Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

37 

 

  Multimediya  vasitələrinin  tədris  prosesində tətbiqi  müvafiq pedaqoji  texnologiyanın 



hazırlanmasını  tələb  edir.Multimediya  avadanlığı  mühüm  didaktik  vasitə  olaraq 

özündə  üç  mühüm  komponenti  birləşdirir:  tədris  materialının  məzmunu,  onun  şərh 

metodu  və  təlim  texnologiyasını.Bu  komponentlər  bir-biri  ilə  sıx  əlaqədə  olub, 

öyrədici  sistem  əmələ  gətirir,  şəxsiyyətin  özünütəhsil  prosesini  reallaşdırmağa 

hərtərəfli imkan yaradır. 

     Multimedianın hərfi mənası çox mühitli rabitə qurğularının birgə inteqrasiyası və 

istifadə  edilməsidir.Multimedia,  bu  günün  və  gələcəyin  tədris,  rabitə  formalarını 

dəyişdirə  biləcək  və  insanın  fərdi,  sosial  həyatında  kompüterin  rolunu 

müəyyənləşdirə  biləcək  ölçüdə  bir  hadisədir.O,  nə  sadə  texnologiya,  nə  proqram 

təminatı  (software)  nə  də  istifadəçinin  məharətidir.O,  texnologiya,  uyğun  proqram 

təminatı və məhsuldar, bacarıqlı istifadəçidən ibarət olan üçlüyün istifadə edilməsilə 

ortaya çıxan bir tədris texnologiyasıdır.Bu üçlüyün reallaşdığı ABŞ və Yaponiya kimi 

ölkələrdə  multimedia  insanların  düşünmə  və  öyrənmə  tərzlərində  dəyişikliklər 

etməkdədir. 

Kompüterlər  nəşriyyat  dünyasının  dizayn  və  çap  sahəsində  böyük  dəyişikliklər 

etdi.Digər 

tərəfdən 

TV-də 


animasiya 

proqramlarının, 

cizgi 

filmlərinin 



yaradılmasında, surət emal etmə və dəyişdirmədə inqilab etdilər. ndi isə bu inqilabın 

məhsulları  bir  araya  gətirilərək  multimedia  adı  altında  tədris  prosesində  tətbiq 

olunmağa  başlanmışdır.Multimedia  texnologiyası  yazı,  səs,  surət,  qrafik  və 

animasiyanın birlikdə təlim-tərbiyə vasitəsi kimi tətbiqinə imkan verir.Ondan istifadə 

etmək, insanlığın ən əski öyrənmə metodu olan görmə və eşitməni keyfiyyətli şəkildə 

təlim-tərbiyə  prosesində  tətbiq  etməyin  digər  bir  yoludur.Son  tədqiqatlar  öyrənmə 

vasitəsi olan kitabların təhsildə təkbaşına istifadə edilməsinin çox effektli olmadığını 

göstərməkdədir.Bu baxımdan da multimedia, insanın bütün öyrənmə və məlumat əldə 

etmə  yolları  olan  görmə,  eşitmə,  oxuma  kimi  ünsürləri  bir  araya  gətirən  bir  sistem 

olduğu  üçün  öyrənməni  və  dərk  etməni  artırır.Köməkçi  bir  vasitə  kimi  sadəcə 

videonun aktiv şəkildə istifadə edilməsi dərslərə olan marağı və öyrənmə faizini 30-

60%  nisbətində  artırdığına  dair  məlumatlar  get-gedə  çoxalmaqdadır.Əsas  məsələ 

videonun,  kompüterin  və  multimedia  vasitələrinin  tədris  prosesində  hansı 



38 

 

formada,hansı  miqdarda  istifadə  ediləcəyinin  müəyyən  edilməsi  və  bunun  praktik 



olaraq  sınaqdan  keçirilməsidir.Bu  müəyyən  edilməzsə,  bütün  bu  qiymətli,  təhsilə 

yardımçı cihazlar və vasitələrin istehsalına qoyulan investisiyalar heç bir işə yaramaz 

və faydasız hala gələ bilər.Qeyd edək ki, ölkəmizdə ən böyük problem, bu cihazları 

və  vasitələri  təmin  etmək  deyil,  onlardan  istifadə  edə  biləcək  insanları 

yetişdirməkdir. stifadəçilər  olan  müəllimlər  bu  işi  öyrənməyə  maraqlı  deyillərsə,  bu 

cihazların  və  vasitələrin  istehsalına  investisiyaların  qoyulması  lazımsızdır.Bu 

baxımdan  kompüter  dəstəkli  təhsilə  keçərkən  təhsil  müəssisələrinin  öz  kollektivinə 

nəzarət etmələri lazımdır. Çünki multimedia texnologiyasından istifadə edən müəllim 

yaxşı  təlim  görmüşsə,  o  zaman  o  sadəcə  dinləyən  və  seyr  edən  deyil,  bilavasitə 

hadisələrə  müdaxilə  edən,  öyrənən,  istifadə  edən  və  dəyişdirə  bilən  bir  şəxs  kimi 

qəbul edilə bilər. 

Multimedia  vasitələrinin  təlim  prosesində  istifadə  edilməsi  nəticəsində  aşağıdakı  

nəticələr əldə edilir: 

-

  Vərdiş  halına  gəlmiş  tədris  metodları  ilə  (kitab  və  yazı  taxtasından  istifadə 



etmə) müqayisədə insanı daha uzun müddətdə və qarşılıqlı əlaqə ilə mövzuya 

istiqamətləndirir; 

-

  Kompüterlə  işləyə  bilən  şəxs  anlaşılmış  biliyə  sahib  olmaqla  yanaşı,  bu 



biliklərdən necə və harada istifadə edəcəyi məsələsində təcrübə qazanır. 

   Video  və  TV-nin  kompüterlərə  görə  olan  surət  və  səs  üstünlüyü  təhsildə  kifayət 

qədər  qiymətləndirilməməkdədir.  Buna  səbəb  olan  əsas  faktor  kimi  film,  musiqi  və 

başqa  əyləncə  sahələrində,  video  və  TV-yə  qoyulan  investisiyaların  qısa  müddətdə 

daha  çox  xeyir  gətirməsindən  fərqli  olaraq,  təhsil  sahəsinə  qoyulan  investisiyaların 

yalnız  uzun  illər  sonra  meyvə  verəcəyi  baxımından  əlaqədar  müəssisələrə  və 

insanlara  əlverişli  gəlməməsini  göstərmək  olar.  Bundan  başqa  Avropa  ölkələrinin 

insan  fəlsəfəsi,  insanı  öyrətməkdən  daha  çox  onu  əyləndirməyi  hədəf  aldığından 

təhsil,  sənət,  texnologiya  əməkdaşlığı  lazımı  səviyyədə  deyildir.Ölkəmizdə  TV 

vasitəsilə  tədris  məktəblərdə  tətbiq  edilməməkdədir.Multimediadan  istifadə 

edilməsində  kompüterlərin  keçilməz  bir  vasitə  olmasının  əsasında  TV  və  video  ilə 

müqayisədə  onların  inkar  edilməz  üstünlükləri  durmaqdadır.  Bunlar  şagirdlərin 




39 

 

kompüterlərlə ünsiyyətə girə bilməsi, yoxlama və yanılma yolu ilə şagirdə geri alma 



imkanının  verilməsi,  yüksək  əməliyyat  sürəti  sayəsində  bir  çox  modellərin 

seçilməsinin mümkün olması, xüsusilə real həyatda belə edilməsi mümkün olmayan 

və  ya  təhlükəli  olacaq  hadisələri  ekranda  görmə  və  izləmə  imkanının  verilməsi, 

surətləri istənilən sürət və ardıcıllıqla canlandıraraq istifadə etməyə imkan verməsidir. 

Bu xüsusiyyətlər hər sahə üçün hazırlanmış tətbiqi proqramların istifadəçi tərəfindən 

ə

ldə  edilməsi  mümkün  olduqda  ortaya  çıxır.  Sevindirici  olan  hal,  son  on  il  ərzində 



hazırlanan  proqramların  olduqca  ümidverici  olmasıdır.Önümüzdəki  bir  neçə  il 

içərisində  bu  boşluğun  böyük  sürətlə  doldurulacağı  ehtimal  olunmaqdadır.Əslində 

ustalıqla  hazırlanmış  multimedia  tədris  proqramları  olarsa  və  bunlar  dövrəyə 

buraxılarsa,insan  beyninin  istifadə  edilmə  həcminin  artırılması  yenidən  diqqət 

mərkəzində olacaqdır. 

 

Elektron tədris vəsaitlərinin (ETV) yaradılması 

Informasiya tədris resursları iki qrupa bolunur: bilavasitə şagirdin kompüterində olan 

informasiya  və  tədris  mərkəzinin  kompüterlərində  olan  informasiya.  Informasiyanın 

yerləşdirilməsi  üsulundan  asılı  olaraq  bu  resursların  yaradılması  və  istifadə 

texnologiyası muəyyən tələblərə cavab verməlidir.Lokal komponent çap məhsulundan, 

maqnit  lentində  olan  audiovideoyazıdan  və  kompüter  yönümlü  informasiya 

daşıyıcılarından ibarətdir. 

Tədrisdə  istifadə  edilən  informasiya  resurslarının  irihəcmli  olması  müvafiq  tutumlu 

informasiya daşıyıcısından istifadəni tələb edir.Bu səbəbdən multimediya kursları üçün 

CDROM texnologiyalarından istifadə edilir.Interaktiv mulitimediya kursu informasiya 

təsvirinin  müxtəlif  mühitlərini  (mətn,  statik  və  dinamik  qrafika,  audio-videotəsvir) 

sintez  etməyə  imkan  verir,  şagirdi  təlim  prosesinin  fəal  iştirakçısına  çevirir  (şagirdə 

təqdim  edilən  hər  yeni  informasiya  bloku  onun  əvvəlki  fəaliyyətinə,  mənimsəmə 

səviyyəsinə  muvafiq  olaraq  komputer  tərəfindən  seçilir  və  operativ  təqdim 

edilir).Beləliklə  ETV-nin  yaradılmasında  üçüncü  prinsip  tədris  materialının 

multimediya formada təqdimatıdır. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə