Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
1   ...   49   50   51   52   53   54   55   56   57

Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
231
XIV BÖLMƏ 
 
NİZAMİ TAĞISOYUN FİLOLOGİYA ELMLƏRİ NAMİZƏDİ VƏ 
FİLOLOGİYA ELMLƏRİ DOKTORU ALİMLİK DƏRƏCƏSİ 
ALMAQ ÜÇÜN TƏQDİM OLUNMUŞ 
 DİSSERTASİYALAR VƏ ONLARIN AVTOREFERATINA 
VERDİYİ RƏYLƏR  
 
1.  İsmayılov Hüseyn Ələsgər oğlu. Məmməd Arif rus ədə-
biyyatının tədqiqatçısı kimi. Nam.diss. – Bakı, 1986 /rus dilində/. 
2. Əhmədova Töhfə Cəbrayıl qızı. Səməd Vurğun rus ədəbi-
bədii tənqidində. Nam.diss. – Bakı, 1988 /rus dilində/. 
3. Əhmədov Qabil İsmayıl oğlu. C.B. Pristlinin ilk romanları 
rus tənqidində /prototipizasiya problemi/. Nam.diss. – Bakı, 1992 
/rus dilində/. 
4. Hacıyev Hikmət Davud oğlu. Mehdi Hüseynin dramatur-
giyası. Nam.diss. – Bakı, 1992 /rus dilində/. 
5.  Məsimov Musa. Müasir Azərbaycan  ədəbiyyatında satira 
/1920-1945/. Dokt.diss. – Bakı, 1992 /rus dilində/. 
6. Qasımova Sədaqət Müseyib qızı. XIX əsr 40-60-cı illərin 
rus yol oçerklərində  Şərq mövzusu. Nam.diss. – Bakı, 1994 /rus 
dilində/. 
7.  Rəhimova Elmira Abdulla qızı. Azərbaycan xalq qəhrə-
manlıq dastanlarının rus dilinə  tərcümələrinin tarixi və  təcrübəsi 
/”Kitabi-Dədə Qorqud” və “Koroğlu”nun materialları  əsasında/ 
Dokt.diss. – Bakı, 1995/rus dilində/. 
8. Aslanova Könül Aslan qızı. L.S.Turgenevin 40-50-ci illər 
yaradıcılığında obrazlar və xarakterlər. Nam.diss. – Bakı, 1998 /rus 
dilində/. 
9. Məmmədova Pərvanə Həbib qızı. Sergey Yesenin əsərlə-
rinin Azərbaycanca tərcümələri və tədqiqi. Nam.diss. – Bakı, 1998 
/rus dilində/. 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
232
10.  Kərimova Gülnarə  İnqilab qızı. XIX əsrin sonu – XX 
əsrin əvvəllərində Azərbaycan mədəniyyət xadimlərinin teatr-estetik 
görüşləri. Nam.diss. – Bakı, 1999. 
11. Əliyeva Sevinc Novruz qızı. Orxon-Yenisey abidələrində 
toponimlər. Nam.diss. – Bakı, 2002. 
12.  Cəbrayılov Nəsib Hüseyn oğlu. L.A.Qonçarovun 
“Oblomov” romanının poetikası. Nam.diss. – Bakı, 2002 /rus 
dilində/. 
13.  Nəcəfova Mərziyyə Allahyar qızı. Qarabağ mövzusu 
bədii publisistikada /1990-cı illər/. Nam.diss. – Bakı, 2002.   
14. Ağayeva Səbinə Oktay qızı. Mirzə İbrahimov və rus ədə-
biyyatı. Nam.diss. – Bakı, 2003 /rus dilində/. 
15.  Qeybullayeva Rəhilə  Məmməd qızı.  Nəsrin müqayisəli 
tipologiyası  və  ədəbiyyat tipləri / Azərbaycan  ədəbiyyatı  Şərq və 
Qərb kontekstində. Dokt.diss. – Bakı, 2004 /rus dilində/. 
16. Cəfərov Telman Həmzağa oğlu. Qədim rus ədəbiyyatın-
da slavyan-türk əlaqələri. – Dokt.diss. Bakı, 2004 /rus dilində/. 
17.  Qəhrəmanova  Əntiqə Aslan qızı.  Əhliman Axundovun 
folklorşünaslıq fəaliyyəti. Nam.diss. – Bakı, 2004. 
18.  Hüseynov Zabut İlqar oğlu. Azərbaycan və  Qərbi 
Avropa dastan əlaqələri. Nam.diss. – Bakı, 2005 /rus dilində/. 
19.  Əzizov Vahid Əzizağa oğlu. Sabir satiralarında müasir-
lik. Nam.diss. – Bakı, 2005. 
20. Tahirli Abid Həmid oğlu. Azərbaycan mühacirət mətbu-
atında publisistika. /1921-1991/. Dokt.diss. – Bakı, 2006.  
21. İsrafilova Sofya Fuad qızı. Azərbaycan dilində informa-
tika terminlərinin leksik-semantik təhlili. Nam.diss. – Bakı, 2006.  
22. Bayramov İbrahim Məhəmməd oğlu. Ermənistanın türk 
mənşəli toponimlərinin tarixi-linqvistik  təhlili. Dokt.diss. – Bakı, 
2007. 
23.  Məmmədov Bəxtiyar Qibləli oğlu. Azərbaycan bədii 
publisistikasının inkişaf meylləri və  sənətkarlıq məsələləri. 
Nam.diss. Bakı, 2007.  


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      
233
24.  Abdullabəyova Gülər Həsən qızı. XIX əsrin sonu XX 
əsrin  əvvəli Polşa-Azərbaycan  ədəbi  əlaqələri /mənimsəmənin 
ədəbi, filoloji aspekti/. Dokt.diss. –  Bakı, 2007 /rus dilində/. 
25. Manaflı Xanımana Fətəli qızı. 60-70-ci illər Azərbaycan 
nəsrində folklorizm /Anar, Elçin və  Ə.Mustafayevin yaradıcılığı 
əsasında/. Nam.diss. – Bakı, 2007.  
26.  İmrani Maqsud Rafiq oğlu. SMOMPK məcmuəsində 
paremioloji vahidlər. Nam.diss. – Bakı, 2008. 
27. Əliyev Həmid Fərhad oğlu. Alman klassik poeziyasının 
Azərbaycan dilinə  tərcüməsinin nəzəri və praktik prinsipləri 
/E.Lessinq, V.Höte, F.Şiller, H.Heyne əsərlərinin tərcümə 
materialları əsasında. Dokt.diss. –  Bakı, 2009. 
28.  Əliyev Cavanşir  Əziz oğlu. Azərbaycan komediyasının 
poetikası. Dokt.diss. –  Bakı, 2010. 
29.  Tariverdiyeva Samirə Aqşin qızı. Rus və Azərbaycan 
nəsrində müasirliyin bədii dərki / “Altmışıncıların yaradıcılığı 
materialları əsasında. Nam.diss. –  Bakı, 2010 /rus dilində/. 
30. Kərimova Səmayə Vəli qızı. XX əsrin sonu – XXI əsrin 
əvvəlləri Azərbaycan-rus  ədəbi  əlaqələri. Nam.diss. – Bakı, 2010 
/rus dilində/. 
31.  Xudiyeva Sevinc Şərəfəddin qızı. Rus nəsrində 
psixologizm və onun Azərbaycan tərcümələrində verilməsi 
problemi /M.İ.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanı  və 
L.N.Tolstoyun “Kazaklar” və “Hacı Murad” povestlərinin tərcümə-
ləri əsasında. Nam.diss. –  Bakı, 2010.  
32.  Ağamirzəyev  Əliş Çoban oğlu. Postsovet dövründə 
Azərbaycanda rus ədəbiyyatının dəyərləndirilmə və nəşr prinsipləri. 
Nam.diss. – Bakı, 2010.  
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
234
XV BÖLMƏ 
 
HƏLƏ QIŞA ÇOX QALIR… 
 
 
Dünyaya hansı an, saat, gün, ay və ildə gəldiyimi anam-atam 
mənə deyib, doğum haqqında şəhadətnaməmdə müvafiq qeydlər ol-
sa da, özümü və dünyanı duymağım anamın məni kövrəldən ecaz-
kar səslə oxuduğu şəkər laylalara, ata nənəmin söylədiyi şirin nağıl-
lara qulaq asmağımla, nehrə çalxalayıb bizə yağ-əppək düzəltməsin-
dən və bir də çörək bişirərkən bizim hər birimiz üçün verdiyi kökə-
lərdən başladı. Nənəm deyirdi ki, bizim evimiz əvvəl kəndin başqa 
tərəfindəydi, orada susuzluq olduğundan buraya köçmüşük. Kənddə 
atam zamanına uyğun gözəl ev tikdirmişdi. Axşam olanda atam süf-
rənin başına gəlməyincə heç birimiz cürət edib əyləşməz, süfrəyə əl 
uzatmazdıq. Bu qayda bizim ailədə daim davam etmişdi. Yemək ye-
yib «Əlhəmdülillah»dan sonra atam bizə xalqımızın tarixindən, fəl-
səfədən, coğrafiyadan, klassik poeziyadan və onun korifeylərinin 
əsərlərindən nümunə gətirməklə danışardı. Türk dilini sevdiyi qədər 
rus dilinə  də  məhəbbətlə yanaşardı. Bu dili çox yaxşı bilirdi. Bizi 
daim rus dilini mükəmməl öyrənməyə sövq edərdi. Rus ədəbiyya-
tından nümunələrlə fikrini təsdiqləməyə çalışardı. Uşaqlığım, mək-
təb illərim ailəmizdə belə bir mühitdə keçdi. 
Orta məktəbi əla qiymətlərlə qurtarsam da, həmin il Azərbay-
can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix 
fakültəsinə qəbul oluna bilmədim. Müsabiqədən keçmədim. Neftçı-
xarma idarəsində, Maşınqayırma zavodunda çilinqər, suvaqçı  işlə-
dim. Hələ əzələlərim bərkiməmişdi. Az keçmədi əsgəri xidmətə yol-
landım. Belorusiyanın Orşa şəhərində ordu sıralarında oldum. Qayı-
dıb gələn kimi Rus dili və ədəbiyyatı fakültəsinə imtahan verib ins-
titut tələbəsi oldum. Tələbəlik dövründə büdrəmədim. Əlaçı oldum. 
Fərdi və  fərqli stipendiya aldım.  Şəklim  şərəf lövhəsinə vuruldu. 
Müəllimlərim tərəfindən nümunə kimi göstərilirdim. İnstitut illərin-
də Heydər Cəfərovla (o, hazırda Azərbaycan Dövlət Pedaqoji Uni-


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə