Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə104/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   100   101   102   103   104   105   106   107   108

 
321
dən bir iy, mətbəx qoxusu, giley-güzar, dedi-qodu iyi gəlir. 
Əmək, zəhmət adamlarının bədii portretlərini yaratmaq, onların 
əməyinin poeziyasını  cəsarətlə  ədəbiyyata gətirmək kimi, indi 
bəyənmədiyimiz sovet dövrü ədəbiyyatında bir qədər ziyadəlik olsa 
da, hər halda, gözəl nümunələri olan bu xeyirli işi unutmaq 
ədalətsizlikdir. Ona görə də boşuna, mənasız-məzmunsuz, insanın nə 
hiss və duyğularına, nə də ağıl və şüuruna təsir edən əsərlər efir və 
ekranda, dövri mətbuatda baş alıb gedir. 
İllər boyu faşist ermənilərilə  cəng-cidada olan bir məmləkətin 
yazıçısı bir an belə müharibə mövzusunu, hərbi vətənpərvərlik 
problematikasını unutmamalıdır. Necə olur ki, Sovetlər birliyində 
olduğumuz illərdə müharibə haqqında, onun fəlsəfəsi barədə  fəlsəfi 
şeirlər, hekayələr, povest və romanlar yarandığı halda, indi hadisələri 
kənardan seyr etməklə kifayətlənirik.  İndi bizim bu mövzuya həsr 
olunmuş az-çox yaranan əsərlərdə  də bir vayqanlılıq, pessimizm, 
sınıqlıq, yazıqlıq hiss edilməkdədir: Ağla qərənfil, ağla! Halbuki, şair 
demiş− biqeyrət edər ağlamaq insanı deyərlər. Yeri gəlmişkən, onu da 
bildirməliyik ki, bizə vətənpərvərlik ruhu, qəhrəmanlıq, cəngavərlik 
pafosu ilə seçilən çoxlu əsərlər lazımdır. Təsadüfi deyil ki, böyük 
Sabirin özü vəcdə  gələrək, məşhur «Səttarxan» qəhrəmanlıq  şeirini 
yazmışdı.Bu, onun bütün külliyyatında yeganə şeirdir ki, qəhrəman-
lığa həsr edilmişdir. 
Bizim narahatlığımız da ondan ibarətdir ki, vaxtilə neft akade-
miyası adlandırılan Bakı nefti «qara qızıl» haqqında da, ümumiyyətlə, 
ədəbiyyatımızın digər sahələrində olduğu kimi, bədii nəsrdə  də bu 
məsələ unudulmuşdur.Vaxtilə «Abşeron», «Qara daşlar», «Buruqlar 
səltənətində», «Bakının dastanı» kimi əsərlərdə  təsvir və  təcəssüm 
edilən, hazırda iqtisadiyyatımızın  əsasını  təşkil edən, tanrının xal-
qımıza bəxş etdiyi bu ilahi nemətin və neft adamlarının obrazının elə 
bil ki, ədəbiyyata gətirilməsi layiqli bir iş deyilmiş. Nədənsə Heydər 
Əliyevin  şah  əsəri sayılan, dünyanın yeni möcüzələrindən biri 
«Bakı-Tbilisi-Ceyhan» kimi böyük əmək qəhrəmanlığı  bədii  ədə-
biyyatda, o cümlədən, elə nəsrimizdə özünün layiqli təcəssümünü hələ 
ki, tapmamışdır,  əslində isə indi, bizim günlərimizdə bu mövzu 
mövzular mövzusu, problemlər problemi mənziləsindədir; çünki 
əsrlər boyu adı bizim, dadı özgələrin, Nobel, Rotşilt, Rusiya çariz-
minin, qırmızı imperiyanın olan bu əvəzedilməz nemət yalnız son 
dövrlərdə özümüzə qaytarılmış, yalnız indi biz onunla öz bildiyimiz 


 
322
kimi, istədiyimiz şəkildə rəftar edirik. 
 
 «Yeni Azərbaycan» qəzeti, №006 (1961) 
8-11 yanvar 2005  
 
 
ŞAİR HAQQINDA SÖZ 
 
(Ə. Tudənin anadan olmasının 80 illiyinə) 
 
Mən öz qardaşıma mehman gələndə,  
Bir qələm, bir dəftər, bir can gətirdim.  
Dağların döşünü toplar dələndə,  
Ləkəsiz, boyasız vicdan gətirdim. 
 
Mən onu günəşdən təmiz saxladım, 
Canımdan, gözümdən əziz saxladım 
Bu kiçik qəlbimdə dəniz saxladım,  
Bir xilqət görmədi, pünhan gətirdim. 
 
Ucuz tutmasınlar bu sovqatımı,  
Hissimi, duyğumu ehsasatımı...  
Mən öz varlığımı, öz həyatımı,  
Doğma qardaşıma qurban gətirdim. 
 
Ürək daş deyildir, bir parça ətdir, 
Bəs onu yaşadan hansı qüdrətdir?  
Bir ümid, bir arzu, bir məhəbbətdir,  
Mən o məhəbbətdən nişan gətirdim. 
 
Qardaşım, illərlə istədin ki, sən,  
Öz ana yurdumda azad olum mən.  
Lakin cəlalını dağıtdı düşmən,  
Tək sənə, tək sənə güman gətirdim. 
 
Yenə Azərbaycan qan ağlayır, qan!..  
O, azad olmasa, yaşamam, inan.  
Gərək mən Təbrizə qayıdan zaman  
Deyəm ki, təzə bir dövran gətirdim!.. 
 
Bu misralar 5-8 il bundan qabaq, 1946-cı ilin dekabrında, 22 yaşlı 


 
323
şairimizin mühacirliyinin ilk günündə Naxçıvanda kağızsız-qələmsiz, 
necə deyərlər, qəlbin, ruhun yanğısından yaranmış  və  Ə.Tudəni bizə 
mərhəm, həmdəm, qardaş etmişdir. Bu şeir həm də  vətəndən vətənə 
mühacirət edən eyni taleli şairlərimizin poetik manifestinə çevrilmişdir. 
Görkəmli şairimiz, həyat və yaradıcılığı müasir gəncliyimiz üçün 
nümunə ola biləcək  Əli Tudə 1924-cü il yanvar ayının 31-də Bakı 
şəhərində anadan olmuşdur.Ə.Tudənin  əsli Cənubi Azərbaycandan-
dır; daha dəqiq deyilsə,  Ərdəbilin Çanaxbulaq kəndindəndir.  Şairin 
ağır və acınacaqlı taleyi onu lap körpəlikdən izləmişdir. Belə ki, o, 1 
yaşında ikən atası, 5 yaşına çatmamış isə anası dünyasını dəyişib. Ona 
görə də balaca Əliyə ailəsinin tək övladı kimi nənəsi Qəribə ana həm 
ata, həm də ana olmuşdur. Tanrı bütün bunların  əvəzində bu uşağa 
gözəl istedad vermiş və o, ilk şeirini 13 yaşında yazmış, həmin gündən 
etibarən şeirləri müxtəlif almanaxlarda, dövrü mətbuat səhifələrində 
çap olunmuş  və radioda səslənmişdir. Natamam orta təhsilini də 
burada almışdır. Onun tərcümeyi-halının əsas məqamları belədir. 
Ə.Tudə yeddinci sinfi Bakıda bitirmiş və ailəsi ilə birlikdə Cənubi 
Azərbaycana köçdüyündən təhsilini yarımçıq qoymalı olmuşdur. 
Lakin onun məktəbi, müəllimləri həyatın özü, mütaliəsi oxuduğu 
kitablar olmuşdur.  Ədəbiyyata,  şeirə-sənətə  təşnəliyi, güclü meyli, 
yazıb-yaratmaq həvəsi bir an belə onu tərk etməmişdir. 
Ə.Tudənin  ədəbiyyata gəlişi 1944-cü ildə «Vətən yolunda» 
qəzetində  dərc etdirdiyi şeirlə başlamışdır. «Əli Tudə» imzasını da 
məhz həmin  şeirdən etibarən dövrü mətbuat səhifələrində  şairin 
ömrünün axırınadək onu sevən oxucuları izləməli olmuşdur. Əslində 
şairin əsl adı, atasının adı, soyadı belədir: Əli Qulu oğlu Cavadzadə. 
«Tudə» sözü, məlum olduğu kimi, fars dilində «xalq» deməkdir. Gənc 
şair bu təxəllüsü götürməklə özünü xalqın oğlu, onun xidmətçisi, onun 
bir hissəciyi hesab edərək, bütün mənalı ömrünü, keşməkeşli həyatını 
xalqının azadlığı, mübarizəsi, Vətənin müstəqilliyi və rifahı naminə 
səmimi qəlbdən səxavətlə  şam kimi əritmişdir. O, elə  şeirə  gəldiyi 
ildən, yəni 1944-cü ildən «Hirbi-tudeyi İran» (İran xalq partiyasının) 
üzvü olmuşdur. Sonralar isə 1945-ci ildə sentyabrın 3-də  Təbrizdə 
yaranan Azərbaycan Demokrat Firqəsinə daxil olaraq orada geniş və 
qızğın fəaliyyət göstərmişdir. Cənubi Azərbaycanda Milli hökumət 
yarandıqdan sonra Təbriz Dövlət Filarmoniyasının direktoru (1946) 
vəzifəsində çalışmışdır. 
Əfsuslar ki, Milli hökumətin ömrü uzun olmur, İran irticaçıları, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə