_____________ Milli Kitabxana_____________
46
dik dayanmalıdır. O da yalnız hərəkətsiz dayanıb başqasını
dinlərkən mümkündür.
Aktyorlar bədən elastikliyinə nail olduqdan sonra ağız,
yanaq, boyun, qaş və çənəni məşq etdirirlər. Bu siyahıda
gözlər, təbii ki, birincidir. Belə məşq aktyoru ideal mimika
sahibinə çevirir. Rəqqas döşəmədə hatha-yoqanın şanagüllə
( lotos) pozasında əyləşib əllərini ya sinəsində çarpazlayır, ya
da dizlərinin üstünə qoyur. Sonra ağzını geniş açıb çənəsini
sinəyə dayayır, gözlərini bərəldir. Bu vaxt o, göz bəbəklərilə
müxtəlif istiqamətlərdə fiqurlar cızır. Gözləri “işləyən”
aktyorun başı və bədəni tərpənməz qalmalıdır. Bundan sonra
nrittanı, - təmiz rəqsi, - səhnədə sərbəst ifa etmək mümkünləşir.
NRİTTA
orqanik şəkildə oturaq pozadan doğan bir neçə rəqs
fiqurundan və tullanışlardan ibarətdir. Öz-özlüyündə onları
yadda saxlamaq çox çətindir. Lakin Kathakali rəqqası onların
ən rəngarəng kombinasiyalarını ifa etməyi bacarmalıdır. Təmiz
rəqsin tamamlanmış fraqment-parçası isə
“KALASAM”
adlanır. Kalasamların ifa xüsusiyəti epizodun ovqatından,
nəğmənin ritmindən də asılıdır.
Kathakalinin dili “danışan” jestlərin dilidir. Burada
DİALOQ haradasa lalların söhbətini xatırladır. Jestlərin “dili”
haqqında “Hasta Lakşana Deyepika” kitabında ətraflı
məlumat verilir. Əsərdə 24 əsas hasta işlənib hazırlanmışdır.
Hastaların dəqiq sayı heç vaxt dəqiq bəlli deyil. Bu 24 hasta
özündə 500-800 anlam-simvolu ehtiva edir. Çünki bir çox
mətləblərin bəyan edilməsi rəqqasın ustalığından və təsəvvür
zənginliyindən çox asılıdır.
Hasta
şeirin məkan
kompozisiyasıdır, onun vizual təsviridir, plastik formasıdır.
“Qurukula” sistemində nəyəsə nail olmaqdan ötrü, ilk
növbədə, gərək Ustada bənzəyəsən; ona bənzəmək üçünsə
gərəkdir ki, həmişə bu mötəbər insanın yanında olasan, onun
hərəkətlərini, rəftar özünəməxsusluğunu, vərdişlərini
_____________ Milli Kitabxana_____________
47
təkrarlayasan. Təlim prosesi (12-20 illik) massaj və karalidən
başqa musiqi, rəqs, ədəbiyyat və sənət tarixi dərslərindən də
ibarətdir. Tədrisin sonunda isə artıq hər bir aktyor əsas
repertuardan təqribən 15-20 pyes əzbər bilməlidir. Busa
olduqca böyük göstəricidir.
Kathakali teatrında dekorasiya yoxdur, tamaşa
axşamdan sübhə kimi, gün batandan gün çıxana qədər eni və
uzunu 4x4 metr olan taxta döşəmə üstündə açıq səma altında
oynanılır. Səhnədə seyrçinin diqqətini yayındıracaq əlavə heç
nə olmur. Sanki tamaşa qaranlıq üzərində çəkilmiş tablodur,
rəngli şəkildir. Kathakali teatrında dekorasiya məhz cənub
gecəsinin özüdür.
Kathakali teatrında işıq da ənənəvidir. Bütün səhnələr 10
litr yağ tutan iri bir çıraqla işıqlandırılır. Çırağa yalnız zeytun
yağı tökürlər ki, his eləməsin. Tamaşanın iştirakçılarını bu
çırağın işığı sanki gecənin qaranlığı içində aşkarlayıb
görüntüyə gətirir və seyrçiyə nişan verir. Cənub gecəsinin
qaranlıq örtüyü üzərində işıq topasının görükdürdüyü qrim və
kostyumların köməyilə yaradılmış əlvan səhnələr elə bil ki
yuxu və fantastika sərhəddindədir. Dünyanın heç bir teatrında
qrim və geyimlər bu qədər şux, parlaq və rəngarəng, ecazkar və
möcüzəli deyil. Kathakali teatrında hər bir personajın dəqiq
müəyyən olunmuş kanonik qrimi var. Bu teatrda rekvizitdən də
istifadə olunmur. Səhnəyə həmişə bir kətil qoyulur: aktyor
onunla istədiyi kimi davrana bilər. Kətildə əyləşib istirahət
etmək, müəyyən səhnələrdə onun üstünə çıxmaq, bəzənsə bu
kətildən səltənətin taxt-tacı kimi faydalanmaq mümkündür.
Kathakali aktyorları
THERASSİLA
və ya arakəsmədən yeni
personajlar səhnəyə çıxarkən yararlanırlar. Bu, gözlənilməzlik
effektini tamaşada artırır. Həmişə iki kişi therassilanı aktyorun
qarşısına tutub onu müəyyən müddətə seyrçilərdən ötrü
_____________ Milli Kitabxana_____________
48
“məxfiləşdirir”; yəni tamaşaçı bilmir ki, ayaqlarını gördüyü
rəqs edən personaj kimdir, bircə şişpapaq Xanumandan savayı.
Kathakali teatrının personajları üç böyük ampluaya
bölünür: satvik, racazik, tamazik. Satviklər alicənab, hünərli,
xeyirxah, səxavətli, cəngavər hökmdarlar və tanrılardır. Qrim
tipinə müvafiq tərzdə bu qəhrəmanlara “yaşıl personajlar” da
deyirlər. Bu qrim
“PAÇHA”
(və ya paçça: tələbələrin rus və
ingilisdilli mətnlərlə işləyərkən müəyyən çətinliyə düşüb
diskomfort duymamasından ötrü mən terminlərin hər iki
lisanda mövcud variantlarını göstərməyi vacib sayıram)
adlanır. Paçha malayalam dilində işlənən sözdür, yaşıl rəngi
bildirir. Bhima, Hindra, Krişna, Rama mütəmadi surətdə
paçha qrimində görünürlər. Onların dodaqları qalın al qırmızı,
qaş və göz həndəvərlərisə tünd qara rəngə boyanır. Bu
obrazları ifa edən aktyorların alınlarında paçhanın üstündən
sarı rəng topacığının içində onların mənsub olduqları kastanın
nişanı hökmən göstərilir. Bu, “naman” adlanan xüsusi
mürəkkəb dini işarədir. Sifətin qrimlənməsi başa çatdıqdan
sonra aktyorun çənə sümükləri boyunca, bir qulaq
düyməsindən o birinə qədər əl içi boyda ağ rəngli
“ÇUTTİ”
taxılır. Yalnız Şiva ilə Brəhmənin qriminin rəng əsası açıq
narıncıdır. Bu qrimin adı
“PAJUPPA”
dır. Digər əlamətlərdə isə
onlar paçhalarla eynidirlər.
Hər bir aktyorun qrimi papaqla tamamlanır. Kathakali
teatrında pariklərdən qəti surətdə istifadə edilmir. Paçhalar və
pajuppalar səhnəyə iri, təmtəraqlı, üçtəbəqəli, haradasa şahanə
“KİRİTAM”
adlanan, yüngül ağacdan hazırlanmış, muncuq,
güzgü parçaları, metal qırıqları ilə bəzədilmiş tacda çıxırlar.
Bircə Krişnanın tacı bir qədər balaca olur. Bu taca da
“MUTİ”
deyirlər. Taclı qəhrəmanlar qulaqlarına bəzəkli sırğalar taxırlar.
Bu tacların arxasına müqəddəslik haləsini bildirən tabaq
formalı ecazkar bir disk bərkidirlir. Paçhalar adətən ağ tuman
Dostları ilə paylaş: |