Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

 
26
Biologiya elminin tərifi, botanika və zoologiyanın öyrənmə obyektləri haqqında 
məlumat verildikdən sonra şagirdlərə ikinci praktik tapşırığın yerinə yetirilməsi 
tövsiyə oluna bilər.  
 
Bu tapşırığı  şifahi olaraq bütün siniflə  də yerinə yetirmək olar. Atalar sözləri 
müzakirə olunur (“Bal verən çiçəyi arı tanıyar”, “Balıq tutan suyu bulanıq istər”, 
“Çaqqal güləndə toyuq qaqqıldar”, “Cücəni payızda sayarlar”). Müəllim 
şagirdləri belə bir nəticə çıxarmağa yönəldir: “İnsan həmişə təbiətdən asılı olmuş, 
onu müşahidə etmiş  və  dəyişmişdir”. Məhz bu səbəbdən yeni bir elm və onun 
müxtəlif sahələri yaranmışdır.  
 Paraqrafın nəzəri materialının son hissəsi  şagirdlər tərəfindən müstəqil təhlil 
edilir və D blokunda verilən tapşırıqları yerinə yetirmək üçün (cütlərdə və ya kiçik 
qruplarda) məlumat mənbəyi rolunu oynayır. 
 
 
Tətbiq mərhələsində şagirdlər dərslikdən istifadə edərək tərkibində dərs zamanı 
öyrəndiyi bioloji elmlərin adları göstərilən krossvordu müstəqil doldurur. Kros-
svordu dolduran zaman şagirdlər biologiyanın ayrı-
ayrı sahələrinin adını və izahatını verirlər; məsələn: 
Botanika  bitkilər aləmini öyrənir”, “Ekologiya 
canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qar-
şılıqlı təsirini öyrənən elmdir” və s. 
 “Nəyi öyrəndiniz” bloku paraqrafda verilən 
materialın qısa xülasəsidir.  Şagirdlər cümlələrdəki boş yerlərə “açar sözlərdən” 
uyğun gələnləri yazırlar. Bu, nəzəri materialı möhkəmləndirməyə və növbəti tapşı-
rıqları yerinə yetirməyə zəmin yaradır.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində təklif olunan tapşırıqları şagirdlər müxtəlif 
mənbələrdən istifadə edərək (İnternet, ensiklopediya və s.) evdə yerinə yetirirlər. 
Tapşırıqlar təqdimat, məqalə, qısa məlumat formasında hazırlana bilər. Müəllim 
tapşırıqları variantlarla, yaxud şagirdlərin istəyinə görə də bölüşdürə bilər.  
İlk dərslərdən  şagirdin fərdi işlərinin toplanmasının təşkili  şəxsi nailiyyətlərin 
monitorinqi üçün çox əhəmiyyətlidir. Bu məqsədlə şagirdə şəxsi qovluq – portfolio 
düzəltmək tapşırılır. Bu qovluqda şagird nailiyyətlərini  əks etdirən işlər, 
məlumatlar, təqdimatlar, esselər və s. toplanır.  
 
Qiymətləndirmə meyarları: 
Fərqləndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Canlılar aləmini öyrənən elm 
sahələrini fərqləndirilməkdə  
çətinlik çəkir. 
Canlılar aləmini öyrənən elm 
sahələrinin bir qismini fərq-
ləndirir. 
Canlılar aləmini öyrənən elm 
sahələrini tam olaraq fərqlən-
dirir. 
Canlı təbiətin nümayəndələ-
rini fərqləndirməkdə çətinlik 
çəkir.  
Canlı təbiətin nümayəndələ-
rini fərqləndirərkən bəzən 
kiçik səhvlərə yol verir. 
Canlı təbiətin nümayəndələ-
rini düzgün fərqləndirir. 
 
 
 
 


 
27
Dərs 3 / Mövzu 3:
 CANLI ORQANİZMLƏRİN ƏSAS  
   
XÜSUSİYYƏTLƏRİ 
 
 
 
 
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr 
verilmişdir. 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini  ətrafımızda olan təbii 
cisimlərə yönəldir. Bu zaman şagirdlərə mövzunun əvvəlindəki mətnlə tanış olmaq 
tapşırıla bilər. Şagirdlərə evdə, küçədə, meşə və bağlarda, dəniz və çaylarda rast gə-
linən canlı  təbiətin obyektlərinə dair nümunələr təklif oluna bilər. Motivasiya 
mərhələsinin sonunda şagirdlərin aşağı sinifdə aldıqları biliklər  əsasında “Canlı 
orqanizmləri cansızlardan fərqləndirən hansı  əlamətlər var?” sualı bütün siniflə 
müzakirə oluna bilər.  
 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq yerinə yetirilərkən şagirdlər-
dən şəkildə təsvir olunmuş hadisələri şərh etmək tələb olunur. Bu zaman xüsusiy-
yətin adı yox, yalnız şəkillərdə təsvir edilən hadisə qeyd olunmalıdır (məs.: “bəbir 
qaçır”, “insan nəfəs alır” və s.).  
Tapşırığın əsas məqsədi bu hadisələrin canlıların həyatında əhəmiyyətini və həyat 
üçün zəruriliyini başa düşdükləri səviyyədə izah etməkdir. Dərsin sonunda bu 
cədvələ qayıdaraq hər bir hadisənin canlılara xas olan əsas xüsusiyyətlər olduğu 
şagirdlərin diqqətinə çatdırılacaqdır.  
Şagirdlərin səviyyələrinə uyğun mümkün cavab variantı belə ola bilər. 
 
№  Şəkildə təsvir olunan hadisə  
 Canlılar üçün əhəmiyyəti  
1 Oğlan böyüyür 
İnkişaf etmək üçün  

İnsan nəfəs alır  
Yaşamaq üçün  

İnsan əlini yanan şamdan çəkir 
Qorunmaq, yanmamaq üçün 
4 Cücə yumurtadan çıxır  
Yaşamaq və böyümək üçün  
5 Cücə yeyir 
Böyümək və inkişaf etmək üçün  
6 Bəbir qaçır
 
Şikarı tutmaq üçün 
Alt 
STANDARTLAR
 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Canlı orqanizmlərin əsas xüsusiyyətlərini təsvir edir. 


 
28
Tapşırıq bütün siniflə, fərdi və ya cütlərlə yerinə yetirilə bilər. Qruplarla işi təşkil 
etmək üçün hər qrupa bir şəkil üzrə iş tapşırıla bilər.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə 
olunur. Fasilələr zamanı müəllim  şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş 
və qabaqcadan hazırlanmış suallar verir. Məsələn, “Heyvanlar və bitkilər necə 
qidalanır?”, “Heyvanların hərəkəti bitkilərin hərəkətindən nə ilə fərqlənir?” və s. 
2) “İNSERT” metodu. Şagirdlər mətnin kənarında ağ kağız zolağı qoyurlar və  
oxuduqca qeydlər edirlər.  
3) Dərslikdəki mətnlə tanışlığın kiçik qruplarda təşkil edilməsi daha səmərəlidir. 
Müəllim məqsədəuyğun saydığı  mətn və ya şəkilləri  əvvəlcədən hazırlayıb dərs 
zamanı şagirdlərə paylaya bilər.  
Materialı öyrəndikcə “Canlı orqanizmlərin xüsusiyyətləri” adlı yekunlaşdırıcı sxem 
doldurulur.  
 
 
Tətbiq mərhələsində  şagirdlər  şəkillərdə  təsvir olunmuş hadisələrin canlı 
orqanizmlərin  əsas xüsusiyyətləri ilə uyğunluğunu müəyyən edir və  cədvəlin 
doldurulmasını bitirirlər. Cədvəl canlıların  əsas xüsusiyyətləri, orqanizm üçün 
əhəmiyyətini göstərən ilkin məlumat verir. Əlamətlərin hər biri gələcək dərslərdə 
təfərrüatı ilə öyrəniləcək.
  
Şagirdlərin mümkün cavab variantı belə ola bilər. 
 
№ 
Şəkildə təsvir olunan 
hadisə 
Canlılar üçün əhəmiyyəti Xüsusiyyət 
1 Oğlan böyüyür  
İnkişaf etmək üçün  
Böyümə və inkişaf 

İnsan nəfəs alır  
Yaşamaq üçün  
Tənəffüs 

İnsan əlini şamdan çəkir  Qorunmaq, yanmamaq üçün 
Qıcıqlanma 
4 Cücə yumurtadan çıxır  
Yaşamaq və böyümək üçün  
Çoxalma 
5 Cücə yeyir 
Böyümək və inkişaf etmək üçün  
Qidalanma 
6 Bəbir qaçır 
Şikarı tutmaq üçün 
Hərəkət 
 
Cədvəldə qeyd olunmayan xüsusiyyətlər  əlavə müzakirə oluna bilər. Bunun üçün 
müəllim sinfə müxtəlif suallarla müraciət edə bilər. Məsələn: 
– İfrazatın əhəmiyyəti nədir? (bədən üçün lazımsız və zərərli  olan son parçalanma 
məhsullarını xarici mühitə ifraz etmək
– Maddələr mübadiləsinin əhəmiyyəti nədir? (ətraf mühitdən orqanizmə maddələ-
rin daxil olması  və parçalanma məhsullarının bədəndən xaricə  çıxarılması 
orqanizmin inkişafını və yaşamasını təmin edir
– Hüceyrəvi quruluş nəyi sübut edir? (canlıların hüceyrələrdən təşkil olunduğunu
 Bu blokda təqdim olunan tapşırıqlar həm sinifdə, həm də evdə yerinə yetirilə 
bilər. Birinci tapşırıqda  şagirdlərdə müqayisə etmək vərdişləri formalaşdırılır 
(“Bitkilərdə  və heyvanlarda həyat fəaliyyəti proseslərini müqayisə edin”). İkinci 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə