79
etdi. Bu ərazilərin birləşdirilməsi serb hökumətinin narazılığına səbəb oldu. Rus
hökuməti Serbiyanı müdafiə etdi. Bosniya və Hersoqovinanın ilhaqı 1878-ci il
Berlin konqresinin qərarını pozduğundan zvolski bildirdi ki, bu məsələnin qəti
şə
kildə həll edilməsi Avropa konfransında olmalıdır. zvolski bey-nəlxalq konfrans
üçün zəmin hazırlamaq və boğazlardakı məcburi qaydaların də-yişdirilməsinə
başqa böyük dövlətlərdən razılıq almaq üçün Avropa ölkələrinə dip-lomatik
səfərlər etdi. Paris boğazlar məsələsində zvolskiyə Londona müraciət et-məyi
məsləhət gördü. ngiltərə hökuməti bildirdi ki, boğazların tam hüquq bəra-bərliyi
şə
rti ilə bütün dövlətlər üçün açılmasına mane olmaz, lakin Rusiya və sahil
dövlətləri hərbi gəmilərinin boğazlardan keçməsində onlara müstəsna hüquq veril-
məsi ilə ngiltərə razılaşa bilməz. Beləliklə, ngiltərə boğazların bitərəfliyi layi-
həsini irəli sürdü ki, bu da Rusiya üçün qətiyyən əlverişli deyildi. Boğazların rus
hərbi donanması üçün açılmasına etiraz etməklə kifayətlənməyərək ngiltərə höku-
məti Dardanelin girişinə öz gəmilərini göndərdi və Türkiyə hökumətinə Bosforu
möhkəmlətməyi məsləhət gördü.
Avstriya-Macarıstanın təcavüzkar hərəkəti öz ordusunu səfərbərliyə al-
mış olan Serbiyanı hiddətləndirdi. Almaniyanın təzyiqi altında Türkiyə 1909-cu
ilin fevralında 2,5 milyon funt sterlinqə Bosniya və Hersoqovinaya suveren hüquq-
larından imtina etdi. Avstriya hökuməti Serbiyadan ilhaqı təsdiq etməyi və öz or-
dusunu tərxis etməyi tələb etdi. Serbiyanın necə hərəkət edəcəyi Rusiyanın mövqe-
yindən asılı olduğundan, Erental Almaniya kanslerindən xahiş etdi ki, Rusiya hö-
kumətinə təsir etsin. 1909-cu ilin martında Avstriya-Macarıstan səfərbərlik elan
edərək qoşunlarını Serbiya ilə sərhədə topladı. Müttəfiqini müdafiə edən Alm-
aniya münaqişəyə qoşuldu. Kansler Bülöv 1909-cu il martın 21-də Sankt-
Peterburqa ultimatum göndərdi. O, ultimatumda Bosniya və Hersoqovinanın
Avstriya-Macarıstana birləşdirilməsinin tanınmasını Rusiyadan kəskin şəkildə
tələb etdi. Tələb yerinə yetirilmədikdə Almaniya müharibəyə başlayacağı ilə
hədələdi. 1904-1905-ci illər rus-yapon müharibəsindən sonra özünə gələ bilmə-yən
Rusiya Serbiyaya kömək etməyə hazır deyildi. ngiltərə və Fransa da Rusi-yanı
müdafiə etmədi. Belə olduqda Rusiya və Serbiya diplomatik-siyasi məğlu-biyyətə
80
uğradılar. Lakin Serbiya Balkanlarda türklərin və başqa millətlərin ya-şadıqları
ə
raziləri işğal etmək, Rusiya isə ona kömək göstərmək, Bosfor və Dardanel
boğazlarını işğal etmək istəklərindən əl çəkmədi.
42
. Fransa-Almaniya münaqişə si. II Mə rə keş böhranı
Mühüm beynəlxalq hadisələr təkcə Balkanlarda yox, digər regionlarda
da baş verirdi. Potsdam görüşündən sonra Rusiya ilə Almaniya arasındakı münasi-
bətlərin bir qədər yaxşılaşması, Almaniya diplomatiyasında Antantanın parçalan-
masının mümkün olmasına yeni ümidlər doğurdu. Mərakeş hadisələri ilə əlaqədar
olaraq Almaniya 1911-ci ildə Rusiyanı Fransadan ayırmaqla Fransanı təkləməyə
cəhd etdi. 1911-ci ilin yazında Mərakeşdə milli-azadlıq hərəkatı başladı. 1911-ci
ilin mayında Fransa orduları fransız vətəndaşlarını müdafiə etmək və hökumət
ə
leyhinə olan çıxışları yatırmaq adı altında Mərakeşin paytaxtı Fes şəhərini işğal
etdilər. Almaniya imperialistləri fransız qoşunları tərəfindən ərəblərin üsya-nının
yatırılmasına etiraz etmədilər, lakin onlar müəyyən əvəz almadan Fransanın
Mərakeşi tutmasını istəmirdilər. Əslində fransızlar bütün Mərakeşi tutdular.
Fransanın hərəkətinə mane olmaq iqtidarında olmayan Almaniya bunun əvə-zində
özü üçün nə isə almaq qərarına gəldi. Almanlar ingilis və fransız dəniz rabitə
yollarına təhlükə yaratmaq üçün Mərakeşin Atlantik sahilindəki limanını tu-tub
burada Almaniya donanması üçün dəniz bazası yaratmaq qərarına gəldilər. Alman
təbəələrini müdafiə etmək bəhanəsi ilə 1911-ci il iyulun 1-də gözlənilmə-dən
Mərakeşin Atlantik okeanı sahillərindəki Aqadir şəhərinin limanına alman hərb
gəmisi «Bəbir» gəldi. Avropanın başının üstünü müharibə təhlükəsi aldı. Aqadirin
coğrafi mövqeyi onu strateji cəhətdən əhəmiyyətli edirdi. Aqadiri tutan Almaniya
Fransanı güzəştə getməyə məcbur etmək istəyirdi. Almaniya Mərakeşdə torpaq
almaq istəklərini həyata keçirə bilməsə də Ekvatorial Afrikada fransız
mülklərindən almağa ümid edirdi. Ona görə də alman dip-lomatiyası əvvəlcə bütün
fransız Konqosunu tələb etdi. Almaniyanın belə tələbi Fransa tərəfindən rədd
olundu. Mərakeş üstündə Fransa-Almaniya mü-naqişəsinə ngiltərə də qoşuldu.
Burada ciddi mənafeləri olan ngiltərə güzəştə getməyi düşünmürdü. 1911-ci il
81
iyulun 21-də ngiltərə hökumətinin tapşırığı ilə Lloyd Corc birmənalı şəkildə
bildirdi ki, Mərakeş məsələsində ngiltərə Alma-niyaya qarşı hətta müharibədən
belə imtina etməyəcəkdir. ngiltərə nazirinin bu sözləri Almaniyanı geri çəkilməyə
məcbur etdi. 1911-ci ilin payızında Alma-niya Fransa ilə saziş bağladı. Almaniya
Mərakeşin fransız protektoratlığında olduğunu qəbul etdi. Fransa da öz növbəsində
Almaniyaya güzəştə getdi. Fransız hökuməti Konqodakı mülklərinin kiçik bir
hissəsini Almaniyaya ver-di. Bütün bunlara baxmayaraq, alman diplomatiyası
sazişin nəticələrindən razı qalmadı. O, belə «kiçik hədiyyə» ilə kifayətlənmək
istəmirdi. Hətta bir sıra alman rəsmi dairələri II Vilhelmi hədsiz güzəştə getməkdə
təqsirləndirdilər. Aqadir münaqişəsindən sonra alman diplomatiyası dünyanın
yenidən bölüş-dürülməsi uğrunda daha qətiyyətli mübarizəyə başladı.
43. Revel, Rakkoniki və Potsdam saziş lə ri. Bu saziş lə rin beynə l-xalq
münasibə tlə rə tə siri.
1908-ci ilin iyununda rus çarı ilə ingilis kralı VII Eduardın Reveldə görüşü
oldu. Bu görüş zamanı xarici işlər naziri zvolski ilə ngiltərə xarici işlər nazir-
liyinin nümayəndəsi Qardinq arasındakı söhbətlərdə Yaxın Şərq məsələlərində
ngiltərə və Rusiyanın mənafe birliyi ayrıca qeyd edildi və Türkiyə Makedoni-
yasında islahat keçirilməsi irəli sürüldü. Bu islahat ngiltərə və Rusiyanın birgə
nəzarəti altında keçirilməli idi. Dərc edilmiş rəsmi məlumatda qeyd olunurdu ki,
iki ölkə arasında bütün beynəlxalq problemlər üzrə tam razılıq əldə edilmişdir.
Rusiyanın Qara dəniz boğazlarının statusuna yenidən baxılması cəhd-
lərindən bir nəticə hasil olmadı. Bundan sonra Rusiya taliya ilə Balkanlarda status
kvonu saxlamaq və mövcud vəziyyətin hər hansı şəkildə pozulmasına qarşı
hərəkətlər haqqında saziş bağlamaqla bu məğlubiyyətin əvəzini çıxmağa cəhd etdi.
Rusiya ilə taliya arasında 1909-cu il oktyabrın 24-də imzalanan gizli Rakkoniki
razılaşması ilə taliya Rusiyanın Qara dəniz boğazlarındakı mənafeyini, Rusiya öz
növbəsində taliyanın Trablisdəki mənafeyini tanıyırdı. Avropanın Şərqinə dair
üçüncü tərəflə yalnız bir-birlərinin razılığı ilə yeni sazişlərin bağlanması kimi
məsələlər daxil idi. taliyanın Avstriya ilə bağladığı razılaşma ilə bu dövlətin də
Dostları ilə paylaş: |