Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
65
 
 
 
 
Nümunələrə  nəzər yetirək: Azərb.:Bu zaman kupe-
nin yarımaçıq qapısı ağzında polis serjantı göründü (M. 
Qacar, Metroda terror); türk: Kadın,artık çocuklarına 
işittirmekten korkmayarak yüksek sesle ağlaya ağlaya 
mutfağa girdi. Ali Rıza Bey, olduğu yerde donup kaldı 
(R.N.Güntekin,Yaprak dökümü); qaqauz: – Usek saabi 
kabaatlılar ondukuzu da senin izinini tamamnadılar (N. 
Baboqlu, Legendanın izi); qırğız:Ömür-ölüm! Bul эköö-
nün – jarık menen karanqılıktın betteşüüsü kırqız jerinin 
biyik çokusu Üzönqülöş  aşuusunda  boldu. Çıqarmanın 
syujettik-kompozisiyalık mazmunu da önütüp oturup 
biyiktiqine jetti(Kutbilim); xakas:Çilbiqen palaları çıca-
ğın potxı tip, çip saldılar; kazan-tatar: İkençe könne irtə 
belən ike tien sədaka, ber kisək utın alıp, yanqa kitap-
bukçamnı asıp, məzin yortına “qıylem estərqə”  kittem 
(Q.Bəşirov); 
qazax:   Balalar! Oқuğa bar! Jatpa қarap! 
              Juınıp, kiininder şapşaŋıraқ! 
              Şaқırdı tauıқ mana əldeқaşan, 
                   Karap tür terezeden kün jıltırap 
                                                      (Ə.Baytursınov) 
Məlum olduğu kimi, bütün türk dillərində mövcud 
olan -dı şəkilçili keçmiş zamanın birinci şəxsin cəmində 
əksər müasir türk dillərində  -k, özbək dilində isə  -mız 
şəxs şəkilçisindən istifadə olunur. Bu şəxs sonluqların-
dan hansının daha qədim olması  tədqiqatçıların diqqə-
tindən kənarda qalmamışdır.  
Müasir dövrdə bu forma təkcə özbək dilinin Daş-
kənd  şivəsində qalmışdır. Həmin  şivədə M.Kaşğarlının 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
66
 
 
 
 
“Divan”ında olduğu kimi, birinci şəxs cəmdə -mız//-miz 
şəkilçisindən istifadə olunur. Məsələn, Daşkənd şivəsin-
də birinci şəxs cəmdə ədəbi dildə “oldik” əvəzinə “oldı-
mız”, “berdik” əvəzinə “berdımız” və s. işlənir
1

Azərbaycan dilinin yazılı abidələrində  -mız//-miz 
formasına rast gəlmədik. Onu da qeyd edək ki, nə müa-
sir Azərbaycan dilində, nə  də onun dialekt və  şivələ-
rində -mız şəkilçisinin birinci şəxsin cəmində fellərlə iş-
ləndiyinə təsadüf edilmir.  
Qədim türk yazılı abidələrindən Tonyukukun şərə-
finə qoyulmuş abidənin dilində də -dimiz, -timiz forma-
larından istifadə olunmuşdur. Məsələn: Biz jämä sülä-
dimiz, any irtimiz; Bän anča tirmän: bän bilgä Toñuquq 
Altun jysyγ asa kältimiz, Ärtis ügüzüg käčä kältimiz 
2
. 
V.V.Reşetov yazır:“Qeyd etmək yerinə düşərdi ki, 
etimoloji baxımdan -dımız Daşkənd forması -dık müasir 
özbək ədəbi dil formasından daha qədimdir. Biz Kül-Ti-
gin abidəsində(sözläşdimiz “danışdıq”,birtimiz “verdik”, 
itdimiz “etdik”,  konturtımız “yerləşdik”), Mahmud Kaş-
ğarlının “Divan”ında, İbn-Mühənnada, Məhəmməd Sa-
lihin “Şeybani-namə”sində buna rast gəlirik. Bu forma-
                                                 
1
Vəliyev İ. Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”də keçmiş zamanın 
ifadə vasitələri. Elmi əsərlər – Учение  записки. Dil və  ədəbiyyat seri-
yası.Bakı, S.M.Kirov adına Azərb.Dövlət Universiteti.1968,№5,  s. 91. 
2
 Кононов  А.Н.Грамматика  языка  тюркских  рунических  памтников 
VII-IX вв.  Л., «Наука», 1980, с. 63-64.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
67
 
 
 
 
nın mənbələrini,  şübhəsiz, Qaraxanlı dialekt birliyində 
axtarmaq lazımdır”.
1
  
A.N.Kononov isə bu fikrin əksinə olaraq, -mız şə-
kilçili formanı  -k  şəkilçili forma ilə müqayisədə  (-mız) 
mənşəcə nisbətən daha sonrakı forma hesab edir və eh-
timal edir ki, o, birinci və ikinci şəxsin tək formaları 
yaranan zaman, başqa sözlə, bütün təsrif sistemi ciddi 
simmetrik xarakter alanda yarana bilərdi
2

-
4
 şəkilçili keçmiş zaman, demək olar ki, bütün 
türk dillərində müşahidə olunur. -Dı
4
  şəkilçili zaman 
forması Azərbaycan dilində şühudi keçmiş zaman, türk 
dilində isə  görülən keçmiş zaman adlanır. Müasir türk 
dilində sonu cingiltili samitlərlə bitən fellərə  -dı
4
, kar 
samitlərlə bitən fellərə  -tı
4 
şəkilçisi artırılır. Bu cəhət 
türk dilindən başqa qaqauz,şor,tofalar dilində də vardır. 
-Dı
4
  şəkilçisi bəzən diftonq şəklində üzə  çıxır. Məs.: 
aldınız-alduuz,gördünüz-gördüüz,bildiniz-bildiiz və s.  
Bu xüsusiyyətə Kars azərbaycanlılarının dilində, 
eləcə də Naxçıvan dialektində rast gəlinir. 
Azərbaycan dilinin Otmanoba kənd şivəsində ikin-
ci  şəxsin təkində yalnız birvariantlı  -dū  şühudi keçmiş 
zaman şəkilçisi işlənir, təsrif zamanı ikinci şəxs şəkilçi-
si (-n) düşməklə zaman şəkilçisindəki sait burun varian-
                                                 
1
 Решетов В.В. О наманганском говоре узбекского языка. Академику 
Владимиру  Александровичу  Гордлевскому,  к  его  семидесятипяти-
летию. Сборник статей. Изд. АН ССР, Москва, 1953, с.216-230. 
2
Кононов  А.Н.Происхождение  прошедшего  категорического  времени  в 
тюркских  языках. //Тюркологический  сборник, I, 1951, М.-Л.,  Изд.  АН 
СССР, с. 119. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə