34
internet şəbəkəsinin sürətindən asılı olur.Elektron poçt xidmətinin didaktik
xüsusiyyətlərinə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin
yaddaşında saxlanılan informasiyanın mübadiləsi, qəbul olunmuş informasiyanın
kompüterin yaddaşına yazılması, onun üzərində redaktə işlərinin aparılması imkanları
və həmin informasiyanın digər E-ünvanlara göndərilməsi imkanları,daxil olan
informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanları aid edilir.
Bu xidmətdə həmçinin virtual tədris qruplarının yaradılması , qrup üzvləri ilə asinxron
informasiya mübadiləsinin aparılması mümkündür. Kompüterdə işləmək üçün bir neçə
sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər.
Həm öyrədənlər, həm də öyrənənlər üçün Elektron poçt xidməti dərslərə daha yaxşı
hazırlaşmağa, bu məqsədlə digər tədris iştirakçıları ilə müzakirələr aparmağa və
qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP
serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına imkan yaradır.
nternet şəbəkəsində didaktik imkanların reallaşdırılması məqsədi ilə istifadə edilən
digər bir xidmət növü isə “elektron kitabxana”dır. Elektron kitabxana kitabların,
müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və göstərişlərin və s.
çeşidlənmiş formada toplandığı, axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin
saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana
həm də özündə müxtəlif təyinatlı elektron məlumatları saxlayan veb səhifə kimi də
hazırlana bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış
bazalar şəklində də yaradıla bilər.Elektron kitabxanaların yaradılması və onlardan
geniş miqyaslı istifadənin təşkili əsasən təhsil müəssisələrinin nəzdində fəaliyyət
göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər əsasında qurulmasına
yönəlmişdir. Onun tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ
məlunat alınması imkanlarını təmin edir.
stifadəçi elektron kitabxananın
xidmətlərindən istifadə edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk
növbədə vaxt itkisinin qarşısının alınmasına kömək edir. Əgər elektron kitabxananın
işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə
artmış olur.Bu xidmət tədris prosesinin səmərəli təşkili üçün geniş imkanlar açır,
kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin imkanlarından
35
istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər
iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır. Bu gün dünyanın ən böyük
elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstəriri. Bu kitabxana 12
milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə cəmləşdirir.
Kitabxanaya müraciət internet şəbəkə vasitəsilə aparılır. Kitabxananın ən maraqlı
cəhəti müəllif hüquqlarının qorunmasına önəmli yer verməsidir.
Elektron konferensiyalar: Çox vaxt kompüter konferensiaları adlandırılan elektron
konferensiyalar məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu
ə
trafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş
qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin
xidmətlərindəndir. Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda
kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konkerensiya iştirakçılarının
aparat təminatı elektron poçt istifadəçilərinin aparat təminatı ilə əsasən üst-üstə
düşürməlidir.Proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli təşkilinə
gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların proqram
təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini
dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype) proqramını
göstərmək olar. Bu proqram istifadəçilər arasında multimedia tipli əlaqələrin
qurulması üçün çox mükəmməl imkanlar yaradır.
Elektron konferensiyalarda iştirak edənlər vaxt baxımından bir-birindən asılı
olurlar (sinxron təhsil forması), iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və
yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların
verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. nternetin bu
xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs
cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə məşqələlərində iştrakının təmin
olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron
ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək
bacarıqlarının olması vacib şərtlərdəndir, lokal kompüter şəbəkəsində təşkili üçün isə
şə
bəkənin mütləq FTP serverlə təchiz olunmalıdır. Belə server bütün konfrans
36
iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin
məlumatlardan yararlanması üçün geniş imkanlar yaradır. Elektron konferensiya
iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni zamanda bu
məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların çatdırılması imkanları
bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir.
Telekonferensiya və videotelefon xidmə tlə ri: Bu xidmətlər öyrədən və
öyrənənlərlə ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman iştirakçıların sayı
çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi arasında qarşılıqlı informasiya
mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana qədər yalnız
müşahidəçi rolunda olurlar. Bu növ xidmətin təşkili üçün nəzərdə tutulan aparat və
proqram təminatı özünəməxsusluğu ilə fərqlənsə də, əsasən elektron konferensiaların
aparat və proqram təminatı ilə üst-üstə düşür. Telekonferensiya və videotelefon
xidmətlərini digər internet xidmətlərindən fərqləndirən ən mühüm cəhət iştirakçılar
tərəfindən ötürülən və qəbul edilən informasiyanın ölçüsünə məhdudiyyətlərin
qoyulması və bu məhdudiyyətlərin də materialın keyfiyyətinə təsir etməsidir.Bu tip
şə
bəkə xidmətlərinin didaktik xüsusiyyətləri tədris məqsədli proqramlarla paralel,
təsvirlərin, səsin, qrafik informasiyanın və s. real vaxt müddətində istifadəçilərə
çatdırılması imkanlarının geniş olmasıdır[13, s.11-20].
Təhsil müəssisələrinin kompüterləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklər
yaradır. nformasiya texnologiyalarından bu gün nəinki təhsil müəssisələrinin idarə
olunmasında, həm də müəssisədən kənar tədbirlərin həyata keçirilməsində də geniş
istifadə olunur.Xüsusən də internetin yaranması, gənclər arasında onun çox populyar
olması, təhsilin çox müxtəlif sahələrində yeni istiqamətlər yaradır.Bu günə qədər
pedaqoqlar fərdi kompüter kimi güclü təlim vastəsinə tarixən heç vaxt malik
olmamışlar.Təlimdə elə texniki vastə yoxdur ki, didaktik imkanlarına görə onunla
müqayisə edilə bilsin. nformasiyaların sürətli artımı şəraitində təhsilin məzmunu və
təşkilinə verilən tələblər də dəyişir.Bu günün təhsili şagirdlərə daha çox informasiya
yadda saxlamaq yox, tənqidi və məhsuldar düşünməyi, öyrənməyi, problem xarakterli
məsələləri sərbəst həll etməyi öyrətməlidir.
Dostları ilə paylaş: |