62
Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsindəki
xüsusi rolunu qeyd etmək lazımdır. Bundan başqa, ABŞ Şərq-Qərb nəqliyyat-
kommunikasiya dəhlizininin (TRASEKA layihəsi) reallaşmasında, Azərbaycanda
struktur islahatlarının və iqtisadi liberallaşmanın həyata keçirilməsində də Avropa
Birliyi ilə çiyin-çiyinə çalışmışdır.
ki ölkə arasındakı ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, transmilli
layihələrin reallaşmasındakı birgə fəaliyyətin müxtəlif aspektlərini müzakirə etmək
məqsədilə çoxsaylı rəsmi görüşlər keçirilmişdir. Bunlardan 1999-cu il avqustun 18-də
ABŞ-ın energetika naziri V. Riçardsonun Azərbaycana səfəri və dövlət rəsmilərilə
keçirdiyi görüşlər, 2002-ci il yanvarın 29-da dövlət katibinin Avrasiya məsələləri
üzrə köməkçisi E. Consun Bakıya səfəri və Prezident Heydər Əliyevlə apardığı
danışıqlar, 2002-ci il sentyabrın 17-də ABŞ-ın yeni energetika naziri S. Abrahamın
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində iştirakı və
Prezident Heydər Əliyevlə keçirdiyi görüş, 2003-cü il fevralın 23-də ABŞ prezidenti
Corc Buşun dəvəti ilə bu ölkəyə səfər etmiş Azərbaycan Prezidenti Heydər Əliyev iki
ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirdi. Ölkə Prezidenti lham Əliyev bu
siyasəti uğurla davam etdirir.
66
Azərbaycanın daha bir önəmli iqtisadi tərəfdaşı Türkiyə dövlətidir. Türkiyə
1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Bu
ölkənin Azərbaycan Respublikası ilə diplomatik münasibətləri isə 1992-ci il yanvarın
14-də qurulub. Elə həmin il iki ölkənin ticarət, turizm, iqtisadiyyat, nəqliyyat, elm,
media, hüquq, statistika, sənaye, mütəxəssis hazırlanması, investisiya qoyuluşu
sahələrində əməkdaşlığının əsası qoyulub. 1992-ci ildə Azərbaycanla Türkiyə
arasında bu sahələrdə əməkdaşlığı əhatələyən 13 mühüm saziş imzalanıb.
1992-ci il noyabrın 2-də qəbul olunan iki önəmli sənədlə - ticari-iqtisadi sahədə
ə
məkdaşlıq, investisiyaların təşviqi və qorunması haqqında sazişlərlə Türkiyə ilə
Azərbaycan arasında iqtisadi münasibətlərin hüquqi bazası yaradılıb. O zamandan
Türkiyə iş adamları Azərbaycana yatırımlar qoymağa başlayıblar. 1994-cü ildə ikiqat
66
Vahid Ömərov, «Azərbaycan-ABŞ iqtisadi əlaqələri”, Səs Qəzeti, Bakı, 2012 /
http://sia.az/az/news/interesting/330963-azerbaycan-abs-iqtisadi-elaqeleri
63
verginin aradan qaldırılması haqqında sazişin imzalanmasından sonra isə bu
yatırımların həcmi artmağa başlayıb.
ki ölkənin ticarət dövriyyəsinin həcmi ilə bağlı fərqli rəqəmlər səslənir. 2008-
ci ilin oktyabrında Bakıda səfərdə olan Türkiyənin dövlət naziri Gürşad Tüzmən ilin
sonuna qədər ticarət dövriyyəsinin həcminin 2,5 milyard dollara çatacağına ümid
etdiyini söyləmişdi. Xarici şlər Nazirliyinin Dövlət Statistika Komitəsinə istinadla
hazırladığı hesabata görə, 2008-ci ilin yanvar-mart ayları arasında iki ölkə arasında
ticarət dövriyyəsinin həcmi 2,19 milyard dollar olub. Dövlət Statistika Komitəsinin
malların idxal və ixracına dair 2008-ci ilin yekunu üçün hazırladığı hesabata əsasən,
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard 433 milyon dollar olub.
Bunun 807 milyon dolları Türkiyədən idxalın, 626 milyon dolları isə bu ölkəyə
ixracın payına düşür. Həmin rəqəmlərə görə, 2008-ci ildə Türkiyənin Azərbaycan
idxalında payı 11,2 % olub. Azərbaycan Türkiyədən 2350 adda məhsul idxal edib,
Türkiyəyə isə 138 adda məhsul ixrac edilmişdir.
Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı məhsulları, elektrik
cihazları, neft-kimya məhsulları, müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti
materialları, təbii ipək və ipək məhsulları, tekstil və trikotaj məhsulları, müxtəlif
avtomobil hissələri, məişət avadanlıqları, metallurgiya məmulatları və mebel
üstünlük təşkil edir. Azərbaycandan Türkiyəyə ixracda isə neft və neft məhsulları
ə
sas yeri tutur. Çox kiçik həcmdə pambıq mahlıcı, polietilen, şəkər çuğunduru da
ixrac olunur.
Türkiyə ilə Azərbaycan bir sıra neft-qaz müqavilələrində birgə iştirak edir.
Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var:
•
Bakı-Tbilisi-Ceyhan layihəsində - 6,15 %;
•
Azəri-Çıraq-Günəşli layihəsində - 6,75 %;
•
Ş
ahdəniz layihəsində - 9 %;
•
Kürdaşı layihəsində - 5 %;
•
Araz Alov-Şərq layihəsində - 10 %.
64
Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabata görə, 2008-ci ildə
Türkiyə şirkətlərinin Azərbaycana qoyduğu investisiyaların həcmi 517 milyon dollar
olub. Azərbaycanın qeyri-neft sektoruna ən çox yatırım qoyan ölkə Türkiyədir.
Türkiyə şirkətləri sənaye, istehsal, telekommunikasiya, inşaat, mətbuat, qida,
tekstil, təhsil, səhiyyə, bank və sığorta, nəqliyyat, avtomobil, neft sahələrində
fəaliyyət göstərirlər. Bu şirkətlər kənd təsərrüfatı və heyvandarlıq sahəsinə 80
milyon, xidmət sektoru (təhsil, hotellər, restoranlar, banklar, sığorta xidmətləri) 295
milyon, sənaye və istehsal sahəsinə 410 milyon, səhiyyə sahəsinə 13 milyon,
nəqliyyat-rabitə, telekommunikasiya, mətbuat, avtomobil və daşıma xidmətləri
sahəsinə 100 milyon, ticarət, qida, mebel sahəsinə 370 milyon, inşaat sektoruna 360
milyon dollardan artıq sərmayə qoyublar.
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin dəqiq sayı məlum deyil.
Öncəki illərdə bu barədə müxtəlif rəqəmlər səslənib, amma son iki ilə aid heç bir
statistik rəqəm tapmaq mümkün deyil.
TÜS AB-ın özünün 283 üzvü var. Bu şirkətlərin 250-dən çoxu 100 faiz
Türkiyə sərmayəsi ilə çalışır. Amma onların toplam yatırımının həcminin nə qədər
olduğu məlum deyil. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrində rol oynayan
təşkilatlardan biri olan Azərbaycan Türkiyə ş Adamları Birliyinin 91 üzvü var. Bu
ş
irkətlərdən yalnız 43-ü 100% Türkiyə sərmayəsi ilə çalışır.
Bir sıra Türkiyə şirkətləri həm AT B-də, həm də TÜS AB-da təmsil olunur.
Eyni zamanda bu iki qurumun heç birində təmsil olunmayan türk şirkətləri də var.
67
Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən
diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli
məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkənin xarici
ticarətində də müsbət meyillərə təkan vermişdir. Belə ki, xarici ticarətin coğrafiyası
genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Təkcə 2013-cü ildə 149 ölkə ilə
xarici ticarət əməliyyatları aparılmış, xarici ticarət dövriyyəsi 3,4% artaraq 34,7
milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 6% artmışdır.
67
«Azərbaycan-Türkiyə: bir millətin iki dövlətini bağlayan iqtisadi tellər”, elmi məqalə, Media Forum /
http://www.azerbaycanli.org/az/page434.html
Dostları ilə paylaş: |