9
sonra respublikanın bir çox rayonlarında radioaktiv maddələrin
qatılığı təxminən 3 dəfə, xüsusən Lənkəranda daha çox
artmışdır.
Hazırda təhlükəli obyektlərdən biri də Qəbələ RLS-dir.
1985-ci ildə qurulan Qəbələ RLS-i Azərbaycana ziyandan
başqa bir şey qazandırmayıb. SSRİ və sonradan Rusiya hərbi
maşını bu stansiyanı Azərbaycan torpaqlarında işlətməsinə
rəğmən, rəsmi Bakı heç zaman bu qapalı obyektdə nələrin baş
verdiyindən xəbərdar olmayıb. Qəbələ RLS-in ətraf mühitə
xeyli zərər vurması haqqında da məlumatlar kifayət qədərdir.
Mütəxəssislər bu neçə ildə ətraf rayonlarda müxtəlif ağır
xəstəliyə tutulanların sayının durmadan artdığını bildirirlər.
Digər qlobal problemlərdən biri də stratosferdə
qoruyucu ozon qatının dağılmasıdır. Ozon qatının dağılmasına
səbəb olan amillərdən biri mineral gübrələrdən ayrılan azot
oksidləridir.
Hazırda respublikamızın üzləşdiyi
ən ağır
problemlərdən biri ermənilərlə müharibə nəticəsində təbii
sərvətlərimizin amansızlıqla qarət və talan edilməsi və bunun
nəticəsi kimi ətraf mühitə vurulan sağalmaz yaralar,
Ermənistan rəhbərliyinin işğal olunmuş ərazilərdə törətdiyi ağır
cinayətlərdir. Məlum olduğu kimi zəbt edilmiş torpaqlarımızda
ölkəmizin zəngin faydalı qazıntı yataqları qalmışdır. Həmin
ərazilərdə 155 növ yeraltı və yerüstü sərvət, o cümlədən 15
qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşları yatağı və s.
yerləşir ki, bu da ölkəmizin iqtisadi potensialında mühüm
əhəmiyyət kəsb edirdi. Hazırda Ermənistan həmin yataqlardan
soyğunçuluqla yararlanmaqdadır. Ermənistanın təcavüzü
nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız
divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında gedən
hərbi əməliyyatlar nəticəsində 250.928 hektar meşə sahəsi, o
cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın
rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət
yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv
edilməkdədir. Son zamanlar ermənilər Azərbaycana qarşı
ekoloji terror tədbirlərini daha da aktivləşdiriblər. 2006-cı ilin
10
yaz və yay aylarında törətdikləri yanğınlar onların Azərbaycan
təbiətinə, flora və faunasına vurduğu ağır zərbələrin izini
itirmək cəhdləridir. Meşələrin məhvi isə təkcə flora və faunanın
məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ
təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin
dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda
Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması
bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin
məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd
zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş
ərazilərdə ağacların kütləvi qırılması və digər hallar buna
misaldır.Yanğın nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı
ilkin rəqəm 4,5 milyon ABŞ dollarıdır.
İnsanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da
təcrid olunmuş təsəvvür etmək mümkün deyildir. Ulu Zərdüşt
hələ çox-çox əvvəllər insan həyatı üçün ən zəruri olan dörd
ünsürün (od, torpaq, hava, su) adını çəkmişdir. Doğrudan da bu
dörd ünsürdən biri olmazsa, həyat dayanar. Təbiət özü canlı bir
tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə
olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq. Şairimiz
H.Arif demişkən, insan o qədər mehriban, qayğıkeş olmalıdır
ki, “Bülbül enib budaqdan çiynimizə otursun”, “Oğrun baxışlı
maral sərin çeşmə başında bizə qonaq olsun. Gəlin elə edək ki,
düzləri keçə-keçə İnsanın arxasınca ceyran şəhərə gəlsin”.
Sonda məşhur Amerika ekoloqu A.Leordun sözlərini
xatırladırıq. O, Yer kürəsini əvvəli və sonu olmayan bir çaya
(Round river) bənzədərək göstərmişdir ki, insanlar bu axına
çox ehtiyatla yanaşmalıdırlar. Ekoloq bu problemləri öyrənərək
özünün son proqnozunu bu cür vermişdir: - İnsanlar, unutmayın
və agah olun, yaşadığınız ”Round river” hazırda təhlükə
qarşısındadır, bu təhlükənin sonuncu qurbanı isə bütün canlı
aləm, o cümlədən sizlər olacaqsınız! Gec də olsa, təbiətə, onun
sərvətlərinə münasibətinizi dəyişin! Əks təqdirdə, bəşəriyyət
böyük fəlakətlər və onların ağır təzadları ilə üzləşə bilər.
11
XRONOLOGİYA
Azərbaycanda ilk ekoloji-ictimai cəmiyyət (Azərbaycanın
Təbiəti Mühafizə Cəmiyyəti) 60-cı illərdə yaranmışdır. Lakin
müəyyən səbəblərə görə o, həmin illərdə ölkənin ekoloji
siyasətinə ciddi təsir göstərə bilməzdi. 90-cı illərin əvvəllərində
Azərbaycan Yaşıllar Hərəkatı və Azərbaycan Ekoloji İttifaqı
yarandı. 1996-cı ildə Azərbaycanda cəmi 6-7 ictimai-ekoloji
cəmiyyət mövcud idi. Hal-hazırda ətraf mühitin mühafizəsi
üzrə 40-dan çox qeyri-dövlət təşkilatları (QDT) fəaliyyət
göstərir.
1960
“Azərbaycanın Təbiəti Mühafizə Cəmiyyəti”
yarandı
1963
“Təbiətin qorunması naminə Könüllü
Cəmiyyət" fəaliyyətə başladı
1972 BMT
Baş Məclisi iyunun 5-ni Ətraf Mühitin
Mühafizəsi Günü elan etdi
1988
“Ekores” Müstəqil İnformasiya Agentliyi və
“Rüzgar” Ekoloji Cəmiyyəti işə başladı
1989
Ekoloji Birlik yaradıldı
1990
Azərbaycan Yaşıllar Hərəkatı fəaliyyətə başladı
1992
“Təbiəti mühafizə və təbiətdən istifadə
haqqında” Azərbaycan Resbublikasının Qanunu
qəbul edildi
1993
“Ekologiya” adlı müstəqil qəzetin ilk nömrəsi
çap edildi
1995
Ekoloji “Zorge” cəmiyyəti yaradıldı