Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

89
 
inteqrasiya  prosesini  sürətləndirmək  üçün  tədbirlər  görülür.  Milli  iqtisadi 
maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının 
tamhüquqlu üzvü olmaq istəyir. 
Müasir  Azərbaycan  modernləşməkdə  olan  demokratik  transformasiya,  açıq 
iqtisadiyyat  və  vətəndaş  azadlığı  məkanıdır.  Şərq  ilə  Qərb  arasında  körpü  olan 
Azərbaycan  təkcə  sivilizasiyaların  qovuşuğu  deyil,  həm  də  mühüm  geosiyasi  və 
geoiqtisadi amildir. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan 
münasibəti müəyyənləşdirir. Nəzərə alsaq ki, iqtisadi və siyasi nüfuz kadrlar hesabına 
formalaşır,  onda  ölkədə  peşəkar  kadrlara  üstünlük  verilməsi  tamamilə  başa 
düşüləndir. 
Ümumdünya  miqyasında  transformasiya,  həmçinin,  regional  proseslərin 
intensivləşməsi  şəraitində  qlobal  iştirakda  dövlətin  rolu  və  yeri  dəyişir.  Yeni  dünya 
nizamı  təkcə  qarşılıqlı  münasibətlərin  sərhədlərini  və  formalarını  dəyişmir,  həm  də 
fərdlər arasında münasibətlərin yeni  mədəniyyətini formalaşdırır. Avropa  ttifaqı ilə 
ölkəmiz arasında mühüm iqtisadi sazişlər var. Bütün bunlar Azərbaycanın qarşısında 
duran böyük perspektivlərdən xəbər verir.
88
 
Avropanın təbii qaza olan tələbatını ödəyən ən böyük ölkə Rusiyadır. Avropa 
ölkələrinə  siyasi  təzyiqlər  göstərmək  məqsədi  ilə  Rusiya  zaman-zaman  bu 
üstünlüyündən istifadə etməkdədir. Siyasi təzyiqin açıq-aşkar nümayişinə bir nümunə 
2008-ci ildə Rusiyanın Şərqi Avropaya qaz təchizatını dayandırmasıdır. Təbii olaraq, 
bu  asılılığı  aradan  qaldırmaq  məqsədilə  Avropa  alternativ  mənbələr  axtarışına 
çıxmışdır.  Azərbaycanın  real  təbii  qaz  imkanlarını  bu  prizmadan  dəyərləndirsək 
müəyyən  edərik  ki,  ölkə  Avropanın  540  milyard  m
3
  həcmində  qaz  tələbatının  cəmi 
5%-ni  ödəmək  imkanındadır.  Ayrılıqda  isə  Azərbaycan  qazının  Şərqi  Avropa  üçün 
nəzərəçarpacaq əhəmiyyəti var. Çünki, Şərqi Avropanın 3 milyard m
3
 qaz ehtiyacını 
Azərbaycan  rahatlıqla  təmin  edə  bilər.  Bütün  bunları  nəzərə  alaraq  belə  qənaətə 
gəlmək  olar  ki,  Azərbaycanın  Avropa  ttifaqi  ilə  olan  iqtisadi  əlaqələrinin 
genişlənməsi heç də Rusiyanın maraqlarına cavab vermir. 
                                                            
88
 Rəbiyyət Aslanova, “Azərbaycanın dünyaya inteqrasiyasında yeni mərhələ”, məqalə / 
   http://jurnal.meclis.gov.az/news.php?id=15 


90
 
Azərbaycanın üzv olmaq istədiyi digər bir iqtisadi birlik Ümumdünya Ticarət 
Təşkilatı  (World  Trade  Organization)  sayılır.  Azərbaycan  sözü  gedən  təşkilata 
“inkişaf  etməkdə  olan  ölkə”  statusu  ilə  üzv  qəbul  olmaq  istəyir.  ÜTT  1995-ci  ildə 
Tariflər  və  Ticarət  üzrə  Baş  Sazişin  (GATT  –  General  Agreement  on  Tariffs  and 
Trade)
 varisi kimi yaradılmış beynəlxalq təşkilatdır. ÜTT dövlətlər arasında ticarətin 
qlobal  qaydalarını  müəyyənləşdirən  yeganə  beynəlxalq  təşkilatdır.  Onun  əsas 
funksiyası  ticarətin  tarazlı,  maneəsiz,  ehtimal  olunan  şəkildə  və  azad  aparılmasını 
təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır.
89
 
Azərbaycan  Respublikasında  ÜDM-un  ümumi  həcmində  neft  sektorunun 
xüsusi  çəkisinin  53,1%  olması,  ixracın  84%-nin  neft  və  neft  məhsullarının  payına 
düşməsi,  milli  iqtisadiyyatın  “Holland  sindromu”  xəstəliyinə  tutulması  ehtimalının 
istisna  olmaması,  torpaqlarımızın  20%-nin  işğal  altında  olması,  ölkədə  hər  səkkiz 
nəfərdən  birinin  qaçqın  olması  ölkəmizin  ÜTT-na  EOÖ  statusu  ilə  üzv  qəbul 
olunmasını  əsaslandıran  arqumentlər  kimi  istifadə  oluna  bilər.  ÜTT-yə  üzvolma 
danışıqları  zamanı  kənd  təsərrüfatının  ölkə  iqtisadiyyatının  aparıcı  sahəsi  olması, 
aqrar sektorun yaxşı ənənələrinin olması, bu sahənin inkişafı üçün əlverişli aqroiqlim 
ehtiyatlarının mövcudluğu, ölkə əhalisinin yarıdan çoxunun kənd yerlərində yaşaması 
faktları xüsusi vurğulanmalıdır. 
ÜTT  leksikonunda  «kənd  təsərrüfatında  daxili  yardım  tədbirləri»  dedikdə 
dövlət  tərəfindən  kənd  təsərrüfatına  və  bu  sahədə  fəaliyyət  göstərən  təsərrüfat 
subyektlərinə  subsidiyalar  verilməsi  və  ya  dəstək  göstərilməsi  başa  düşülür. 
Azərbaycan  Respublikasının  ÜTT-yə  üzv  olması  prosesində  kənd  təsərrüfatı  üzrə 
aparılacaq  gələcək  danışıqlarda  aşağıdakı  prinsiplərin  gözlənilməsi  məqsədəuyğun 
hesab edilir: 
•  10%-lik  de  minimis  həddinin  əldə  olunması  mümkün  olmadıqda,  5-10% 
arasında hər hansı həddin əldə olunmasına səy göstərmək; 
•  Azərbaycana  inkişaf  etmiş  ölkə  kimi  yanaşacaq  üzv  ölkələr  presedent  kimi 
Moldova, Gürcüstan, Ermənistan və s. ölkələri nümunə gətirdikdə əsaslı arqumentlər 
irəli sürmək;  
                                                            
89
 Vugar Bayramov, “Azerbaijan’s Accession to World Trade Organization (WTO); Pros and Cons”, Baku, 2010 


91
 
• “ nkişaf etməkdə olan ölkə” statusunun əldə edilməsi ehtimalının az olmasını 
nəzərə  alaraq,  danışıqların  müəyyən  mərhələsində  ölkəmizin bütövlüklə deyil, onun 
kənd təsərrüfatı sektorunun inkişaf etməkdə olduğu arqumentini irəli sürmək; 
• Yaxın gələcəkdə sürətlə artması gözlənilən neft gəlirlərinini əsas gətirməklə, 
aqrar  sektorun  dəstəklənməsi  üçün  maliyyə  vəsaitlərinin  mövcud  olacağını  israrla 
bildirmək; 
•  “Holland  sindromu”  təhlükəsini  əsas  gətirməklə,  qeyd  olunan  sindromun 
kənd təsərrüfatına göstərə biləcəyi mənfi təsiri neytrallaşdırmağın əsas metodlarından 
birinin məhz aqrar sektorun dəstəklənməsi olmasını diqqətə çatdırmaq.
90
 
“Azərbaycan  Respublikasında  xarici  ticarətin  sərbəstləşdirilməsi  haqqında” 
Qanunun qəbulu nəticəsində xarici ticarətdə mal dövriyyəsi xeyli artmışdır. Təbii ki, 
buna  regiоnal  təşkilatların  üzv  dövlətləri  ilə  ticari  əməkdaşlığının  təsiri  böyükdür. 
Ölkəmizin  regiоnal  iqtisadi  əməkdaşlığında  əsasən  GUAM,  Qara  dəniz  ƏT,  slam 
Kоnfransı Təşkilatı və s. fərqlənir. 
GUAM  ölkələri  arasında  bəzi  fikir  ayrılıqları,  о  cumlədən  azad  ticarət 
zоnasının yaradılması, təşkilatın genişlənməsinin predmet və subyektləri movcud idi. 
Belə ki, kоnkret оlaraq, GUAM ölkələri arasında iqtisadi əlaqələrin lazımi səviyyədə 
о
lmaması  üzv  dövlətlərin  iqtisadi  inkişafının  aşağı  səviyyədə  оlması  ilə  bağlıdır. 
Ölkələrin idxal-ixracında əsas yeri xammal, yarımfabrikat və ərzaq məhsulları tutur. 
Məhz buna gorə  də, GUAM  ölkələri  arasında  əməkdaşlığın  dərinləşməsi  –  ticarətin 
mərhələ-mərhələ  sərbəstləşdirilməsi,  milli  iqtisadiyyatların  struktur  inkişaf 
kоnsepsiyalarının razılaşdırılması kimi tədbirlərdən cоx asılıdır.
91
 
GUAM-ın  daha  səmərəli  regiоnal  təşkilata  çevrilməsinə  zəmin  yaradacaq  bir 
sıra tədbirlərin həyata kecirilməsi zəruridir. 
1.  GUAM  hüdudlarında  azad  ticarət  zоnalarının  yaradılması  üçün  hazırlıq 
görülməsi; 
2. Bir sıra sahələrdə razılaşdırılmış iqtisadi siyasətin aparılması; 
3. Milli valyutaların qarşılıqlı dönərlilik şərtləri haqqında sazişin imzalanması; 
                                                            
90
 Vüqar Bayramov, “Azərbaycanın ÜTT-ə üzvlük prosesinin qiymətləndirilməsi üzrə siyasət sənədi”, Bakı, 2010 
91
 Arif Şəkərəli oğlu Şəkərəliyev, “Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər”, monoqrafiya, Bakı, 2009  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə