Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   17   18   19   20   21   22   23   24   ...   108

Ədəbiyyat söhbətləri 
 
69
Və görünür, «vəhy»lərin əsas ideyasını, ümumiyyətlə «Bibli-
ya»nın ideoloji məntiqini kifayət qədər «neytral» məzmunlu 
«proloq»da yox, bundan sonrakı təfərrüatlarda axtarmaq lazım 
gəlir ki, həmin təfərrüatların mahiyyəti ən ümumi şəkildə desək, 
insanın (cəmiyyətin) onun üçün müəyyən edilmiş Haqq yolun-
dan azıb, hər cür «anomoliya»lara meyllənmələrindən (və bu 
azğınlığın «ilahi həyat prinsipləri» mövqeyindən qarşısının alın-
ması ehtiyacından) ibarətdir. 
Və «Əhdi-ədiq» belə bir cəzanı «Nuhun tufanı» tərzində 
təsəvvür (və təsvir) edir… Tufandan sonra yeni yaranan cəmiy-
yət Nuhun – onun oğullları Sam, Ham və Yasəfin törəmələri 
kimi təqdim olunur ki, bu təsəvvür dünyanın çox yerində olduğu 
kimi Azərbaycanda da özünün əks-sədasını tapmışdır… 
Düşünülə bilərdi ki, Nuhun tufanından sonra cəmiyyətdə 
müəyyən «həyat harmoniyası» qərarlaşacaqdır, ancaq «Əhdi-
ətiq»in ideyası (və metafizikası!) elədir ki, «həyat harmoniyası» 
ideallarını daha dərin (və daha miqyaslı!) dramatik kolliziyaların 
həllində «görür». 
Insanların birinci qüsuru (və günahı!) özündən razılıqda 
təzahür etməyə başladı ki, bunun əlaməti Babil qülləsinin tikin-
tisi, əslində isə, insanın «allahlıq iddiası»nın həddini aşması idi. 
Iddianın qarşısı indiyə qədər eyni bir dildə ünsiyyət saxlayan 
insanların müxtəlif dillərdə danışmağa məhkum olunmaları ilə 
alınır… Və bu, «bəşəriyyət nə üçün müxtəlif dillərdə danışır?» 
sualına verilən ilk cavab olaraq, təbii ki, filoloji baxımdan elə 
bir maraq doğurmasa da, bu günə qədər problem (və mübahisəli) 
olan dillərin geneoloji təsnifinə dini-mifoloji və ya metafizik 
münasibət nöqteyi-nəzərindən öz aktuallığnı mühafizə edir. 
«Əhdi-ətiq»də insanların ikinci (və birincidən daha ağır!) 
günahı olaraq, Allaha (Yaradana!) şərik axtarmaları, yer üzərinə 
yayılaraq özlərinin yaratdıqları bütlərə, yaxud Tanrının yaratdıq-
ları müxtəlif cismlərə sitayiş etmələri göstərilir ki, bu yanılma-
nın qarşısının alınması cəhdləri «Əhdi-ətiq»in, əgər belə demək 
mümkünsə, ideya əsasında dayanır. Və dönə-dönə nəzərə çarp-


Nizami Cəfərov 
 
70
dırılır ki, Allahın öz bəndələrinə qəzəbinin əsas səbəbi odur ki, 
onlar Yaradanlarına inanmaq əvəzinə, «allah»larını başqa yerlər-
də axtarır, özlərinə gözlə görə, əlləri ilə toxuna biləcəkləri 
«allah»lar yaradırlar… 
Və bu azğınlığın qarşısını almaq üçün Avram (Ibrahim) 
«seçilir»… Sonra Moisey (Musa) gəlir. O Musa ki, həyatı bir 
epos qəhrəmanının taleyi qədər zəngindir. Ancaq ondan bir neçə 
eposun hüdudlarını belə aşacaq qədər mükəmməl qanunlar 
qalıb: 
1. Allah birdir, O da Mənəm. 
2. Məndən başqa nə yerdə, nə də göydə Allah axtarma. 
3. Boş yerə Allahının adını çəkmə, Ona and içmə. 
4. Həftənin altı gününü işlə, yeddinci gününü yalnız 
Allahına, yəni Mənə ibadət et. 
5. Atana, anana ehtiram göstər ki, sən də övladlarından 
həmin ehtiramı görəcəksən. 
6. Heç kimi öldürmə. 
7. Zina eləmə. 
8. Oğurluq etmə. 
9. Yaxınların üçün yalandan şahidlik eləmə. 
10. Sənə yaxın olanların heç nəyini arzulama. 
Sonra dünyaya çox hakimlər, çox peyğəmbərlər gəldilər… 
Və getdilər… «Əhdi-ətiq» onların hamısı barədə müfəssəl məlu-
mat verir… 
Sonra isə «Əhdi-ətiq» susur… Və «Əhdi-cədid» danışma-
ğa başlayır… Həm yəhudicə, həm də yunanca… Ancaq daha 
çox yunanca… 
«Əhdi-ətiq»dən fərqli olaraq «Əhdi-cədid»in bir qəhrəma-
nı var. O da Isa Məsihdir… 
«Əhdi-cədid»in birinci kitabını Matfey, ikincisini Mark, 
üçüncüsünü Luka, dördüncüsünü isə Iohan qələmə alıb… Arxi-
mandrit Venedikt (Knyazev) «Bibliya tarixi»ndə (tərcümə Mayıl 
B.Əsgərovundur) yazır: 


Ədəbiyyat söhbətləri 
 
71
«Matfey yəhudiləri çağırıb, Mark romalıları, Luka yunan-
ları, Iohan isə hamını çağırır. Mark xristianlığın girişini müəy-
yən edir, Matfey Ilahi Səltənət haqqında təlimləri şərh edir, 
Dağüstü moizələri onun əsas şərti kimi təqdim edir, Ilahi Səltə-
nətlə bağlı pritçalara yer verir, Luka bütün bəşr təbiətinin bərpa 
olunacağı, Iohan isə imanın kamilləşəcəyi haqda xoş xəbər 
verir». 
Xristian ruhaniləri bu fikirdədirlər ki, ümumən «Bibliya»-
da – istər «Əhdi-ətiq», istərsə də «Əhdi-cədid» olsun – deyilən-
lər bütünlüklə Isa Məsihin tərənnümündən ibarətdir; «Əhdi-
ətiq»də  Onun gəlişinin intizarı çəkilir, «Əhdi-cədid»də isə zü-
huru, əməlləri, bəşəriyyətin xilası üçün verdiyi ümidlər təqdim 
olunur… 
«Əhdi-cədid»in bəşər mədəniyyəti tarixinə göstərdiyi da-
nılmaz bir xidmət də var: xristianlığı qəbul etmiş xalqlar onu 
yunancadan öz dillərinə çevirməklə yazı texnologiyalarına (və 
ədəbi nitq vərdişlərinə) yiyələndilər ki, bu da həmin xalqların 
yazılı ədəbiyyatının yaranıb inkişaf etməsinə həlledici təsir 
göstərdi. 
«Əhdi-ətiq» («Tövrat»), göründüyü kimi, mükəmməl (və 
fundamental) bir mənbə, «Əhdi-cədid» («Incil») isə onun yeni 
tarixi şəraitdə heç də az mükəmməl (və fundamental) olmayan 
şərhidir ki, arxasınca nə birincidən («Tövrat»dan), nə də ikinci-
dən («Incil»dən) az mükəmməl (və fundamental) olmayan «Qu-
ran-Kərim» gəlir… Və bu gəlişin üstünlüyü ondadır ki, nə bir 
millət seçiminə, nə «missioner təbliğatı»na yox, insanın şəxsi 
iradəsinə əsaslanır… 
Dahi F.M.Dostayevski isə yazırdı: «Allah şeytanla savaşır, 
savaş meydanı isə insanın ürəyidir»… 
beləliklə, hər şeyi insanın iradəsi həll edir… Bütün 
zəifliyi, bütün gücü ilə… «Əhdi-ətiq»dən «Əhdi-cədid»ə 
qədər… 
  
 2018 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə