70
Rus – Alman münasibətlərinin soyumasının ikinci səbəbi iqtisadi zid-
diyyətlər idi. 1879-cu ildə Rusiya ixracının 30% Almaniyanın payına düşürdü.
Bismark 1879-cu ildə karantin tədbirləri adı altında Rusiyadan mal-qara gətiril-
məsini qadağan etdi. Alman siyasətinin rəhbərləri bu dəfə Rusiya ilə münasi-
bətlərin kəskinləşməsinə heç də təsüflənmirdilər. Bu, Avstriya – Macarıstanla çox-
dan düşünülmüş sıx əlaqələrin yaradılmasına şərait yaradırdı. mperator Vilhelim
isə Rusiyaya qarşı ittifaq bağlanmasının əleyhinə idi.
Avstriya – Almaniya arasında ittifaqın gizli bağlanmasına baxmayaraq, tez-
liklə digər dövlətlər ondan xəbər tutdular. Britaniya höküməti Bismarkın diploma-
tik müvəffəqiyyətini alqışlayırdı. Bismark Avstriya – Macarıstanla ittifaq bağla-
yaraq, onun həm də təhlükəli olduğunu heç də unutmurdu. Lakin o, həm də Rusi-
yaya qarşı bu düşmənçilik aktının onun xeyrinə olacağına inanırdı. Bu dövrdə
Rusiyanın beynəlxalq vəziyyəti də çox mürəkkəb idi. Şərq böhranı və Berlin kon-
qresi rus-ingilis münasibətlərindəki gərginliyi də gücləndirirdi. Rusiyanın mövcüd
potensial düşmənlərindən ən təhlükəlisi Almaniya idi. Berlin müqaviləsinin icrası
üzrə beynəlxalq komissiyalarda alman diplomatiyasının taktikası Peterburqda cid-
di narahatlıq doğururdu. Şuvalov sentyabrda istirahətdə olduğu vaxt Vyanaya get-
mişdi. O, imperator Frans_ osif və Andraşi tərəfindən hörmətlə qəbul edilmişdi.
Ş
üvalavun başlıca məqsədi Avstriya-Macarıstan kabinetinin məqsədini öyrənmək
və Türkiyəyə münasibətdə əsas məqsədin üç imperatorun əvvəlki birliyini bərpa
etdiyinə inandırmaq idi. Şuvalov birlikdə hərəkət etməyi xahiş etdi. Andraşi isə
Avstriya – Macarıstanın ictimai fikrinin onu Rusiyaya hədsiz meyil göstərməkdə
günahlandırmağını bildirdi. Andraşi Şuvalova qəti surətdə rus ordusunun Bolqa-
rıstan ərazisindən çıxarılması müddətinin uzadılması əleyhinə çıxdığını bildirdi.
Həmçinin rus – türk müqaviləsinin bağlanması məsələsində də Rusiyaya tərəfdar
çıxmaqdan imtina etdi. Beləliklə, qoyulan bütün məsələlər üzrə Şuvalov rədd
cavabı aldı. Beləliklə, üç imperatorun sazişini bərpa etmək sahəsində Rusiyanın ilk
təşəbbüsü uğursuz qurtardı.
71
36.Üçlə r ittifaqının təş kili və onun beynə lxalq münasibə tlə rə tə siri
(1879-1882)
XIX əsrin son rübündə beynəlxalq vəziyyət kapitalist dövlətləri arasındakı
ziddiyyətlərin kəskinləşməsi ilə nəticələndi. Türkiyə ilə müharibədə rus ordusu-
nun qələbəsi çar Rusiyası ilə digər böyük dövlətlər arasındakı münasibətlərin kəs-
kinləşməsinə səbəb oldu. Rusiya-Türkiyə müharibəsindən sonra Türkiyədə ingilis
təsirinin güclənməsi Rusiyanın Qara dəniz sahilləri və xüsusilə Qafqaz üçün təh-
lükə törədirdi. ngiltərə Berlin konqresində hərbi gəmilər üçün boğazların bağlı
saxlanılması prinsipinə riayət etməkdən boyun qaçırandan sonra, boğazlarda və
Qara dənizdə ingilis donanmasının görünməsinə mütləq baş verə biləcək bir hadisə
kimi baxılırdı.
Avstriya-Macarıstan Rusiyaya qarşı açıq düşmən mövqeyi tutmuşdu. Avst-
riya burjuaziyasının iqtisadi mənafeyi hökuməti Balkan yarımadasında Rusiyanın
təsirinə qarşı mübarizəyə sövq edirdi. Balkan məsələləri üstündə Rusiya-Avstriya
ziddiyyətləri gələcəkdə Rusiya ilə Avstriya-Macarıstan arasında nəinki təkcə siya-
si, həmçinin hərbi ixtilaflar da doğura bilərdi. Almaniya Balkan yarımadasında
Avstriya-Macarıstanın siyasətini müdafiə edirdi. Berlin konqresindən sonra, bir
tərəfdən Avstriya ilə Almaniyanın yaxınlaşması, digər tərəfdən də Almaniya ilə
Rusiya arasındakı münasibətlərin pisləşməsi müşahidə olunurdu. 1878-1879-cu
illərdə Bismark Rusiyaya qarşı çevrilən bir sıra tədbirlər gördü. Balkanlarda yeni
sərhədləri müəyyənləşdirmək üçün Berlin konqresində yaradılmış komissiyalarda
iştirak edən Almaniya Rusiyaya zidd mövqe tuturdu. 1879-cu il oktyabrın 7-də
Vyanada Almaniya-Avstriya ittifaqı və müdafiə müqaviləsi imzalandı. Bu saziş
Almaniyaya Avropada mövqeyini möhkəmlətmək və yeni-yeni təcavüzkarlıq plan-
larını həyata keçirməyə hazırlaşmaq üçün lazım idi. Eyni zamanda bu saziş Rusiya
və Fransaya qarşı çevrilmişdi.
Müqavilənin birinci maddəsində deyilirdi ki, əgər razılığa gələn tərəflərdən
biri Rusiyanın hücumuna məruz qalarsa, hər iki tərəf bir-birinin köməyinə gəlməyi
və yalnız bir-birini xəbərdar edərək qarşılıqlı razılıq əsasında sülh bağlamağı
72
öhdəsinə götürür. Müqavilənin ikinci maddəsi Avstriya və Almaniyadan birinə
başqa dövlətin hücumu zamanı onların qarşılıqlı neytrallığını nəzərdə tuturdu.
Ə
gər hücum edən tərəfə Rusiya kömək edərsə, onda tərəflərin 1-ci maddə ilə şərt-
ləndirilən öhdəlikləri qüvvəyə minir. Bu müqavilə XIX əsrin sonu-XX əsrin əv-
vəllərində bağlanan və qarşı-qarşıya duran iki koalisiyanın yaranmasına gətirən bir
sıra müqavilələrdən birincisi oldu. Bismark hesab edirdi ki, bu müqavilə rus-alman
münasibətlərini çox da korlamayacaqdır, belə ki, ordu islahatı və Qara dəniz do-
nanmasının gücləndirilməsi ilə məşğul olan Rusiyanın Almaniyanın kreditlərinə
ehtiyacı var idi. Həm də rus-ingilis münasibətlərinin kəskinləşməsi onu Almaniya
ilə əlaqələri inkişaf etdirməyə məcbur edirdi.
Avstriya italyanlarla yaxınlaşmağa can atırdı ki, Rusiya ilə müharibə halında
Qərbdə öz təhlükəsizliyini təmin etsin. Həm Avstriya, həm də taliya tərəfindən
uzun danışıqlar və tərəddüdlərdən sonra 1882-ci ilin mayında Avstriya-Macarıstan,
Almaniya və taliya Üçlər ittifaqı kimi məşhur olan ittifaq müqaviləsi bağladılar.
Almaniya, Avstriya-Macarıstan və taliyanın hərbi-siyasi blokunun yaranması fak-
tiki olaraq birinci dünya müharibəsinə doğru ilk addım oldu. Tərəflər öz üzərlərinə
müqavilə iştirakçılarından birinə qarşı yönəlmiş heç bir ittifaqda iştirak etməmək
öhdəliyi götürdülər. Müqavilədə eyni zamanda göstərilirdi ki, onu imzalayan döv-
lətlərin müharibədə iştirakı dövründə bir-birlərindən xəbərsiz separat sülh imza-
lamayacaqlar. 80-ci illərdə Balkanlarda Avstriya-Macarıstanla Rusiyanın qarşıdur-
ması gücləndi. Slavyan ərazilərinin bir hissəsinin türk əsarətindən azad edilmə-
sindən sonra Bolqarıstan Avstriya-Macarıstandan iqtisadi və maliyyə cəhətdən çox
asılı vəziyyətə düşdü. Bu reqionda, ümumiyyətlə Şərqdə olduğu kimi, hərbi tədbir-
lərlə yanaşı maliyyə vəsaiti getdikcə daha əhəmiyyətli rol oynayırdı. ngiltərə, Al-
maniya və Rusiya arasında bu regionda iqtisadi üstünlük uğrunda mübarizə ge-
dirdi.
Dostları ilə paylaş: |