Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə16/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 49


işlər naziri Məhəmmədhəsən Hacınski rəsmi müraciət edərək 

Osmanlı dövlətinin Avropa ölkələrində fəaliyyət göstərən türk 

səfirlikləri vasitəsilə Azərbaycan ilə Avropa dövlətləri arasında 

vasitəçi olmağa razılıq verib-verməməsi məsələsini qaldırdı. 

Bu müraciətdən sonra müxtəlif ölkələrdəki türk səfirlikləri 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dün-

ya ictimaiyyətinə məlumatın çatdırılmasını öz üzərinə götürdü.  

İstiqlaliyyətini elan etmiş yeni müstəqil dövlətlərin sər-

hədlərini müəyyənləşdirmək məsələsi həmin ölkələrin xarici 

siyasəti qarşısında duran və qarşılıqlı münasibətlərinə ciddi 

təsir edən məsələlərdən biri idi. Əslində  ərazi-sərhəd məsələ-

ləri regionda böyük güclər arasında gedən geosiyasi mübari-

zənin ən əsas hədəfi idi. Onlar bu amil vasitəsilə həm xalqlar 

arasında manevr edir, həm də  Cənubi Qafqazda öz forpostla-

rını yaratmağa çaışırdılar. 

1918-ci ilin may-iyun aylarında Batumda keçirilən danı-

şıqların yekununu kimi iyunun 4-də Osmanlı imperatorluğu, 

Azərbaycan və Ermənistan arasında “Sülh və dostluq” haqqın-

da müqavilə imzalandı.

Azərbaycan hökumətinin xarici döv-



lətlərlə imzaladığı bu ilk müqavilədə Azərbaycan ilə Osmanlı 

hökuməti arasında daimi sülh və dostluq əlaqələrinin bərqərar 

olması, Azərbaycan, Gürcüstan və Ermənistanın öz aralarında 

tezliklə  sərhədləri müəyyən edəcək protokol imzalayacaqları 

nəzərdə tutulurdu. Azərbaycan-Osmanlı dostluq müqaviləsində 

ehtiyac olacağı təqdirdə, dinclik və asayişi möhkəmləndirmək 

üçün Osmanlı hökumətinin Azərbaycana hərbi yardım göstərə-

cəyi də  nəzərdə tutulmuşdu. Müqavilədə Azərbaycan höku-

mətinin onun sərhədyanı ərazilərində yaradılmış silahlı quldur 

dəstələri tərksilah etməyi öz uzərinə götürdüyü, konsulluq 

                                                 

9

Договор дружбы между императорским Оттоманским Правительством и 



Азербайджанской  Республики. – Azərbaycan Respublikası Prezidentinin 

İşlər  İdarəsi yanında Siyasi Partiyalar və  İctimai Hərəkatlar Dövlət Arxivi 

(ARPİİSPİHDA), f. 277, siy. 2, bağ. 1, iş 9, v. 10-11. 



 

ßËÈ ÙßÑßÍΠ

 

50 


konvensiyası  məsələsi, dəmiryol yüklərinin daşınmasında tə-

rəflərin öhdəlik götürmələri, Brest-Litovsk müqaviləsinin tə-

rəflər arasında qüvvədə olduğu və s. məsələlər də qeyd edilirdi.  

Batum müqaviləsi yenicə müstəqillik elan etməsinə bax-

mayaraq, Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sis-

temində özünə yer tutmaq və nüfuz qazanmaq üçün qəti ira-

dəsini sübut edirdi. Sonradan Batum müqaviləsinə əlavə olaraq 

bəhs olunan dövlətlər arasında iki saziş də imzalandı.  

Azərbaycan, Gürcüstan və Osmanlı arasında imzalanan bi-

rinci saziş Bakı-Batum neft daşımaları (neft kəməri vasitəsilə) 

ilə bağlı idi. Müqaviləyə  əsasən tərəflər öz ərazilərində neft 

daşımalarının təhlükəsizliyini təmin etmək barədə razılığa gə-

lirdilər. Bu sazişin müddəalarının həyata keçirilməsi Azər-

baycanın neft sənayesinin inkişafına mühüm təsir göstərir, 

onun dünya bazarına çıxarılmasına təminat yaradırdı.  Əslində 

neftin belə nəqli yeni geoiqtisadi vəziyyət yaradırdı. 

Dəmiryol nəqliyyatına aid olan ikinci saziş isə Osmanlı 

imperatorluğu, Azərbaycan, Gürcüstan və Ermənistan arasında 

imzalandı. Sənəddə keçmiş Rusiya dövlətinin mülkiyyəti olan 

dəmiryolu nəqliyyat vasitələrinin müqaviləni imzalayan 

tərəflərin  ərazi hüdudlarına müvafiq olaraq onlar arasında 

bölüşdürülməsi nəzərdə tutulurdu.  

Azərbaycan hökuməti müvəqqəti paytaxtı olan Gəncədə 

yerləşmişdi. Ölkənin təbii, tarixi paytaxtı olan Bakı isə Bakı 

Xalq Komissarları Sovetinin əlində idi. Bu hakimiyyət Azər-

baycan xalqına zülm edirdi. Eyni zamanda bütün Cənubi Qaf-

qazı nəzarət altına almağa hazırlaşırdı. Bakı dövrün beynəlxalq 

münasibətlərində  və böyük dövlətlərin xarici siyasət strategi-

yasında mühüm rol oynayırdı. Bakı Osmanlı imperatorluğu, 

Almaniya, Böyük Britaniya və sovet Rusiyası arasında gedən 

amansız geosiyasi mübarizə  məkanına çevrilmişdi. Sovet 

Rusiyası Azərbaycan hökumətinə bolşeviklərin yaratdığı Bakı 

Xalq Komissarları Soveti vasitəsilə  təsir göstərir, onu məhv 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 51


etməyə çalışırdı. Məlum olduğu kimi, Bakıdakı bolşevik hö-

kuməti nəinki yeni yaradılmış milli hökuməti tanımır, eyni 

zamanda onu məhv etmək üçün qüvvələrini səfərbər etməyə 

çalışırdı. Bu məqsədi həyata keçirməyə gücü yetmədiyindən 

bolşeviklər daşnak qüvvələrindən istifadə etdilər.  Əslində 

Bakıda bolşevik-daşnak ittifaqı yaradılmışdı. Onlar azərbay-

canlılara qarşı kütləvi qırğınları amansızlıqla davam etdirir-

dilər. Bolşevik hökuməti Gəncə istiqamətində hücum edərək 

dinc türk və müsəlman əhalini qırmaqda davam edirdi. 

Azərbaycan hökumətinin əsas məqsədi isə paytaxtı yadelli 

qüvvələrdən azad etmək idi. Lakin Bakını azad etmək üçün 

Azərbaycanın qüvvələri kifayət etmirdi. Ona görə Azərbaycan 

hökuməti Osmanlıya müraciət etdi. Buna qədər, hələ Cümhu-

riyyət elan edilənə qədər türk hərbi təlimatçıları artıq  Gəncəyə 

gəlmişdilər. Cümhuriyyət hökuməti Gəncəyə köçdükdən sonra 

milli ordu yaradılmasına başlanıldı. Bakı azad edildikdən sonra 

diplomatik-siyasi çətinliklər çıxmaması üçün Nuru Paşa ko-

mandanlığında Qafqaz İslam Ordusu (ilk mənbələrdə bu or-

dunun adı Qafqaz Müsəlman Ordusu adlanır - Ə.H.) yaradıldı. 

Bu adın götürülməsi səbəbsiz deyildi. Cənubi Qafqazda adətən 

erməniləri və gürcüləri öz adları ilə, azərbaycanlıları isə mü-

səlman adlandırırdılar. Ordunun tərkibində azərbaycanlı könül-

lülərdən ibarət “Vəhşi diviziya”nın  əsgərləri də daxil oldular. 

Əsas məqsəd Bakının azad edilməsi idi. Ordu Bakı üzərinə 

azadlıq yürüşünə başladı. Hücumlar qarşısında tab gətirə bil-

məyən bolşevik-daşnak Bakı Xalq Komissarları Soveti iflasa 

uğradı  və öz hakimiyyətini Sentrokaspi diktaturası adlanan 

qondarma quruma təhvil verdi. Bu qurum da tamamilə anti-

azərbaycan siyasəti yeridirdi. Sentrokaspi hökuməti tezliklə 

Bakıya hücumları dayandırmaqdan ötrü şəhərə ingilisləri dəvət 

etdi. Avqustun əvvəllərində ingilis generalı L. Denstervil başda 

olmaqla az miqdarda ingilis hərbi hissələri Bakıya gəldilər. 

İngilislər Bakıya yiyələnməklə ciddi iqtisadi, hərbi-siyasi və 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə