Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə100/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   96   97   98   99   100   101   102   103   ...   108

 
309
cücərtilər və onların arasında öncül yer tutan bədii nəsrin müasir 
problemləri; bədii nəsrin görkəmli yaradıcılarının nəsillər üzrə 
təsnifatına dair mülahizələr; həmin illərdə  fəaliyyət göstərən yaşlı 
nəslin nümayəndələri−Q.İlkin, İ.Şıxlı, İ.Muğanna, S.Əhmədli, M.İb-
rahimov,  İ.Əfəndiyev, B.Bayramov, Ə.Əylisli,  Ə.Cəfərzadə, H.Ab-
baszadə  və b. əsas  əsərlərini 60-80-ci illərdə yaratmış  və daha da 
kamilləşmiş, hətta dövrün artıq yetkinləşmiş, professionallıq cəhətdən 
inkişaf etmiş, artıq  ədəbi ab-havanı müəyyənləşdirən orta nəslin 
nümayəndələri; Anar, Elçin, Y.Səmədoğlu, İ.Məlikzadə, A.Məmmə-
dov, S.Azəri, M.Süleymanlı, Ç.Hüseynov, nəhayət, son, üçüncü nə-
slin nümayəndələri: müasir ədəbi prosesə  təzə  gələnlər; onların 
yaradıcılığının  əsas və aparıcı xüsusiyyətləri: təzəliyi, novatorluğu, 
orijinallığı və s. A.Məsud, S.Səxavət, Ə.Əmirli, Nigar, Həmid Heris-
çi, Murad Köhnəqala, V.Sultanlı, Məmməd Oruc, Tamara Vəliyeva, 
Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Kamil Əfsəroğlu, Sərvinaz 
Həsənli, Sabir Rüstəmxanlı, Zaman Qarayev, Firuz Mustafa, Ə.Sə-
mədli, Azad Qaradərəli və s.  
Bədii nəsrin həmin illərdə yaranmış nümunələrinin, növlər, janrlar 
baxımından təsnifatı da xüsusi maraq doğurur. Belə ki, onlarca roman, 
povest, hekayə, novella, esselər, publisistik yazılar və bunların 
mövzu, məzmun və problematika spesifikliyinə dair tarixi roman
müasir mövzulu roman, bilavasitə müstəqillik problemlərinin bədii 
təsvirinə  həsr olunmuş roman, hekayə  və povestlər, didaktiki-nə-
sihətamiz, xatirətipli, sənədli, fantastik, detektiv və s. nümunələr. Onu 
da qeyd etmək lazımdır ki, ədəbi prosesə yeni gələn gənclərin 
yaradıcılığında hələlik eksperiment səciyyəsi daşıyan məqamlar, 
mətləblər, yazı  tərzi hökm sürməkdədir. Onların yazılarının çoxu 
mübahisələrə, polemikaya səbəb olur.Özlərini postmodernist adlan-
dıran bu gənclər postmodernizmi dünya miqyasında, dünya ədəbi 
prosesində  ən yeni, ən kamil ədəbi cərəyan hesab edirlər. Onların 
Şərq-Qərb kontekstinə dair öz münasibətləri, öz baxışları, «öz 
nəzəriyyələri» vardır. Postmodernistlər belə hesab edirlər ki, guya 
Şərqdə bədii yaradıcılığın əsasında yalnız etik-estetik, əxlaqi-mənəvi 
münasibətlər durur.Guya Şərqin bədii təfəkküründə analitiklik, fəl-
səfilik, dərinlik bir növ çatışmır. Qərbdə isə bunun əksinə olaraq, bədii 
təfəkkürün və ya yaradıcılığın əsasında daha çox elmi-nəzəri, analitik 
təfəkkür dayanır və həyata, varlığa da çox fəlsəfi münasibət aparıcı 
səciyyə daşıyır. Onlar üçün konkret tarixi şərait, konkret məkan və 


 
310
zaman anlayışları, konkret insan həyatının təsviri bir o qədər də vacib 
deyilmiş: guya bədii  ədəbiyyat insansız, xaraktersiz də keçinə 
bilər.Hələ çoxdan çağırılmış bayatılar kimi, şüur axını, emosiyalar 
seli, kortəbii və  təhtəl-şüur təsvirlər, adsız-ünvansız monoloqlar 
əsasdır.Həmin bu postmodernizm haqqında özünü onların lideri 
sayanlardan biri Elçin Hüseynbəyli deyir ki, «Postmodernizmdə bir 
nihilizm, yəni köhnəni dağıtmaq istəyi varsa da, bu, prinsipsiz, 
sistemsiz deyil, yəni hər hansı vulqar ifadənin hekayədə, yaxud ro-
manda işlədilməsi onun postmodern olmasına, nə  də erotikliyinə 
dəlalət edir».Deməli, köhnəni dağıtmaq müəyyən bir prinsiplə, 
müəyyən bir sistemlə olarsa, ona bəraət qazandırmaq mümkündür. 
Qəribə məntiqdir, deyilmi? Hələ bu, harasıdır? Ümumiyyətlə, onlar, 
keçmiş  mədəni irsin üzərindən çox asanlıqla xətt çəkərək daha 
uzaqlara gedirlər. 
Ona görə  də müstəqillik dövrünün bədii nəsrinə dair fikir və 
mülahizələrimizi söyləyərkən həmin məqamlara öz münasibətimizi 
bir daha bildirmək yerinə düşərdi. Belə ki, indi müasir ədəbi gəncliyin 
bəzi nümayəndələri klassikanı inkar edirlər. Onların fikrincə, guya 
M.Ə.Sabir və C.Məmmədquluzadə xalqı təhqir etmişlər. Onlar, hətta 
böyük Füzulini, aşıq poeziyasını şarlatan adlandırırlar. Özlərini həqiqi 
ədəbiyyat fədaisi hesab edən bu cızmaqaraçılar çağdaş ədəbi tənqidə, 
estetik fikrə qarşı hücuma keçərək 60-cı illərdə yaranan ədəbiyyatı və 
onu yaradanları yalançılıq və riyakarlıq təzahürü hesab edirlər. 
İndi Anar və onun rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyi 
nadancasına tənqid, hətta təhqir olunur. Bu «başabəla» gənclər, «tən-
qidçilər», «şairciklər», bu «yaratdım deyərək, heç də unutmayanlar» 
(S.Vurğun) ədəbi mühitin ətrafında hərlənərək heç III sort ədəbiyyatı 
belə yarada bilməyənlər, adını «yazar» qoyanlar Anarı, F.Qocanı, 
Ç.Abdullayevi, habelə B.Vahabzadəni, Qabili, Elçini, C.Novruzu, 
Ə.Əylislini və başqalarını  «ədəbi çarizmin nümayəndələri» adlan-
dıraraq, bununla da, ifrat nihilizmə, böhtançılığa, mənəvi erroziyaya 
uğrayırlar. Adını çəkdiyimiz yazıçıların hər biri söyülür, lağa qoyulur 
və insafsızcasına,  ədalətsiz olaraq məsxərəyə  və istehza obyektinə 
çevrilir. Məsələn, xalq şairi B.Vahabzadəni yaltaq, yaratdıqlarını isə 
«sandıq ədəbiyyatı» adlandırırlar. A.Məsudun əsərlərinin heç birində 
millətin olmadığını qeyd edirlər. 
Əlbəttə, həqiqi söz ustalarımız həmin bu cızmaqaraçılara istənilən 
zaman tutarlı və kəskin cavablar da verirlər. Lakin söz döyüşündə heç 


 
311
də  hər vaxt istənilən nəticə alınmır,  ədəbiyyatın taleyi bir yana 
atılaraq, neçənci dərəcəli və bayağı məsələlərə vaxt itirilir. 
Bu, ondan irəli gəlir ki, saysız-hesabsız qəzet və jurnallar, habelə 
kapital tipli, həcmcə böyük, qalın  şeir və  nəsr kitablarında işıq üzü 
görən miqdarsız ədəbiyyat adına surraqatlar nə peşəkar tənqid, nə də 
söz ustadlarımızın özləri tərəfindən çox nadir hallarda təhlildən 
keçirilir və ya heç nə deyilmir. Ona görə  də, necə deyərlər, «Dərə 
xəlvət, tülkü bəy» deyiminə güvənən həmin «kəndi gələnlər» atlarını 
səyirtmək üçün əlverişli meydan taparaq, hər şeyə, hətta- müqəddəsə
aliyə, ülviyə, ideala da eyni kalibrdən atəş açırlar. 
Elə də olur ki, yazılan cavablarda lazımi kəskinlik, dəmir məntiq, 
filoloji və elmi-nəzəri sübut-fakt istənilən səviyyədə  və miqdarda 
yetərli olmur. Ona görə  də bu «ədəbi dəllallar» öz səslərini daha 
ucadan bildirirlər.Lakin  şair Fikrət Sadığın gözəl poetik miniatürlə-
rindən birində belələri çox uğurla rüsvayçılıq dirəyinə bağlanılmışdır: 
 
Hətta lap qapıçı da,  
Nazir də şeir yazır,  
Mürəttib də, çapçı da  
Özəl kitablar çıxır 
 Gözəl kitablar çıxır. 
 
Sarı, sarı, sapsarı,  
Xəzəl kitablar çıxır.  
Bəlkə də dərd yarıdır,  
O yalançı şeirlər  
Şeirə oxşasaydılar  
Heç olmasa tük qədər. 
 
Şairin bu Sabiranə misralarını olduğu kimi nəsr yazan yazıçılara da 
şamil etmək olar. 
Əlbəttə, biz heç də qapıçının, nazirin, mürəttibin, çapçının, hətta 
rentorun şeir və ya roman, povest və ya hekayələr yazmasına etiraz 
etmirik, deyirlər, böyük Şekspir guya mehtərmiş! 
Lakin bütün bunlar bizi məyus etməməlidir.  Ədəbiyyat tarixi, 
demək olar ki, həmişə ədəbi şeirin gəlişini, lakin bəzən onlardan çox 
az adların bu məşəqqətli sahədə qalıb özünü saxladığının dəfələrlə 
şahidi olmuşdur. Bu da maraqlıdır ki, bu cür hallardan ədəbiyyatı 
qorumalı olanların bəziləri də saxta novatorluğa-postmodernizmə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə