85
Avstriyanın bu addımına cavab olaraq Rusiya 31 iyulda ümumi səfərbərlik elan
etdi. Daha əvvəldən Rusiyanın bu səfərbərliyini döyüş elanı qəbul edəcəyini düşü-
nən Almaniya 1 avqustda Rusiyaya, 3 avqustda da Fransaya müharibə elan etdi.
Ş
liffen planına uyğun olaraq alman orduları Belçikanın bitərəfliyini pozaraq onun
ə
razisindən keçib Fransaya girdilər. Avqustun 4-də ngiltərənin xarici işlər naziri
E. Qrey Almaniyaya ultimatum verərək Belçikanın bitərəfliyinə hörmət göstəril-
məsini tələb etdi. Cavabı almayan ngiltərə avqustun 4-dən 5-nə keçən gecə
Almaniyaya qarşı müharibəyə girdi.
Almaniya : Almaniya ilk növbədə çalışırdı ki, ngiltərəni zəiflətsin. ngiltərə müs-
təmləkə sistemində Almaniyanın əsas rəqibi idi. Almaniya yeni müstəmləkələr
ə
ldə etmək və dənizlərə hakim olmaq məsələlərində ngiltərə ilə rəqabətə
girmişdir. Həm-çinin Almaniya Fransanı parçalamaq niyyətində idi. Bununla
Almaniya Fransanın əsas metallurgiya bazalarını ələ keçirmək istəyirdi. Rusiya ilə
bağlı Almaniyanın planı isə başqa idi. Almaniya Rusiyanı zəiflətmək və Ukrayna
ilə Pribaltikanı işğal etmək istəyirdi. Rusiyanın Baltik dənizi ilə əlaqəsini kəsmək
də alman planına daxil idi.
ngiltərə
Almaniyanın siyasi və iqtisadi baxımdan güclənməsindən narahat
olmuşdu. ngiltərə Avropada, dənizlərdə və müstəmləkələrdə rəqibi olan Alma-
niyanı sıradan çıxarmaq məqsədi güdürdü. Almaniya ngiltərə üçün bütün
Avropadakı rəqiblərinin hamısından bir yerdə ən güclüsü idi. ngiltərə Meso-
potamiyanı və zəngin neft yataqları olan Ərəbistan yarımadasını da işğal etmək
istəyirdi.
Fransa
da özlüyündə Almaniyanın güclənməsinə narahat olmuşdu. Qonşuluğunda
güclü dövlətin olmasını istəməyən Fransa hər vəchlə Almaniyanı zəiflətmək
istəyirdi. Üstəlik Fransanın müharibəyə qoşulmaqda məqsədi Elzas və Lotarin-
giyanı geri qaytarmaq, Saar kömür hövzəsini işğal etmək idi. Fransa Suriyanı,
Fələstini və digər ərəb ərazilərini işğal etmək istəyirdi.
Rusiya
bu müharibəyə başlamamışdan qabaq qarşısına 3 əsas məqsəd qoymuşdu.
I. Balkanlarda slavyanları birləşdirmək, Slavyan imperiyası yaratmaq və bu imperi-
yanı Osmanlıya qarşı təhrik etmək.
86
II. Rusiyanın “xəstə adam” adlandırdığı Osmanlının süqutundan sonra boğazlar da
daxil olmaqla Anadolunu işğal etmək.
III. Bu müharibədə qalib gələrək inqilabçıları xalqın gözündən salmaq.
taliya
yeni müstəmləkələr ələ keçirərək, köhnə Roma mperatorluğu kimi Aralıq
dənizinə hakim olmaq məqsədi güdürdü.
Avstriya -Macarıstan
onun üçün ən böyük təhlükə olan Rusiya və onun dəs-
təklədiyi Serbiyaya qarşı Balkanlarda mübarizə edirdi. Bundan başqa Avstriya-
Macarıstan Serbiya və Çernoqoriyanı işğal etmək, Balkanlarda öz mövqelərini
qoruyub saxlamaq və möhkəmləndirmək, Rusiyadan Podolya və Volnını qopar-
maqla öz məqsədinə çatmaq istəyirdi. Bu müharibədə Yaponiyanın və 1917-ci ilin
aprelindən müharibəyə qoşulan ABŞ-ın özünəməxsus məqsəd və niyyətləri var idi
ki, onlar da onu həyata keçirməyə çalışırdılar.
46
. Rumıniya və Bolqarıstanın birinci dünya müharibə sinə cə lb
olunması uğ runda hə rbi qruplaş maların mübarizə si.
Müharibənin əvvəlindən Avropa dövlətləri bitərəf olan taliya, Rumıniya,
Bolqarıstan və Yunanıstanı öz tərəflərinə çəkmək uğrunda gərgin mübarizəyə
başladılar. Hər iki koalisiya üçün bu dörd dövlət böyük hərbi-strateji əhə-miyyət
daşıyırdı. taliyanın böyük quru, dəniz qüvvələri və insan ehtiyatları var idi. Digər
üç dövlət isə həm coğrafi vəziyyətinə, həm də güclü ordusuna görə hər iki blok
dövlətlərinə lazım idi. Bolqarıstanın müharibəyə cəlb edilməsi hər iki koalisiya
dövlətlərinin diplomatik-siyasi mübarizəsində xüsusi yer tuturdu. Lakin
Bolqarıstan uğrunda mübarizə bərabər şəraitdə aparılmırdı. Çar Ferdinand başda
olmaqla bolqar hökuməti müharibənin əvvəlindən Rusi-ya və Serbiyaya qarşı
müharibə aparmaq haqqında Almaniya və Avstriya-Macarıstanla razılaşdı. Bolqar
hökuməti ərasindən həm Almaniya blokunun, həm də Antanta dövlətlərinin silah
və sursatını buraxırdı. Almaniya və onun müttəfiqlərinə kömək edən bolqar
hökuməti eyni zamanda Antanta dövlətləri ilə də danışıqlar aparırdı. Bolqarıstanla
danışıqlar Antanta diplomatiyası üçün ağır şəraitdə keçirdi. Antanta ölkələri
Bolqarıstanın ehtiyaclarını müttəfiqləri olan Serbiyanın və potensial müttəfiqləri
87
olan Rumıniya və Yunanıstanın əra-ziləri hesabına ödəyə bilərdilər. Bu isə Antanta
ölkələrinə çox ağır başa gələrdi. Antantadan fərqli olaraq Almaniya bloku
dövlətləri Bolqarıstanın tələblərini düşmənləri olan Serbiyanın hesabına yerinə
yetirə bilərdilər. Ona görə də Al-maniya və Avstriya-Macarıstan diplomatiyası
bolqar hökumətinə çoxlu vədlər verdilər. Rus diplomatiyası Bolqarıstanla apardığı
danışıqlarda müharibə nəti-cəsində Serbiyanın Avstriya-Macarıstan hesabına geniş
ə
razilər alacağını, buna görə də Makedoniyanı Bolqarıstana güzəştə gedəcəyini
bildirdi. Lakin Serbiya Makedoniyanı Bolqarıstana güzəştə getməkdən qəti şəkildə
imtina etdi. Beləliklə, Bolqarıstanın Antanta dövlətləri ilə danışıqları 1915-ci ilin
yayına yaxın kəsildi. Sentyabrın 6-da isə Avstriya-Macarıstan, Bolqarıstan və
Almaniya müttəfiqlik haqqında müqavilə bağladılar. Beləliklə, Osmanlı dövlə-tinin
də iştirak etdiyi Dördlər ittifaqı yarandı, oktyabrın 14-də bolqar ordusu hərbi
ə
məliyatlara başladı.
Rumıniyanın müharibəyə qoşulması uğrunda səylər hər iki koalisiya
dövlətlərinin diplomatik-siyasi mübarizəsində mühüm yer tuturdu. 1914-cü il
oktyabrın 1-də Rumıniya ilə Rusiya gizli saziş imzaladılar. Sazişə görə Rusiya
Rumıniyanın ərazi toxunulmazlığına təminat verdi və Avstriya-Macarıstanın
rumınlar yaşayan ərazisini özünə birləşdirmək hüqüuqunu qəbul etdi. ngils və
fransız diplomatiyaı Rumıniyanın müharibəyə cəlb edilməsini qətiyyətlə tələb
edirdi. 1916-cı il avqustun 17-də Rumıniya Antanta dövlətləri ilə müqavilə
imzaladı. Müqaviləyə görə Rumıniyanın Transilvaniyanı, Bukovinanı və Ba-natı
özünə birləşdirmək hüququ qəbul edildi. Nəticədə Rumıniya avqustun 27-də
Avstriya-Macarıstana qarşı müharibəyə girdi.
47. Birinci dünya müharibəsində Şərq və Qərb cəbhəsində hərbi
ə
məliy-yatlar.
Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir
aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların cavab hücumları uğursuzluğa
düçar oldu. 1914-cü il avqustun 17-də rus qoşunlarının Şərqi Prussiyaya hücumları
Dostları ilə paylaş: |