Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə106/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   100   101   102   103   104   105   106   107   108

 
327
ötəri və müxtəsər  şəkildə sizin diqqətinizə yönəltməyə çalışdıq. 
Əslində isə onun yaradıcılığı vahid Azərbaycanın dünəni, bu günü və 
sabahı deməkdir. Onun poetik düşüncəsinin  əsas məhvərı,  əsas 
məbədi bütöv Azərbaycan torpağıdır.Hələ biz onun bir-birindən gözəl 
«Qış qayğısı», «Türklər», «Hökmdar qızının sevgilisi», «Sevgi na-
xışları», «De, hardasan», «Nağıllaşan məhrəmlər», «Mühacir qeyrəti» və 
nəhayət, Cənubi Azərbaycanda gedən azadlıq mübarizəsinin şanlı tarixi 
salnaməsi sayılan «Öz gözlərində» adlı sənədli xatirə kitabını demirik. 
Bir sözlə, Ə.Tudə böyük Azərbaycan şairidir. Onun böyüklüyü 
yaradıcılığında özünü çox aydın şəkildə büruzə verir. 
 
«Azərbaycan gəncliyi»qəzeti, 7-14 yanvar,  
28 yanvar-4 fevral,2005 
 
 
MİR CƏLALIN ELMİ-NƏZƏRİ VƏ ƏDƏBİ- TƏNQİDİ 
GÖRÜŞLƏR SİSTEMİNƏ YENİ BAXIŞ 
 
Ədəbi tənqid və ümumiyyətlə,  ədəbiyyatşünaslıq elminin inkişa-
fında xüsusi yeri olan, onu yeni mərhələyə yüksəldən sevimli 
yazıçımız Mir Cəlal son dərəcə  zəngin və geniş,  əhatəli, çoxcəhətli 
yaradıcılıq diapazonuna malikdir. 
O öz dövrünün böyük sənətkarı kimi yaşadığı  cəmiyyətin bütün 
ziddiyyət və  təzadlarını, pozitiv və neqativ məqamları, hətta məişət 
həyatının müxtəlif cəhətlərini, mənəvi-əxlaqi dəyərləri böyük bir 
həssaslıq və  dəqiqliklə  əks etdirməklə  bərabər, özündən  əvvəlcə  və 
özü ilə çiyin-çiyinə yazıb-yaratmış böyük sənətkarların həyatını  və 
yaradıcılıq yolunu tədris və təbliğ etməklə yanaşı, ahəngdar, sistemli 
bir ardıcıllıqla təbliğ  və  tədqiq etmiş, həm də ümumiyyətlə, bədii 
yaradıcılığının ümdə və aktual problemlərini həmişə ön plana çəkərək 
onları böyük elmi-nəzəri ümumiləşdirmələr yolu ilə getmiş və onların 
hər biri haqqında öz müdrik, ağıllı fikir və mülahizələrini obyektiv 
şəkildə böyük səmimiyyətlə söyləmişdir. Onu da deyək ki, böyük 
sənətkarın elmi-nəzəri, ədəbi-tənqidi, etik-estetik görüşlər sistemində 
zaman, məkan, ədəbi növ, janr, bədii formalar sahəsində də heç bir 
məhdudiyyət, sərhəd yoxdur; ən qədim dövrlərdən yazanda da, ən 
müasir, çağdaş zamanlardan yazsa da, nəsr, şeir və dramaturgiyadan 
söhbət açsa da, fərqi yoxdur, həmişə yüksəkdə dayana bilirdi. 
Ona görə də biz ön söz yazdığımız Gülxani Şükürovanın (Gülxani 


 
328
Pənah- C.A.) «Mir Cəlalın elmi-nəzəri görüşləri» adlı monoqrafiyasının 
xüsusi bir zərurətdən doğduğunu, aktuallığını qeyd edərək bildiririk ki, 
əsər böyük ədibin elmi-nəzəri,  ədəbi-tənqidi görüşlərinə dair yazılmış 
düşündürücü, sistemli bir tədqiqat işi kimi dəyərləndirilə bilər. 
Monoqrafiya müəllifi Gülxani Pənah bu əsərə  qədər də diqqətə-
layiq tədqiqat işləri aparmış  və özünü bir səriştəli, məhsuldar alim 
kimi göstərmişdir.Gülxani Pənah yazıçının demək olar ki, bütün 
elmi-nəzəri, etik-estetik, ədəbiyyat tarixçiliyi, ədəbi-tənqidi irsini tam 
və bütöv şəkildə alaraq etibarlı  mənbələrə, qaynaqlara, zəngin 
elmi-nəzəri fakt və materiallara istinad edərək dərin araşdırmalar, 
müqayisələr, paralellər apararaq, necə deyərlər, Mir Cəlalın böyük 
alim, nəzəriyyəçi  ədəbiyyat tarixçisi, tərcüməçi, tənqidçi portretini 
bütün konturları ilə boya-boy, tam və bütöv kimi yaratmağa müvəffəq 
olmuşdur. Ona görə də bu müfəssəl portretə hansı tərəfdən baxsan, o 
tərəfdən bitkin və dolğun görünür. Ona görə  də
 
monoqrafiyanın 
strukturu, quruluşu və ya elmi-nəzəri sxemi dərhal oxucuda xoş 
təəssürat yaradır, diqqəti çəkir. Giriş, «Yeddi gözəlin nəsrlə  tərcü-
məsi», «Mir Cəlal və ədəbi irsimiz», «Mir Cəlal rus ədəbiyyatı haq-
qında», «Mir Cəlal Füzuli yaradıcılığı haqqında», «Azərbaycanda 
ədəbi məktəblər», «Mir Cəlal XX əsr Azərbaycan  ədəbiyyatı haq-
qında», «Mir Cəlal «Ədəbiyyatşünaslığın əsasları haqqında» və s. 
Əlbəttə, diqqətlə baxılsa bu başlıqların adı  və düzülüşündə 
müəyyən nöqsanlar görmək mümkündür. Lakin öz simmetriyası ilə 
diqqəti çəkən yaxşı bir sənət  əsərinin işıq-kölgə aspektlərinin 
müəyyən kölgəli tərəfləri onu müşahidə edənlərin nəzərində elə  də 
əhəmiyyət kəsb etmədiyi kimi, burada da müəyyən xırda-para 
qüsurları asanlıqla bağışlamaq mümkündür. 
Monoqrafiyanın «girişində tədqiqatçı möhkəm bir tramplin rolunu 
oynayan bir dayaq, istinad nöqtəsi kimi ədibin  əsas maraq dairəsi, 
tematikası, daha qabarıq və ön planda vermək istədiyi problem və 
məsələlər, xüsusilə bədii sənətkarlıq haqqında düşüncələr, bu sahəyə 
daha çox diqqət yetirməsi, dili, üslub, sadəlik, konkretlik, lakonizm və 
s. haqqında olduqca yığcam və müxtəsər söhbət açır. Tədqiqatçı 
ədəbiyyatımızın qızıl dövrü adlanan XII əsrə, Nizami dühasının nadir 
incilərindən biri sayılan «Yeddi gözəl» poemasının  ədib tərəfindən 
nəsrlə tərcüməsinə diqqətimizi cəlb edir. Bu isə −yəni bu faktın özü 
Mir Cəlalın klassiklərə necə qayğı və diqqətlə yanaşdığına əyani bir 
sübut kimi maraq doğurur. Doğrudan da, burada böyük yazıçı olduqca 


 
329
xeyirxah bir iş görmüş, əsərin geniş oxucu kütləsi tərəfindən öyrənil-
məsini, lazımınca mənimsənilməsini asanlaşdırmaqdan ötrü o, həmin 
əsərin poetik tərcümələrindən  əsaslı surətdə  fərqlənən, yaddaşlarda 
daha çox yaşaya bilən yeni bir poema variantı yarada bilmişdir; bu, 
adi tərcümə kimi qəbul edilə bilməz, yazıçı onu elə səliqəli, elə bədii, 
elə ecazkar bir şəkildə işləmişdir ki, oxucu sanki bir tərcümə ilə yox, 
orijinal bir əsərlə qarşılaşır.  Əsərin nəsr variantı barədə  tənqidçi 
Nərgiz Paşayevanın sözləri olduqca dürüst və mənalıdır: nəsr variantı 
da hər  şeydən  əvvəl, «poemanın məzmununun, oradakı poetik mət-
ləblərin, müəllif fikirlərinin və ideallarımızın daha aydın və qabarıq və 
lakonik dərkinə, yadda qalmasına xeyli dərəcədə kömək etmiş olur.Bu 
üsul nəinki hadisələrin bədii qəhrəmanların səciyyəsinin konkret və 
dəqiq  şərhinə kömək edir, hətta sətiraltı  mənaların, poetik-obrazlı 
ifadələrin, mürəkkəb məcazların, bədii təkrir vasitələrinin daha 
qabarıq nəzərə çatdırılmasında xeyli effektli olur». 
Tədqiqatçı bu və sonrakı bəhslərlə öz təhlillərini daha yaxşı əsas-
landırmaq məqsədilə bilavasitə yazıçının qələmindən çıxan bir sıra 
konseptual məqalələrə də diqqətlə yanaşır, onların aktuallığını, ədə-
biyyatımızın inkişafında oynadıqları rolu yüksək qiymətləndirir. Bu 
mənada  ədibin «Klassiklər və müasirlər» kitabındakı silsilə  məqa-
lələrinin təhlili bizim çox böyük marağımıza səbəb oldu. Xüsusilə, 
«Nizaminin müsbət surətləri haqqında» məqaləsində «Yeddi gözəl» 
poemasının qaynaqları, «Şahnamə»dən gələn motivlər, müştərək və 
fərqli cəhətlər haqqında  ədibin dediklərini  əsaslı surətdə  təhlil 
süzgəcindən keçirir və müəyyən elmi-nəzəri qənaətlərə gələ bilir. O, 
Mir Cəlalın həmin məqaləsinin verdiyi materiallara istinadən yazı-
çının aşağıdakı fikir və mülahizələri ilə razılaşdığını bildirir: «Hər iki 
böyük  şairin eyni tarixi hadisəni yazmasına baxmayaraq tiplər, 
təsvirlər arasında oxşayış çox azdır.Tarixi, faktik, xronoloji mo-
mentləri nəzərə almasaq, Firdovsinin Bəhruzu ilə Nizaminin Bəhramı 
arasında da fərq çoxdur. Hər iki şair Bəhramı ağıllı, bacarıqlı bir şah 
kimi təsvir etmişdir.Hər iki şair onun müharibədə, ovda, məclislərdəki 
hünərindən bəhs etmiş, maraqlı epizodlar vermişdir. Lakin bu təsəvvürlər 
yalnız bədii forması ilə deyil, ideya-məzmun cəhətdən də ayrıdır». 
Tədqiqatçı  ədibin həmin məqaləsinin təhlili zamanı da ən xırda 
məqamlara,  ən kiçik nüanslara belə çox incəliklə yanaşmış, necə 
deyərlər, mənadan məna çıxarmağı bacarmışdır. Bu qeyd xüsusilə bizim 
xalqın yaratdığı «Mərd ilə Namərdin nağılı»ndakı  məzmuna aiddir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə