73
37.Yapon-Çin müharibə si (1894). Böyük dövlə tlə rin mövqeyi.
XIX əsrin 90-cı illərinin ortalarından etibarən Uzaq Şərq böyük dövlətlərin
xarici siyasətinin mərkəzində durdu. Yaponiya, ABŞ və ngiltərə Uzaq Şərqdə öz
işğalçı siyasətlərini genişlətmişdilər. Çar Rusiyası da dünyanın ən güclü im-
perialist dövlətlərinin Koreyada ağalıq etmək və Çini bölüşdürmək uğrunda müba-
rizəsinə fəal surətdə qoşuldu. Yaponiya silahlı yolla Koreyanın qapılarını açdı və
1882-ci ildə Koreya ərazisində qoşun saxlamaq ixtiyarı aldı. 1894-cü ildə Yaponi-
ya ordusu Çin qoşunları ilə birlikdə Koreyada baş vermiş üsyanı yatırdı. Yaponiya
həmin silahlı müdaxilədən istifadə edərək 1894-cü ilin iyulunda Koreya ilə hərbi
ittifaq bağladı. Bu hərbi ittifaq Çinə qarşı yönəldilmişdi.
1894-cü il iyulun axırlarında Yaponiyanın təşəbbüsü ilə Yapon –Çin müha-
ribəsi başlandı. Zəif Koreya əvəzinə gələcəkdə güclü Yaponiya ilə qonşu olmağı
özünə mənfəətli hesab etməyən Rusiya, müharibə edən tərəfləri diplomatik yolla
status kvo saxlamaq əsasında sülh sazişi bağlamağa təhrik etməyə çalışırdı. Yapo-
niya ABŞ və ngiltərənin yardımına arxalanaraq Rusiyanın müdaxiləsini rədd etdi.
Yaponiya geridə qalmış Çinin silahlı qüvvələrini tez bir zamanda məğlub etdi və
onun donanmasını batırdı. 1895-ci ilin aprelində tərəflər arasında Simonosek sülh
müqaviləsi bağlandı. Müqaviləyə görə Çin Koreyanı itirərək, onun istiqlaliyyətini
tanıdı. Lakin Koreya formal surətdə müstəqil oldu. Yaponiya Lyaodun yarımada-
sını, Tayvan adasını, Peskador adalarını aldı. Çin 7 il ərzində çoxlu təzminat (300
milyon taeley) verməli idi. ABŞ və ngiltərə Yaponiyanın işğalçılıq siyasətini
müdafiə edirdilər, lakin çar hökuməti Asiya qitəsində Yaponiyanın möhkəmlən-
məsinə yol verməmək istəyirdi. Fransa və Almaniya hökumətləri tərəfindən müda-
fiə edilən Rusiya Yaponiyaya Lyaodundan əl çəkməyi məsləhət gördü. Qüvvələrin
həqiqi nisbətini nəzərə alaraq Yaponiya təzminatın artırılması əvəzində (30 mil-
yon) Lyaodun yarımadasından əl çəkməyə məcbur oldu.
1894-1895-ci illər Yapon-Çin müharibəsi böyük dövlətlərin təcavüzkar hərə-
kətlərinin güclənməsində, Uzaq Şərqdə onların arasındakı ziddiyyətlərin kəskinləş-
məsində böyük rol oynadı. Rus kapitalının Çin və Koreyaya daxil olması gücləndi.
74
Bu özünü 1895-ci ildə Rus-Çin bankının təşkil edilməsində göstərdi ki, bu banka
fransız kapitalı da qoyulmuşdu. Rusiya hökumətinin təminatı ilə Çin başqa Avropa
dövlətlərinin təklif etdiklərindən daha əlverişli şərtlərlə borc (yaponlara təzminat
vermək üçün) aldı.
38. Çində “Açıq qapılar” prinsipi-Hey doktrinası.
Get-gedə güclənən Amerika dövləti də Avropanın böyük dövlətlərindən geri
qalmırdı. Hələ 1899-cu ilin payızında Amerika hökuməti Çində “açıq qapılar”
prinsipini elan etmək təklifi ilə çıxış etmişdi. Beynəlxalq münasibətlər tarixində
bu, ABŞ-ın dövlət katibinin adı ilə Hey doktrinası kimi məşhurdur. Hey aparıcı
dövlətlərə xüsusi notalar göndərdi. Doktrinanın mahiyyəti bundan ibarət idi ki,
Çinin icarəyə verilmiş ərazisi və digər dövlətlərin mənafe dairələri də daxil olmaq-
la Çinlə ticarət edən bütün olkələr üçün bərabər hüquq və imkanlar yaradılmalı idi.
ABŞ hökumətinin Çində əsas rəqibi Rusiya idi. Rusiyanı Çindən sıxışdırmaqdan
ötrü Amerika diplomatiyası ingilis diplomatiyası ilə birlikdə Yaponiyaya müttəfiq
kimi baxırdı. 1900-cü ildə Çində üsyan baş verdi. Üsyançılar Pekini tutaraq, xarici
dövlətlərin səfirliklərinin yerləşdikləri məhəlləni mühasirəyə aldılar. Üsyanı yatır-
maq üçün Çinə beynəlxalq qüvvələr göndərildi. Bu qüvvələr üsyanı qəddarlıqla
yatırdılar. Çin xarici ölkələrlə danışıqlara başladı. Danışıqlar nəticəsində 1901-ci
ildə yekun protokolu imzalandı. Protokola görə, Çin bir sıra şərtləri yerinə yetir-
məyə məcbur oldu. Çin hökuməti xaricilərə dəyən zərəri ödəməkdən ötrü təzminat
verməli idi və Çinə xaricdən silah gətirilməsi qadağan olundu. Bu sənəd Çinin
ə
sarət altına alınmasında və onun müstəmləkə asılılığının güclənməsində yeni bir
mərhələ oldu. 1902-ci ildə bütün Avropa dövlətləri Heyin təklifini qəbul etdilər.
Rusiyaya gəlincə isə o, bir sıra qeyd-şərtlər etdi, belə ki, onun Çinə daşıdığı mal-
ların tarif müdafiəsinə ehtiyacı var idi. Beləliklə, yalnız Rusiya xüsusi mövqe tu-
turdu ki, bu da müəyyən mənada ABŞ, ngiltərə və Yaponiyanın Uzaq Şərqdə ona
qarşı yaxınlaşmasına təsir göstərdi.
75
39. Rus-Yapon müharibə si və beynə lxalq münasibə tlə r.
Yaponiya hakim dairələrində Rusiya ilə münasibətlərin inkişafına iki baxış
var idi. Birincinin tərəfdarları Rusiya ilə danışıqların və Yaponiya üçün əlverişli
sazişlərin bağlanmasını mümkün hesab edirdilər. Bu istiqaməti Yaponiyanın baş
naziri X. to təmsil edirdi. O, “Koreya-Yaponiyaya, Mancuriya-Rusiyaya” düsturu
üzrə sazişin tərəfdarı idi. kincilər Yaponiyanın müharibəyə daha yaxşı hazırlandı-
ğ
ını əsas gətirərək Rusiya ilə müharibəyə başlamağı təklif edirdilər, yapon-ingilis
danışıqlarının getdiyi bir vaxtda Katsuranın başçılığı ilə bu qrup hakimiyyətə gəldi.
Yaponiya müharibəyə güclü siyasi hazırlıq görməyə başladı. ngiltərə ilə Yaponiya
arasında 1902-ci ilin yanvarında ittifaq müqaviləsi imzalandı. Müqaviləyə görə,
ngiltərə Çində və xüsusilə Koreyada Yaponiyanın siyasi və iqtisadi mənafelərini,
Yaponiya isə Çində ngiltərənin mənafelərini qəbul edirdi. Tərəflərdən biri Koreya
və ya Çin üstündə müharibə apardıqda, digər tərəf bitərəf mövqe tutmalı və başqa
dövlətlərin öz müttəfiqinə qarşı çıxmasına mane olmalı idi. Üçüncü bir dövlət mü-
daxilə etdiyi halda, ikinci tərəf öz müttəfiqinə köməyə gəlməli idi. Beləliklə, Fran-
sa və ya digər bir dövlət Rusiyanın tərəfində çıxış etsəydi, Yaponiya ngiltərədən
yardım almalı idi. Rusiya ilə müharibə baş verəcəyi halda, Yaponiya Avropa döv-
lətlərinin müdaxiləsinin qarşısını almış olurdu. ngiltərə ilə Yaponiya arasında itti-
faq bağlanması Rusiyanı Çinə güzəştə getməyə məcbur etdi. Rusiya 1902-ci il
martın 26-da Çinlə bağladığı yeni sazişlə il yarım ərzində öz qoşunlarını Mancu-
riyadan çıxarmağı öhdəsinə götürdü. Rusiyanın götürdüyü öhdəçiliyi yerinə yetir-
məməsi Yaponiyanın Rusiya ilə müharibəsini qarşısıalınmaz edirdi. 1902-1903-cü
illərdə ngiltərə, ABŞ və Yaponiya Çinlə yeni ticarət müqavilələri bağladılar. Mü-
qavilədə Mancuriyada ticarət üçün yeni məntəqələr açılması tələbi var idi. Müha-
ribəyə hazırlığını gizlətmək məqsədilə Yaponiya 1903-cü ilin yayında Rusiya ilə
diplomatik danışıqlar aparmağa başladı. Rusiya hökuməti danışıqları uzadırdı.
Danışıqların mərkəzində Mancuriya məsələsi dururdu, ancaq Koreya məsələsi də
mühüm yer tuturdu. Lakin Rusiya tərəfi Koreya məsələsində güzəştə getməyə hazır
olsa da, Mancuriya məsələsində güzəştə getmək istəmirdi. Rusiya diplomatiyası
Dostları ilə paylaş: |