istəsəydi Kainatı və insanları başqa cür yaradardı və hər kəs də iman edərdi.
Yunus surəsinin 99-cü ayəsində buyurduğu kimi:
“Əgər Rəbbin istəsəydi
26
, yer üzündə olanların hamısı iman gətirərdi.
İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?”
O cümlədən insanlar onun hökümlərini; istər dövlət orqanları tərəfindən, istər
şəxs olaraq həyata keçirməkdə sərbəst buraxılmışdır. Onlara bu barədə kitablar,
peyğəmbərlər göndərib, əmrlər və tövsiyələr versə də məcbur etməmişdir.*
53. Din azadlığı olduqca mühümdür. Əqidə mənəviyyatla bağlı bir məsələ
olduğu üçün etiqad azadlığını (vicdan azadlığı da deyilir tərc.) tanımaq və ya
tanımamaq bir o qədər əhəmiyyət kəsb etmir. Lakin din azadlığı çox mühümdür.
Burada din deyərkən bir dinin bütün əmr və qadağanları başa düşülür. Bu
anlayışın daha aydın ifadəsi “inandığı kimi yaşamaq azadlığı”dır.
İslam insana inandığı kimi yaşamaq imkanı yaradır və etiqadlara qarşı təzyiq və
təhqiri qadağan edir. Osmanlı dövlətinin müsəlmanlar üçün meyxanaların
(burada: eyş-işrət mərkəzləri tərc.) fəaliyyətini və donuzçuluq təsərrüfatı ilə
məşğul olmağı qadağan edərək, qeyri-müsəlmanları bu xüsuslarda sərbəst
buraxması bu səbəbdən idi.
Bu tolerant yanaşma İspaniyadan qaçan yəhudilərə qucaq açmağımıza və onlara
tarixlərinin ən sevincli günlərini yaşatmağımıza səbəb olmuşdur. Yəhudilər bu
tolerantlığın xatirəsinə “500-cü il Vəqfi”ni qurmuşlar.
54. Hər hansı bir dövlətdə, həmin dövlətin bir nümayəndəsi dövlətin təzyiqindən
heç qorxmadan azad bir şəkildə; “mən müsəlmanam” ya da “mən kafirəm”-
deyə bilmirsə orası teokratik bir dövlətdir. Şəriət qanunları ilə yönləndirilən bir
ölkədə belə insanların arasından biri çıxıb rahat bir şəkildə “mən bu dini qəbul
etmirəm” ya da “mən kafirəm” deyə bilmirsə o dövlət həqiqi şəriət dövləti deyil,
teokratik bir dövlətdir. Çünki Allah Təala, etiqadda insanlar üzərində heç bir
təzyiqi qəbul görməməkdə və belə buyurmaqdadır:
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər
kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm
dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir
.”
27
26
Yəni bu iman edib etməmə işi Rəbbinizə qalsaydı (imtahan etmədən məcburi bir qayda qoysaydı) hamınız
imana gəlmiş olurdunuz.
Təəssüf ki, Peyğəmbərimiz və səhabələri dindən dönənlərlə əlaqədar heç bir
cəza tədbiri görmədiyi halda, sonradan bir çox İslam alimləri Quranın bu ciddi
məsələdə qoyduğu qaidələri göz-ardı edərək, zəif bir neçə hədisi əsas alıb,
“dindən dönən öldürülür”- fətvasını çıxarmışlar.
55. Amma artıq əvvəlki tolerantlıq mühiti mövcud deyil. Çünki nüfuzlu
səlahiyyət sahibləri olan ateistlər və dindən uzaq insanlar tolerantlıq nümayiş
etdirə bilmir. Onlar müxtəlif səbəblərdən dolayı özünü müsəlman kimi qələmə
vermək ehtiyacı da hiss etdiklərinə görə problem daha da mürəkkəbləşir. 1946-
cı ildən bu yana qurulan siyasi partiyalar daha çox səs toplaya bilmək üçün
xalqın dini hislərinə toxunmaq, təsir etmək üçün sanki yarışa girmişdir. Onların
arasında səmimi olanlar olduğu kimi, dini duyğuları istismar edənlər də
olmuşdur.
Türkiyə Konstitusiyasının 24-cü maddəsinə əsasən, “Heç kəs ... hər nə şəkildə
olursa-olsun, dini və ya dini duyğuları, yaxud dini baxımdan müqəddəs sayılan
şeyləri istismar və sui-istifadə edə bilməz”.
Din istismarının adı ikiüzlülük və münafiqlikdir. İkiüzlü ilə həqiqi dindarı
ayırmaq çətindir. Xüsusilə, insanlar dinləri xüsusunda problemlə qarşılaşdıqda
ikiüzlülər üçün ələkeçməz bir fürsət yaranır. Belə məqamlarda həqiqi dindarlar
din istismarçılığında ittiham edilir ki, bu da öz növbəsində hər şeyi alt-üst edir.
Türkiyə cəmiyyətində müşahidə edilən mənzərə məhz bundan ibarətdir. Digər
tərəfdən, istənilən dini mənzərəyə laisizm adı altında qarşı çıxanların, dini
təhsilə zərbə vurub insanları dinlərindən uzaqlaşdırmağı müasirlik sayanların,
özlərinə qarşı etirazları azaltmaq üçün ara-sıra çıxıb dinə hörmətlə
yanaşdıqlarını, fəqət din istismarına qarşı olduqlarını deməsi, onların məhz bu
davranışları daha böyük etirazlar doğurur və dindarlarda məsxərə obyektinə
çevrildikləri ilə bağlı bir hissi formalaşdırır. İkiüzlülər sevimli Peyğəmbərimizə
27
Bəqərə, 2/256.
(s) də əziyyət edirdilər. Quranda bu mövzuda bir çox xəbərdarlıqlara yer
verilmişdir. Uca Allah bu barədə belə buyurur:
“Onlar (sənə): “Baş üstə!” deyir, amma sənin yanından uzaqlaşdıqda
aralarından bir qismi gecə sənin dediklərindən fərqli bir şey sərgiləyirlər.
Allah da onların gecə elədiklərini yazır. Artıq onlardan üz çevir və Allaha
təvəkkül et! Allahın qoruyucu olması (sənə) kifayətdir!” (Nisa 4/81)
56. Din ümumbəşəri bir dəyərdir və zamanın fövqündə durur. Yəni, dinin
zamana və məkana bağlı olmayan dəyişməz qaydaları vardır. Dövlətçilik
siyasəti və qanunlar isə zamana, məkana və ehtiyaclara görə dəyişir. Bir dövlət
din və vicdan azadlığını qəbul edirsə, qanunlarını və daxili siyasətini buna
əsasən tənzimləyir. Çünki dinə müdaxiləni heç bir dindar qəbul edə bilməz.
Məsələn, Nur sürəsinin 31-ci ayəsi müsəlman qadınların başlarını örtməsini əmr
edir. Bu əmr ilk gündən etibarən mübahisəsiz icra edilmişdir. Bu gün həm
Türkiyədə, həm də digər İslam ölkələrində müsəlman (dindar) qadınlar başlarını
örtürlər. Bir yerdə qadınların başlarını örtməsi qadağan edildikdə, bütün
müsəlmanlar bu qadağanı etiraz ilə qarşılayır. Quran var olduqca bu etiraz
bitməyəcəkdir. Bu etiraz özünü göstərdikcə onu istismar edənlər də tapılacaqdır.
Bir partiya hicabı müdafiə edəcək, digəri isə qarşı çıxacaqdır. Buna ateistlərin və
İslamdan uzaq şəxslərin dini vicdanlara sığışdırmaq (sadəcə inanclarla
məhdudlaşdırmaq) təşəbbüsləri də əlavə olunduqda laisizmin dinsizlik kimi
təzahürü üçün zəmin yaranır. Artıq ağıl deyil, hisslər önə çıxır. Belə vəziyyətdə
partiyalara səs verənlər də hissləri ilə hərəkət edirlər. Partiyaların ölkənin
inkişafı, milli birlik və hüquq bərabərliyinin bərpa edilməsi istiqamətində hansı
işləri görəcəyi onları çox da maraqlandırmır. Partiyalardan birinə səs verən üçün
mühüm olan dininin əmrini həyata keçirmək imkanı əldə etmək, digəri üçün isə
mühüm olan buna əngəl olmaqdır. Beləcə hər iki partiya parlamentdə
mandatlarını etiraz duyğusuna əsaslanan səslərlə qazanır və siyasi balansı
pozurlar. Dürüst siyasətçilər isə ya siyasət səhnəsindən silinib getmə bahasına da
Dostları ilə paylaş: |