Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

 
65
Eradan qabaq 79-cu ildə bu məzhəb davamçıları arasında paltar-
sızlığın həddi barəsində ixtilaf və parçalanma meydana çıxdı. Belə-
liklə, bu tarixdən sonra həmən məzhəb davamçıları iki yerə bölündü-
lər:  Digambara, yəni “səmalibaslılar” heç bir paltar və libası  qəbul 
etmədilər, amma Svetambara, yəni “ağlibaslılar” azacıq parçadan isti-
fadə etməyə icazə verdilər. Hindistan inqilabının rəhbəri Qandi bu 
məzhəbin təsiri altına düşərək cavanlıqda tikdirdiyi bütün paltarlarını 
kənara qoydu və az miqdarda ağ  rəngli parçadan istifadə etməyə 
başladı.  
Bəzən xarlıq və səfillik fəzilətlərdən hesab edilir. Səmalibaslıla-
rın nəzərincə qadınlar kamilliyə çata bilməzlər və onlar yenidən bu 
dünyaya kişi cildində gəlmələrini gözləməlidirlər. Caynizm davaçıla-
rından varlıq həqiqətini tanımaq barəsində qalan hekayə filin qaranlıq 
yerə salınması və insanların tam qaranlıqda əllərini filə toxundurmaq-
la onu tanımaq istəməsi və sonda hamısı səhv mühakimə yürütməsi 
hekayəsidir.
1
 
 
2-3. Ahimsa 
Caynizm Brahmanizmin təlimlərini qəbul etməkdən əlavə mey-
dana yeni məsələlər çıxartdı və kəskin əxlaqi qaydalara riayət olun-
masına təkid göstərməyə başladı. Caynistlərin əqidəsinə görə iki yol-
la nicat tapmaq mümkündür; Birincisi əzab-əziyyət çəkməklə və ikin-
cisi Ahimsa, yəni canlılara əzab verməməklə. Bu firqənin inanclarına 
əsasən əkinçilik və kənd təsərrüfatı ilə məşğul olmaq haramdır, çünki 
əkinçilikdə torpağın qazılması hansısa həşəratın və yaxud qurdun 
ölümünə  səbəb ola bilər. Torpağın altında yetişən tərəvəzlərdən, o 
cümlədən çuğundur, kök, turp və kartofdan istifadə etmək də haram-
dır. Çünki, yuxarıda qeyd etdiyimiz kimi bu tərəvəzlərində çölə çıxa-
rılması üçün yeri qazmaq lazımdır. Bu məzhəb davamçıları ev və 
vəhşi heyvanların müalicəsi üçün böyük xəstəxanalar inşa etmişlər və 
                                                 
1
 Bu hekayə Mövlana Cəlaləddin Ruminin Məsnəvisinin üçüncü dəftərində səhifə 
1259-1268-də qeyd olunmuşdur.  


 66 
çox vaxt da ağızlarına parça bağlayırlar. Parçanın bağlamasının da 
səbəb hər hansı bir xırda canlının onların ağzına getməsi və orada 
məhv olmasının qarşısı alınsın. Onlar hər hansı bir qurdun və yaxud 
canlının ağızlarına daxil olub orada məhv olmasının qarşısını almaq 
üçün suyu çox təmizləyirlər. Eləcə  də, tovuz quşunun lələklərindən 
hazırlanmış süpürgələrdən istifadə edərək qarşılarına çıxan xırda hə-
şəratları yollarından uzaqlaşdırırlar. Yemək və içməkdən imtina et-
məklə intihar etmək ən fəzilətli işlərdən hesab edilir və Mahaviranın 
özü də dünyasını belə intihar yolu ilə dəyişmişdi.  
   
2-4. Dini kitablar 
Caynizm davamçılarının da yazılı dini irsi və mədəniyyəti möv-
cuddur. Onların dini kitablarının sayı  təxminən otuz doqquza çatır. 
Səmalibaslıların müqəddəs saydığı kitabın adı Prakarana və Ağlibas-
lıların müqəddəs saydığı kitablar isə Aqama və Sidanta idi.  
 
2-5. Davamçılar 
Hal-hazırda Hindistanda Caynizmin təxminən iki milyon da-
vamçısı mövcuddur və artıq onlar paltar geyirlər və dilənçilik əvəzinə 
ticarətlə məşğuldurlar. Yəni onların maddi durumu çox yaxşıdır. On-
lar öz məzhəblərində və inanclarında yeniləşmə aparmışlar və onların 
olduqca az hissəsi və ən müqəddəs bildikləri insanlar qeyd etdiyimiz 
qeyri-adi metodlardan istifadə etməklə həyatlarını sürürlər.  
 
3. Buddizm 
Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan 
sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddiz-
min zərif irfani düşüncələrə malik olması və dünuyanın ən çox əhalisi 
olan regionunda yayılması  səbəbindən bu dinin davamçıları çoxdur. 


 
67
Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir 
göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır.  
 
3-1. Buddanın həyatı 
Tərcümədə “Oyaq” mənası  kəsb edən Budda sözü əslində isla-
hatçı Buddizm məktəbinin banisi Qautama Şakyamuninin ləqəbidir. 
Buddistlərin nəzərincə Hindistanın  şimalında yerləşən Kapilavastu
1
 
şəhərinin padşahının oğlu olan Qautama eradan qabaq 563-cü ildə 
dünyaya gəlmişdir və ilk öncə Siddarta, yəni xoşbəxt adını daşıyırdı. 
Astroloqlar bu şahzadənin gələcəkdə islahatçı və böyük fateh olaca-
ğını bildirmişdilər. Eləcə də, bəzi xəstəliklərin nümunələrini, qocalı-
ğı, ölümü və böyük əzab-əziyyət çəkdidən sonra dünyadan üz döndə-
rəcək və nəfsinin əzab-əziyyət yolu ilə tərbiyələndirilməsi yolunu se-
çəcəyini söyləmişdilər. Elə bu səbəbdən də, atası onu yorucu həyat-
dan uzaqlaşdıraraq naz içərisində yaşaması üçün şərait yaratdı  və 
onun davranışlarını nəzarət altında saxlanılmasına təkid etdi. Şahzadə 
əmisi qızı Yaşudhara ilə ailə qurdu və onların Rahula adlı oğlu dün-
yaya gəldi. 29 yaşında onun barəsində verilən proqnozların həqiqətən 
də baş verdiyini görən Qutama gecə vaxtı saraydan və naz-nemətlə-
rindən qaçdı. O, Alara adlı bir şəxslə tanış olduqdan sonra onun tə-
limlərdən istifadə etdi və rahiblik həyatını seçdi. Nəfsinin paklaşması 
üçün altı il meşələrdə yaşayaraq özünə müxtəlif əzablar çəkdirdi və 
sonda həqiqətə nəfsani əzablarla çata bilmədiyini gördükdə bu meto-
du tərk etdi, düşünmək və  mənəviyyatını paklaşdırmaq mərhələsinə 
başladı. Onun böyük cihadı altı il çəkdi. O, sonralar “Oyanış ağacı” 
adlanan ağacın altında yeddi həftə oturdu, dağıdıcı  şeytan Mara ilə 
mübarizə apardı  və  həqiqətə çataraq hamının yaxşı tanıdığı Budda 
oldu. Buddistlərin əqidəsinə görə ötən zamanlarda da bir neçə Budda 
mövcud olmuşdur. Buddaların hər birisi zühur etməmişdən öncə 
                                                 
1
 Bu  şəhər hal-hazırda Nepal ölkəsinin tərkibindədir və Buddanın dünyaya gəldiyi 
yer həmin şəhərin 15 kilometrliyində yerləşmişdir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə