Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə107/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   100   101   102   103   104   105   106   107   108

 
330
Nağılda deyilir ki, Mərd düzdə qalanda canavar və tülkünün xəlvəti 
söhbətini eşidir. Bu söhbətdən bir necə sirr öyrənir. Bu sayədə böyük 
dövlətə, zirvəyə çatır. Lakin Nizami heyvanların söhbətini vermir. O belə 
hesab edir ki, qoy Şərin cəzası insan əli ilə, Xeyirin əli ilə verilsin. 
Mir Cəlalın elmi-nəzəri irsi içərisində ədəbi əlaqələr, başqa xalq-
ların ədəbiyyatın haqqında, onların bəzilərinin bizim ədəbiyyatımızla 
əlaqə təmaslarına aid də xeyli material vardır. 
Monoqrafiya müəllifinin «Mir Cəlal rus
 
ədəbiyyatı haqqında» ba-
şlığı altında verdiyi hissədə  məhz bu məsələdən danışılır. Burada, 
xüsusilə Zaqafqaziya xalqlarının həyatından onların ayrı-ayrı  əsər-
lərində öz təcəssümünü tapan xalqlar dostluğu mövzusunun işlənməsi 
tarixindən, konkret əsərlərdə bu ideyanın bədii  şəkildə  əks etdiril-
məsindən konkret materiallar əsasında müəyyən müqayisələr və təh-
lillər aparılır.C.Məmmədquluzadə «Kamança», C.Cabbarlının «1905- 
ci ildə», N.Nərimanovun «Bahadır və Sona», Ş.Rustavelinin «Pələng 
dərisi geymiş pəhləvan» poeması− istər qədim, istərsə də çağdaş sa-
yılan bu qəbildən olan əsərlər barədə Mir Cəlalın yazdıqlarına əsas-
lanaraq məntiqi və ağlabatan fikir və mülahizələr yürüdülür. 
Tədqiqatdan görünür ki, Mir Cəlal rus
 
ədəbiyyatı haqqında, həmin 
ədəbiyyatın bizim yazıçıların müxtəlif əsərlərilə səsləşən məqamlar
tərcümə məsələləri barədə nə qədər yazmış, sözün həqiqi mənasında 
bu sahədə çox titanik işlər görmüşdür. Onun Puşkin, N.Qoqol, A.Çe-
xov, M.Qorki, L.Tolstoy, Karamzin haqqında − bu ədiblərin, az qala, 
hamısı haqqında Mir Cəlalın özəl, elmi sanbalı ilə seçilən çoxsaylı 
məqalələri vardır. Bunlardan biri - Qoqol haqqında yazdığı «Böyük 
realist» adlı  məqalə monoqrafiyada əsas tədqiq obyektlərindən biri 
kimi alınaraq əsaslı şəkildə təhlil olunmuşdur. 
Qoqolun «Şinel» hekayəsi ilə əlaqədar burada tədqiqatçı hamımız 
üçün olduqca maraqlı görünən  ədibin  şirin xatirəyə  bənzəyən qe-
ydlərini misal gətirir: 
«Hələ 15-16 yaşlarında məktəbli olduğum zaman həyat və məişətdən, 
həqiqi ictimai münasibətlərdən, canlı insanlardan danışan hekayələri 
maraqla oxuyurdum. Nədənsə, o zaman bu hekayələrin müəllifi ilə heç 
də maraqlanmazdım. «Şinel» hekayəsini məhz bu
 
illərdə (1924-1925), 
yazıçılıq ilə heç bir əlaqəm olmadığı, yazmağı heç fikrimə gətirmədiyim 
zamanlarda oxumuşam.Hekayənin qəhrəmanı ömrü boyu kağızları 
köçürməkdən nəinki təngə gələn, hətta bu işdən qəribə bir həzz duyan 
Akaki Akakiyeviç Başmaçkin indi də yadımdadır». 


 
331
Monoqrafiyada təkcə Mir Cəlalın təhlil etdiyi bu və ya digər bədii 
əsərlər haqqında deyil, eyni zamanda həmin  əsərlər barədə fikirlər 
söyləmiş Belinski kimi böyük tənqidçilərin çox orijinal deyimləri, 
araşdırmaları da nəzərdən kənarda qalmır, onlar da təhlilə cəlb edilir 
ki, bu da tədqiqatın ciddiliyinə, sanballığına dəlalət edən bir amil kimi 
qiymətləndirilməlidir. Məsələn, tədqiqatçı Belinskinin belə bir fikrini 
özü üçün əsas gətirərək rus ədəbiyyatının həqiqi qiymətini vermək 
istəyən Mir Cəlalın fikirlərini sitat halında gətirərək təhlilini davam 
etdirir. Belinski «Puşkinin  şeirdə etdiyi çevrilişi Qoqol nəsrdə 
etmişdir»−kəlamlarındakı obrazlı fikri Mir Cəlal bir qədər də inkişaf 
etdirərək çox müdrik bir şəkildə, daha böyük ümumiləşdirmə aparır. O 
qeyd edir ki, «bu hökmü yalnız rus ədəbiyyatı  çərçivəsində 
düşünməməliyik. Çünki Rusiyada realizm ədəbi məktəbini yüksək 
mərhələyə qaldıran Puşkin, Qoqol, Tolstoy və başqa yazıçılar keçən əsrdə 
ümumən dünya ədəbiyyatının parlaq, realist nümunələrini yaratmışlar». 
Onu da demək yerinə düşər ki, Mir Cəlal romantizmin metodunu da 
yetərincə qiymətləndirir, bu qəbildən olan əsərləri də təhlil obyektinə 
səmimi şəkildə cəlb etməsinə baxmayaraq, hər halda həyatın, varlığın 
realistik təsvirinə daha çox önəm verirdi. Tədqiqatçı da məhz ədibin bu 
meylinə əsas olaraq öz təhlillərində mərama hörmətlə yanaşır. 
Monoqrafiyada yazıçının «Azərbaycan yazıçıları Puşkin haq-
qında» məqaləsi də diqqətlə  təhlil süzgəcindən keçirilir. Xüsusilə, 
Mirzə Fətəli Axundovun «Şərq poeması»nın gözəl təhlilini verən Mir 
Cəlalın çox qiymətli fikirlərini təsdiq edən tədqiqatçı ədibin aşağıdakı 
mülahizələrini sübut gətirir: «Mirzə Fətəli Axundov doğrudan da,
 
yeni 
bir ədəbiyyat, yeni şeir, zehniyyat adından çıxış edir, dahi rus şairinə 
yalnız bu günün deyil, gələcək adından müraciət edirdi. Çünki Səbuhi 
Puşkin simasında və  sənətində yeni şeiri, yeni ədəbiyyatı görürdü». 
Mir Cəlalın çoxsaylı  məqalələrində rus-Azərbaycan  ədəbi  əlaqələri 
haqqında çoxlu fikir və mülahizələrin söylənildiyini göstərən təd-
qiqatçı, mümkün qədər faktların diliylə, elmi-nəzəri materialların 
verdiyi imkanlar hesabına danışmağı üstün tutaraq öz fikir və 
mülahizələrini konkret material və ədəbi faktlarla təsbit etməyə, onların 
illüstrasiyasını verməyə çalışır. Ona görə  də o, klassiklərdən və 
müasirlərdən gətirdiyi misallarla, örnəklərlə dediklərini əsaslandırmağa 
çalışır. Buna görə  də tez-tez Mirzə  Cəlil,  Ə.Haqverdiyev, A.Səhhət, 
S.Ə.Şirvani, S.Vurğun və başqalarının yaradıcılığına əsaslanır. 
Tədqiqatçı XX əsrdə xüsusilə sovet dönəmində Puşkin yaradı-


 
332
cılığının Azərbaycanda daha çox yayılması  və bu işdə xalq şairi 
S.Vurğunun rolunu yüksək qiymətləndirən Mir Cəlalın aşağıdakı 
əsərlərini misal göstərir: «S.Vurğun Puşkin  şeirinin məna-məzmun, 
şəkli xüsusiyyətlərini, Puşkin qitələrinin həm də ölçülərini, qafiyə 
növbələnməsini, üsulunu, cərgəsini tamamilə saxlamağa müvəffəq 
olmuşdur. Bu mürəkkəb, çətin işin yaxşı  cəhəti ondan ibarətdir ki
S.Vurğun bu şəkil müəyyənliyini gözlərkən heç də tərcümənin məzmun, 
məna cəhətinə güzəştə getməmişdir. Mən də Mir Cəlal müəllimin 
tələbələrindən biri kimi qətiyyətlə təsdiq edə bilərəm ki, o böyük rus ədibi 
L.Tolstoyu bənzərsiz dahi bir ədib, hətta bir qədər də ideallaşdıraraq 
peyğəmbər mənziləsində görürdü.Təsadüfi deyildir ki, onun iş otağında 
böyük yazıçının boya-boy, aydın, gözəl bir portreti divardan asılmışdı». 
Gülxani Pənahın ədibin «Dahi söz ustası» məqaləsini seçərək ona 
dərin təhlil verməsi hər cəhətdən məqbul sayılmalıdır. Çünki məhz bu 
məqalədə rus yazıçısının epoxal təfəkkürü, həyatı, insanları, ictimai 
quruluşu  şərtləndirən  əsas və başlıca amilləri düzgün qiymətləndir-
diyi, həyat hadisələrinə sədaqəti, xalqa aşkarlanması tamamilə
 
realist 
səpgidə «Anna Karenina» əsərinin qəhrəmanlarından biri, geniş 
kəndli kütlələrinin ideoloqu səviyyəsində duran Levinin timsalında 
mənalandırır.Tədqiqatçı öz əsərində ədibin həmin məqalələrindən ən 
önəmli sözləri haqlı olaraq misal göstərir. Tolstoyu dahi bir ədib kimi 
məşğul edən, müttəsil düşündürən cəhət xalq idi, ictimai quruluşda 
gördüyü ədalətsizlik və bərabərsizlik idi. O bunu öz əsərlərində dərin 
və ecazkar bədii qüvvət, müstəsna cəsarətlə təsvir və tənqid edirdi. Elə 
həmin məqaləsində Mir Cəlal Tolstoyun rus ədəbi mühitində tutduğu 
mövqe və onun yaradıcılığının müxtəlif tənqidçilər tərəfindən necə 
dəyər verildiyini də qeyd edərək müəyyən paralellər, müqayisələr 
aparmağı çox xoşlayırdı. Çünki yalnız bu aspektdə, bu üsulla əsl 
həqiqəti ortaya çıxarmaq mümkündür.  
Demək olar ki, monoqrafiya müəllifi Mir Cəlalın bu böyük rus 
yazıçısının dünyəvi,  əhatəli, qlobal yaradıcılığını, onun Azərbaycan 
oxucuları üçün doğma olan ən şah əsərləri ilə bərabər kiçik hekayə-
lərini də unutmadığını, zəngin ədəbi materiallar əsasında araşdırdığını 
təsdiq edir.O, ədibin  İsveçrə  həyatından bəhs edən kiçik bir he-
kayəsinə−«Lyutsern»ə necə alovlu və atəşin bir təhlil və izah, şərh 
verdiyini dönə-dönə qeyd edir. Bu balaca əsərdə sənətkar bir insanın 
acınacaqlı taleyi necə  də gözəl, bədii səpgidə canlandırılır və  hər 
cəhətdən ümumiləşdirilir: «...mehmanxananın qarşısında bir dilənçi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə