Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

58 
 
     Ssuda  verməklə  mərkəzi  bank  kommersiya  banklarının  ehtiyyatlarını  artırmış 
olur  və  bu  zaman  məcburi  ehtiyyata  ehtiyac  qalmır,  dəqiq  desək  bu  cür  ssuda  bankın 
ehtiyyatlarını artırmaqla onun kreditləşmə imkanlarını artırır. 
     Məsələn əgər uçot dərəcələri azaldılarsa, bu bankların əlavə ehtiyyat əldə etmək 
üçün  mərkəzi  banka  müraciət  etmələrinə  gətirir.  Bu  zaman  pul  kütləsinin  artmasını 
gözləmək  olar.  Əksinə,  uçot  dərəcələrinin  qaldırılması  pul-kredit  təşkilatlarının  pul 
təklifini azaltmalarına səbəb olur. 
     Mərkəzi  bankların  rəsmi  uçot  dərəcələrini  dəyişməklə  yalnız  bankların  ona 
uyğun  olaraq  fəaliyyət  göstərməsini  gözləmək  olar.  Bankları  dövlət  üçün  sərfəli  olan 
qiymətə  kredit  götürməyə  məcbur  etmək  olmaz.  Lakin  bu,  Mərkəzi  maliyyə  bazarı 
kifayət  qədər  tutumlu  olduğu  sənayecə  inkişaf  etmiş  ölkələr  üçün  səciyyəvidir.  Buna 
görə  də  mərkəzi  banklar  üstünlüyü  açıq  bazar  əməliyyatlarına  verir.  Özünün  diskont 
siyasətində isə mərkəzi banklar daha çox passiv fəaliyyət göstərir. Yalnız kəskin böhran 
şə
raitində  diskont  siyasətinin  gündəlik  əhəmiyyəti  artır.  Deyilənlərə  əsaslanaraq  uçot 
faiz  dərəcəsinin  rolunu  yüksək  qiymətləndirməmək  də  düzgün  deyil.  Uçot-faiz 
dərəcələrini dəyişməklə mərkəzi bank digər banklara məhdudlaşdırılmış təsirini etmək 
üçün  böyük  güc  əldə  etmiş  olur.  Buna  baxmayaraq,  yenə  də  səmərəliliyinə  görə  uçot 
dərəcələri siyasətinin tətbiqi açıq bazardakı əməliyyatlardan sonra dayanır. 
     Faiz dərəcələrin aşağı salınmasında məqsəd kredit resurslarına qeyri- inflyasiya 
tələbini  yüksəltmək  və  bununla  da  pul  kütləsinin  artmasına  şərait  yaratmaqdır.  Qeyd 
etmək lazımdır ki, hərrac dərəcəsinin artıb azalması faiz dırəcəsinin dinamikası ilə üst-
üstə  düşmür.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  uyğunsuzluğun  əsas  səbəbi  yenə  də 
dollarlaşmadır. 
     Yenidənmaliyyələşmə  dərəcəsinin  qaldırılmasını  əsasən  belə  qiymətləndirmək 
olar: 
burada  məqsəd  manatın  alıcılıq  qabiliyyətinin  artırılmasıdır.  Inflyasiyanın 
yaranmasına səbəb olan istehlak qiymətlərinin artmasına qarşısını almaq məqsədilə pul 
kütləsini  bu  sahədən  yığım  sahəsinə  tərəf  yönəltmək,  bununla  da  iqtisadiyyatın  daxili 
maliyyə bazasını inkişaf etdirmək olar. 
    


59 
 
    Lakin qeyd etmək lazımdır ki, bu zaman Mərkəzi Bank qeyri-neft sektoruna 
investisiya axınlarının artması , bu sektor üzrə hökumətin nəzərdə tutduğu artım 
proqnozunun reallaşması məqsədlərini də diqqət mərkəzində saxlamalıdır. 
     Deməli, Mərkəzi Bank uçot dərəcəsinin dəyişdirilməsi zəruriliyini inflyasiya 
səviyyəsindən, qeyri-neft sektorunda artım dinamikasından, iqtisadiyyatın 
istehlak  və  yığım  sferalarındakı  vəziyyətindən  asılı  olaraq  nəzərdən  keçirməlidir.    
Qısamüddətli  borclar.Bu  borclar  kommersiya  banklarına  sadə  və  ya  ötürücü 
veksellərin, qiymətli kağızların və digər aktivlərin təminatı əsasında verilir. 
Mərkəzi  bank  dövlət  qiymətli  kağızlarına  yatırımları  müxtəlif  məqsədlərlə  edə 
bilər. 
     Əvvəla,  mərkəzi  bank  tərəfindən  dövlət  istiqrazlarının  alınması,  əksər  inkişaf 
etmiş 
ölkələrdə 
dövlətin 
büdcə 
kəsirinin 
maliyyələşdirilməsinin 
birbaşa 
kreditləşməsinin  qanunla  məhdudiyyətli  olduğu  hallarda,  büdcə  kəsirinin  bağlanması 
üçün başlıca və hətta yeganə kreditləşməsi formasıdır. 
      kincisi,  mərkəzi  bankın  dövlət  istiqrazlarını  almasının  əsas  məqsədi  bank 
sisteminin  likvidliyinin  tənzimlənməsi  və  pul-kredit  siyasətini  həyata  keçirdiyi  zaman 
dövlət borcunun idarə olunmasıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


60 
 
2.3. 
Mərkəzi 
Bankin 
açıq 
bazarda 
ə
məliyyatlarının 
aparılmasında qiymətli kağızların rolu. 
 
Açıq  bazarda  əməliyyatların  aparılmasının  əsas  işləmə  mexanizmi  odur  ki, 
Mərkazi  Bank  dövlətin  qiymətli  kağızlarını,  bankların  kredit  öhdəliklərini  alıb- 
satmaqla  məşğul  olur.  Bu  qiymətli  kağızlara  aşağıdakılar  aiddir:  хəzinə  vekselləri, 
хə
zinə öhdəlikəri, dövlət istiqrazları, səhmlər, birinci dərəcəli qisamüddətli qiymətli 
kağızlar.Bazar
  iqtisadiyyatı  ölkələrində  dövlət  iqtisadiyyata  birbaşa  deyil,  dolayi 
təsir etmək istədiyindən bu metoda daha çox can atırlar. 
*
 
Xəzinə vekselləri – Veksel tarixən təsərrüfat hayatına daxil olan ilk qiymətli 
kağız növüdür. Veksel ilk dəfə olaraq, 12-ci əsrda  taliyada geniş yayılmışdır. 
17- 18-ci əsrlərdə isə Avropada veksel qanunvericiliyi qəbul edilmişdir. 
Veksel qanunla müəyyən olunmuş qaydada tartib edilmiş, üzərində göstərilmiş 
müddətdə  və  yerdə  ödəniləcək  məbləğ  göstərilən  borc  öhdəliyidir.  Veksel 
öhdəliyinin  obyekti  kimi  yalniz  pul  vasaitlari  çıxış  edə  bilər.  Vekselin  səciyyəvi 
ə
lamətləri  onun  şərtsizliyi,  mucərrədliyi,  тüştərəк  məsuliyyətliliyi,  tədavül 
qabiliyyətliliyidir.
 
Vekselin müxtəlif növləri mövcuddur və əsasən aşağıdakılar fərqləndirilir: 
*
 
Kommersiya  (əmtəə)  vekseli
  kommersiya  əqdlərinda  tətbiq  olunur. 
Kommersiya  vekseli  vasitəsilə  satici  aliciya  möhlətlə  satılmış  əmtəənin  dəyərinin 
ödənilməsi qaydasında vekseli qəbul etməklə kommersiya krediti verir. Bu həm borc 
öhdəliyidir həm da ödəmə vasitəsi. 
*
 
Maliyyə  vekseli.
  Bunun  əsasında  əmtəə  alqi-satqisi  ila  bağlı  olmayan 
maliyyə əməliyyatları durur. Bu veksel kreditin alınması ilə əlaqədar maliyyə əqdini 
rəsmiləşdirir.  Kreditorla  borcalan  arasında  kredit  müqaviləsi  bağlanmır.  Sadəcə 
borcalan  investora  vekseli  satmaqla  maliyyə  resursları  cəlb  edir.  Maliyyə  vekseli 
vasitəsilə müəsissələr bir-birlərinə kredit verə bilər. 
*
 
Saxta  veksel.
  Bu  cür  veksel  firildaqçılıq  əməliyyatlarının  keçirilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə