18
sıdır. Bu baxımdan təlimi diferensiallaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagird-
lərlə iş texnologiyasının nəzərə alınması mühüm amildir.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında
müəyyən təlim mərhələsi-
nin əvvəlində və sonunda şagirdin tədris materiallarının mənimsənilməsi üzrə irəli-
ləyiş səviyyəsi və digər nailiyyətləri barədə hesabatlar verilir. Məzmun standartları-
nın mənimsənilməsi istiqamətində, əsasən, aşağıdakı qiymətləndirmə növlərindən
istifadə olunur:
1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Diaqnostik
qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdiril-
məsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bölmə və ya fəsillərin əvvəlində, şa-
gird başqa ümumi təhsil
müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı tə-
min etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən
aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jur-
nallarında
qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.
Diaqnostik qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə
olunur:
Üsullar
Vasitələr
Tapşırıqvermə Çalışmalar
Müsahibə (şifahi
yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq
hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama
zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq)
istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər
fənn müəllimləri ilə
əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin
evdə və
ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış
vərəq)
Vəsaitdə 6-cı sinif şagirdlərinin ilkin səviyyələrinin yoxlanmasını ümumi sorğu,
müsahibə vasitəsilə aparmaq nəzərdə tutulur.
2. İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Yeni məktəbdaxili
qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin
yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagir-
din təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiy-
yət qazanmasına kömək məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəm-
li
qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymət-
ləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini
və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və
təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
19
Formativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə
olunur:
Üsullar
Vasitələr
Müşahidə Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyat
vərəqi
Tapşırıqvermə Çalışmalar
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki
fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə qeydiyyat vərəqi
Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən
olunmuş meyar cədvəli
Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat Meyar
cədvəli
Test Test
tapşırıqları
Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri
Müəllim üçün metodik vəsaitdə hər bir mövzunun
sonunda qiymətləndirmə me-
yarları müəyyən olunmuşdur. Bu meyarlar hər mövzuda nəzərdə tutulan təlim
məqsədlərinə nə dərəcədə nail olunduğunu qiymətləndirmək məqsədilə müəyyən
edilir. Bu meyarlar kurikulum sənədinin tərkib hissəsi olan qiymətləndirmə stan-
dartlarına əsasən hazırlanmışdır. Praktik dərslərdə müəllim qiymətləndirməni apar-
maq üçün fəaliyyət tapşırığının nəticəsi olan iş vərəqlərini,
yaxud fləş-yaddaşa ya-
zılmış faylı yoxlayır, dərsin digər mərhələlərində də bu meyarlara uyğun olaraq şa-
girdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Müəllim hər mövzu üzrə tövsiyə olunan meyarlar üzrə aşağıdakı üsul və formalar-
dan istifadə etməklə qiymətləndirmə apara bilər.
Müşahidəyə görə qiymətləndirmə. Müəllimin ibtidai siniflərdə formativ qiymətlən-
dirməni öz müşahidəsinə əsasən aparması daha məqsədəuyğundur. Müşahidəyə
görə bütün sinif üzrə formativ qiymətləndirmə aparmaq
üçün belə cədvəldən
istifadə etmək olar:
№
Şagirdin soyadı və adı
M. 1
M. 2
M. 3
Cəmi Nəticə Müəllimin qeydi
1. Əliyeva Zöhrə 2
3
3
8
Yaxşı
2. Ağazadə Orxan
2
2
2
6
Orta
Burada 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı nəticələri
göstərir. Ümumi qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsə-
dəuyğundur; məsələn: 3–5 arası “Zəif”, 6–7 arası “Orta”, 8–9 arası isə “Yaxşı”.
Fərdi özünüqiymətləndirmə. Şagirdlər hər tədris vahidinin sonunda dərslikdə
verilmiş “Ümumiləşdirici tapşırıqlar” səhifəsindəki tapşırıqları yerinə yetirir. Bu,
müəllimin şagirdlərə düzgün istiqamət göstərməsi üçün bir vasitədir.
Formativ