Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

41 
 
 
                      
 
     Qabaqcıl ölkələrdə nisbi pozitiv meyillərə baxmayaraq işsizlik səviyyəsi hələ 
də yüksək həddə qalmaqdadır. Lakin, qarşıdakı dövrdə qlobal iqtisadi artımın davam 
edəcəyi,  xüsusilə  2013-cü  ildən  etibarən  daha  da  sürətlənəcəyi  proqnozlaşdırılır. 
dünya  bazarında  əmtəə  qiymətlərinin  artımı  fonunda  inflyasiya  təhdidlərinin 
yüksəlməsi  Mərkəzi Bankların monetar siyasəti sərtləşdirmək istiqamətində qərarlar 
təhlil etməsinə impuls vermişdir. Sərtləşmə ABŞ istisna olmaqla əksər inkişaf etmiş 
və qabaqcıl inkişaf etməkdə olan ölkələrdə müşahidə edilməkdədir. ABŞ-da aparılan 
yumşaq pul siyasəti isə əsasən iqtisadi artimın potensial həddən hələ də aşağı olması, 
Işsizlik səviyyəsinin yüksək həddi, ümumilikdə aşağı iqtisadi aktivliklə izah edilir. 
 
     
 
Yenidən  maliyyələşmə  –  Mərkəzi  Bank  tərəfindən  digər  kommersiya 
banklarının  kreditlə  təmin  edilməsidir.  Mərkəzi  Banklar  kommersiya  banklarını  və 
digər  kredit  təşkilatlarını  kreditlə  təmin  edir,  həmin  kredit  müəssisələri  isə  öz 
növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi 
şə
xslərə) kreditlər ayırırlar. 
     Yenidən  maliyyələşdirmə  dərəcəsinin  bizim  ölkədəki  rəsmi  adı  “uçot 
dərəcəsidir”.  Yəni  Azərbaycanda  Mərkəzi  Bank  kredit  təşkilatlarına  kreditləri  məhz 
bu faiz dərəcəsi ilə verir. Hazırda həmin rəqəm 4,25%-dir. 


42 
 
Uçot  dərəcəsi  –Mərkəzi  Bankın  kommersiya  banklarına  verdiyi  borclar 
üzrə faiz dərəcəsidir.  
     Baxmayaraq  ki, kommersiya  bankları ölkənin  başlıca  kreditorlarıdır  və 
onlar  biznes  kompaniyalarına  və  fərdi  şəxslərə  müəyyən  şərtlərlə  borc  verməklə 
məşğuldur,  eyni  zamanda  onlar  kredit  üçün  mərkəzi  banka  müraciət  etdikdə  həm 
də borcalan-banklara çevrilirlər. 
     Bazar 
iqtisadiyyatının 
hökm 
sürdüyü 
ölkələrinin 
ə
ksəriyyətinin 
qanunvericiliyinə  əsasən,  mərkəzi  bankın  inzibatı  qaydada  bu  uçot  dərəcəsini 
dəyişmək  hüququ  vardır.  qtisadi  konyunkturada  baş  verən  dəyişikliklərə  reaksiya 
olaraq, mərkəzi bank uçot dərəcəsini həm azalda, həm də artıra  müvafiq olaraq, pul 
təklifini də artırıb, azalda bilər. 
1.
 
Uçot  dərəcəsini  aşağı  saldıqda  kommersiya  bankları  tərəfindən  mərkəzi 
bankın pullarına olan tələbi artır, kommersiya bankları daha çox pul götürməyə çalışır 
ki, bunun sayəsində də onların maliyyə imkanları böyüyür. 
2.
 
Uçot dərəcəsi qalxdıqda isə kommersiya banlarda əks reaksiya müşahidə 
olunur:  mərkəzi  bankın  kreditlərinə  tələbat  aşağı  düşür  və  bankların  maliyyə 
imkanları məhdudlaşır. 
Bazar iqtisadiyyatı praktikasında və nəzəriyyəsində mərkəzi bank tərəfindən uçot 
dərəcəsinin 
dəyişdirilməsi, 
uçot 
dərəcəsinin 
artırılması 
və 
azaldılması “bahalı” və “ucuz” pul siyasəti adlanır. 
1.
 
“Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) mərkəzi bank tərəfindən 
inflyasiyanı  azaltmaq  lazım  olduğu  təqdirdə  həyata  keçirilir.  Uçot  dərəcəsinin 
yüksəldilməsi kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da 
ölkədəki  pul  təklifini  azaldır.  Bundan  əlavə  yüksək  uçot  dərəcəsinin  təsiri  altında 
kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin 


43 
 
faiz  dərəcələrini  də  yüksəldirlər.  Bunun  nəticəsində  isə  ucuz  kredit  əldə  etmək 
imkanından  məhrum  olan  bir  sıra  kompaniyalar  istehsalı  azaldırlar.“Bahalı”  pullar 
siyasəti  həyata  keçirməklə  hökumət  istehsalın  aşağı  düşməsi  və  işsizliyin  artımı 
sayəsində inflyasiya templərinin aşağı düşməsinə nail olur. 
2.
 
“Ucuz”  pullar  siyasəti  (uçot  dərəcəsi  salınır)  hökumət  tərəfindən  o 
təqdirdə  keçirilir  ki,  istehsalın  düşməsinin  qarşısını  almaq  və  müəssislərə  dəstək 
olmaq tələb olunur, xüsusən də strukturlu yenidən qurma mərhələləri zamanı. Bunun 
nəticəsində  isə  iqtisadiyyatın  pulla  “doldurulması”  baş  verir  ki,  bu  da  inflyasiya  ilə 
nəticələnə  bilər. Buna  görə  də  “ucuz”  pullar  siyasətini  həm  də  “inflyasiya 
kreditləşmə siyasəti” də adlandırırlar. 
     Beləliklə,  uçot  dərəcəsinin  tənzimlənməsi  normasının  iqtisadi  nəticəsi  ikili 
təsirə  malikdir.  Uçot  dərəcəsinin  artırılması  inflyasiya  ilə  mübarizədə  ən  güclü 
tədbirlərdən biridir, amma eyni zamanda o, istehsalatın aşağı düşməsinə, işsizliyin və 
cəmiyyətdə sosial gərginliyin artmasına səbəb olur. Uçot dərəcəsinin aşağı salınması 
böhrandan  qurtulmağa  kömək  edir,  amma  eyni  zamanda  inflyasiyanın  artımı  ilə 
nəticələnir.  Hər  bir  konkret  halda  ölkə  rəhbərliyi,  bu  və  ya  digər  iqtisadi  proqramı 
həyata  keçirməklə,  qarşıya  qoyulmuş  iqtisadi  hədəflərə  nail  olmaq  naminə“nəyi 
qurban etmək istədiyinə” özü qərar verir. Bir qayda olaraq bu “qurban” istehsalat və 
məşğulluq olur. Əksər hallarda “bahalı pullar” siyasəti həyata keçirilir. 
     Məsələn,  ABŞ-da  mərkəzi  bank  funksiyalarını  həyata  keçirin  Federal 
Ehtiyatlar Sistemi anti-inflyasiya tədbiri olaraq, 1994-cü ildə uçot dərəcələrini 6 dəfə 
yüksəltmişdi. 
     Bununla  yanaşı  sizə  maraqlı  ola  biləcək,  bəzi  ölkələrdəki  faiz  dərəcələrini 
diqqətinizə təqdim edirik. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə