Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   2   3   4   5   6   7   8   9   10   ...   25

19 

 

 Şagirdlərin maraq və tələblərini, hazırlıq səviyyələrini, bacarağını, mənimsəniləcək 



materialın  fərdi-tipoloji  xüsusiyyətlərininəzərə  almaqla,  tədris-tərbiyə  prosesini 

fərdiləşdirir; 

 Şagirdlərin  təfəkkür  fəaliyyətlərini  daha  çox  müstəqil    axtarıcılıq  istiqamətində 

dəyişdirir; 

 Şagirdləri özlərini təkmilləşdirərək, müstəqil bilik əldə etmələri üçün  stimul verir; 

 Təlimdə  fənlərarası  əlaqəni  gücləndirməklə,    hadisə  və  proseslərin  kompleks 

öyrənilməsini təmin edir; 

 Tədris  prosesinin  mobilliyini,  möhkəmliyini  yüksəltməklə,  dinamik  yeniləşməsini 

təmin edir; 

Təhsil  sisteminin  informasiyalaşdırılmasının   əsas  məqsədi  müasir  informasiya 

cəmiyyətinə laiq olan şəxslər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini 

yaratmaqdır.  Bunun  üçün  yeni  informasiya  texnologiyalarından  istifadə  etməklə 

aşağıdakılar təmin edilməlidir:   

 Təhsilin keyfiyyətinin artırılması; 

 Müasir informasiya mədəniyyətinin formalaşdırılması; 

 Bütün yaş dövrlərində olan insanların təhsil alma hüquqlarının bərabərləşdirilməsi; 

 Milli  təhsil  sisteminin  dünya  informasiya,  mədəniyyət  və  təhsil  sisteminə 

 inteqrasiyasının təmin edilməsi. 

 

Yuxarıda  qeyd  etdiyimiz  məqsədlərə  nail  olmaq   üçün  aşağıdakı  mühüm  vəzifələr 



kompleks şəkildə həll olunmalıdır:  

 Vahid təhsil-informasiya sistemi yaradılmalı və bu sistem bütün pillələrdə təhsil və 

informasiya   sistemlərini,  həmçinin  təhsilin  idarəetmə,  elmi-tədqiqat,  metodiki-tədris 

və texnoloji mərkəzlərini birləşdirməlidir; 

  nformasiya  texnologiyalarının  tədris  prosesinə  inteqrasiyasının  təmin  edilməsi 

məqsədilə  elektron  dərsliklərin  hazırlanması  və  onların  tədris  prosesində  tətbiqi, 

ə

nənəvi  dərs  vəsaitləri  ilə  uyğunlaşması,köməkçi  vasitələrin  hazırlanması.  Təhsilin 




20 

 

keyfiyyətinin  artırılmasını  təmin  edilmək  üçün  tədris  məqsədli  informasiya 



texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;  

 Təhsil  sistminin  idarə  edilməsi  üzrə  KT-yə  əsaslanan  təsirli  və  şəffaf  monitorinq 

sisteminin və resurs mərkəzinin yaradılması; 

 Təhsil  müəssisələrində  ən  yeni  informasiya  texnologiyalarından  istifadə  etmək 

bacarığını  aşılamaq,tədris  prosesinin  bütün  iştirakçıları  üçün  KT  bacarıqlarına  

yiyələnmək  imkanının  təmin  edilməsi  uzrə  pedaqoji  və  KT  kadrlarının  hazırlanması 

sisteminin yaradılması; 

 Təhsil müəssisələrinin  KT avadanlığı və  nternetlə təmin olunması; 

  KT    üzrə  vahid  terminologiyanın    hazırlanması  və  onun  standart  kimi  tətbiq 

olunması; 

 Təhsilin  informasiyalaşdırılması  prosesində  yeni  informasiya  texnologiyalarına 

ə

saslanan müasir təlim üsullarının hazırlanması;     



 Təhsil  sahəsində  dövlət  səviyyəsində  vahid  informasiya  infrastrukturunun 

yaradılması;  

  nformasiya  təhlükəsizliyinin  təmin  olunması    məqsədi  ilə  kompleks  tədbirlərin 

həyata keçirilməsi və yalnız lisenziyali proqramlardan istifadəyə keçid.  

 

1.2. KT-nin təhsildə tətbiqinin prioritet istiqamətləri 

 

Təhsil  sisteminin  informasiyalaşdırılması  prosesi  əsasən  aşağıdakı  istiqamətlər  üzrə 



aparılır: 

1.

  Təhsilin informasiya infrastrukturunun və informasiyalaşmanın tədris-metodiki 



bazasının  yaradılması; 

2.

  KT-dən  istifadə  üçün  təhsil  sistemi  kadrlarının  hazırlanması  və 



təkmilləşdirilməsi; 

3.

  Təhsil  müəssisələrinin  KT  avadanlığı  ilə  təminatı  və  servis  infrastrukturunun 



yaradılması; 


21 

 

4.



  Təhsilin  informasiyalaşdırılmasında  təhlükəsizliyin  təmin  olunması  və  hüquqi 

normativ bazanın yaradılması; 

5.

  Təhsilin informasiyalaşdırılmasının elmi və tədris-metodiki təminatı; 



 

1.

 Təhsilin  informasiya  infrastrukturunun  və  informasiyalaşmanın  tədris-metodiki 

bazasının  yaradılması 

Bu  infrastruktur  öz  daxilində  monitorinq  sisteminin  və  vahid  məlumat  bazasının 

yaradılması,  elektron  avadanlıqlara,    tədris  vəsaitlərinə  və  kadrlara  olan    tələbatın 

öyrənilməsi,  təhsil  müəssisələrində  elektron  sənəd  dövriyyəsinin  təmin  olunması, 

idarəetmə  və  maliyyə  sistemlərinin    avtomatlaşdırılması,  məktəblərdə  internetdən 

səmərəli  istifadə  edilmənin  təşkili,mövcud  təhsil-informasiya  resursları  və 

sistemlərinin qeydiyyatı, yoxlanması və modifikasiyası,məsafədən tədris sistemlərinin 

mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi, idarəetmə, attestasiya və biliyin 

qiymətləndirilməsi,informasiya-texnoloji  mərkəzləri  üzrə  vahid  dövlət  informasiya 

sistemlərini birləşdirməlidir; 



Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması

 dedikdə ilk 

öncə  elektron  tədris  materiallarının  və  metodiki  vasitələrin  yaradılması  və  onların 

təhsil  prosesi  iştirakçılarının  tələbatını  ödəyəcək  səviyyədə   təşkil  edilməsi  nəzərdə 

tutulur.Bu  zaman   yeni  texnologiyalardan  istifadə  edilməsi,  bazis  planları  və  təhsil 

səviyyələri  nəzərə  alınmalıdır.Təhsildə  KT-nin  tətbiqi  üzrə  beynəlxalq  təcrübə 

sistemli  və   müntəzəm  olaraq  öyrənilməli  və  tətbiq  olunmaya  görə  dəyərləndirən 

ekspertlər  qrupu  yaradılmalıdır.Elektron  tədris  resurslarının  texniki  və  məzmun 

istiqamətləri  üzrə  ekspertizanın qaydaları  və onların keyfiyyətinin qiymətləndirilməsi 

meyarları hazırlanmalıdır.Həmçinin elektron vəsaitlərin hazərlanmasına xüsusi diqqət 

edilməli, yalnız təsdiq olunmuş vəsaitlərin çoxaldılmasına icazə verilməlidir.Məlumat-

sorğu  yönümlü,  biliyin  qiymətləndirilməsinə,  testləşdirilməyə  yönələn  elektron 

vəsaitlərin,  elektron  xəritələrin,  müxtəlif  fənlər  üzrə  elektron  əyani   vəsaitlərin 

istehsalına  xüsusi  diqqət  yetirilməlidir.Məktəblilər  arasında  müntəzəm  olaraq 

informatika üzrə müsabiqə, yarış və olimpiadalar keçirilməlidir.Əlavə olaraq elektron 

kitabxanalar  və  təhsil  portalı  yaradılmalı,elektron  formada  olan   bütün    dərsliklər, 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə