Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   22   23   24   25   26   27   28   29   30

 

82 


razılığı  əldə  edilmiş  oldu.  Trablisdə  əldə  edəcəyi  bir  strateji  məntəqə  ilə  taliya 

Afrikanın  içərilərinə  doğru  irəliləmək  imkanı  qazanırdı.  Almaniya  1910-cu  ildə 

Antantanı  parçalamağa  cəhd  göstərdi.  Almaniya  buna  əsaslanırdı  ki,  ngiltərə  ilə 

Rusiya arasında bağlanmış 1907-ci il sazişi Orta Şərqdə onların rəqabətini aradan 

qaldırmamışdır.  ngiltərə ilə çar Rusiyasının  ran inqilabına qarşı əlaqələndirilmiş 

ə

məliyyatı  onların  arasındakı  imperialist  ziddiyyətlərini  heç  də  istisna  etmirdi. 



ngiltərə bitərəf zonada iqtisadi ağalıq etməyə və hətta Rusiyanın nüfuz dairəsinə 

də daxil olmağa cəhd edirdi. Almaniya Rusiya ilə təklikdə saziş bağlamaq vasitəsi 

ilə  ran məsələləri zəminində Rusiya və  ngiltərə arasındakı etimadsızlığı güclən-

dirmək fikrində idi. 1910-cu ilin noyabrında Potsdamda II Nikolayla II Vilhelmin 

görüşü  oldu.  Almaniya  hökuməti  ümumi  siyasi  saziş  bağlamağı  təklif  etdi.  Bu 

sazişə  görə,  Rusiya  ngiltərənin  Almaniyaya  zidd  siyasətinə  kömək  etməməyi 

öhdəsinə  götürürdü,  bunun  müqabilində  isə  Almaniya  Balkanlarda  Avstriya-

Macarıstanın  təcavüzkar  planlarına  yardım  göstərməməyi  vəd  edirdi.  Potsdam 

görüşü Parisdə və Londonda həyəcana səbəb oldu. Burada ehtiyat edirdilər ki, saziş 

nəticəsində  Rusiyanın  xarici  siyasətdəki  meyli  dəyişə  bilər  və  o,  Üçlər  ittifaqı 

cəbhəsinə keçə bilər. 

Uzun danışıqlardan sonra Rusiya hökuməti, Almaniyaya düşmən olan it-

tifaqlarda  Rusiyanın  iştirak  etməməsinə  dair  maddənin  müqavilə  mətninə  daxil 

edilməsindən  imtina  edib,  ran  və  Bağdad  dəmir  yolu haqqında  saziş bağlamaqla 

kifayətlənməyi təklif etdi. 1911-ci il avqustun 19-da Potsdam sazişi razılaşdırılmış 

şə

rtlərlə  imzalandı.  Beləliklə,  Almaniya  diplomatiyası  Rusiyanı  müttəfiqlərdən 



ayırmaqdan ibarət olan öz başlıca məqsədinə nail ola bilmədi. 

 

44.  Birinci  dünya  müharibəsi  ərəfəsində  böyük  dövlətlərin  Uzaq 

Şə

rq siyasəti. 

         Avropa  ixtilaflarının  artması  ilə  yanaşı,  Uzaq  Şərqdə  də  böyük  dövlətlər 

arasında ziddiyyətlər güclənməkdə idi. Dünyanın bu hissəsində Yaponiya və ABŞ 

xüsusilə  təcavüzkar  siyasət  yeridirdilər.  ABŞ  1909-cu  ildə  Mancuriya  dəmir-

yollarının beynəlxalq şirkətin idarəsinə verilməsi planını irəli sürdü. Həmin şirkət-



 

83 


də başlıca rolu Amerika kapitalistləri oynamalı idilər. Rusiya və Yaponiya bu tək-

lifi  rədd  etdilər.  ABŞ-ın  Mancuriyaya  soxulması  təhlükəsi  qarşısında  Rusiya  və 

Yaponiya 1910-cu il iyulun 4-də yeni saziş bağladılar. Razılığa gələn tərəflərin hər 

birinin öz nüfuz dairəsində “xüsusi mənafeyini” qorumaq üçün bütün lazımi tədbir-

ləri görmək hüququ təsdiq edilirdi, həm də təhlükə baş verdikdə hər iki dövlət qar-

ş

ılıqlı surətdə öz mənafelərini müdafiə etmək tədbirləri haqqında məsləhətləşməli 



idi. Beləliklə, yeni sazişdə artıq iqtisadi mənafe kimi başa düşülən nüfuz dairələrin-

dən  deyil,  xüsusi  mənafe  dairələrindən  söhbət  gedirdi  ki,  bu  məfhuma  iqtisadi 

mənafedən başqa, siyasi və hərbi mənafe də daxil idi. 

Mancur  dəmiryollarının  “beynəlmiləlləşdirilməsi”  layihəsi  müvəffəqiy-

yətsizliyə uğradıqdan sonra ABŞ Rusiyanı və Yaponiyanı Mancuriyadan sıxışdırıb 

çıxarmağa çalışdı. Bunun üçün də Mancuriyanı 1910-cu ildə yaradılmış beynəlxalq 

bank konsorsiumu  vasitəsi ilə  əsarət  altına  almağa  çalışdı.  Ona  amerikan,  ingilis, 

alman və fransız bankları daxil idi. Amerika kapitalının rəhbər mövqe tutduğu hə-

min    konsorsium  Mancuriyada  maliyyə  işlərini  yenidən  təşkil  etmək  və  sənayeni 

inkişaf  etdirmək üçün 1911-ci ilin aprelində Çin hökumətinə 50 milyon dollarlıq 

ə

sarətli borc verdi. Borc haqqındakı sazişdə Çin öhdəsinə götürmüşdü ki, Mancuri-



yanın  sənaye  inkişafı  üçün  bundan  sonra  da    hər  cür  borc  üçün  birinci  növbədə 

həmin konsorsiuma müraciət etsin. Bu, Çinin Yaponiya və Rusiyanın xüsusi məna-

feyi olan hissəsində beynəlxalq bank konsorsiumu üçün iqtisadi imtiyaz yaradırdı. 

Yaponiya  və  Rusiya  hökumətləri  onların  iştirakı  olmadan  bank  konsor-

siumu  təşkilinə  və  xüsusilə,  bankın  Mancuriyada  öz  fəaliyyətini  genişlətməsinə 

qarşı  etiraz etdilər. Bununla bərabər, Rusiya hökuməti bildirdi ki,  Rusiyanın mə-

nafe  dairəsində  hər  hansı  bir  müəssisəyə  maliyyə  vəsaiti  buraxılması  haqqında 

söhbət  getdikdə,  hər  dəfə  konsorsium  bizim  qadağalarımıza  rast  gələcəkdir.  Qəti 

müqavimətə rast gələn ABŞ və  ngiltərə konsorsiumda Rusiyanın və Yaponiyanın 

iştirakına razı olmağa və onun fəaliyyətini Mancuriyaya da aid etməkdən əl çəkmə-

yə  məcbur  oldular.  Konsorsium  yenidən  qurulduqdan  sonra  ABŞ-ın  konsorsiuma 

olan marağı itdi və Çində azad bir surətdə əl-qol açmaq üçün Amerika bankları bir 

az sonra konsorsiumun tərkibindən çıxdılar.  



 

84 


1911-ci  ildə  Çində  burjua-demokratik  inqilabı  başlandı.  Bütün  ölkələrin 

imperialistləri inqilabdan istifadə edib, Çini yenidən qarət etmək istəyirdilər. Yapo-

niya Mancuriyanın yapon və rus qoşunları tərəfindən işğal olunmasını təklif edirdi. 

Lakin çar hökuməti təcavüzkarlığa cürət etmədi. Həm də Rusiya diplomatiyasının 

diqqəti tamamilə Balkanlara cəlb olunmuşdu. Çünki, bu vaxt  taliya-Türkiyə mü-

haribəsi ilə əlaqədar olaraq Balkan dövlətlərinin Türkiyəyə qarşı müharibə hazırlığı  

güclənmişdi.  Rusiya  bir  də  ona  görə  Çində  yapon  təcavüzünə  kömək  etmək  fik-

rində deyildi ki, Çinin bəzi rayonlarının yapon qoşunları tərəfindən işğal edilməsi, 

Uzaq Şərqdə Rusiya torpaqları üçün də təhlükə yarada bilərdi. 

      

45.  Birinci  dünya  müharibəsinin  başlanması  və  böyük  dövlətlərin 

məq-sədləri. 

     Dünya kapitalizminin yeni inkişaf mərhələsinə daxil olması qabaqcıl kapitalist 

ölkələri  arasında  ziddiyyətləri  daha  da  gücləndirdi.  Bu,  dünya  müharibəsinin 

başlanması  üçün  maddi-siyasi  zəmin  yaratdı.  Yeni  texniki  tərəqqi  əsasında  isteh-

salın, xüsusilə sənaye istehsalının sürətlə artması da müharibənin hazırlanmasında 

mühüm rol oynamışdı. Müharibənin başlanmasının əsas səbəbkarı XIX əsrin sonu-

XX əsrin əvvəllərindən etibarən öz iqtisadiyyatını çox sürətlə inkişaf etdirən Alma-

niya olmuşdu. O, artıq sənaye istehsalında  ngiltərə və Fransanı geridə buraxmış, 

yeni bazarlar əldə etmək üçün çox fəallaşmışdı. Məhz buna görə də Almaniya ilə 

ngiltərə,  Fransa  və  Rusiya  arasında  ziddiyyətlər  kəskinləşmişdi.  Bu  dövlətlər 

arasındakı  ziddiyyətlərin  kəskinləşməsi  1914-cü  il  avqustun  1-də  birinci  dünya 

müharibəsinin başlanmasına gətirib çıxardı. Avstriya-Macarıstan imperatorluğunun 

vəliəhdi Frans Ferdinand  28 iyun 1914-cü ildə Sarayevoda bir Serb milliyyətçisi 

olan  Qavrilo  Prinsip  tərəfindən  öldürüldü.  Avstriya  hökumətinin  reaksiyası  çox 

sərt  oldu.  Lakin  Rusiyanı  tək  başına  qarşısına  almağa  çəkinən  Avstriya,  əvvəlcə 

Almaniya  ilə  məsləhətləşdi.  Almaniyanın  verdiyi  üstü  bağlı  dəstəyin  ardından, 

Avstriya  Serbiyaya  48  saat  müddətinə  və  müstəqil  bir  dövlətin  qəbul  edə  bilmə-

yəcəyi  ağır  bir  nota  verdi.  Serbiya  bu  notaya  Rusiyanın  dəstəyi  ilə  rədd  cavabı 

verdi. Buna qarşılıq Avstriya 28 iyul 1914-cü ildə  Serbiyaya müharibə elan etdi. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə