Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

68
 
Hazırda  müvafiq  infrastrukturun  yaradılması,  logistik  mərkəzlərin  təşkil 
edilməsi  vasitəsilə  bu  bazarlara  ixracın  genişləndirilməsi,  MDB-nin  2020-ci  ilədək 
qtisadi  nkişaf  Strategiyasının  həyata  keçirilməsi,  habelə  Ümumrusiya  Sərgi 
Mərkəzində  Azərbaycanın  daimi  sərgisinin  yaradılması  istiqamətində  zəruri  işlər 
görülür.  
Çoxtərəfli  beynəlxalq  əlaqələr  formatında  Azərbaycan  üçün  əhəmiyyətli 
qurumlardan  biri  də  Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasıdır.  Azərbaycan 
Respublikası  Prezidentinin  2014-cü  ilin  iyun  ayında  Bodrum  Zirvə  Toplantısında 
qeyd  etdiyi  kimi:  "Türkdilli  dövlətlərin  birliyinin  təməlində  əlbəttə  ki, ortaq köklər, 
ortaq  mədəniyyət,  tarix  dayanır  və  bu  gün  biz  bu  möhkəm  təməl  üzərində  gözəl 
ə
məkdaşlıq yaradırıq". Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin 
investisiyaları hesabına  Azərbaycanda 2600-dək  müəssisə  yaradılmışdır.  Bu,  ölkədə 
fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin 37%-ə bərabərdir. Eyni zamanda, bu 
dövlətlər  Azərbaycanın  qeyri-neft  sektorunda  ikinci  böyük  xarici  investordur. 
Təşkilat  çərçivəsində  hazırda  bir  sıra  əməkdaşlıq  sənədləri  üzrə  və  Bodrum  Zirvə 
Toplantısında  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  irəli  sürülmüş  təklifə 
müvafiq  olaraq  Birgə  nvestisiya  Fondunun  yaradılması  istiqamətində  müzakirələr 
aparılır. 
Eyni  zamanda,  ölkəmizin  Ümumdünya  Ticarət  Təşkilatına  üzvolma  prosesi 
çərçivəsində  ikitərəfli  və  çoxtərəfli  danışıqlar  da  davam  etməkdədir.  Danışıqlar 
prosesində  bizim  əsas  məqsədimiz  daxili  bazarın  qorunması,  milli  istehsalçıların  və 
istehlakçıların  mənafelərinin  maksimum  səviyyədə  təmin  edilməsi  ilə  uzunmüddətli 
perspektivdə təşkilata üzv olmaqdır.  
Bununla  yanaşı,  Yaxın  Şərq,  Asiya,  Amerika  ölkələri  ilə  də  əməkdaşlığımız 
genişlənir  və  bu  regionlarla  iqtisadi  əlaqələrin  inkişaf  etdirilməsi  daim  diqqət 
mərkəzində saxlanılır. 
Beynəlxalq  maliyyə  institutları  ilə  də  fəal  əməkdaşlıq  aparılır.  Hazırda  14 
beynəlxalq  maliyyə  institutu  ilə  nəqliyyat,  su  təchizatı  və  kanalizasiya,  enerji,  kənd 
təsərrüfatı,  maliyyə,  ekologiya  və  digər  sahələrdə  ümumi  dəyəri  7,2  milyard  dollar 
olan 41 layihə icra olunur. 


69
 
Ölkəmizin  cari  kredit  portfelində  Dünya  Bankının  payı  35%-ə,  Asiya  nkişaf 
Bankının payı 16%-ə, Avropa Yenidənqurma və  nkişaf Bankının payı 10%-ə,  slam 
nkişaf Bankının payı isə 6%-ə bərabərdir. 
Ötən  il  Azərbaycanın  qtisadi  Əməkdaşlıq  Təşkilatının  Ticarət  və  nkişaf 
Bankına  üzvolma  proseduru  yekunlaşmış,  Avropa  nvestisiya  Bankı  ilə  Çərçivə 
Sazişi imzalanmışdır. 
Beynəlxalq  donor  təşkilatları  ilə  də  fəal  əməkdaşlıq  davam  edir.  Hazırda  20 
beynəlxalq  donor  təşkilatı  ilə  birlikdə  idarəetmə,  ədliyyə,  kənd  təsərrüfatı,  regional 
inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 mln dollar dəyərində 
70 layihə icra olunur.  
Ölkəmizin  dinamik  sosial-iqtisadi  inkişafı  Azərbaycanın  dünya  birliyinə 
inteqrasiyasının  gücləndirilməsi,  qarşılıqlı  faydalı  əməkdaşlığın  inkişafı,  beynəlxalq 
və  regional  təşkilatlar  çərçivəsində  çoxtərəfli  əməkdaşlığın  genişləndirilməsi  üçün 
ə
lverişli  zəmin  yaradır.  Xarici  iqtisadi  əlaqələrinin  genişləndirilməsi  istiqamətində 
kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. 
Bu  işlərin  tərkib  hissəsi  olaraq,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin iqtisadi aspektlərinin kifayət qədər qabardılması, Ermənistanın qonşu 
ölkələrə olan torpaq iddialarının regionun iqtisadi potensialının tam reallaşdırılmasına 
yaratdığı maneələr və məhdudiyyətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması, 
təcavüzkar  Ermənistanın  regional  layihələrdən  təcrid  olunması,  iqtisadi  tənəzzülün 
daha da dərinləşməsi üçün məqsədyönlü tədbirlər davam etdiriləcəkdir. 
Ölkəmizin  iqtisadi  uğurlarının  xaricdə  geniş  təbliğ  edilməsi  Azərbaycanın 
xarici  siyasətinin  vacib  istiqamətlərindəndir.  Bu  məqsədlə  sosial-iqtisadi  inkişaf 
sahəsində qazanılan uğurlar, yaradılmış əlverişli biznes investisiya mühiti, investisiya 
imkanları  daha  geniş  təblığ  olunacaqdır.  Bununla  yanaşı,  Azərbaycanın  tranzit  və 
turizm imkanlarının geniş təşviq edilməsi istiqamətində işlər aparılır. 
TAP,  TANAP,  Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihələri,  Şimal-Cənub,  Şərq-
Qərb magistral avtomobil yolları, yeni hava limanları, geniş turizm infrastrukturu ilə 
bağlı təbliğatın aparılması Azərbaycanın artan tranzit və turizm imkanlarından xarici 
tərəfdaşların faydalanması işinə öz müsbət töhfəsini verəcəkdir. 


70
 
Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  inkişafı  daim  diqqətdə  olan 
məsələlərdəndir.  Belə  ki,  yerli  məhsulların  xaricə,  o  cümlədən  qeyri-ənənəvi 
bazarlara  ixracının  genişləndirilməsi  məqsədilə  zəruri  tədbirlər  görülür.  Dövlət 
dəstəyi  ilə  potensial  ixrac  ölkələrində  logistik  mərkəzlərin  yaradılması  üzrə  işlər 
görülür.  Artıq  Qazaxıstanın  Aktau  şəhərində  logistik  mərkəzin  tikintisinə 
başlanmışdır.
68
 
Bununla  yanaşı,  qarşılıqlı  investisiya  fəaliyyətinin  təşviq  edilməsi 
istiqamətində  işlər  daha  da  gücləndiriləcəkdir.  Bu,  ilk  növbədə,  investorlar  üçün 
mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə 
də  ikiqat  vergitutmanın  aradan  qaldırılmasını  nəzərdə  tutan  hüquq-müqavilə 
bazasının yaradılması işlərini əhatə edəcək. 
Paralel  olaraq,  Azərbaycanda  prioritet  istiqamətlərə,  xüsusilə  sənaye 
parklarına,  kənd  təsərrüfatına,  KT,  turizm  və  digər  sahələrə  xarici  investisiyaların 
cəlb  olunması  təşviq  ediləcək,  müvafiq  sahələr  üzrə  yeni  texnologiyaların  və 
rəqabətqabiliyyətli  idarəetmə  sistemlərinin  tətbiqi  istiqamətində  işlər  davam 
etdiriləcəkdir. 
Azərbaycanın  xaricdəki  dövlət  və  özəl  investisiyalarının  müdafiəsi  daha  da 
gücləndiriləcək,  iqtisadi  maraqlarımıza  cavab  verən  layihələrdə  şirkətlərimizin 
iştirakının  təmin  edilməsi  üçün  tərəfdaş  ölkələrlə  bu  sahədə  əməkdaşlıq  daha  da 
genişləndiriləcəkdir. 
qtisadi  əlaqələrimizin  genişlənməsində  xarici  ölkələrdə  fəaliyyət  göstərən 
azərbaycanlı iş adamlarının bir araya toplanılması, fəaliyyətinin əlaqələndirilməsi və 
onların  dəstəklənməsi  məqsədilə  müvafiq  ölkələrdə  azərbaycanlı  iş  adamlarının 
birliklərinin  yaradılması  da  önəmli  məsələlərdəndir.  Artıq  bir  sıra  ölkələrdə  belə 
birliklər fəaliyyət göstərir və bu sahədə işlər davam etdirilir. 
Makroiqtisadi  sabitliyin  qorunması,  iqtisadiyyatın  diversifikasiyasının  davam 
etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi 
sisteminə  inteqrasiyanın  sürətləndirilməsi,  xarici  iqtisadi  əlaqələrin  və  beynəlxalq 
                                                            
68
 Mehriban  Vasif  Babazade,  “National  interests  in  formation  of  contemporary  Azerbaijani  foreign-policy  concept”, 
scientific articles 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə