Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə30/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 93


  ölkənin geosiyasi kodunun, beynəlxalq və regional 

təhlükəsizlik sahəsində müvafiq xarici siyasət konsep-

siyasının yaradılmasını və s. ehtiva edir. 

 

 



§ 2.1. Azərbaycan Respublikasının milli inkişaf siyasətinin 

formalaşması, əsas mərhələləri və xarakterik xüsusiyyətləri 

 

Azərbaycanın müstəqillik yolu, milli inkişafı və dövlət qu-



ruculuğu prosesi bir sıra mühüm daxili və xarici amillərlə şərt-

lənir. Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni-intel-

lektual potensialından və SSRİ-nin dağılması ilə  əlaqədar ya-

ranan əlverişli tarixi şəraitdən istifadə edərək, 1991-ci ildə öz 

milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşa-

raq, müstəqil dövlətini bərpa etdi və BMT üzvü olan müstəqil 

dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının in-

diyə  qədər malik olduğu  ən böyük tarixi nailiyyət hesab olu-

nur. Müasir dünyada 5000-dən artıq xalq və millət mövcud 

olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil döv-

lətlərin sayı 200-dən çox deyil. 

Müstəqillik tarixinin araşdırılması ümummilli lider 

Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqil-

liyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanıl-

ması, yaşadılması, daimi və əbədi edilməsi bundan da çətindir. 

O, 1993-cü ildəki müraciətlərindən birində qeyd edirdi ki, 

“Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini 

çəkdiyi günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, döv-

lətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin 

yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxla-

maq, möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail ol-

maq, vətəndaşlara müstəqil dövlət  şəraitində layiqli həyat  şə-

raiti təmin etmək daha çətindir”.

23

 

                                                 

23

 Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir. Elektron külliyyat, 



http://heydaraliyev.preslib.az 


 

ßËÈ ÙßÑßÍΠ

 

94 


Dünya təcrübəsi və Azərbaycanın dövlətçilik tarixinin qı-

sa təhlili göstərir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yarat-

maq və onu yaşatmaq üçün üç əsas  şərtin olması vacibdir. 

Bunlar: 


- müstəqillik üçün mövcud daxili və xarici şəraitin ye-

tişməsi; 

- müstəqillik qazanmaq, onu qorumaq və yaşatmaq üçün 

xalqın milli iradəsinin ortaya qoyulması  və vahid milli 

məqsəd ətrafında birləşməsi;  

- həmin dövr üçün millətin vahid milli ideyasının və ira-

dəsinin daşıyıcısı rolunu oynayan, insanları  səfərbər 

edərək öz arxasınca aparmaq gücünə  və qabiliyyətinə 

malik, cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli 

liderin olmasından ibarətdir. 

Bəşər tarixində bu və ya digər xalqın və ölkənin müstə-

qilliyi üçün lazımi tarixi şəraitin yetişməsi ayrı-ayrı dövrlərdə 

müxtəlif forma və  məzmunda özünü büruzə vermiş  və  bəhs 

olunan mövcud zaman və  məkanın spesifik ölçüləri,  əlverişli 

daxili və xarici amilləri və s. ilə ölçülmüşdür. 

Milli iradə ortaya qoymaq və milli məqsəd uğrunda 

birləşmək bütün məkan və zamanlarda, bir qayda olaraq, ölkə 

əhalisinin tam əksəriyyətinin “birlik, vahidlik və qətiyyətlilik” 

əmsalı hesab olunmuşdur. 

O ki, qaldı tarixdə, millətlərin və dövlətlərin həyatında 

vahid, birləşdirici liderin, şəxsiyyətin oynadığı rola, bununla 

bağlı dünya siyasətşünaslığında fərqli yanaşmalar mövcuddur. 

Bu məsələdə ən inandırıcı siyasi yanaşma metodunu geosiyasi 

ədəbiyyatda “Biheviorist metod” tərəfdarları irəli sürür və 

əsaslandırırlar.

24

 



                                                 

24

 Bu  metoddan  geosiyasətdə ilk dəfə ABŞ siyasətçisi, sonralar isə prezident 



seçilmiş Vudro Vilson 1880-ci ildə istifadə etmişdir. Həmin geosiyasi metoda 

görə, bu və ya digər hadisəni qiymətləndirərkən “tam aydın, dəqiq və 

birmənalı bilik və  təcrübəyə  əsaslanaraq qərar vermək lazımdır”. V.Vilson 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 95


Şiyasətşünaslar  şəxsiyyətin (liderin) xalqların və toplum-

ların milli “özünü müəyyənetməsi” və ya milli kimliyi, milli 

dövlət quruculuğu və milli inkişafındakı tarixi rolunun ölçü 

meyarlarını onun mövcud zaman və  məkan çərçivəsindəki 

milli ideya və milli iradə daşıyıcısı kimi çıxış etməsi, bu mis-

siyanı icra etmək gücünə  və keyfiyyətinə, geniş  və  hərtərəfli 

qlobal dünyagörüşə malik olması, yerli, regional və beynəlxalq 

geosiyasi mühitdən yetərincə baş  çıxarması  və  nəhayət, cə-

miyyətin ictimai dəstəyini qazanması ilə müəyyənləşdirirlər. 

Müstəqilliyə qovuşmaqla Azərbaycanın milli inkişaf və 

təhlükəsizlik siyasəti birdən-birə yaranmamış və bir neçə mər-

hələdən keçərək, tədricən formalaşmışdır. Siyasi ədəbiyyatda 

bəzi xarakterik xüsusiyyətlərinə görə, Azərbaycanın müstəqil 

dövlət quruculuğu və milli inkişafını bir neçə  mərhələyə 

bölürlər. 

Birinci mərhələyə Azərbaycanın 18 oktyabr 1991-ci ildə 

müstəqillik haqqında Konstitusiya Aktını  qəbul etməsindən 

başlayaraq 1993-cü ilə - Heydər Əliyevin hakimiyyətə gəlmə-

sinə qədərki dövrü aid edirlər. 

1980-ci illərin sonu, 1990-cı illərin  əvvəlində SSRİ-nin 

süqutunun qarşısıalınmaz prosesə çevrilməsi, beynəlxalq aləm-

də yaranan əlverişli tarixi şərait, bölgədə cərəyan edən mərkəz-

dənqaçma meyillərinin vüsət alması, Ermənistan-Azərbaycan 

münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində o zamankı 

sovet rəhbərliyinin ermənipərəst mövqeyi, ermənilərin yaran-

mış boşluqdan bəhrələnərək Azərbaycan torpaqlarını bir-biri-

nin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda əvvəlcə 

                                                                                                           

hesab edirdi ki, həm daxili siyasətdə, həm də geosiyasətdə bütün hadisələrin 

əsasında lider (şəxsiyyət) dayanır və  əsas rolu da məhz o oynayır. V.Vilson 

konkret zaman və  məkan çərçivəsində xalqların, millətlərin və digər insan 

birliklərinin əsas maraq və mənafe dairəsinin, fəaliyyət və istəklərinin ifadə və 

təmin olunması yolları  və vasitələrinin tapılmasını da məhz onların “lider-

lərinin dünyagörüşü və qabiliyyəti” ilə əlaqələndirirdi. 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə