“əsirlik”, başqa sözlə “qeyd-şərtsiz boyun əymək”dir. Allahdan başqasına ibadət
etməmək, Ondan başqa heç kimə qeyd-şərtsiz boyun əyməmək deməkdir.
Amma dini bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışanlar labüd olaraq ilk
növbədə onu peyğəmbərlərin göstərdiyi istiqamətdən sapdıraraq tanınmaz hala
gətirmişdir.
Onlar dini fərdi müstəvidən çıxarıb təşkilati müstəviyə köçürmüş, insanları dinə
qəbul etmə və dindən çıxarma tədbirlərini mərasim halına salaraq, əqidələri də
öz səlahiyyətlərinin hüdudlarına daxil etmişlər. Digər tərəfdən isə bu ictimai
təsisat sayəsində dövlət hakimiyyətini ələ keçirmək və Allahın adından (Onun
hakimiyyətini təmsil etmək iddiası ilə tərc.) dövləti idarə etmək imkanı
qazanmışlar. İqtidarı ilahi hakimiyyət adı altında ələ keçirməklə dövlətin bütün
imkanlarından yararlanmış, amma törətdikləri iqtisadi və sosial problemlərə,
etdikləri zülm və təzyiqlərə görə Allahı cavabdeh hesab etmişlər. Heç kim
Allahı hesaba çəkə bilməyəcəyinə görə, özlərini məsuliyyətdən azad insanlar
kimi təqdim etmişlər. Teokratiya məhz budur. Bu xüsusiyyətlərə uyğun bir
təşkilatlanma xristian aləmində mövcuddur. Teokratiya dövlətin kilsəyə tabe
olması deməkdir. Bu heç bir vəchlə qəbul edilə bilməz. Bu səbəbdən
teokratiyaya qarşı aparılan mübarizə haqlı mübarizədir. Laiklik (laisizm) məhz
bu mübarizənin adıdır.
Teokratiyaya qarşı üsyanın şüarı olan laiklik ideyasının özü bir müddət sonra
inanclara təzyiq vasitəsi halına gətirilmişdir. İnsanları özünə qul etmə hərisliyinə
qapılanlar indi ya din, ya da laiklik adı altında hüquq və azadlıqları ortadan
qaldırmağa çalışırlar.
Kilsəyə bənzəyən bir dini təşkilatı müsəlman dünyasında meydana gətirmək
mümkün olmamışdır. Quranın varlığı buna ən böyük maneədir. Quran din və
dövlət münasibətlərinin ideal prinsiplərini təqdim etmişdir. Hissi idrakla
davranmayan hər kəs onları qəbul edər.
Bu tədqiqatda biz Quran işığında din və dövlət münasibətlərinin necə
tənzimlənməli olduğunu araşdırmışıq. Çünki Quran, Allahın son kitabıdır və heç
bir təhrifə məruz qalmadan dövrümüzə qədər gəlib çatmışdır. Daha sonra isə
teokratiya və laiklik mövzusunu ələ almışıq. Həmçinin, bu mövzunu da Kitab-i
Müqəddəsə və Qurana əsaslanaraq izah etməyə çalışmışıq.
Başlıca məqsədimiz mövzunu təfərrüata varmadan araşdırmaq olmuşdur.
İnsanlar üzərində hakim olmaq üçün dindən sui-istifadə edənlərlə, laiklikdən
yararlananların çıxılmaz vəziyyətlərini qısa və yığcam şəkildə ortaya qoymağa
çalışmışıq.
Bu əsərlə həqiqətləri açıqlamağa çalışırıq. Doğruları hər kəs əksərən bilir, amma
onları həyata keçirmək insanların çoxunun mənafelərinə uyğun gəlmir. Bunu
yaxşı başa düşürük. Biz insaflı hərəkət edən insanlara faydalı ola bilsək,
özümüzü müvəffəq olmuş sayacağıq. Belələrinin sayı da az olur. Çalışmaq
bizdən, müvəffəqiyyət Allahdandır.
BİRİNCİ HİSSƏ
DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ
1. DÖVLƏTİN DİNİ
1. Dövlət bir təşkilatdır. Təşkilatların dini olmur, insanların dini olur. Dövlət
namaz qılmır, oruc tutmur və axirətlə bağlı hər hansı bir qayğısı yoxdur. Dövlət
kimi digər təşkilat və quruluşların da dini olmur.
Dövləti və ya bir təşkilatı idarə edənlərin inancları onların idarəetmə
fəaliyyətlərində öz əksini tapır. Bu, təbii bir haldır. Müsəlmanların hakimiyyətdə
olduğu dövlətə İslam dövləti, xristianların iqtidarda olduğu dövlətə də xristian
dövləti deyilməsi bu səbəbdəndir. Təbii olmayan isə idarəedicilərin xalqı onların
etiqadını mənimsəməyə məcbur etməsidir. Din dövləti və ya ideoloji dövlət
məhz bu zəmində təşəkkül tapır. Etiqadı güc tətbiq etmək və təzyiq yolu ilə
dəyişdirmək mümkün olmadığı üçün belə cəmiyyətlərdə daxili mübahisələr,
təzyiq və zülüm (hüquq pozuntusu halları tərc.) əsla bitməz.
2. Dinin özəyi imandır. İmanın təməli da qəlb ilə təsdiqdir. Qəlb insanın daxili
dünyasındadır. İnsan burada mümkün olduğu qədər azaddır. Heç bir əqidə
insana zorla qəbul etdirilə bilməz. Təzyiq mexanizmasından ən çox istifadə edən
müstəbid rejimlər belə bunu bacara bilməzlər. Uca Allah bu barədə belə
buyurur:
“Dində məcburiyyət yoxdur; artıq doğru ilə əyri bir-birindən yetərincə
ayrılmışdır. Bundan sonra kim zalımları (onların hakimiyyətini) tanımayaraq
Allaha inanarsa, qopmayan sağlam bir qulpdan yapışmış olar. Allah (hər şeyi)
eşidəndir, biləndir.” (Bəqərə 2/256)
Bu səbəblə müsəlmanlar heç kimi müsəlman olmağa və ya müsəlman kimi
davranmağa məcbur edə bilməzlər, əksinə hər kəsə inandığı kimi yaşamaq
imkanı verirlər. Beləliklə, bu səbəbdən müsəlmanların dövləti din dövləti, yəni
teokratik dövlət ola bilməz
1
. Onlar insanlara Allahı təmsilən, Onun naibi, vəkili
olaraq (başqa sözlə ilahi hakimiyyət adı altında) deyil, şəxsi məsuliyyət əsasında
rəhbərlik edirlər. Yaxşı rəhbərlik edən Allah dərgahından mükafat qazanacaqdır.
Pis rəhbərlik edən də öz məsuliyyətini hiss etməlidir.
3. Türkiyədə din deyərkən İslam başa düşülür. Bu dinin bir peyğəmbəri, bir də
kitabı vardır. Müsəlman olmaq istəyən həmin peyğəmbərin və həmin kitabın
bəyan etdiklərinə inanır və həyat tərzini həmin göstərişlərə uyğun şəkildə
tənzimləyir. Yəni, Qurana riayət edir, onun göstərişlərinə tabe olur.
Bir də Quranı özlərinə uyğunlaşdıranlar vardır. Onlar həm istədikləri kimi
yaşamaq, həm də müsəlman sayılmaq istəyirlər. Bu səbəbdən mənafelərinə
uyğun gəlməyən, münasib görmədikləri ayə və hədislərin bir qismini qədim
1
Teokratik dövlət mövzusu bu kitabın ikinci bölümündə incələnmişdir.
Dostları ilə paylaş: |