Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

 
59
Hinduizmin saysız-hesabsız firqələri vardır və onların hamısı 
sülh və  əmin-amanlıqla bir yerdə yaşayırlar. Bu firqələrin davamçı-
ları dinin xüsusi bir sahəsinə daha çox diqqət ayırırlar və çox vaxt da 
Tanrılardan birinə tapınırlar. Şiva və Vişnu tərəfdarları ayrı-ayrılıqda 
böyük dəstələr yarada bilmişlər.  
Şivaya sitayiş edənlər onun cinsiyyət üzvünə  də, yəni onun er-
kəklik üzvü olan Linqaya da sitayiş edirlər. Bəzən də onun qadın cin-
siyyət üzvünü Yoni adlandıraraq onu boşqab formasında hazırlayırlar 
və erkək cinsiyyət üzvünü isə onu üzərində yerləşdirirlər. Linqanın 
heykəli və məbədlərinin sayı çoxdur. Sonsuzluq bəlası və nəslin artı-
rılması sahəsində mühim rol oynaması qədim zamanalardan bu inan-
cın geniş şəkildə yayılmasına gətirib çıxarmışdır. Cinsiyyət orqanına 
sitayiş edənlər qeyd olunmuş heykəllərdən kömək istəyirlər. Onlar 
üçün insanların əsrlər boyu saxladıqları abır-həyanın mənası yoxdur. 
Vill Dorantın sözlərinə əsasən Qandi qərb missionerlərinin Hindlilə-
rin cinsiyyət orqanına sitayiş etmələrinin eybəcərlikləri barədə yaz-
malarından gileylənirdi.
1
  
Linqaya hörmət və ehtiram məqsədilə ona ibadət üçün inşa edil-
miş 12 məbəddən biri də Sumanat məbədidir. On dörd qızıl gümbəzi, 
saysız-hesabsız sərvəti olan bu məbəd Soltan Mahmud Qəznəvini 
təhrik etdi. O, hicri-Qəməri tarixilə 416-cı ildə ora hücum etdi və ora-
da olan qızıl, gümüş, ləl-cəvahirat və bütün qiymətli  şeyləri taladı. 
Hindular Sultan Mahmud Qəznəvinin bundan öncə digər bütxanalara 
hücum edərək qarət etməsini Sumanat bütxanasında olan bütün digər 
məbədlərdəki bütlərə qəzəblənməsi ilə açıqlayırdılar və elə buna görə 
bu məbədə daha çox diqqət ayırırdılar. Soltan Mahmud böyük qoşun-
la büt sındırma şüarı altında Sumanat məbədinə hücum etdi və say-
sız-hesabsız hinduları qətlə yetirdikdən sonra öz ağır gürzü ilə Linqa 
heykəlinin başından vurdu. O, öz böyük qələbəsini nümayiş etdir-
məkdən ötrü həmin heykəlin bir parçasını  Qəzneyn  şəhərinə  gətirdi 
və cümə  məscidinin kənarında insanlara göstərdi. Eləcə  də, həmin 
                                                 
1
 Sivilizasiya tarixi, Tehran, cild 1, səh 591 


 60 
heykəlin bəzi hissələrini Məkkəyə və xilafətin mərkəzi olan Bağdada 
və digər İslam ölkələrinə göndərdi.
1
  
Şivaya sitayiş edən dəstələrdən başqa birisi də Lanqavatdır, yəni 
Linqa daşıyıcılarıdır. Bu firqənin  əsası 12-ci əsrdə qoyulmuşdur. 
Onlar balaca bağlama içərisində olan Linqanın xırda heykəllərinin 
daim boyunlarından asılı vəziyyətdə gəzdirirlər. İnsan qurban kəsmək 
və ölülərin kəllə sümüklərində şərab içmək də Şiva firqələrindən bə-
zilərinə aid edilir. Tərcümədə güc mənasını verən Şakti firqəsinin da-
vamçılarının inancına əsasən ilahi qüvvə zərif cinsin daxilində yerləş-
mişdir. Elə buna görə  də,  şakti məbədlərində  gənc qız və qadınlar 
rəqs edirlər. Bəzi firqələrdə daha vəhşi rəqslərin, qulaq batıran səslə-
rin çıxarılmasının və dəlilərin qeyri-adi hərəkətlərinə bənzər rəqslərin 
edilməsinin ruhun təkamülünə kömək etməsi bildirilir.  
Hinduizmdə  qədim zamanlardan xüsusi terminlər mövcud ol-
muşdur və Buddizm də  həmin dini terminlərdən biri ola bilər. Son 
əsrlərdə Hinduizmin xristiyanlıq və Avropa mədəniyyətilə tanışlığın-
dan sonra 1828-ci ildə Kalkatada Ram Mohan Roy tərəfindən “Brah-
mo samac” (yəni Brahmanlar təşkilatı) adlı islahatçı hərəkat yarandı. 
Həmin hərəkatın  əsas məqsədi Hinduizmi müşriklikdən və xürafat-
dan uzaqlaşdırmaq idi. 1875-ci ildə isə Bombey şəhərində Dayananda 
Sarasvati tərəfindən “Ariya samac” (yəni qədim Hinduizmə qayıtma) 
hərəkatı meydana çıxdı. Ramakrişna da dinlərin vəhdəti və birliyinə 
əsaslanan yeni əqidə yaratdı  və bir qrup insanlar da onun islahatçı 
məktəbinə daxil oldular. Bu üç firqənin Hindistan cəmiyyətində az 
davamçıları vardır və Hinduizm xristiyanlığa meyilliləşməkdədir.  
Bu hərəkatın əksinə olan hərəkat, yəni xristiyanlığın Hinduizmə 
yaxınlaşması “Teosofi” (Teosophy) adlandırılır. Bu hərəkatı xanım 
Blavatski və xanım Besant meydana çıxartdılar. Bu məktəb “New 
Age”, yəni “Yeni əsr” məktəbinə çevrilmişdir.  
 
                                                 
1
 Sumanat məbədi dəfələrlə dağıdılmışdır və onun hal-hazırkı binasının əsası 1951-ci 
ildə qoyulmuşdur. 


 
61
1-8. Karma, Samsara, Mokşa və Nirvana 
Tərcümədə  rəftar, davranış  və  əməl mənasını verən Karma qa-
nunlarına  əsasən insan öz əməllərinin nəticələrini bu dünyaya ye-
nidən qayıtdıqda görə bilər. Yaxşı əməl sahibləri  sonrakı mərhələdə 
rifah və xoşluq içərisində yaşayacaqlar, amma pis əməl sahibləri isə 
yenidən qayıtdıqda səfillik və  bədbəxtlik içərisində yaşayacaqlar. 
Bəzilərinin heyvan şəklində qayıtması da mümkündür. Ruhun digər 
canlılarda yerləşməsinə inanan insanların bəzilərinin  əqidəsinə görə 
insanın qayıtması dörd cür ola bilər. Bu cansızlardan tutmuş insanlara 
qədər ola bilər və əlifba sırasıyla tərtib etsək belə alınar:  
1.  Rəsx;  Ölən insanın ruhunun daşa köçməsi 
2.  Fəsx; Ölən insanın ruhunun bitgiyə köçməsi 
3.  Məsx; Ölən insanın ruhunun heyvana köçməsi 
4.  Nəsx; Ölən insanın ruhunun insana köçməsi 
Tənasux (İnsanın ruhunun yeni bədənə transformasiya olunması) 
mənasını verən Samsara dünyanın bir çox din və məzhəblərində (Yə-
hudilik, xristiyanlıq və  İslam dinin bəzi səhv firqələrində) müxtəlif 
adlar altında mövcuddur. Amma Hinduizmdə bu əqidə böyük əhə-
miyyətə malikdir. Hinduizm davamçılarının nəzərincə insan ruhu ci-
simləri dəyişməkdə davam edir. Yəni bu dairəvi hərəkətdə  dəyişən 
cismlər olur, amma ruh eyniliklə qalır.  
İnsanın dayanmadan dövr edən və  əzab-əziyyətlə dolu ruhun 
cismlərdə yerləşməsində yeganə çıxış yolu onun Moşkanı (Azadlığı) 
əldə etməsi və Nirvanaya çatmasıdır. Bu söz tərcümədə sakitlik və 
sabitlik, amma terminalogiyada isə “Allahın fənasına və varlığına qo-
vuşmaq” deməkdir.  
 
1-9. Vücudun vəhdəti (Vəhdəti-vücud) fəlsəfəsi 
Hindu alimləri və filosoflarının nəzərincə  həmin dinin saysız-
hesabsız Tanrıları bir Allahın təzahürləridir və bütün varlıqlar ilahili-
yin əzəmətli bədəninin üzvləridir. Onların nəzərincə bu dünya və on-
da olan hər bir şey xəyaldan başqa heç nə deyildir. Bu xəyalı Maya, 
yəni yalan və təvəhhüm adlandırırlar. Onların inanclarına görə bütün 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə