Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

48 
 
verilir  ki,  bu  da  bu  bankı  digər  kommersiya  banklarından  fərqləndirən  əsas 
alətlərdəndir. 
     Mərkəzi  bank  özünün  analoji  fəaliyyəti  çərçivəsində  kommersiya  banklarını 
kassa
 
dövriyyələrinin  proqnozlarından  istifadə  etməklə  pul  emissiyasının  ölçüsünü 
müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman emissiyanın 
optimal  həcmi  ilə  yanaşı,  onun  regionlar  arasında  düzgün  paylaşdırılması  da  vacib 
şə
rtlərdəndir. 
     Nağd  pul  emissiyası  üçün  ərazilər  üzrə  mərkəzi  bankın  baş  idarələrinin 
hesablaşma-kassa mərkəzlərində (HKM) ehtiyyat fondları və dövriyyə kassaları 
yaradılır. 
     Ehtiyyat fondlarında  tədavülə  buraxılmaq  üçün  nəzərdə  tutulan,  lakin  hələ 
mahiyyət  etibarilə  pul  hesab  edilməyən  (pul  tədavülü  prosesində  iştirak  etmədiyi 
üçün) pul nişanları saxlanılır. 
     Hesablaşma  kassa  mərkəzinin  dövriyyə  kassalarında  pullar  daim  hərəkətdə 
olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və yaxud 
da lazım olduqda oradan nağd pullar alırlar. 
     Beləliklə hesablama-kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar daim 
hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur. 
     Əgər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox 
olarsa,  bu  zaman  əmələ  gələn  fərq  tədavüldən  çıxarılır  və  ehtiyyat  fonduna  keçir. 
Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər. 
     Əksinə əgər, HKM-nin dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan 
puldan az olarsa, ehtiyyat fondundan dövriyyə kassalarına əlavə pul keçir ki, bununla 
da bir növ pul emissiyası baş vermiş olur. 
     Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-nin digər HKM ilə emissiya 
yerinə  yetirməsi  zamanı  bir  kassaya  əlavə  daxilolmalar,  digər  kassadan  çıxan  artıq 
pullarla  ört-bastır  oluna  bilər.  Buna  görə  də  tədavüldə  nağd  pulların  ümumi  həcmi 
dəyişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər. 


49 
 
     Müəyyən  bir  gündə  pul  emissiyasının  baş  verib-verməməsi  haqda  məlumat 
yalnız hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfindən müəyyən edilir. 
Belə ki, məhz bu şura gündəlik emissiya balansı tərtib edir. 
     Azərbaycan  Respublikasında  nağd  pul  tədavülünün  təşkili  Mərkəzi  Bankın 
üzərinə düşür. Belə ki, sxemdən göründüyü kimi Mərkəzi Bank nağd pul tədavülünün 
təşkili 
üçün 
aşağıdakı 
ə
məliyyatları 
yerinə 
yetirir:
 
 
Bundan başqa kredit təşkilatları üçün: 
>
 
Nağd pulun saxlanması; 
>
 
Daşınması və inkassasiya qaydası; 
>
 
Pul nişanlarının ödəmə qabiliyyətsizliyini; 
>
 
Zədələnmiş kağız pulların dəyişdirilməsini; 
>
 
Zədəli pulların məhv edilməsini təmin edir. 
Nağd pul tədavülü aşağıdakı prinsiplər əsasında aparılır: 
1.
 
bütün müəssisə və təşkilatlar müəyyən olunmuş limit həddindən artıq  
nağd pullarını kommersiya banklarında saxlamalıdırlar. 


50 
 
2.
 
istənilən növ  müəssisə və təşkilatlar üçün  nağd pul qalıqları üçün  banklar 
limit həddi müəyyən edir. 
3.
 
nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyekti kimi çıxış edir. 
4.
 
pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 
5.
 
nağd  pul  tədavülünün  təşkili  pul  dövriyyəsinin  sabitliyini  təmin  etmək 
məqsədi güdür. 
6.
 
müəssisələr  nağd  pulları  ancaq  onlara  xidmət  edən  banklardan  ala 
bilərlər. 
     Mərkəzi  bankların  resurs  mənbəyi  xəzinədarlığın  və  kommersiya 
banklarının yatırımlarıdır. Belə ki, onlar mərkəzi bankların faizsiz hesablarına özlərinin 
kassa ehtiyyatlarının, həmçinin məcburi ehtiyyatların bir hissəsini qoyurlar. 
     Bildiyimiz  kimi,  bütün  dünyada  kommersiya  bankları  cəlb  etdikləri 
depozitlərin  bir  hissəsini  məcburi  qaydada  müəyyən  olunmuş  şəkildə  mərkəzi 
banklarda  saxlamalıdır.  Mərkəzi  bankların  təyin  etdiyi  məcburi  ehtiyatlar  bankların 
depozit bazasının həcminə  təsir etdiyindən, bankların kredit  verməsini tənzimləyir və 
buna görə də bank resurslarının həcminə təsir edir. 
     Hazırda  məcburi  ehtiyyatlara  bütün  kredit  təşkilatlarında  olması  vacib  olan 
daha  yüksək  likvidliyə  malik  olan  aktivlər  aiddir.  Bu  aktivlər  ya  bankın  kassalarında 
nağd  pul  şəklində  olmalı  ya  da  mərkəzi  bankda  depozit  şəkildə  (və  ya  mərkəzi  bank 
tərəfindən müəyyən edilmiş yüksək likvidliyə malik olan başqa formalarda) olmalıdır. 
     Ehtiyat  tələblərinin  normativləri  qanunvericiliklə  müəyyən  olunmuş  minimal 
ehtiyyat ölçüsünün passiv (depozit) və ya aktiv (kredit qoyuluşları) əməliyyatların xalis 
(həcmi)  və  ya  nisbi  (dəyişən)  göstəricilərinə  faiz  nisbətində  özünü  göstərir. 
Normativlərin  istifadəsi  həm  total  (bütün  borc  və  öhdəliklər  üçün  müəyyən  edilmiş), 
həm də selektiv və ya seçmək hüququ xarakteri daşıyır. 
     Qeyd edək ki, ARMB 10 may 2005-ci il tarixli «Məcburi ehtiyatların norması, 
hesablanması  və  saxlanması»  qaydasına  əsasən Məcburi  ehtiyatlar  banklarda mərkəzi 
və  xarici  valyutalarda,  qiymətli  metallarda  saxlanılan  depozitlər  üzrə  hesablanır. 
Depozitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində 
depozitə  verilən  anlayışa  uyğun  olaraq  müvafiq  müqavilə  şərtləri  ilə  faizlər  və  ya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə