“Kim (haqq) yola gələrsə, ancaq özü üçün gəlir. Kim də yolunu azarsa,
azğınlığı ancaq öz zərərinədir. Heç bir günahkar başqasının günahını
daşımaz. Biz də bir elçi göndərməyənə qədər əzab vermərik”. (İsra 17/15)
İslamı doğru öyrətmək üçün Qurani-kərimin ana dilinə tərcüməsi məktəblərdə
bir dərs kimi tədris edilməlidir. Bu, eyni zamanda xürafatlara qarşı etibarlı və
təsirli bir mübarizə üsulu ola bilər.
B-İBADƏT TƏLİMİ
37. Namaz, oruc, həcc və zəkat mövzusunda elementar bilikləri doğru şəkildə
mənimsəmək lazımdır.
Namaz qılan hər kəs Fatihə surəsini, namazda daha çox oxunan surələri, “Ayət
əl-kürsi”ni doğru surətdə oxuya bilməlidir. Namaz dualarını, həmçinin, gündəlik
həyatda tez-tez qarşıya çıxan məsələlərlə əlaqədar göstəriş və öyüdləri ehtiva
edən ayələri də öyrənməlidir. Bu dua və ayələrin sayı azdır. Onları doğru
oxumaq üçün orijinal dilindəki (ərəbcə) mətnini öyrənmək və həmin mətnləri
düzgün tələffüz etmək lazımdır. İmam-xətib liseyləri və Quran kurslarının
məzunları bir kənara, dövrümüzdə kəlmeyi-şəhadəti belə əslinə uyğun olaraq
tələffüz edənlərin sayı azdır. Bu vəziyyət çox sayda ali savadlı, geniş
dünyagörüşünə sahib olan insanın bu məsələdə (öyrənilməsi zəruri olan dini
mətnlərin (Quran ayələri və duaların) düzgün oxunuşu, tələffüzü xüsusunda
tərc.) özünü aciz hiss etməsinə səbəb olur.
38. Quranı orijinal dilində doğru oxumaq da hər bir müsəlmanın arzu və
ehtiyacıdır. Bu arzusunu doğru qaydada, mükəmməl təhsil almış müəllimlərin
nəzarəti altında həyata keçirə bilməyənlər şikayətlərə səbəb olan yollara əl
atmaq məcburiyyətində qalırlar. Bu səbəbdən, ibtidai təhsildən başlayaraq
istəyən hər bir şagirdə Quranı öyrətmək zəruridir. Quran kursları və İmam-xətib
liseyləri bu ehtiyacı bütünlüklə ödəmək imkanına sahib deyildir. Əsas təhsil
bazası
25
üzrə tədris hüququ ləğv edilməmişdən öncə müşahidə edilən İmam-
xətib liseylərinə geniş şagird axınının səbəbi övladının dini təhsil almasını
istəyən valideynlərin bu arzularını digər məktəblərdə gerçəkləşdirə
bilməməsidir. Digər orta təhsil müəssisələrində dinini öyrənmək imkanından
məhrum olanların özlərində şəxsiyyətin formalaşması ilə bağlı kompleks hiss
etməsi də yanlış davranışların digər bir səbəbidir.
*Şəxsi yorum və təvillərdən çəkinərək, Quranı məzhəbinə və arzusuna
uymadan, sırf Allahın bildirdiyi şəkildə izah edib çatdırmaq, məsuliyyət daşıyan
hər müsəlmanın vəzifəsi olmalıdır. Təhsil bu şəkildə aparılarsa, insanlar həm
fərqli məzhəb və məqsədlərə xidmət edən dini qruplaşmalardan xilas olar, həm
də dövlət və millət arasında birlik və bərabərlik saxlanmış olar. Dini arzusunu
normal yollarla, yaxşı yetişmiş müəllimlər nəzarətində öyrənməyənlərin,
başqalarına alət olmaları, oyuna gəlmələri çıxılmaz olur. Sonra da bunlar bu
ümmətə qarşı yönləndirilmiş canlı bombaya çevrilirlər. Bu da dinin istismarına
və xoşa gəlməz mənzərələrə yol açmaqdadır. Tariximiz bunun ibrətli səhnələri
ilə doludur. Necə ki, Tibb fəkultəsini bağladığınız zaman meydan qoca qarılara,
tüstü verənlərə qaldığı kimi, din təhsilini üniversitet və məktəblərdən
qaldırdığınız zaman meydan pirlərə, ziyarətgahlara, kitab-açanlara, fala-
baxanlara, mollalara qalır. Onun üçün ibtidai sinifdən başlayaraq istəyən hər
tələbəyə Quran öyrətmək lazımdır.
Müsəlmanlıq bu ölkə xalqının rəsmi dini olduğu üçün, bu dini öyrənmək də
xalqın ən təbii haqqı və tələbatıdır. Ona maneçilik nə dövlətin, nə də xalqın
xeyrinə deyildir. Tam tərsinə zərərinədir. Bu səbəblə həm dövlətin, həm xalqın
rəfahı, inkişafı və mənafeyi üçün dinin təhsilinə ehtiyac vardır. Çox təəssüf ki,
bir əsrə yaxındır dindən və din təshilindən qorxmuş və qorxudulmuş bir idarə və
xalq kütləsi vardır ki, bu səbəblə müsəlmanların və Quranın aydınlanması,
25
Əsas təhsil bazası ‐ ibtidai təhsil mərhələsindən (ölkəmizdə bu mərhələ 1‐4‐cü sinifləri əhatə edir) sonra gələn
və əsas təhsil (ölkəmizdə 5‐9‐cu sinifləri əhatə edir) haqqında şəhadətnamənin verilməsi ilə nəticələnən təhsil
prosesidir. Türkiyədə bu mərhələnin ekvivalenti “ortaokul” adlanır. Tərc.
tərəqqisi əngəllənməkdədir. Buna görə də hər kəsə Qurana və müsəlmanlığa
yenidən nəzər salmasını tövsiyə edərik.*
C-ƏXLAQ TƏHSİLİ
40. İnsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə, ölkəsinə və bütün insanlığa
qarşı haqq və vəzifələri vardır. Bir müsəlman bu mövzudakı vəzifələrini;
fərzləri, halal və haramları doğru öyrənməlidir. Belə olmazsa nümunəvi bir
insan və yaxşı bir müsəlman olması mümkün olmaz...* Məhz müsəlmanların
terorist və pis insanlar kimi göstərildiyi bu çağımızda buna çox ehtiyac vardır.
Əslində müsəlmanlar bunu kimlərəsə xoş görünmələri üçün də etməzlər. Çünki
bu Allahın onlara yüklədiyi bir məsuliyyətdir və Allah rizası üçün edilir.
D- ORTA MƏKTƏBLƏRDƏ ƏXLAQ VƏ QURAN TƏLİMİ
41. Ölkəmizdə, Türkiyədəki İmam xətib lisələrinə bənzər bir təlimin verilməsi
dövlətin və xalqın ruhi və mənəvi inkişafına çox faydası olacağına inanıram. Bu
fəaliyyət, gənclərin hər tərəfli yetişməsini təmin edəcək, sektalara, qruplara,
xurafələrə yönlənməsinə mane olacaq və bir çox həm özlərinə həm dövlətin,
xalqın zərərinə olacaq pisliklərə, propaqandalara düşməsinin qarşısını alacaqdır.
İmanlı gənclərin varlığı cəmiyyət üçün etibar qazandırır.* Çünki xürafatçılar və
fitnəkarlar həmişə dini yaxşı bilməyənləri axtarırlar. Cahilləri tabe etmək asandır
və bunlar hər kəs üçün istismar edilən, çeynənən rahat loxmadır.
Din təshili tədris planı Quranın işığında gözdən keçirildiyi təqdirdə ölkəyə ağlın
və əməlin hakim olması qaçınılmazdır.
42. İnsanların dinə yönəlmələrinə mane olmaq mümkün deyildir. Bu bütün
dünyada tarixdən günümüzə qədər yaşanan bir hadisədir. Bütün millətlərin bir
dini olmuş və olacaqdır. Buna heç kim və heç bir şey mane ola bilməz, çünki bu
insanın fitrətinə yerləşdirilmiş bir şeydir. İnsanlar onu bu və ya digər şəkildə
qəlblərinə ya da yaşayış tərzlərinə soxacaqlar. Kimsə mənim dinlə əlaqəm