Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

61 
 
məqsədi ilə istifadə olunur. Onun əsasında nə kommersiya nə də maliyyə əməliyyati 
durur. 
*
 
Veksel  tədavülünda  iştirak  edən  şəxs  tərəfindən  uydurulur.  Saxta  veksel 
emissiyasında məqsəd vekselin girovu ilə bankdan kredit almaq yaxud əmtəə əqdləri 
va ya maliyyə öhdəlikləri üzrə veksellə hesablaşmaqdır. 
     Veksel  tədavülündə  iştirak  edən  şəxs  tərəfindən  uydurulur.  Saxta  veksel 
emissiyasında məqsəd vekselin girovu ilə bankdan kredit almaq yaxud əmtəə əqdləri və 
ya maliyyə öhdəlikləri üzrə veksellə hesablaşmaqdır. 

Dostluq vekselləri.
 Bu veksellər çox sıx münasibətlərdə olan və bir-birlərinə 
etibar  edən  şəxslşr  tərəfindən  yazilir.  Dostluq  vekselləri  heç  bir  real  əməliyyata 
ə
saslanmır.  Onların  buraxılışında  əsas  məqsəd  maliyyə  çətinliyi  ilə  uzlaşan 
tərəflərdən  birinə  yardım  etməkdir.  Bu  vekseli  alan  müəssisə  onun  vasitəsilə 
malgöndərənlərlə  hesablaşa  yaxud  nəğd  pul  almaqdan  ötrü  banka  girov  verə  bilər. 
Bu cür veksellərin risk dərəcəsi yüksək olur. 

Xəzinə  vekselləri.  Bu
  dövlətin  borc  öhdəliyidir.  Xəzinə  vekselləri  kredit 
bazarında ən çox tədavül xassəsinə və likvidliyə malik olan, risk səviyyəsi də aşağı 
olan  qiymətli  kağızlardır.  Bu  veksellərin  dövriyyəyə  buraxılması  və  ya  çıxarılması 
dövriyyədəki pul kütləsinin tənzimlənməsinə effektiv şəkilda kömək edir. 
     Bütün buraxılan veksellər sadə və кöçürmə (otürücü) veksellərə ayrılır. Sadə 
veksel  borcalanın  kreditora  müəyyən  məbləğin  müəyyən  yerdə  və  təyin  olunmuş 
müddətdə  ödəyəcəyi  yaxud  kreditorun  əmri  ilə  üçüncii  şəxsə  köçürəcəyi  haqda 
öhdəliyidir. Belə vekseli həmişə borcalan tərtib edir. 
Sadə vekselin hərəkətini sxemda belə göstərmək olar: 
 


62 
 
 
К
öçürmə  veksel  (tratta)  isə  kreditorun  vekseldə  göstərilən  məbləğin  göstərilən 
müddətdə  üçüncü  şəxsə  (remitentə)  ödənilməsi  haqda  borclu  şəxsə  (trassata)  verdiyi 
ə
mrdir.  Borc  verən  tərəf  isə  trassant  adlanır.Vekseli  alan  remitent  orada  gostərilən 
trassatın  ödəməni  keçirəcəyinə  əmin  deyil.  Ona  görə  borclunun  vekseldəki  məbləği 
ödəməyə  razılığının  olduğuna  əmin  olmaqdan  ötrü  veksel  aksept  olunmaqdan  ötrü 
trassata  göndərilir.  Aksept  veksel  üzrə  öhdəliyin  yerinə  yetirilməsi  haqda  yazili 
raziliqdir. Aksept tam va natamam ola bilər. Tam aksept bildirir ki, trassat vekseldaki 
məbləği təyin olunmuş müddətdə tam həcmdə ödəyəcək. Natamam aksept isə borclunun 
məbləğin  yalniz  bir  hissasini  ödəməyə  razi  olduğunu  bildirir.Köçürmə  veksel 
indossoment vasitəsilə bir şəxsdan digər şəxsə ötürülür. 
     Köçürmə vekselin hərəkətini isə sxemdə belə göstərmək olar: 
 
      2) Xəzinə öhdəlikləri- Dövlət xəzinə öhdəlikləri əhali arasında könüllülük 
ə
sasında  yerləşdirilən,  öz  sahiblərinin  büdcəyə  pul  vasaiti  köçürdüyünü 
təsdiqləyən və onlara bu qiymatli kağizlara sahibliyin bütün müddəti ərzində sabit 
gəlir almaq hüququ verən dövlət qiymətli kağizlarının bir növüdür. 
     Azərbaycan  Respublikasında  dövlət  xəzinə  öhdəliklərinin  aşağıdakı 
növləri buraxılır: 
a)
 
uzun  müddətli dövlət  xəzinə öhdəlikləri  Azərbaycan Respublikasının 
Maliyyə  Nazirliyi  tərəfindən  təqdim  edənin  adına  5  ildən  20  ilədək  müddətə 
buraxılır; 
b)
 
orta  müddətli  dövlət  xəzinə  öhdəlikləri  Azərbaycan  Respublikasının 


63 
 
Maliyyə  Nazirliyi  tərəfindən  təqdim  edənin  adına  1  il-dən  5  ilədək  müddətə 
buraxılır; 
c)  qisamüddətli  dövlət  xəzinə  öhdəlikləri  Azərbaycan  Respublikasının 
Maliyyə  Nazirliyi  və  Naxçıvan  Muxtar  Respublikasının  Maliyya  Nazirliyi 
tərəfindən taqdim edənin adına 1 ilədək müddətə buraxılır. 
    Dövlət xəzinə öhdəliklərinin buraxılması: 
1.  Uzun  va  orta  müddətli  dövlət  xəzinə  öhdəliklərini  buraxmaq  qərarını 
Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  təklifi  ilə  Azərbaycan 
Respublikasının  Nazirlar  Kabineti  qəbul  edir.Qısamüddətli  dövlət  xəzinə 
öhdəliklərini buraxmaq qərarını Azarbaycan Respublikasının Maliyyə Nazirliyi və 
Naxçıvan  Muxtar  Respublikasının  Maliyyə  Nazirliyinin  təklifi  ilə  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  və  Naxçivan  Muxtar  Respublikasının  Nazirlər 
Kabineti qəbul edir. 
2. Dövlət xəzinə öhdəliklərinin satış qiymətinin qoyulması qaydasını Azərbaycan 
Respublikasının  Maliyyə  Nazirliyi  və  Naxçivan  Muxtar  Respublikasının  Maliyyə 
Nazirliyi müəyyən edirlər. 
Dövlət xəzinə öhdəlikləri üzrə gəlirin ödənməsi: 
1.
 
Satın  alınmalı  olan  uzun  və  orta  müddətli  dövlət  xəzinə  öhdəlikləri 
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  hər  il  keçirdiyi  ödəniş  tirajları  ilə 
müəyyən edirlər. 
2.
 
Orta  müddətli  və  qısa  müddətli  dövlət  xəzinə  öhdəliklərinin  sahiblərinə 
gəlir  illik  ödənclər  verilmədən,  öhdəliklər  satın  alınarkən  nominalın  üzərinə  faizlərin 
hesablanması  yolu  ilə,  öhdəliyin  buraxılmasından  ödənməsinədək  keçən  müddətdən 
asılı olaraq verilir. 
) stiqrazlar - Müasir dövrdə səhm ən kütləvi fond qiymətli kağızı olsa da, vəsait 
cəlb olunması yolu kimi kreditin də rolu danılmazdır. Kredit alətlərindən isə istiqrazın 
ə
həmiyyəti  çox  böyükdür.  stiqraz  onun  sahibi  ilə  onu  buraxan  şəxs  arasındakı  borc 
münasibətlərini  təsdiqləyən  qiymətli  kağızdır.Azərbaycan  Respublikasının  “Qiymətli 
kağızlar  haqqında”  qanununa  əsasən  “ stiqraz,  öz  sahibinin  emitenindən  istiqraz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə