Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

65
 
Ötən il Azərbaycanın ticarət dövriyyəsinin 44%-i Avropa  ttifaqı, 20%-i  slam 
Ə
məkdaşlıq Təşkilatı, 12%-i MDB, 7%-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı 
ölkələrinin payına düşmüşdür. 
Son  10  ildə  ölkəmizin  xarici  ticarət  dövriyyəsi  6,6  dəfə,  ixrac  9,3  dəfə,  o 
cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artmışdır. 
Həyata  keçirilən  xarici  iqtisadi  siyasətin  ən  mühüm  istiqamətlərindən  biri 
xarici  investisiyaların,  qabaqcıl  texnologiyaların,  idarəetmə  təcrübəsinin  cəlb 
olunmasıdır.  Ölkədə  bərqərar  olmuş  siyasi  və  makroiqtisadi  sabitlik,  investorların 
hüquqlarının  etibarlı  qorunması,  əlverişli  coğrafi  mövqe,  zəngin  təbii  ehtiyatlar, 
yüksək  ixtisaslı  işçi  qüvvəsi  Azərbaycanı  xarici  investisiyalar  üçün  ən  cəlbedici 
ölkələrdən  birinə  çevirmişdir.  Bu  günədək  Azərbaycan  Respublikası  hökuməti  ilə 
xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 
saziş imzalanmışdır. 
Təkcə  ötən  il  ölkə  iqtisadiyyatına  10,5  milyard  dollar  məbləğində  xarici 
investisiya  qoyulmuşdur.  Əhəmiyyətlidir  ki,  bu  investisiyaların  yarıdan  çoxu  qeyri-
neft  sektoruna  yönəlmişdir.  Ümumilikdə,  1995-ci  ildən  etibarən  2013-cü  ilin 
sonunadək  Azərbaycan  iqtisadiyyatına  83,8  milyard  dollar  xarici  investisiya 
qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür. 
Qeyri-neft  sektoruna  birbaşa  xarici  sərmayələr  üzrə  ən  böyük  investorlar  26 
faizlik  payla  Türkiyə,  16  faizlik  payla  Böyük  Britaniya  və  12  faizlik  payla  ABŞ 
olmuşdur.  Azərbaycanda  əsas  kapitala  xarici  investisiya  qismində  isə  Böyük 
Bitaniyadan  18  milyard,  ABŞ-dan  7  milyard,  Yaponiyadan  4  milyard  dollar  vəsait 
yatırılmışdır. 
Hazırda  ölkədə  6857  xarici  investisiyalı  müəssisə  fəaliyyət  göstərir.  Bu 
ş
irkətlərin 36%-i, yəni 2464-ü Türkiyə, 8,3%-i, yəni 570-i Rusiya, 7,8%-i, yəni 541-i 
Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır. 
Xarici  şirkətlər  eyni  zamanda,  Azərbaycanda  dövlət  əsaslı  vəsait  hesabına 
həyata  keçirilən  infrastruktur  və  digər  layihələrdə  podratçı  və  subpodratçı  qismində 
fəal  iştirak  edirlər.  Məsələn,  Türkiyənin  şirkətləri  müqavilə  dəyəri  10,4  mlrd  ABŞ 
dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar 


66
 
olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə 
cəlb olunmuşdur. 
Davamlı  iqtisadi inkişaf,  maliyyə  imkanlarının  artması,  özəl sektorun inkişafı 
Azərbaycanı  eyni  zamanda  investisiya  ixracatçısına  çevirmiş,  Türkiyə,  Gürcüstan, 
Rusiya,  Monteneqro,  Serbiya,  sveçrə  və  digər  ölkələrə  əhəmiyyətli  həcmlərdə 
investisiya  yatırılmışdır.  Azərbaycan  şirkətlərinin  potensialı  və  peşəkarlığı  xeyli 
artmış,  bir  sıra  ölkələrdə,  o  cümlədən  Avropada  mühüm  infrastruktur  layihələrinin 
icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır. 
Ölkəmizin  beynəlxalq  arenada  formalaşmış  müsbət  imicinin  digər  göstəricisi 
də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın 
iştirakına dair dəvətlərin,  eləcə də  xarici dövlətlər  tərəfindən ölkəmizə  bu  məqsədlə 
həyata  keçirilən  səfərlərin  sayının  artmasıdır.  B  məqsədlə  müntəzəm  olaraq  xarici 
ölkələrə səfərlər edilir, milli sərgilər, biznes forumlar, görüşlər təşkil olunur. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  xracın  və  nvestisiyaların  Təşviqi 
Fondu (AZPROMO) xarici ölkələrdə Azərbaycanın investisiya mühitinin tanıdılması, 
xaricə ixracın təşviqi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirməkdədir. Təkcə 2014-
cü ildə beynəlxalq tərəfdaşların iştirakı ilə 119-u ölkəmizdə, 77-si isə xaricdə olmaqla 
ümumilikdə  196  biznes  forum,  sərgi,  konfrans  və  digər  işgüzar  tədbirlər  təşkil 
edilmişdir. 
Bu tədbirlər sırasında 2014-cü ilin 23-24 iyun tarixlərində Qəbələdə keçirilmiş 
V  Azərbaycan-Rusiya  Regionlararası  Forumu  xüsusi  vurğulanmalıdır.  Rusiya 
Federasiyasının  regional  inkişaf  nazirinin  rəhbərliyi  ilə  300  nəfərlik  nümayəndə 
heyətinin, habelə Azərbaycanın rəsmi şəxslərinin və biznes dairələrinin iştirak etdiyi 
tədbirə  ümumilikdə  700-ə  yaxın  şəxs  qatılmış,  müxtəlif  mövzuları  əhatə  edən  8 
"dəyirmi masa" keçirilmiş, 11 sənəd imzalanmışdır. 
kitərəfli  tədbirlərlə  yanaşı,  Türkiyə  və  Gürcüstanla  birgə  üçtərəfli,  Türkdilli 
Dövlətlərin  Əməkdaşlıq  Şurasının  və  Qara  Dəniz  qtisadi  Əməkdaşlıq  Bankına  üzv 
ölkələrin dövlət nümayəndələrinin və işgüzar dairələrinin iştirakı ilə çoxtərəfli biznes 
forumları da keçirilmişdir. 


67
 
AZPROMO-nun  Gürcüstanda  nümayəndəliyi,  ABŞ,  Almaniya,  Avstriya, 
Birləşmiş  Ərəb  Əmirlikləri,  Böyük  Britaniya  və  Rumıniyada  təmsilçiləri  fəaliyyət 
göstərir. AZPROMO indiyədək 36 ölkədən 67 xarici tərəfdaşla əməkdaşlıq haqqında 
anlaşma memorandumu imzalamışdır. 
Azərbaycan  beynəlxalq  təşkilatlar,  o  cümlədən  BMT,  Avropa  ttifaqı,  slam 
Ə
məkdaşlıq  Təşkilatı,  Müstəqil  Dövlətlər  Birliyi,  Türkdilli  Dövlətlərin  Əməkdaşlıq 
Ş
urası  və  digərləri  ilə  sıx  əməkdaşlıq  edir.  Dövlət  başçısı  tərəfindən  müəyyən 
olunmuş  Azərbaycan  Respublikasının  xarici  siyasətinin  əsas  istiqamətlərindən  biri 
Avropa  ttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir. 
Avropa  ttifaqı  ölkələri  Azərbaycanın  əsas  xarici  ticarət  tərəfdaşıdır.  Ötən  il 
ticarət  dövriyyəmizin  44%-i,  yəni  15,3  milyard  dolları  bu  ölkələrin  payına 
düşmüşdür. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 
yarıdan  çoxu,  qeyri-neft  sektoruna  birbaşa  xarici  investisiyaların  isə  35,3  %-i  bu 
təşkilatın üzv dövlətlərinin payına düşmüşdür. 
Prezidentin sərəncamı ilə Avropa  ttifaqı ilə əlaqələrin daha da gücləndirilməsi, 
səmərəli  və  əlaqələndirilmiş  işin  təmin  edilməsi  məqsədilə  37  üzvdən  ibarət 
Avropaya  nteqrasiya üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın nəzdində 
müxtəlif  sahələr  üzrə  6  işçi  qrupu  təşkil  edilmiş,  Azərbaycan  qanunvericiliyinin 
Avropa 
ttifaqı  qanunvericiliyinə  uyğunlaşdırılması  üzrə  tədbirlər  planı 
hazırlanmışdır. Son bir ildə Avropa  ttifaqı ilə əlaqələrimiz daha da inkişaf etmiş, 4 
yeni əməkdaşlıq sənədi imzalanmışdır. 
Bu  sənədlər  sırasında  vətəndaşların  qarşılıqlı  səfərlərinə  geniş  imkanlar 
yaradacaq  Viza  Sadələşdirilməsi  Sazişini  xüsusi  qeyd  etmək  istərdim.  Hazırda 
Avropa  ttifaqı  ilə  Azərbaycan  Respublikası  arasında  Müasirləşmə  üzrə  Strateji 
Tərəfdaşlıq Sənədi müzakirə edilir, ölkədə Tvinninq, Tayeks, Siqma büdcəyə dəstək 
layihələri həyata keçirilir. 
Azərbaycanın  fəal  əməkdaşlıq  etdiyi  təşkilatlardan  biri  də  Müstəqil  Dövlətlər 
Birliyidir. MDB ölkələri qeyri-neft ixracı üzrə əsas tərəfdaşımızdır. Ölkəmizin qeyri-
neft ixracının 42 %-i bu dövlətlərin payına düşür. Ermənistan istisna olmaqla, MDB-
nin bütün üzv dövlətləri ilə sərbəst ticarət sazişləri imzalanmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə