Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə10/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 29


Avropa ölkələrindən mədəni inkişafına görə geri qalsa da, o 

dövrdə Rusiya imperiyası İrandan və Osmanlıdan daha sürətlə 

inkişaf edirdi. Odur ki, onun tərkibinə keçən Şimali Azərbay-

can və Qərbi Azərbaycanın bir hissəsi rus dili və mədəniyyəti 

vasitədi ilə yavaş-yavaş özünün məxsusi təhsilini, elm və 

mədəniyyətini inkişaf etdirməyə başladı. Düzdür, çarizm bu 

“maarifçilik siyasəti”ni öz müstəmləkəçilik fəaliyyəti ilə çətin-

ləşdirərək, nə qədər azərbaycanlılar arasında ruslaşdırma siya-

səti həyata keçirsə  də, tam fərqli etnik və dini mənsubiyyətə 

malik olan azərbaycanlıları imperiya işərisində assimilyasiya 

etdirə bilmədi.  Əksinə, bu xalqın milli kimliyinin- məxsusi 

dilinin, dini sitayiş modelinin, adət-ənənələrinin, milli-mənəvi 

və milli-əxlaqi dəyərlərinin formalaşmasına təkan vedrdi. 

 Cənubi Azərbaycanı öz tərkibində saxlayan İranda və 

Qərbi Azərbaycanın bir hissəsini özünə birləşdirən Osmanlıda 

isə azərbaycan xalqının milli inkişafı ayrıca bir xətt üzrə da-

vam etdirilmədi və İranda bu proses şiə məzhəbli ümumislam

Osmanlı ərazisindəsə dil birliyinə söykənən ümumtürk çərçivə-

sinə salınaraq dayandırıldı. Bu ölkələrin heç birində azərbay-

canlılar üçün məxsusi milli tədris müəssisələri, mətbuat, dini 

ibadət və mədəniyyət ocaqları yaradılmadı, əksinə, onlara qarşı 

güclü assimilyasiya siyasəti həyata keçirilməyə başlandı. 

Çarizm yuxarıda qeyr olunan müsbət cəhətlərlə yanaşı, 

azərbaycanlılar üçün bir sıra ciddi geosiyasi problemlərin də 

təməlini qoydu- işğal etdiyi əraziləri imperiya ilə daha sıx 

bağlamaq üçün Cənubi Qafqazın “daha etibarlı ünsürləri” ilə 

Azərbaycanın demoqrafik şəraitini dəyişməyə başladı. Regiona 

kənardan ruslar, almanlar, polyaklar, xüsusən ermənilər köçü-

rülməyə başlandı. Rusiya imperatorluğunun Osmanlı  və  İran 

ilə sərhədləri boyunca öz tarixi vətənlərində yaşayan azərbay-

canlıların torpaqlarına həmin ölkələrdən çoxsaylı ermənilər 

köçürülərək planlı  şəkildə yerləşdirildi. Çarizmin Azərbaycan 

torpaqlarının erməniləşdirilməsisiyasəti səbəbsiz deyildi. Er-



 

ßËÈ ÙßÑßÍΠ

 

30 


mənilər uzun tarix boyu müsəlman xalqları içərisində yaşa-

mışdı, onların adət-ənənələrini, dillərini bilirdi, şəraitə tez 

uyğunlaşa bilirdi və həm də itaətkar idi.  

Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi re-

giona özü ilə  bərabər çoxlu, o cümlədən gələcəkdə baş verə 

biləcək geosiyasi dəyişiklərə  zəmin yaradan problemlər də 

gətirdi. Onlar azərbaycanlılara məxsus münbit torpaqlarda yer-

ləşdirilərək və onların hesabına varlanaraq, az sonra bu ərazi-

lərdə milli-dini ziddiyyətləri kəskinləşdirdi və yerli xalqları öz 

tarixi torpaqlarından sıxışdırmağa başladı.  

İşğalçı müharibələr nəticəsində  həyata keçirilən bölüşdü-

rülmə və ermənilərin yerləşdirilməsi  XIX əsrdə Azərbaycanın 

geosiyasi vəziyyətində baş verən  ən ciddi mənfi dəyişiklik 

olub, bütün Azərbaycan xalqının taleyinə və gələcək dövlətinin 

ərazi quruluşuna təsir edən amil oldu. Çarizmin regionda 

həyata keçirdiyi “parçala və hökm sür” siyasəti sonralar bütün 

Cənubi Qafqaz regionunda qan və müharibələr ilə müşayiət 

olunan əsaslı geosiyasi dəyişikliklər üçün şərait yaratdı.  



 

 

§1.2. Birinci dünya müharibəsi dövründə  

Cənubi Qafqazdakı geosiyasi vəziyyət və xarici  

dövlətlərin fəaliyyəti 

 

1914-cü ildə dünyanın yenidən bölüşdürülməsi uğrunda 



sonralar Birinci dünya müharibəsi adlandırılan Böyük müha-

ribə başladı. Bu müharibə təkcə iqtisadi və hərbi deyil, həm də 

geosiyasi niyyətlərin reallaşdırılmasını güdürdü. Müharibənin 

əsas qaynar nöqtələrindən biri də Qara və  Xəzər dənizləri 

hövzəsi, Cənubi Qafqaz və Anadolu torpaqları  uğrunda apa-

rılan mübarizə cəbhəsi idi. (Bax: Xəritə 1) 

Müharibəyə Antanta bloku daxilində qoşulan Çar Rusiyasi 

öz ərazilərini cənuba doğru genişləndirməyi, İstanbula və Qara 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 31


dəniz boğazlarına sahib çıxmağı və s. haqqında düşünürdü. Bu-

nunla bağlı, Rusiya müttəfiqlərinin razılığını da almış, müvafiq 

sənəd də imzalamışdı. Müharibənin nəticəsi onu daha nəhəng 

bir dövlətə çevrilməsinə  gətirib çıxarmalı, isti dənizlərdə 

hökmranlığını təmin etməli idi.  

Birinci dünya müharibəsi Rusiya imperiyasında cərəyan 

edən ictimai-siyasi prosesləri daha da mürəkkəbləşdirmişdi. 

Xüsusən Osmanlı imperatoluğunun müharibəyə qoşulmasından 

sonra Qara dəniz boğazlarının Rusiya gəmilərinin üzünə 

bağlaması ölkədə onsuz da ağır olan iqtisadi vəziyyəti daha da 

ağırlaşdırdı. Ciddi ərzaq qıtlığı yaranmışdı, xalq aclıq çəkirdi. 

Əhalinin hakimiyyətdən narazılığı günü-gündən artırdı. 

 

 



 

ßËÈ ÙßÑßÍΠ

 

32 


Belə bir vəziyyətdə 1917-ci ilin fevral ayında Rusiyada 

inqilab baş verdi. 300 ildən artıq hökmranlıq etmiş Romanov-

lar sülaləsi devrildi. Ölkədə müvəqqəti hökumət quruldu. Hər-

bi əməliyyatların böyük çətinliklər hesabına davam etdirilməsi 

Rusiyanın ucqarlarında narazılığın artmasına, milli özünüdərk 

hisslərinin getdikcə güclənməsinə, milli azadlıq hərəkatının ya-

ranmasına və imperiyanın sütunlarının laxlamasına böyük tə-

kan verdi. Təməli sarsılmış rus imperiyasının daxili həyatında, 

ictimai və milli quruluşunda dəyişikliklər qaçılmaz idi. Ölkədə 

mərkəzdənqaçma prosesləri getdikcə güclənirdi. 

 Rus imperiyasının caynağından qurtulmağa çalışan və qı-

sa müddətdə buna nail olan etnik ərazilərdən biri də XIX əsrdə 

işğal edilərək bu ölkəyə birləşdirilmiş  Cənubi Qafqaz idi. Bu 

diyarı idarə etməyin getdikcə  çətinləşdiyini nəzərə alaraq, re-

gionu nəzarətdə saxlamaq üçün Rusiya Dövlət Dumasının Cə-

nubi Qafqazdan olan bir qrup deputatının təşəbbüsü ilə həmin 

dövrdə Xüsusi Komitə yaradılır. Lakin bu komitənin  fəaliyyəti 

gözlənilən nəticəni vermir. Çünki bölgədə xalqların getdikcə 

güclənən milli muxtariyyət və müstəqillik uğrunda müba-

rizəsinin qarşısını almaq, çoxsaylı siyasi partiyaların və ictimai 

təşkilatların fəaliyyətini dayandırmaq artıq mümkün deyildi.  

1917-ci ilin oktyabr ayında baş vermiş çevriliş nəticəsində 

bolşeviklərin Petroqradda hakimiyyətə  gəlməsi ilə ölkədə 

vəziyyət tamamilə dəyişdi. Müvəqqəti hökumətin yerinə yeni - 

Proletariat diktaturası adlanan hakimiyyət gəldi. Ölkədə sosial 

və milli qarşıdurma güclənərək vətəndaş müharibəsinə çevril-

di. Hakimiyyətdən düşürülənlər ilə hakimiyyətə  gələnlər ara-

sında yaranmış düşmənçilik ölkəni iki sinfi cəbhəyə böldü. 

Yaranmış  vəziyyət keçmişdə xalqlar həbsxanası hesab olunan 

Rusiyanı qanlı  vətəndaş müharibəsinə sürüklədi. Belə bir şə-

raitdə təməli sarsılmış Rusiya imperatorluğunun milli ucqarla-

rında muxtariyyət və müstəqillik uğrunda mübarizə güclənərək 

qarşısıalınmaz prosesə cevrildi. Yaranmış  vəziyyətdən çıxış 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə