Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

28 

 

göstərir  ki,  KT-dən  istifadə  etməklə  qurulan  yeni  təhsil  modeli  məktəbin  pedaqoji 



heyəti  qarşısında  da  yeni  tələblər  və  vəzifələr  qoyur.  Müəllimlərin  tək  öz  seçdikləri 

sahə üzrə olan biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya 

sahəsində  yenidən  təlim  almaları  lazım  gəlir.  Artıq  yeni  nəslin  müəllimlərindən  

öyrətdikləri  fənnin  strukturuna uyğun,  uşaqların  fərdi  xüsusiyyətlərini  nəzərə  alan  və 

onlarda  mütəmadi  inkişafa  xidmət  edən  texnologiyaları  seçib  tədris  zamanı  tətbiq 

etmələri tələb olunur. 

Tədris  prosesində  yeni  texnologiyalardan  istifadə  edən  müəllimlər,  KT  vasitələrinin 

öz imkanları ilə təhsil prosesini xeyli  sadələşdirdiyini, onu dinamik və sürətli etdiyini 

qeyd    edirlər.  Tədris  sisteminə  kompyuterin  də  əlavə  edilməsi  tədris  prosesini  daha 

yaxşı təşkil etməyə, şagirdlərin  dərslərə qarşı olan marağını daha da artırmağa imkan 

verir. Çünki kompüterlərlə aparılan dərslər şagirdlər üçün daha maraqlı və yaddaqalan 

olur.  Multimedia  vasitələri,  avtomatlaşdırılmış  təlim  sistemləri,  kompyuter  tədris 

proqramları,  animasiyalı  tədris  vasitələri,  interaktiv  lövhələrdən  istifadə  şagirdlərin 

təfəkkürünə  müsbət  təsir  göstərir  və    nəticə  etibarilə  onların  göstərdikləri  nəticələrin 

keyfiyyətini  artırır. 

Tədrisdə  interaktiv  lövhələrdən  istifadə    dərsin  əsas  prinsiplərindən  birini  olan 

ə

yaniliyi  təmin  edir.  Elektron  lövhənin  ekranına  promethean  adlanan  xüsusi  qələmlə 



va  ya  barmaqla  toxunmaqla  onun  üzərində  kompyuterdə  mümkün  olan  bütün 

ə

məliyyatları  yerinə  yetirmək  mümkündür.  "Ağıllı"  lövhə,  həmçinin  kompyuterə 



qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera kimi qurğular vasitəsilə 

alınan  təsvirləri  də  proyektorla  qəbul  edə  bilir.Bu  da  məktəblərdə  virtual 

laboratoriyaların  təşkilində  mühüm  əhəmiyyət  kəsb  edir.  Şagirdlər  elektron  lövhə 

vasitəsilə  istənilən  riyazi,kimyəvi,fiziki,coğrafi  proseslərin  izahını  və  video 

görüntülərini,  müxtəlif  cihazların,  qurğuların,  texniki  vasitələrin  işləmə  prinsiplərini  

ekranda izləyə bilərlər. Bu isə şagirdlərin biliklərini, praktiki bacarıq və təcrübələrini 

artırmaqla  tədris  prosesini  xeyli  canlandırır.Şagirdlərdə  yaradıcı  yanaşma,  düşünmə, 

fəaliyyət, tədris materialını dərindən dərk etmə qabiliyyətini artırır. 

"Ağıllı" lövhənin digər bir üstün cəhəti isə ondan ibarətdir ki, üzərində aparılan bütün 

ə

məliyyatları,  dərsin  gedişini,  hazırlanmış  modelləri  kompyuterin  daimi  yaddaşında 




29 

 

saxlamaq  və  dəfələrlə  istifadə  etmək  imkanı  verir  və  bu  cür  imkanlar  müxtəlif 



səbəbdən dərsləri buraxan və ya dərsdən geri qalan şagirdlər üçün xüsusi əhəmiyyətə 

malikdir. Bununla şagird iştirak edə bilmədiyi dərsin elektron variantını əldə edə və ya 

dərslərdən  geri qalanlar həmin materialı qavrayana kimi təkrar-təkrar izləyə bilərlər.  

Tədrisdə  KT-nin  imkanlarından  istifadə  etməklə  interaktiv  rejimdə  keçilən  dərsləri 

ş

agirdyönümlü  təşkil etmək asanlıqla təmin edilir. Müəllim  isə şagirdin yönləndiricisi 



kimi  onu  daha  aktiv  olmağa,  müstəqil  düşünməyə,  təşəbbüskarlığa  həvəsləndirən 

rolunda  çıxış  edir. nteraktiv  rejimdə  keçilən  dərslər  bütün  şagirdlərin,  o  cümlədən 

passiv,  utancaq,  müəyyən  fiziki  və  ya  psixoloji  qüsuru  olan  şagirdlərin  də    dərsə 

qoşulmasına  şərait  yaradır.  Bunlardan  əlavə,  müəllimlər  KT-nin  köməyi  ilə  dərs 

prosesində  müxtəlif  səviyyəli  şagirdlərə  fərqli  yanaşma  və  öyrətmə  sistemini  tətbiq 

etməklə  qavrama  qabiliyyətlərinə  uyğun  müxtəlif  tapşırıqlar  verilə  bilər.  Müxtəlif 

fənlər  üzrə  məsələlərin,  tədqiqat  tipli  çalışmaların  həllində  kompyuterdə  optimal  iş 

rejimi  qurmaqla  şagirdləri  qruplaşdırmaq  xüsusi  effekt  verir.  Kompyuter  qarşısında 

təhsil  alan  şagirdin  öz  sürət  rejimində  işləməsi  yaxşı  nəticə  verir,  onun  özünə  inamı 

artır, bu isə təlimi daha da səmərəli edir. Müəllimin verdiyi sualı kompyuter vasitəsilə 

cavablandırmaqla şagirdlərin hamısı dərs prosesində aktiv iştirak edir, müəllimlər isə 

dərs boyu uşaqların aktivliyini qoruyub saxlaya bilirlər. 

 

 

 



Fəsil 2:  KT-NIN TƏHSILDƏ TƏTBIQININ FORMALARI VƏ ONLARIN 

KEYFIYYƏTƏ TƏSIRI 

2.1.Təhsildə istifadə olunan  KT avadanlıqları,program təminatları. Multimedia 

texnologiyasının və Elektron Tədris Vəsaitlərinin (ETV) yaradılması 

   Təhsildə  istifadə  olunan  KT  avadanlıqları  dedikdə  həm  bu  məqsədə  xidmət  edən 

elektron  aparat,  həm  də  proqram  təminatı  başa  düşülür.  Bildiyimiz  kimi  KT 

avadanlıqlarına  aid  edilən  ən  əsas  aparat  komputer  və  ona  əlavə  olunan  giriş  -çıxış 




30 

 

qurğularıdır.  Kompüterin  giriş-çıxış  qurğuları  dedikdə    klaviatura,  monitor,  mouse 



(sıçanı), skaner, printer, plotter, qrafiki planşet (digitizer), web-kamera, TV-tüneri və s. 

misal  göstərmək  olar.Kompüter  və  onun  giriş-çıxış  qurğuları  KT-nin    təhsildə 

tətbiqində  əsas  rol  oynayan  vasitlərdəndir.  Lakin,  bununla  yanaşı  KT-nin  təhsilə 

tətbiqi  məqsədilə  təyinatından  asılı  olaraq  aşağıdakı  qurğuların  da  olması  vacib 

şə

rtlərdəndir: 



-

  Skaner: Skaner kompüterin xarici qurğusu olub mətn və qrafik informasiyanı 

səth üzərindən  oxuyan və kompüterin  yaddaşında  yerləşdirən qurğudur.  Fərdi 

kompüterlərə USB portu vasitəsi ilə qoşulur. Skaner mətn və ya təsvir üzərində 

hərəkət  etdikdə  kağız  üzərində  hərəkət  edən  lazer  şüası  mətni  və  ya  təsviri 

skanerləyir və təsvirə uyğun informasiyanı işığa həssas yanmkeçiricilərdə əks 

etdirir. Nəticədə alınmış işıq siqnalı elektrik siqnalına çevrilir və naqil vasitəsi 

ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan 

nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir.  

-

  Printer: Kompüterin xarici qurğusu olub informasiyanı kağız üzərinə cap etmək 



üçündür.  Kompüterdə  alınmış  nəticəni,  mətn  materiallarını,  təsvirləri  kağıza 

köçürtmək üçündür. Printerlər matrixli ( lent ilə ),şırnaqlı (maye mürəkkəb ilə) 

və lazerli ( metal tozu ilə) olmaqla 3 yerə bölünür. Kağız üzərində şəklin qeyd 

edilməsi  üsuluna  görə  isə  printerlər  iki  qrupa  bölünür:  zərbli  və  zərbsiz  çap 

qurğuları. Zərbli çap qurğularına misal olaraq matris çap qurğularını göstərmək 

olar.  Belə  rinterlərdə  çap  başlığı  ilə  kağız  arasında  rəngli  lent  olur.  Çap 

başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir, rəngli lentə zərbə 

vuraraq  kağız  üzərində  simvolu  formalaşdırır.  Zərbsiz  çap  qurğulara  misal 

olaraq  lazer  və  şırnaqlı  çap  qurğularını  göstərməli  olar.  Şırnaqlı  printerlərdə 

çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və 

bu  deşiklərdən  mürəkkəbi  kağız  üzərinə  püskürdülür.  Lazer  çap  qurğularında 

şə

killər  kağız  üzərinə  aralıq  məlumat  daşıyıcısı  vasitəsilə  yazılır.  Şəkil  lazer 



ş

üanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır və daha sonra bu 

məlumat daşıyıcısının üst qatı quru toz ilə örtülür. Ağ kağız bu barabanın üstü 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə