət
özünəməxsusluğu var. Bu rəngarəngliyi, müxtəlifliyi, əsasən,
iki əks qütbdə cəmləşdirib Şərq teatrının estetik xüsusiyyətləri
barədə fikir yürütmək olar:
bir tərəfdən təmtəraq, patetika,
ifadə qabarıqlığı, mistik ovqat, coşğun hissiyat, suggestiv
emosionallıq, ekstaz, çoxmənalı simvolar sistemi; digər
tərəfdən isə primitiv naturalizm, şişirtmə, parodiya, imitasiya,
şən karnaval əhvalı bir-birilə çuğlaşıb Şərq teatrının ümumi
ponaramını yaradır. Dini ayinlərdən, mərasimlərdən,
rituallardan və bazar meydanından kənarda Şərq teatrı yoxdur.
Doğu ölkələrinin teatrını öyrənərkən,
xüsusilə də bu barədə
mükəmməl tarix dərsliyi yazmağa cəhd göstərərkən, bir
məsələni də öncədən aydınlaşdırmaq gərəkdir. Şərq teatrının
inkişaf tarixi iki böyük mərhələyə ayrılır. Birinci mərhələ Doğu
məmləkətlərinin ənənəvi teatr formalarının, folklor teatrı
formalarının, eqzotik, heyrətamiz teatr formalarının tarixidir ki,
həcm və sanbalca digər mərhələdən qat-qat vacib, maraqlı və
üstündür. Bu dövr qədim zamanlardan başlayıb XX əsrin
astanasına kimi davam edir. Ancaq qurtarmır, haradasa
“muzeyləşib” gözəl, qiymətli əşya kimi mənsub olduğu milli
mədəniyyətin çərçivəsində maarifçi missiyasını yerinə yetirir,
keçmiş atmosferini bir vaxtlar yaratdığı obrazlar sistemində
_____________
Milli Kitabxana_____________
11
yaşadır. İkinci mərhələ isə Şərq ölkələrində avropatipli teatrın
XIX yüzilliyin axırından
üzü bəri inkişaf tarixidir ki, bütün
yerlərdə ucdantutma standart, uyğun ssenarilər üzrə milli
mədəniyyətlər şəbəkəsinə daxil olur.
Deməli, belə çıxır ki, hər bir Doğu məmləkətinin teatr tarixi
ikicə müstəqil tarixdən ibarətdir: folklor mənşəli ənənəvi teatr
formalarının, və bir də avropatipli teatrın milli mədəniyyət
şəbəkəsində təşəkkül və inkişaf tarixindən. Busa olduqca
böyük, monoqrafik xarakterli bir materialdır. Odur ki, mən
“Şərq teatrı tarixi” dərsliyinə ən vacib, ən maraqlı, dünya teatr
mədəniyətinin inkişafı üçün ən önəmli və aktual sayılacaq
mövzuları toplamışam; bəzi temaları qısaldıb, ixtisar eləmişəm.
Ancaq bir şərtlə: təki tələbənin Şərq teatrı ilə baglı təsəvvür
bütövlüyünə xələl gəlməsin.
Dərslikdə Doğu ölkələrinin ənənəvi teatr formalarının
tarixinə və poetikasına üstünlük verilib. Bu da heç bica deyil.
Əvvəla, ona görə ki, Şərq teatrının ənənəvi təzahür formaları
eqzotikdir, unikaldır və bəşər mədəniyyəti tarixində təkrarsız
hadisədir. Və ikincisi: bu predmeti
tədris etdiyim uzun illər
boyunca mən belə bir məsələni özüm üçün konkretləşdirmişəm
ki, tələbələr ənənəvi teatr formalarının tarixinə, poetikasına,
onların təkrarsız estetik hüsnünə çox qısa zamanda vurğun
olurlar və mühazirə mövzusuna həqiqi maraq göstərirlər. Bu
maraq təkcə öyrənmək həvəsindən irəli gəlmir. Təzəliyə,
yeniliyə, orijinallığa və eqzotikliyə olan meyl də burada az rol
oynamır.
“Şərq teatrı tarixi” dərsliyində Doğu ölkələrinin müasir teatr
tarixi də qədərincə işıqlandırılır. Hərçənd burada bir problem
xüsusilə vurğulanmalıdır: Şərq ölkələrinin XX əsr teatr tarixi
bir tam şəklində araşdırılıb yazılmamışdır. Bu tarixi yalnız
ayrı-ayrı məqalələr, görkəmli sənətçilərin həyat və yaradıcılığı-
na həsr olunmuş monoqrafiyalar görükdürür.
Ona görə də Do-