Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə14/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

insanlara çatdırmaqla mükəlləf etdiyi insana rəsul deyilir

34

. Bu sözün türk (eləcə 



də azərbaycan tərc.) dilində ekvivalenti “elçi” sözüdür. 

Uca Allah elçilərinin vəzifələrini üç qismə bölür: 

Elçinin birinci vəzifəsi əmri təbliğ etməkdir. Uca Allah belə buyurur: 

“Elçilərin üzərinə açıq təbliğdən başqa nə düşər?!” (Nəhl 16/35) 

“Ey Elçi! Rəbbindən sənə endiriləni təbliğ et, əgər bunu eləməsən, Onun 

elçiliyini həyata keçirməmiş olarsan!” (Maidə 5/67) 

Elçinin ikinci vəzifəsi əmri izah etməkdir. Bir ayədə belə buyurulur: 



“Biz hansı elçini göndərdiksə, ancaq öz xalqının dili ilə (danışanlardan) 

göndərdik ki, onlara (Allahın hökmlərini) izah etsin”. (İbrahim 14/4) 

Allah elçisinin üçüncü vəzifəsi müjdələmək və xəbərdar etməkdir. Bu xüsusda 

belə buyurulur: 

“Biz səni bütün insanlara sadəcə bir müjdəçi və bir xəbərdaredici olaraq 

göndərmişik”. (Səbə 34/28) 

Elçi təzyiq göstərə bilməz. İnsanlara mükəmməl bir etiqad azadlığı tanıyan uca 

Allah belə buyurur: 

“Sən öyüd ver! Əslində sən ancaq bir öyüd verənsən. 

Sən onlara hakim kəsiləcək deyilsən!” (Gaşiyə 88/21-22) 

Allahın elçiləri möcüzə göstərirlər. Möcüzə onlara fövqəltəbii  şəxsiyyət 

qazandırmaq üçün deyil, Allahın elçisi olduqlarını sübut etmək üçündür. 

Etibarlı bir insan bir gün gəlib “Mən ABŞ-ın Türkiyədəki səfiri oldum” deyərsə, 

Türkiyə dövləti ondan ABŞ Dövlət Departamentinin onu elçi təyin etdiyinə dair 

                                                            

34

 Əş-Şərif Əli b. Məhəmməd əl-Curcani, ət-Tərifat, səh. 110 (nəşr tarixi və yeri məlum deyil). 




 

sənəd (etimadnamə) tələb edəcəkdir. Möcüzə  də  məhz Allahın elçisinin 

etimadnaməsidir. İnsanların belə bir sənəd düzəltməsi mümkünsüz olduğu üçün 

adına möcüzə deyilmişdir. 

Həzrət Məhəmməd (s) eynilə bizim kimi bir insandır. Bizdən fərqi Allahın elçisi 

olmasıdır. Quranda bu barədə belə buyurulur: 



“De ki, mən də eynilə sizin kimi bir insanam. Mənə sizin Tanrınızın vahid 

tanrı olduğu vəhy edilir. Artıq kim Rəbbinə qovuşmağa ümid bəsləyirsə, vaxt 

itirmədən yaxşılıq etsin və ibadətdə heç kimi Rəbbinə ortaq etməsin”. (Kəhf 

18/110) 

60. Budur, bir tərəfdə imamlarını müqəddəs bir şəxsiyyətə büründürən  şiəlik, 

digər tərəfdə Peyğəmbəri belə  hər kəs kimi bir insan sayan əhli-sünnət inancı. 

Şiəlik dövlət başçılığını dini məqam saydığı halda, əhli-sünnət siyasi institut 

hesab edir. Üstəlik sünnilər dövlətlərini İslam adı ilə deyil, Abbasilər, Səlcuqilər 

və Osmanlı kimi adlarla təsis etmişdir. Dörd xəlifə dövründə dövlətə ad belə 

təyin edilməmişdir. Bunlar əbəs deyildir. Arada bu qədər fərq var ikən şiələr ilə 

əhli-sünnəti eyniləşdirmək qəbuledilməz bir xətadır. Türkiyədə  İran modelinə 

bənzər bir İslam respublikası qurulacağını iddia edənlər,  əsasən, bu fərqi 

yetərincə dəyərləndirə bilməyənlərdir. 

61. Sünnilər dövlət başçılığını siyasi bir məqam sayarlar. Bu səbəblə dövlətlərini, 

İslam adıyla deyil, Abbasi, Səlcuqlu və Osmanlı kimi adlarla qurmuşlar. Dörd 

xəlifə dövründə dövlətə ad belə qoyulmamışdır. Sünnilər dövlət başçısını 

sıradan bir insan sayır, onu qeyri-adi insan olaraq görməzlər. O da hər kəs kimi 

səhv edə bilər və xatalı qərarlar verə bilər. 

Bir gün xəlifə Ömər minbərdən belə  səslənmişdi: ” Ey insanlar, ona səlat və 

salam olsun Muhammədin (s.a.v.) görüşü doğru idi. Çünki Allah ona həqiqəti 

göstərirdi. Bizim görüşümüz isə ancaq zənn və  məsuliyyət altına girməkdən 

ibarətdir.” 



 

Xəlifə  Əbu Bəkr bir məsələdə Allahın kitabında və Muhammədin (a.s.) 

sünnətində bir  şey tapılmazsa öz görüşünə görə ictihad edər və belə deyirdi: ” 

Bu mənim görüşümdür. Doğru isə Allahdan, səhv isə məndəndir. Allahın məni 

bağışlamasını diləyirəm.” 

Xəlifə Ömər bir nəfərlə qarşılaşmış və nə var nə yox deyə soruşmuşdu. O da Əli 

və Zeyd belə bir höküm verdilər demişdi. Bunun üzərinə Ömər; ” Əgər mən 

olsaydım başqa bir tərzdə hökm edərdim.” dedi. Adam dedi ki; 

“ Sənin bunlara tərs hökm etməyinə mane olan nədir? Səlahiyyət sənin 

əlindədir. ” Ömər bu cavabı verdi:  

“ Sənin məsələni Allahın Kitabına ya da Allahın elçisinin hökmünə 

dayandırsaydım bunu edərdim. Amma məsələni şəxsi görüşə dayandırıram, fikir 

ifadə etmə haqqı müştərəkdir. Mənim görüşüm  Əlinin və Zeydin görüşünü 

dəyərsiz hala gətirməz.

35

” 

C- MƏSCİD VƏ TEOKRATİYA 



62.  İslamda ruhani sinifi yoxdur. Məscidlər kilisə  təşkilatı kimi 

formalaşmamışdır. Əvvəllər məsciddə vəzifəli imam və müəzzin də tapılmazdı. 

Camaatdan biri əzan oxuyur, əhliyyətli biri də namaz qıldırırdı. Məscidlərin 

sistemli olaraq açılması,  əzanın vaxtında oxunması, məscidin nəzarətə alınıb, 

əşyasının qorunması kimi ehtiyaclar məscidə  vəzifəlilərin təyinatına səbəb 

olmuşdur. Cüma namazı üçün də vəziyyət eynidir. Ancaq Cümə günü böyük bir 

camaata namaz qıldırmaq və onlara xütbə vermək bir çoxunun diqqətini 

çəkəcəyi üçün bu mövzuda mübahisə  və müzakirə  çıxa biləcəyini göz önünə 

alan Hənəfi məzhəbi, Cümə namazını ya o yaşayış yerinin ən səlahiyyətli 

insanının ya da təyin etdiyi bir şəxsin qıldırmasını şərt qoşmuşdur. Yoxsa ibadət 

üçün toplanan insanlar bir-birinə sataşa bilərlər.

36

 



                                                            

35

 İbnul-Qayyum əl-Cəvziyyə,Ilamul-Muvakiin, Beyrut 1407/1987 c. I, s. 54. 



36

 Şəmsuddin əs-Sərahsi, əl-Məbsud,Misir 1324, ıı,24. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə