Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə13/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 39


dəmir yolunun keçdiyi rayonlar və s.) uğrunda amansız dö-

yüşlər də əlavə edildi.  

 Bakı şəhəri mühüm geosiyasi mövqeyə sahib idi. Bakıda 

hökmran olan ölkə  Xəzər üzərində  nəzarət  əldə edirdi. Xəzər 

üzərində nəzarət edən ölkə isə həm Cənubi Qafqaz, Orta Asiya 

və həm də Şimali Qafqazda yeni imkanlar qazanır, Türküstana 

gedən bütün yolları açılmış olurdu. Ona görə  də bolşevik 

hakimiyyəti Bakının hər hansı bir ölkə tərəfindən tutulmasına 

və yaxud azərbaycanlıların öz tarixi, təbii paytaxtı olmuş bu 

şəhər üzərində  nəzarəti qaytarmalarına qətiyyən yol vermək 

fikiri yox idi. 

 Türk  və müsəlman dünyası qarşısında o dövrdə xüsusi 

mənəvi məsuliyyət daşıyan Osmanlı dövləti belə bir şəraitdə 

Bakıya yürüş etmək və yerli azərbaycanlılara kömək etmək 

məqsədilə hərəkətə keçdi. Bu hərəkatda heç şübhəsiz, Osman-

lının regionda neft, təbii sərvətlərdən yararlanmaq, Xəzər höv-

zəsi və Türküstanın qapıları üzərində  nəzarət qazanmaq, Orta 

Asiyaya sahib olmaq kimi hərbi-strateji maraqları da var idi. 

Region əhalisinin milli və dini tərkibi nəzərə alınmaqla bu niy-

yətləri həyata keçirmək Osmanlı üçün sosial və  mənəvi ba-

xımdan çətin deyildi. 

Osmanlı imperatorluğunun Cənubi Qafqaza qoşun çıxar-

ması  və  hərtərəfli üstünlük qazanmasına təsir edən  əsas amil-

lərdən biri də Rusiyanın müharibədən çıxması  və qoşunlarını 

Qafqazdan geri çəkməsi idi. 

 Antanta ölkələri regionda müəyyən rol oynasalar da, on-

ların siyasəti bəhs olunan zaman üçün hələ ki, kifayət qədər 

təsirli deyildi. Onlar Mesopotamiya cəbhəsindən müəyyən 

qədər ordu hissələrini ayırıb Cənubi Qafqaza göndərmək istə-

sələr də, niyyətlərini bir çox coğrafi, siyasi, hərbi və s. amillər 

ucbatından reallaşdıra bilmədilər. Bu isə Osmanlının qəti qərar 

verməsinə və Cənubi Qafqazda yeritdiyi siyasətə həlledici təsir 

edən amillərdən digəri idi. 



 

ßËÈ ÙßÑßÍΠ

 

40 


 Bütün bu amillərin məcmusu isə  müharibənin gedişində 

Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına gəti-

rib çıxardı. Həmin dövrdə  Cənubi Qafqazda geosiyasi vəziy-

yəti müəyyənləşdirən əsas dövlətlər Osmanlı, Almaniya, Avst-

riya-Macarıstan və düşdüyü ağır vəziyyətdə çarəsiz qalaraq 

həmin dövlətlərlə könülsüz razılaşan bolşevik Rusiyası idi. 

Osmanlı imperatopluğunun güclənən təzyiqləri qarşısında 

nə Transqafqaz Komissarlığı  nə  də ki, Bakıya nəzarət edən 

bolşevik-daşnak qüvvələri dayanmağa qadir idilər. Vəziyyət 

getdikcə mürəkkəbləşirdi. Regionda Osmanlı imperatorluğu-

nun təsirinin günü-gündən artması müşahidə olunurdu. 

 Ərzincan barışığı müvəqqəti olduğu üçün Osmanlı impe-

ratorluğu Transqafqaz Komissarlığı ilə yeni sülh danışıqlarına 

başlamaq qərarına gəlir. 1918-ci ilin yanvarında general Odişe-

lidzeyə göndərdiyi məktubda Osmanlı hökuməti Tranqafqaz 

Komissarlığını Brest-Litovskda aparılan sülh danışıqlarına də-

vət edir və Cənubi Qafqazda yeni - müstəqil dövlətin yaranma-

sına öz köməyini göstərəcəyini vəd edir.  

Əslində Osmanlı imperatorluğunun bu mövqeyi Cənubi 

Qafqazın müstəqilliyi üçün geniş imkanlar yaradırdı. Türk ko-

mandanlığının müraciəti Transqafqaz Komissarlığında müzaki-

rə olunsa da, irəli sürülən təkliflər bu qurumda təmsil olunan 

və Antanta ölkələri ilə o dövr üçün müəyyən münasibət yarat-

mağa nail olmuş qeyri-müsəlman nümayəndələri tərəfindən   

müəyyən təsirlər nəticəsində  qəbul edilmədi. Komissarlığın 

erməni və  bəzi gürcü nümayəndələri Türkiyənin bölgədəki 

mövqeyindən ciddi şəkildə  çəkinirdilər. Hadisələrin sonrakı 

gedişi Transqafqaz Komissarlığının çar Rusiyasından ayrılaraq 

özünün müstəqilliyini elan etməkdə maraqlı olmadığını ortaya 

çıxardı. Bunun əsas səbəbi isə Komissarlığa daxil olan siyasi 

partiyaların bəzilərinin hadisələrə öz milli maraqları  çərçivə-

sindən yanaşması, digər hallarda isə sadəcə  cəsarətsizlik gös-

tərmələri ilə bağlı idi.  



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 41


Lakin yaradılmış Tranqafqaz Seymi gürcü və azərbaycanlı 

nümayəndələrin təkidi ilə mürəkkəb və ziddiyyətli proseslərlə 

üzləşməsinə baxmayaraq, aprelin 22-də böyük səs çoxluğu ilə 

Cənubi Qafqazı müstəqil dövlət - Demokratik Federativ Res-

publika elan etdi. Yeni yaranmış dövlətin Konstitusiyasını ha-

zırlamaq üçün komissiya təşkil edilməsi haqqında qərar qəbul 

edildi. Cənubi Qafqazın  müstəqil respublika elan edilməsi 

onun beynəlxalq münasibətlərin subyekti kimi tanınması 

yolunda mühüm hadisə idi.  

 Lakin  Cənubi Qafqazın müstəqilliyinin elan edilməsi bu 

qurumun xarici siyasət sahəsində hansısa  əsaslı  dəyişikliklər 

aparması ilə nəticələnmədi. Regiondakı böhranın və milli qar-

şıdurmanın qarşısını almaq üçün Seymdə fikir birliyi yox idi. 

Fraksiyalararası ziddiyyətlər günü-gündən səngimək  əvəzinə, 

daha da güclənirdi. Millətlərarası münaqişələr və qarşıdurma-

lar daha da radikallaşırdı. Bakı və Yelizavetpol, İrəvan quber-

niyalarında erməni silahlı dəstələri tərəfindən müsəlman əhali-

ni kütləvi qətillərə  məruz qoyma halları getdikcə artırdı. Cə-

nubi Qafqazda anarxiya və xaos, millətlərarası qarşıdurma və 

lokal döyüşlər dayanmırdı. Transqafqaz Seymi bu qırğınları 

dayandırmaq üçün məsul olsa da, ona nail ola bilmirdi. 

 

 

§1.3. Azərbaycanın müstəqilliyinin elan edilməsi  

və onun Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri 

 

Belə şəraitdə, may ayının 26-da Transqafqaz Seyminin so-



nuncu iclasında gürcü nümayəndələri Seymi tərk edərək öz 

müstəqil dövlətlərini yaratmaq haqqında bəyanat verdilər. Bu-

nun ardınca qurum özünün buraxılması haqqında qərar qəbul 

etdi. Yaranmış vəziyyətlə əlaqədar, mayın 27-də Seymdə təm-

sil olunan Azərbaycan fraksiyasının nümayəndələri fövqəladə 

iclas keçirir və Azərbaycan Müvəqqəti Milli Şurasının yaradıl-




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə