62
bu xəyallar və yalan surətlər
sonda məhv olacaq, həmişə var olan
Brahman qalacaq. Son əsrlərdə Hinduizm irfanı qərbliləri öz sehrinə
salmışdır. Qeyd etmək lazımdır ki, İslam irfanı da qərblilərin bir his-
səsini İslam dininə yaxınlaşdırmışdır.
Hinduizmin əxlaq qanunları, sufiliyi və zərif düşüncələri qədim
zamanlardan indiyə qədər özünəməxsus cazibəyə malik olmuşdur.
Bəzilərinin sözlərinə əsasən Hinduizmin bəzi düşüncələrinin həm
Xristiyanlıq, həm də İslamda olan sufi əhlinə düşüncə baxımından
güclü təsiri olmuşdur.
1
Hinduların imanlarının əsası dörd məfhumdan ibarətdir:
1. Ruhun ilahiliyi
2. Varlıqların
vəhdəti və birliyi
3. Tanrıların vəhdəti və birliyi
4. Dinləri və məzhəblərin vəhdəti və birliyi
Hinduizm özünə qapanmağı və özünü mərkəzləşdirməyi qəbul
etmir və hər bir Hindus öz dinindən əlavə dünyanın hər hansı dinlə-
rindən birini qəbul edə bilər. Amma buna baxmayaraq Hindusların
arasında ən kəskin təəssübkeşlik mövcudur. Yalnız bir məsələni qeyd
etsək kifayət edər ki, Mhatma Qandi Hindularla Müsəlmanlar arasın-
da bərabərliyə inandığı üçün bir qrup Hindusun düşməninə çevrildi
və sonda həmin təəssübkeş Hinduslardan biri onu güllə ilə qətlə ye-
tirdi. Son zamanlar Hindusların təəssübkeşliyi daha da güclənmişdir.
Bunun ən yeni və amansız təzahürü Babərilər məscidinin dağıdıl-
ması, çoxlu sayda müsəlman və hindusun həmin hadisədə ölməsidir.
Onların bu işi etməkdə bəhanələri isə Babəri
məscidinin yerləşdiyi
məkanın Ram bütünün doğulduğu yer olması idi. Onlar belə iddia
edirdilər ki, Vişnu həmin yerdə Ram bütü formasında gözə görün-
müşdü və Hinduslar həmin məkanda bütxana tikmişdilər. Amma
sonralar həmin məbəd məscid formasına salınmışdır. Təəssübkeş
Hinduslar bu bəhanələri əllərində saxlayaraq öz bütlərini məscidin
dağıntıları üzərində yerləşdirmişlər və onlara sitayiş etməyə başla-
1
Mircea Eliade (ed), The
Encyclopedia of Religion, vol 15, pp 1-460
63
mışlar. Hinduslar həmin yerdə Ram məbədinin inşa etmək istəyirlər,
amma müsəlmanların İslami məscidin Hindus bütxanasına dəyişdiril-
məsi məsələsinə kəskin etirazlarına görə məsələ hələ də havada qal-
maqdadır.
Hindusların Kəşmirdə törətdikləri cinayətlər də diqqətə layiqdir.
Onların İslam dini və müsəlmanlarla savaşması və bu məqsəd uğrun-
da Sionist İsrail rejimi ilə əməkdaşlıq aparması www.Hindruunity.
com internet saytında aydın şəkildə öz əksini tapmışdır.
1-10. Yoqa fəlsəfəsi, yaxud Cukyan metodu
Hindusların nəzərincə həqiqətə çatmaq və qadir Allaha qovuş-
maq yalnız yoqanın köməkliyi ilə mümkündür.
Yoqa çətin və nəfəs-
kəsici əzablara dəlalət edir və çox zaman sakit oturmaq, bardaş qurub
düşünməklə meydana çıxır. Amma bunun üçün başqa metodlar da
mövcuddur. Məsələn; dayanmaq, başaşağı durmaq, əyilmək, qollar-
dan sallanmaq və üzərinə mismarlar vururlmuş taxtanın
üzərində
uzanmaq. Bu işlər on il belə davam edə bilər və bununla yanaşı digər
çətin məqamlar, suyu önünə qoyub susuz vəziyyətdə ona baxmaq ki-
mi məşəqqətli anlar yaşanıla bilər.
1
Nəfəsin həbs edilməsi məsələsi belədir ki, güclü məşqlərdən
sonra tənəffüs sayları aşağı düşməyə başlayır və əsil yoqaçı bir ildə
bir neçə dəfə nəfəs almaqla yaşaya bilir. Yoqa ilə nəbzin vurmasını
və bədənin digər fəaliyyətlərini də ələ almaq olur. Belə hallarda insan
bədəni digər yollardan istifadə etməklə sağ qala bilir. Belə ki, Yoqa
ilə məşğul olan şəxsi altı ay ərzində qəbrdə dəfn edirlər və altı aydan
sonra onun qəbrini açdıqda sağ olduğunu görürlər.
2
Bu qədər çətinliyə və əzab-əziyyətə dözmənin
həqiqətə çatmaq
üçün həyata keçirilməsinə baxmayaraq belə ağır əziyyətlərə tab gətir-
mək yeni bacarıq və kəramət əldə olunması ilə nəticələnir. Yoqaçı
1
Yoqanın adətləri və bunun üçün, yəni insan üçün lazım olan bütün şərtlər Patancali
kitabında qeyd olunmuşdur. Böyük alim Əbu Reyhan Biruni bu kitabı Ərəb dilinə
trəcümə etmişdir.
2
Bunun həqiqət olmasına şübhə var (Redaktor)
64
belə məsələlərin onun kəmala çatması yolunda maniə kimi qəbul edir
və çox vaxt belə qeyri-adi vərdişləri heç vaxt üzə çıxartmır.
Qərb alimləri bir neçə yoqaçı üzərində təcrübələr apardıqdan
sonra həmin halların bəzilərinin həqiqi olmasını sübuta yetirmişlər.
Məsələn, 1936-cı ildə Doktor Brossun başçılığı altında həkim heyəti
nəfəsin həbsi barəsində təcrübə və tədqiqatlar apardıqdan sonra öz
nəticələrini çap etdirmişlər.
1
2. Caynizm
Brahmanizmin qollarından biri də Caynizmdir. Cayna söznün
mənası “Qalib” deməkdir və bu firqə eradan qabaq 6-cı əsrdə mey-
dana çıxmışdır.
2-1. Mahaviranın sərgüzəştləri
Caynistlərin nəzərincə bu firqənin banisi Mahavira (yəni, böyük
qəhrəman) olmuşdur. O, özündən min illər öncə ərzində mövcud olan
iyirmi üç liderlərdən sonra gələn iyirmi dördüncü liderdi. Mahavira
eradan altı əsr öncə Hindistanın zadəgan ailələrindən birində dünyaya
göz açmışdır. O, otuz yaşında dünyadan uzaqlaşdı və uzun
illər boyu
əzab-əziyyət çəkdikdən sonra həqiqətə çatdı. O, özü yaratdığı məzhə-
bi genişləndirdikdən sonra eradan öncə 526-cı ildə cismi boşaldaraq
Nirvanaya qovuşdu.
2-2. Fəlsəfə və əxlaq
Bu firqə davamçılarının ən təəccübləndirici adətlərindən biri on-
ların paltar geyinməni haram bilmələridir. Belə ki, onların nəzərincə
Mahavira özünə əzab-əziyyət verməklə dünyəvi bağlılıqlardan qur-
tarmaq istəyəndə fikrinin abır-həya məsələsinə bağlı qalmasını görən-
də bütün paltarlarını əynindən atdı və ömrünün sonunadək lüt yaşadı.
1
Presse
Medicale, 14 oktyabr 1936