Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə22/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 67


dövlətlərin Cənubi Qafqaza olan maraqlarının  əsasında geo-

siyasi və iqtisadi məqsədlər dayanırdı.  İtaliya dövləti bu mə-

nada özünün iqtisadi maraqlarına görə xüsusi olaraq seçilirdi. 

Böyük Britaniya Azərbaycan üzərində olan mandatından 

imtina edərək onu İtaliyaya verdi. Lakin İtaliyada hakimiyyət 

dəyişdiyindən, maliyyə və texniki imkanlar çatışmadığından və 

müttəfiqlər ordu hissələri göndərməyə cəsarət etmədiklərindən 

həmin mandatı  həyata keçirmək mümkün olmadı. Mandat 

hüququ böyük dövlətlərin Cənubi Qafqazda geosiyasi və 

geoiqtisadi maraqlarını ifadə edirdi. 

ABŞ-ın Qafqaz mandatına marağı Böyük Britaniya, Fran-

sa və İtaliyadan fərqli olaraq daha böyük idi. Bu maraq xüsusi 

cəhətləri ilə fərqlənirdi. Hələ 1919-cu ilin may ayında Parisdə 

ABŞ nümayəndələri ilə danışıqlar aparan Azərbaycan tərəfi 

Amerikanın respublikanın müstəqlilliyinə  xələl gətirməyəcəyi 

və daxili işlərinə müdaxilə etməyəcəyi təqdirdə onun hima-

yəçiliyini qəbul etməyə razı olduğunu bildirmişdi.  

1919-cu ilin ortalarında yaranmış beynəlxalq vəziyyət, o 

cümlədən Kolçak və Denikin ordularının məğlub olması  və 

Rusiyada bolşeviklərin güclənməsi Azərbaycan hökumətini 

getdikcə narahat etməyə başlayır. Vəziyyət çevik xarici siyasət 

aparmağı və hansı şəkildəsə böyük xarici dövlətlərin, xüsusən 

də ABŞ-ın yardımına nail olmağı, onlardan müstəqilliyin qo-

runması ilə bağlı qarantiya almağı  tələb edirdi. Azərbaycan 

əsas diqqətini ABŞ hökuməti ilə diplomatik, iqtisadi, siyasi və 

hərbi münasibətlər yaratmağa yönəltmişdi ki, bunun da bir çox 

səbəbləri var idi. 

 Əvvəla, müharibədə Antantanın qələbəsinə ABŞ xüsusi 

töhfə vermişdi və onlar arasında da xüsusi çəkiyə malik idi. 

Dünya müharibəsindən  əvvəl özü borc alan Amerika mühari-

bənin gedişində, xüsusən də müharibədən sonra əsas borc 

verən dövlətə çevrilmişdi. ABŞ-ın beynəlxalq aləmdə  qısa 

müddətdə nüfuzu yüksəlmiş və dünya siyasətində rolu qat-qat 



 

ßËÈ ÙßÑßÍΠ

 

68 


artmışdı. Avropanın böyük ölkələrinin demək olar ki, hamısı 

ABŞ-a borclu idilər. Paris sülh konfransının və dünya mühari-

bəsindən sonrakı beynəlxalq münasibətlər sisteminin təməllə-

rini də məhz Vilsonun “14 maddəsi” təşkil edirdi. ABŞ prezi-

denti xarici siyasət fəaliyyətində  təcridçilikdən imtina edərək 

beynəlmiləlçi liberal xətt yeritməyə üstünlük verirdi ki, bu da 

Azərbaycan tipli gənc dövlətləri fəaliyyətə ruhlandırırdı. 

 İkincisi, həmin vaxt Paris Konfransında qalib ölkələrdən 

İngiltərə, Fransa və İtaliyanın real köməyini almaq ehtimalının 

zəif olmasını  yəqin edən, indiyə  qədər ölkəmizə yardım edən 

Türkiyəninsə öz problemlərinin yetərincə olduğunu görən 

Azərbaycan hökuməti yeganə  çıxış yolunun ABŞ-la siyasi və 

iqtisadi əlaqələr yaratmaqda olduğu qənaətinə gələrək, ölkənin 

müstəqilliyinin ABŞ  tərəfindən tanınmasına ciddi-cəhdlə  səy 

göstərir. Bu məqsədlə, Topçubaşov sentyabrın 26-da prezident 

V.Vilsona yazdığı  məktubunda dostcasına onun diqqətinə 

“ABŞ-ın Azərbaycanın müstəqilliyini qoruyacağına və ölkəyə 

yardım göstərəcəyinə azərbaycan xalqının inandığını, gözlə-

diyini və umduğunu” çatdırırdı. 

 Bundan başqa, Azərbaycan tərəfinin ABŞ ilə yaxın müna-

sibətlər qurmaq istəyi ermənilərin ABŞ-da getdikcə fəallaşması 

ilə də bağlı idi. ABŞ-da fəaliyyət göstərən “Müstəqil Ermənis-

tanın Amerika Komitəsi” bu ölkənin siyasi dairələrində Azər-

baycan haqqında böhtan və yalan yaymaq sahəsində xüsusi 

məharət qazanmışdı. Bu mənfur fəaliyyət türkləri və  Cənubi 

Qafqazda müstəqillik uğrunda çalışan Azərbaycan xalqını göz-

dən salmağa, ABŞ-ın bu dövləti tanımasını və onunla hər hansı 

əlaqə yaratmasına  əngəl törətməyə yönəlmişdi. Azərbaycan 

hökuməti erməni dairələrinin bu cür iyrənc məqsədlərini ifşa 

etmək və Azərbaycanla bağlı  həqiqətləri Amerika ictimaiyyə-

tinin diqqətinə çatdırmaq üçün bu ölkədə lazımi təbliğat 

aparmağı vacib hesab etsə də buna heç cür nail ola bilmirdi.  




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 69


Həmin dövrdə Azərbaycan hökumətinin razılığına əsasən, 

Ə.Topçubaşov Nyu York şəhərindən olan hüquq məsləhətçisi 

Valter Çandlerlə iki müqavilə imzalaya bilmişdi. Müqavilənin 

şərtlərinə görə, V.Çandler Azərbaycan nümayəndə heyətinin 

təbliğat məsələləri üzrə hüquq məsləhətçisi (əslində lobbi fəa-

liyyətndən söhbət gedirdi) təyin edildi. O, göstərilən müddət 

ərzində ABŞ-da Azərbaycanın milli maraq və  mənafelərini 

müdafiə etmək missiyasını öz üzərinə götürürdü. Eyni zaman-

da, həmin dövrdə amerikalı iqtisadçı Maks Rabinov da Azər-

baycanın Paris nümayəndəliyində  işə  qəbul edildi. Bu şəxs 

dünya qiymətlərinə uyğun olaraq, Azərbaycandan neft alınma-

sı və digər iqtisadi məsələlərlə məşğul olmalı idi. Azərbaycan 

nümayəndə heyətinin bu hərəkəti xarici siyasətin doğru təbliğ 

edilməsi və lobbiçilik sahəsində atılan ilk addımlar kimi 

əhəmiyyət daşıyırdı. 

Azərbaycan hökuməti Böyük Britaniya, Fransa və  İtaliya 

kimi dövlətlərlə  də iqtisadi və ticarət  əlaqələrinin yaradılması 

istiqamətində mühüm addımlar atmağa başlayır. Belə addımlar 

sırasında Fransa-Qafqaz Komitəsinin təşəbbüsü ilə 1919-cu il 

oktyabrın 4-də keçirilən və Azərbaycan, Gürcüstan, Fransa iş-

güzar dairələrinin iştirak etdiyi Qafqaz konfransı xüsusi  əhə-

miyyət daşıyırdı. Konfransdan sonra həmin ilin oktyabr ayında 

Fransa Respublikasının Ticarət və  Sənaye Nazirliyinin nüma-

yəndəsi Bakıya səfər edərək, Azərbaycanın xarici işlər naziri 

Məmmədyusif Cəfərovla danışıqlar aparır. Görüş zamanı Fran-

sa tərəfinin nümayəndəsi öz ölkəsi ilə Azərbaycan arasında 

dostluq əlaqələrinin yaradılmasının vacib olduğunu bildirir.  

Həmin ərəfədə Azərbaycan hökuməti Böyük Britaniyanın 

“Kosmos” kompaniyası ilə müqavilə imzalayır. Müqaviləyə 

görə, bu kompaniya Azərbaycan neftinin Qara dəniz limanın-

dan daşınıb Avropaya satışını  təşkil etməli idi. Bundan başqa 

Azərbaycanla Fransanın teleqraf və telefon kompaniyası ara-




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə